Sizin reklam burada
Sizin reklam burada

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisininiki komitəsinin növbəti iclasları onlayn formatda keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisininiki komitəsinin növbəti iclasları onlayn formatda keçirilib Aprelin 7-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisininiki komitəsinin növbəti iclasları onlayn formatda keçirilib. Hər iki videokonfransda quruma üzv ölkələrin nümayəndə heyətlərinin üzvləriiştirak ediblər.
Öncə Hüquqivə siyasi məsələlər komitəsinin 57-ci iclası olub. Tədbirdə Milli Məclisi QDİƏT PM sədrinin müavini və qurumdakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev vənümayəndə heyətinin üzvü Jalə Əhmədovatəmsil ediblər.
Onlayntədbirdəiclasıngündəliyi və komitənin ötən ilin oktyabrındakeçirilmiş 56-cı toplantısının protokolu təsdiqlənib.
Sonra “İnsan alveri ilə mübarizədə parlamentlərin rolu: hüquqi aspektlər” mövzusunda məruzə dinlənilib, tövsiyə layihəsi təqdim olunub. Hər iki təqdimatda COVID-19 pandemiyasının yaratdığı vəziyyətə də toxunulub.
Milli Məclisin deputatı Jalə Əhmədovamüzakirədə çıxış edərək insan alverinə qarşı mübarizə sahəsində ölkəmizdə görülən işlərdən danışıb. Yekunda məruzə və tövsiyə layihələri təsdiqlənib.
*** Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisininiki komitəsinin növbəti iclasları onlayn formatda keçirilib
Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin 56-cıiclasında QDİƏT PM-dəkiAzərbaycan nümayəndə heyətinin üzvlərindən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev və deputat Ramin Məmmədoviştirak ediblər.
İclasda gündəlik qəbul olunduqdan sonrakomitənin ötən ilinoktyabrında keçirilmiş 55-ci iclasının protokolu təsdiqlənib.
Videokonfransda“İnsan alveri ilə mübarizədə parlamentlərin rolu: sosial aspektlər” mövzusunda məruzə dinlənilib, tövsiyə layihəsi təqdim olunub. Mövzu ətrafında geniş müzakirə aparıldıqdan sonra məruzə və tövsiyə layihələri təsdiqlənib. İclasda təşkilati məsələlərə baxılıb, ZoltanPek (Serbiya) komitə sədrinin müavini seçilib.
Hər iki komitənin iclasında QDİƏT Parlament Məclisinin Baş katibi Asəf Hacıyevçıxış edib, nümayəndə heyətlərini maraqlandıran məsələlərə aydınlıq gətirib.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisininiki komitəsinin növbəti iclasları onlayn formatda keçirilibQara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisininiki komitəsinin növbəti iclasları onlayn formatda keçirilib


  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ