Sizin reklam burada
Sizin reklam burada

Millət vəkili Nəsib Məhəməliyev: "Sözüm erməni xalqınadır - Bəsdirin, əsrlər boyu böyük dövlətlərin əlində "maşa" rolunu oynadınız"

Millət vəkili Nəsib Məhəməliyev: "Sözüm erməni xalqınadır - Bəsdirin, əsrlər boyu böyük dövlətlərin əlində "maşa" rolunu oynadınız" Fransa Senatının Rəyasət heyəti, “Dağlıq Qarabağ Respublikasının tanınmasının labüdlüyü” adlı qətnamə layihəsini qəbul etməsi, ilk növbədə beynəlxalq hüququn norma və prinsiplərinə ziddir. İkincisi, BMT TŞ-da Fransanın özünün də səs verdiyi Azərbaycan torpaqlarının qeyd-şərtsiz boşaldılması ilə bağlı qəbul etdiyi 4 qətnaməni nümayişkaranə şəkildə inkar etməsidir.
Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-n Minsk qrupunun həmsədr ölkəsi kimi neytral mövqe sərgiləməli olduğu halda, müharibə başlayan andan birmənalı Ermənistanı dəstəkləməklə, qərəzli olduğunu göstərdi. Təbii olaraq, belə davranış Azərbaycan tərəfindən qəbul edilə bilməz. Fransanın gələcəkdə həmsədr kimi fəaliyyətini davam etdirməsi və sülh yaratma prosesində müsbət iştirakını təsəvvür etmək isə, çətindir. Minsk qrupunda 11 ölkə təmsil olunur. O cümlədən qardaş Türkiyə. Hesab edirəm ki, həmin ölkələrdən hər biri Fransanı əvəz edə bilər.
Fransa Senatı rəyasət heyətinin qəbul etdiyi qətnamə hüquqa zidd olmaqla bərabər, siyasi cəhətdən olduqca ziyanlıdır. Əksər ölkələrdə, eyni zamanda Avropa qitəsində mövcud olan etnik separatçılığın alovlanmasına və dünyada sabitliyin pozulmasına səbəb ola bilər.
Əsasən bu qətnamənin qəbulu Fransada yaşayan erməni diasporasının və lobbisinin təsiri ilə əlaqələndirilir. Təbii bu da var. Ancaq düşünürəm ki, bu məsələ daha çox son illərin yaratdığı geosiyasi reallıqlarla bağlıdır. Uzun illər Avropa Birliyi ölkələri arasında lider rolunu oynamış, Almaniya kansleri xanım Angela Merkel növbəti seçkilərdə iştirak etməyəcəyi barədə bəyanat vermişdir. Xanım Merkeldən sonra isə, Avropada liderliyə can atan prezident Makron, şəxsi potensialını nəzərə almadan ziddiyətli siyasət aparmaqla, ölkəsini nüfuzunu xeyli aşağı saldı. İrakda və Suriyada Türkiyə əleyhinə PKK, YPG, PYD kimi terror təşkilatlarını dəstəklədi. Liviyada isə, BMT tərəfindən tanınmış və ölkəsinin də səs verdiyi Saraj hökumətini yox, qiyamçı marşal Hattəri dəstəkləməsi, silah-sursatla təmin etməsi uğursuzluqla nəticələndi. Türkiyə ilə soyuq münasibətləri olan bölgə ölkələrini ətrafına yığmaqla koalisiyalar yaratması da nəticə vermədi. Şərqi Aralıq dənizinə Fransa dəniz qüvvələrinin flaqmanı, təyyarədaşıyan gəmini göndərməsi və qısa müddətdən sonra geri çağırması da biabırçılıqla nəticələndi.
Nəhayət, Azərbaycanın haqlı davasında Qardaş Türkiyə ilə Rusiyanın fəal əməkdaşlığı, Makron tərəfiindən ciddi qısqanclıqla qarşılandı. Nizamlama prosesində uzun illər heç bir müsbət fəaliyyəti ilə seçilməyən, yarıtmaz bəyanatlarla statuc-kvonun saxlanmasına çalışan Fransa, münaqişənin onsuz həll olunmasını qəbul etmək istəmir.
Məsələnin başqa bir tərəfi də var. Bu da ermənilərdən daima türklərə və azərbaycanlılara qarşı istifadə etmək üçün gələcəyə hesablanmış siyasət. Heç kimə sirr deyil ki, dünya super gücləri, Türkiyənin, Azərbaycanın inkişafına, güclənməsinə görə narahatlıq hissi keçirirlər. Azərbaycan ərazisində hansısa bir marionet qurumun yaradılması isə, ölkəmiz üzərində bir növ ,,domokl qılıncı,,rolunu oynaması üçün nəzərdə tutulur. Düşünürəm ki, bu ağılsız və heç bir ciddi beynəlxalq təşkilat tərəfindən qəbul olunmayacaq cılız addımdır. Bir daha təkrar edirəm. Bu qətnamənin qəbulu siyasi cəhətdən olduqca ziyanlıdır və Beynəlxalq birlik tərəfindən dəstəklənməsi inandırıcı görünmür.
Əks tədbir olaraq Korsika, Əlcəzair və digər problemlərin qaldırılması, iqtisadi əməkdaşlığa yenidən baxılmasının mümkünlüyü Fransanın diqqətinə çatdırılmalıdır.
Sözüm erməni xalqınadır - Bəsdirin, əsrlər boyu böyük dövlətlərin əlində "maşa" rolunu oynadınız. Öz xalqınızın gələcəyini düşünün. Yaranmış tarixi şəraitdən istifadə edərək, qonşularınızla münasibətləri normallaşdırln. Əks halda, gələcəyiniz dumanlıdır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ