Sizin reklam burada
Sizin reklam burada

Bu məsələ tezliklə həllini tapacaq - Nəsib Məhəməliyev

Bu məsələ tezliklə həllini tapacaq - Nəsib Məhəməliyev Rusiya rəsmi açıqlamasında bildirib ki, “İsgəndər-M” raketlərini Ermənistana satmayıb. Ümumiyyətlə, “İsgəndər” raketləri heç bir dövlətə satılmalı deyil, satışı qadağandır. Onların sözlərinə görə, 2016-cı ildə Ermənistan silahlı qüvvələrinə “İsgəndər -E” markalı raket satılıb. Ancaq fakt odur ki, Şuşa ərazisində tapılan raketin qalıqları “İsgəndər-M” modelinə mənsubdur. Buradan çox ziddiyyətli məqamlar ortaya çıxır.
Bu sözləri millət vəkili Nəsib Məhəməliyev deyib. Onun sözlərinə görə, bununla bağlı Rusiya lazımi cavabı verəcək:
“Müxtəlif məlumatlar gəzir ki, “İsgəndər” raketləri Ermənistana qanunsuz yolla keçirilib. Bu isə anlaşılmayan məsələdir və Rusiya dövlətinə şərəf gətirmir. Hesab edirəm ki, Rusiyanın rəsmi orqanları bu məsələni araşdırmalı, əgər raket qanunsuz olaraq kimlərsə tərəfindən atılıbsa belə, günahkarlar tapılmalı və cəzalandırılmalıdır. Çünki “İsgəndər-M” raketinin regionda təhlükə törədəcək və müharibə şəraitində yaşayan dövlətə satılması, yaxud verilməsi beynəlxalq cinayətdir. Bu, ikitərəfli regional təhlükəsizliyə çox böyük təhdiddir, hər şeydən əvvəl Azərbaycan-Rusiya strateji əməkdaşlıq münasibətlərinə uyğun deyil. Bu, bizim dostluq münasibətlərimizlə ziddiyyət təşkil edir”.
Nəsib Məhəməliyev deyib ki, belə məsələlər 3-4-cü qüvvələrin cəlb olunması ilə yox, ikitərəfli münasibətlər çərçivəsində həll olunacaq. Azərbaycan və Rusiya siyasi rəhbərliyi bu məsələni tezliklə öz yoluna qoyacaq”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ