Sizin reklam burada
Sizin reklam burada

Venesuela Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib - Səfir

Venesuela Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib - Səfir Venesuela Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verir.
Bunu Venesuela Bolivar Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kristofer Martinez Berroteran Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə deyib.
O, parlament diplomatiyasının inkişafında Milli Məclisin rolunu yüksək qiymətləndirərək, Azərbaycan parlamentinin fəaliyyəti ilə yaxından maraqlandığını bildirib. Qeyd edilib ki, hər iki ölkə parlamentləri arasında münasibətlərin inkişafı ümumi mənafelərə cavab verər. Bu baxımdan, dostluq qruplarının yaradılması məqsədəmüvafiq sayıla bilər. Qonaq Venesuela parlamentinin fəaliyyəti barədə Sədrə ətraflı məlumat verərək, mütəmadi görüşlərin əhəmiyyətini vurğulayıb.
Səfir ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəklədiyini bir daha bəyan edərək, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar noyabrın 10-da imzalanmış üçtərəfli Sazişi diplomatiyanın uğuru kimi dəyərləndirib.
Görüşdə parlamentlərarası əlaqələrin gələcək inkişaf istiqamətləri, COVİD-19 pandemiyasına qarşı mübarizə və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ