Sizin reklam burada
Sizin reklam burada

Milli Məclis Azərbaycan və Türkmənistan arasında “Dostluq” yatağı ilə bağlı Anlaşma Memorandumunu təsdiq edib

Milli Məclis Azərbaycan və Türkmənistan arasında “Dostluq” yatağı ilə bağlı Anlaşma Memorandumunu təsdiq edib Milli Məclisin fevralın 23-də keçirilən plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.
Mmüzakirələrdə deputatlar sənədin əhəmiyyətindən bəhs edib, Anlaşma Memorandumunun iki ölkə arasında əməkdaşlığın inkişafına töhfə verəcəyini vurğulayıblar.
Müzakirələrdən sonra sənəd səsvermə yolu ilə təsdiqlənib.
Qeyd edək ki, bu sənəd cari il yanvarın 21-də imzalanıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ