Sizin reklam burada
Sizin reklam burada

Azərbaycan Ordusu düşməni BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsini icra etməyə məcbur edib

Azərbaycan Ordusu düşməni BMT Təhlükəsizlik Şurasının  822 saylı qətnaməsini icra etməyə məcbur edib Adil Əliyev,
Milli Məclisin Sədr müavini


Müharibədə məğlub olan Ermənistan uzun illər ödəməli olacağı borca düçar olmaqla yanaşı, işğalçılıq siyasətinin dayandırılması ilə əlaqədar üzərinə götürdüyü kapitulyasinın tələblərinin ödənilməsi barədə razılığa gəldi. Kapitulyasiyanın şərtlərinə uyğun olaraq, əvvəlcə, Ağdam şəhərini və rayonun işğalda olan kəndləriniqeyd-şərtsiz azad etdi.Növbəti mərhələdə isə, yəni bugündən etibarən ölkəmizin əzəli və əbədi torpağı olan Kəlbəcər rayonu Rəşadətli Azərbaycan Ordusunun tam nəzarətinə keçdi.
Kəlbəcər rayonunun işğaldan azad edilməsi ilə əlaqədar Azərbaycan xalqının 27 illik həsrətinə son qoyuldu. Bir məqamı vurğulamaq lazımdır ki, Ağdam şəhəri və rayonun işğal altında olan kəndləri, habelə Kəlbəcər rayonunu düşmən döyüşsüz təhvil verməyə məcbur oldu.
Müzəffər Ali Baş Komandanın dediyi kimi, biz bu əraziləri bir mərmi belə atmadan geri qaytardıq. Təbii ki, bugün Ermənistanın Ağdam və Kəlbəcər rayonlarını geri qaytarması düşmənin öz istəyi ilə baş vermədi. Belə ki,Ermənistanın işğalçılıq siyasətini tanıyan Birləşmiş Millətlər Təşkilatının dörd qətnaməsi mövcuddur. Ermənistan həmin qətnamələrin tələblərinə dərhal əməl etməli və işğala birdəfəlik son qoymalı, işğal altında olan ərazilərimizi qeyd-şərtsiz olaraq boşaltmalı idi.Lakin Ermənistan bütün tələblərə zidd olaraq heç bir öhdəliyi icra etmədi. Əksinə, Ermənistanın baş naziri özünü “fövqəl güc” hesab edərək, Azərbaycana qarşı 7 şərt irəli sürməkdən çəkinmədi. Ermənistan tərəfinin həyata keçirdiyi təxribatlar, hücumlar təcavüzkara əsl dərs verilməsinin zamanının gəldiyini aşkar şəkildə dünyaya göstərdi.
Təxribatların qarşısını almaq, eyni zamanda Ermənistanın işğalçılıq siyasətinə birdəfəlik son qoymaq məqsədilə Ali Baş Komandanın rəhbərliyi altında Rəşadətli Azərbaycan Ordusu sentyabrın 27-dən başladığı əməliyyatlar zamanı işğalçıya sonsuz sarsıdıcı zərbələr vurdu və düşməni tam məğlub etdi.
Təbii ki, güclü ordumuzun döyüş meydanında qazandığı zəfər diplomatik səviyyədə mövqeyimizi daha da gücləndirdi. Ermənistanın xarici dövlətlərdən imdad diləməsi heç bir nəticə vermədi. Siyasi basqılara tabe olmayan qüdrətli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu diplomatik mövqeyi nəticəsində bütün çətinliklər dəf edildi, siyasi üstünlüyümüz daha da möhkəmləndi. Düşmənin imzaladığı kapitulyasiya Ağdam, Kəlbəcər və Laçın rayonlarının döyüşsüz təhvil almağımızışərtləndirdi.
Bugün yalnız əbədi və əzəli torpaqlarımızınalınmasından söhbət getmir. Xüsusilə vurğulamaq lazımdır ki, Kəlbəcər rayonunun Azərbaycana təhvil verilməsi Birləşmiş Millətlər Təşkilatının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 822 nömrəli qətnaməsinin icrası idi. Belə ki, BMT Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü il tarixində qəbul etdiyi 822 nömrəli qətnaməyə görə, Kəlbəcər rayonu digər işğal olunmuş rayonlarımız kimi qeyd-şərtsiz azad olunmalı idi. Lakin, Ermənistan həmin qətnaməni də Dağlıq Qarabağla bağlı qəbul edilmiş digər 3 qətnamə kimi icra etməkdən imtina etdi. Beləliklə,bizim dədə-babatorpaqlarımızdaerməniləşdirmə siyasəti və qanunsuz məskunlaşdırma prosesi davam etdirildi.
Qətnamələrin icra edilməsinə məsul olan beynəlxalq qurumlar isə sanki, bunu görməzdən gəlirdi.Nəticədə Azərbaycan PrezidentiBMT Baş Assambleyasının 75-ci sessiyasının iclasında bildirdi ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməkdən imtina edir və bununla yanaşı beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq ərazimizə ayrı-ayrı ölkələrin vətəndaşlarını, o cümlədən muzdlu döyüşçüləriyerləşdirir
Lakin, təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bugün Ermənistana yardım göstərən və BMT Təhlükəsizlik Şurasının üzvü olan Fransa başda olmaqla digər ölkələr də bu təcavüzün qarşısının alınması, işğalçılıq siyasətinə son qoyulması üçün heç bir səy göstərmədilər. Bu da öz növbəsində münaqişənin həllinin uzadılmasınagətirdi.
Göründüyü kimi, BMT özünün qəbul etdiyi qətnamələrin icrasına nail ola bilmədi.Bunu ən yüksək, mükəmməl səviyyədə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu bacardı.Kəlbəcər rayonu uğrunda döyüş əməliyyatları aparılmadan, Ermənistan ordusu həmin ərazini birdəfəlik tərk etdi.Demək ki, vaxtındakifayət qədər təzyiqlər olsaydı, Ermənistan bu ərazini illər öncə tərk edərdi.
Bugün artıqməğlub olmuş düşmənanladı ki, Azərbaycan Respublikasının Prezidenti həm də dünyanın ən öndə olanliderlərindən biridir. Dövlət başçımız istər döyüş meydanında, istərsə də diplomatik müstəvidə işğal altında olan Azərbaycan torpaqlarının azadedilməsini qarşısına əsas hədəf olaraq qoyub və hazırda bunu çox böyük məharətləreallaşdırır.
Eşq olsun Müzəffər Ali Baş Komandana, yaşasın Azərbaycan Ordusu!

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ