Sizin reklam burada
Sizin reklam burada

31 mart 1918-ci il soyqırımı ilə baglı Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin yaratdıgı Fovqəladə Təhqiqat Komissiyasının fəaliyyəti

31 mart 1918-ci il soyqırımı ilə baglı Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin yaratdıgı Fovqəladə Təhqiqat Komissiyasının fəaliyyəti 1918-ci ilin mart-aprel aylarında Güney Qafqazın Türk Müsəlman əhalisinə qarşı tarixdə misli görünməmiş soyqırım törədilmişdir. Belə ki, Stepan Şamuyanın başçılıq etdiyi Bakı Soveti Bakı quberniyasında hakimiyyəti qanunsuz olaraq ələ keçirmiş və sinfi mübarəzə bəhanəsilə Azərbaycanın əksər bölgələrində yaşayan Türk Müsəlman əhalisini xüsusi qəddarlıq və vəhşiliklə qətlə yetirmiş, əmlakını talamış, yaşayış məskənlərini məhv etmişdir. Yalnız Bakı şəhərində 12 mində çox dinc əhali, qoca və uşaq erməni quldur qəstələrinin vəhşiliyinin qurbanı olmuşdur. Bolşevik rusların da yaxından köməyilə bu cinayətin törədilməsində erməni cəlladlarının əsas məqsədi Bakı quberniyasında, ümumiyyətlə Güney Qafqazda yaşayan bütün müsəlman əhalini, o cümlədən etnik Türkləri tamamilə məhv etmək, bir sözlə bu cografiyanı etnik Türklərdən tamamilə təmizləmək idi. Qısa bir vaxtda 100 mindən çox Azərbaycan Türkü qətlə yetirilmiş, yüzlərlə kənd və şəhər yagmalanmış, yandırılaraq viranəyə çevrilmişdir.
Azərbaycan Xalq Cümhuriyyət hökuməti 15 iyul 1918-ci il tarixində erməni daşnak və rus bolşevik silahlı dəstələri tərəfindən Azərbaycan Türklərinə qarşı törədilmiş soyqırım cinayətini araşdırmaq üçün Fövqəladə Təhqiqat Komissiyası yaratdı. FTK Xarici İşlər Nazirliyinin, sonralar isə Ədliyyə Nazirliyinin yanında fəaliyyət göstərdi. Yeddi nəfərdən ibarət tərkibdə yaradılan Fövqəladə Təhqiqat Komissiyasına Ələkbər bəy Xasməmmədov rəhbərlik edirdi. Tərkibi alman, polyak, litva tatarı, rus və azərbaycanlılardan ibarət olmaqla çoxmillətli olan FTK 1918-ci ilin iyul ayından 1919-cu ilin noyabr ayınadək 36 cilddən(3500 vərəq) ibarət istintaq materialları toplamışdır. Yalnız Bakı şəhəri və ətrafında yaşayan mülki əhalinin həyatına və əmlakına qarşı ermənilər tərəfindən törədilən cinayət əməllərinə dair materiallar 6 cilddən ibarət idi. Quba, Şamaxı, Nuxa, Gəncə, Goyçay, Lənkəran, Salyan, Naxçıvan, İrəvan, Zəngəzur və digər bölgələrdə yaşayan Türk Müsəlman əhalisinə qarşı törədilmiş vəhşiliklər və qətlyamlar istintaq materiallarında öz əksini geniş şəkildə tapmışdır. Tarixi qaynaqlarda FTK sədri Ələkbər bəy Xasməmmədovun, üzvlərdən isə N. M. Mixaylov və A. F. Novatskinin daha yaxşı çalışmaları və səmərəli fəaliyyətləri qeyd olunub. Rus-erməni birliklərinin Türk Müsəlman əhalisinə amansız divan tutmasını təsbit edən istintaq materiallarının toplanmasında müsəlman olmayan komissiya üzvlərindən Aley Aleksandroviç Litovski və Çeslav Boleslavoviç Klossovski və digərlərinin obyektivliyi heç kimdə şübhə dogura bilməzdi. İstintaq materiallarında törədilən cinayət əməllərinə görə 194 erməninin cinayət məsuliyyətinə cəlb edilməsinə dair məsələ qaldırılmışdır ki, bu da törədilən zorakılıq əməllərinin miqyasının nə qədər böyük oldugunu bir daha təsdiq edir.
Bu qətliyamların törədilməsində bilavasitə iştirak etmiş rus bolşevikləri Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluguna son verdikdən sonra FTK fəaliyyətini nəinki təqdir etmiş, əksinə Türk Müsəlman əhalisinə qarşı törətdilmiş cinayətlərin izlərinin ört-basdır edilməsinə, Azərbaycan Türkərinin ermənilər tərəfindən soyqırıma ugradılmasını büs-bütün gizlətməyə səy göstərmişlər.
Azərbaycanın Rusiya imperiyası tərəfindən işgalını rəsmiləşdirən 1828-ci il tarixli Türkmənçay müqaviləsindən sonra Güney Qafqaza köçürülən ermənilər bu cografiyanın əsil sakinləri olan Türklərə qarşı daim fitnə-fəsad törətmiş, yerli əhalini qovmaq, deportasiya etdirmək və məhv etməklə torpaqlarımızın böyük bir hissəsini rusların köməyilə boşaltmış və özləri məskunlaşmışlar. Tək 20-ci əsrdə bir neçə dəfə ermənilər tərəfindən Azərbaycan Türklərinə qarşı qətlyamlar düzənlənmiş, aglasıgmaz zülmlər edilmişdir. Lakin erməni mürdarlıgının, erməni qaniçənliyinin qurbanları yalnız Quzey Azərbaycanda deyil, həm də Güney Azərbaycanda, Qərbi Azərbaycanda və Anadoluda yaşayn Türklər olmuşdur. Bizlər və əcdadlarımız daim gerçək erməni vəhşiliyinin hədəfində olmagımıza rəgmən susmamız səbəbilə saxta erməni tarixi uydurmaqla məşgul olan xəstə erməni zehniyyəti erməni genosidi mifini tirajlamış, dünyanı inandırmış belə. Bizim susmamız onların yalanlarının ayaq tutub yeriməsinə dəstək olmuş! Bizdə belə bir məsəl var, deyərlər: adımı sənə qoyum, səni də yana-yana qoyum!
Mən Azərbaycan Respublikasına, Türkiyə Cümhuriyyəti dövlətinə, İrəvan Türk Cümhuriyyətinə və İran İslam Respublikasına müraciət edərək: İyirminci əsrin əvvəllərində Bakıda, Şamaxıda, Naxçıvanda, İrəvanda, Dərələyəzdə, Ərzurumda, Vanda, Xoyda, Urmiyada yaşayan Türk əhalisini soyqırım edən erməni silahlı dəstələrinin cinayətlərinin üstünü açmaq və 31 mart tarixini Türk Müsəlman əhalisinin soyqırımı günü kimi dünyaya tanıdılmasını təmin etnək məqsədilə birgə komissiya yaradılmasını təklif edirəm!

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ