Sizin reklam burada
Sizin reklam burada

Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı hücumlarını kəskin şəkildə qınayır

Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı hücumlarını kəskin şəkildə qınayır Beynəlxalq təşkilatlar Ermənistan silahlı qüvvələrinin Azərbaycanın şəhər və rayonlarını atəşə tutmasını, dinc əhalinin qətlə yetirilməsini pisləyərək, Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəmizin haqlı mövqeyini dəstəklədiklərini bəyan edirlər.
Bu günlərdə Azərbaycan Dostları Assosiasiyasinin sədri, Fransa Parlamentinin fəxri üzvü Jan-François Mancelin verdiyi bəyanatda bildirilir ki, Assosiasiya Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən sentyabrın 27-dən başlayaraq Azərbaycanın bir sıra şəhərlərinin mülki əhalisini hədəfə alan raket hücumlarını kəskin şəkildə pisləyir.
Sənəddə münaqişə zonasından uzaqda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin bir neçə dəfə atəşə tutulmasından narahatlıq ifadə olunur. Qeyd edilir ki, Ermənistanın bu hərbi cinayətləri BMT və Avropa İttifaqı tərəfindən də pislənilib və qəbuledilməz hesab olunub.
Bəyanatda bildirilir ki, Azərbaycan Dostları Assosiasiyası Ermənistanın təxribatları nəticəsində günahsız insanların qətlə yetirilməsi ilə bağlı Azərbaycan xalqına öz dəstəyini ifadə edir.
Sənəddə ATƏT-in Minsk qrupuna daxil olan dövlətlərin uzun illərdir münaqişənin həlli istiqamətində heç bir nəticə əldə etmədikləri, status-kvonun dəyişdirilməsi üçün heç bir iş görmədikləri təəssüflə qeyd edilir, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin tezliklə yerinə yetiriləcəyinə ümid ifadə olunur.
Bəyanatın sonunda Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını dərhal və qeyd-şərtsiz tərk etməsi tələb olunur.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ