Sizin reklam burada
Sizin reklam burada

Deputat azad edilmiş yerlərdə Xocalı soyqırımı ilə bağlı abidə qoyulmasını təklif edib

Deputat azad edilmiş yerlərdə Xocalı soyqırımı ilə bağlı abidə qoyulmasını təklif edib “Bu il Xocalı soyqırımının 29-cu ildönümüdür”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Hicran Hüseynova deyib.
Deputat bildirib ki, Xocalı soyqırımı ilə bağlı həyata keçirilən ən mühüm işlərdən biri Heydər Əliyev Fondunun fəaliyyətidir: “Lakin bununla yanaşı, hər birimiz bu istiqamətdə öz töhfəmizi verməliyik. Bizim bir çox dostluq qrupumuz Xocalı soyqırımı ilə bağlı müraciətlər ünvanlayıb. Təklif edirəm ki, gələcəkdə işğaldan azad edilmiş yerlərdə Xocalı soyqırımı ilə bağlı memorial kompleksi ucaldılsın”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ