Sizin reklam burada
Sizin reklam burada

Türkiyə ilə bütün sahələrdə əməkdaşlığımız inkişaf edir

Türkiyə ilə bütün sahələrdə əməkdaşlığımız inkişaf edir
Martın 2-dəMilli Məclis Sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev Türkiyənin Azərbaycanda fəaliyyət göstərənMüstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) rəhbərliyi ilə görüşüb.
Qonaqları salamlayan vitse-spiker bildirib ki, Azərbaycan və Türkiyə arasında münasibətlər Prezident İlham Əliyevin və Prezident Rəcəb TayyibƏrdoğanın münasibətləri fonunda uğurla inkişaf edir.
Bildirilib ki, ölkələrimiz ortaq tarixə malik, Ulu öndər Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” olan iki qardaşdövlətdir. Ölkəmizin apardığı haqq savaşında Türkiyənin göstərdiyi mənəvi və siyasi dəstəyi Azərbaycan xalqı hər zaman xatırlayacaq.
Qeyd olunub ki, qələbədən sonra qarşımızda dayanan əsas məsələ Qarabağın bərpa edilməsidir. Hazırda bu sahədə ölkə rəhbərliyinin göstərişinə əsasən çox geniş miqyaslı işlər görülməkdədir.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev öz çıxışlarında Qarabağın bərpası zamanı görüləcək işlərə Türkiyə şirkətlərinin də cəlb edilməsininvacibliyinivurğulayıb.Artıq ölkəmiz üçün strateji önəm daşıyan Füzuli-Şuşa avtomobil yolunun inşası ilə bağlı türk şirkətləri fəaliyyətə başlayıblar.
Söhbət zamanı qardaş Türkiyə ilə iqtisadi, müdafiə sənayesi və digər sahələrdə əməkdaşlıqdan söhbət açılıb, bu əlaqələrin daha da inkişaf etdirilməsininvacibliyindən danışılıb.
Səmimi qəbula görə təşəkkür edənMüstəqil Sənayeçi və İş Adamları Dərnəyinin nümayəndələriiki ölkənin ortaq dəyərləri bölüşdüyünüvə bundan sonra da daim bir-birinə dəstək vermələrinin vacibliyini qeyd ediblər. Qonaqlarqüdrətli Azərbaycan Ordusunun Ermənistanı məğlub edərək qazandığı tarixi qələbədən, ərazilərimizinişğaldan azad edilməsindənməmnunluqlarını ifadə edərək öz sevinclərini bölüşüblər.
Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Türkiyə ilə bütün sahələrdə əməkdaşlığımız inkişaf edirTürkiyə ilə bütün sahələrdə əməkdaşlığımız inkişaf edirTürkiyə ilə bütün sahələrdə əməkdaşlığımız inkişaf edir


  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ