Sizin reklam burada
Sizin reklam burada

QDİƏT Parlament Məclisinin Reqlament üzrəİşçi Qrupunun iclası keçirilib

QDİƏT Parlament Məclisinin Reqlament üzrəİşçi Qrupunun iclası keçirilib Martın 1-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) Reqlament üzrə İşçi Qrupunun onlayn formatda iclası keçirilib.
Tədbirdə Milli Məclisin deputatı, QDİƏT PM sədrinin müavini, qurumda Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev, QDİƏT Parlament Məclisinin Baş katibi Asəf Hacıyev və quruma üzv ölkələrin nümayəndələri iştirak ediblər.
QDİƏT PM-in Hüquqi və siyasi məsələlər komitəsinin sədri MixailYemelyanovun (Rusiya) sədrlik etdiyi iclasda Rusiya, Bolqarıstan, Yunanıstan və təşkilatın baş katibi Asəf Hacıyev tərəfindən irəli sürülən QDİƏT PM-in Reqlamentinə və Beynəlxalq Katibliyinin Nizamnaməsinə əlavə və dəyişikliklər barədə məsələyə baxılıb.
İclasda çıxış edən QDİƏT PM-in Baş katibi Asəf Hacıyev, işçi qrupunun üzvləriPeterKanev, Violeta İvanov, AnnaPurtova, SimeonKedikoğlu, CemalÖztürktəklif olunan dəyişikliklər barədə fikirlərini söyləyiblər.
Reqlament üzrə işçi qrup İqtisadi, ticari, texnoloji və ekoloji məsələlər üzrə komitənin bölünməsini, rəhbər vəzifələrin rotasiya müddətinin 1 il azaldılmasını və digər məsələləri əhatə edən 10-a yaxın təklifi dəyərləndirərək, bəzilərinə yenidən baxılması, əksəriyyətinin isə Hüquqi və siyasi məsələlər komitəsindəmüzakirə olunması barədə qərar qəbul ediblər.
Bununla da QDİƏT PM-in Reqlament üzrə İşçi Qrupunun iclası öz işini başa çatdırıb. QDİƏT Parlament Məclisinin Reqlament üzrəİşçi Qrupunun iclası keçirilib
QDİƏT Parlament Məclisinin Reqlament üzrəİşçi Qrupunun iclası keçirilib

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ