Sizin reklam burada
Sizin reklam burada

REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNİN İCLASINDA

REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNİN İCLASINDA Oktyabrın 22-də Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirildi.İclası komitə sədri Siyavuş Novruzov açıb.
Komitə sədri rəşadətliAzərbaycan ordusunun yüksək döyüş hazırlığından söz açdı. Bildirildi ki, Azərbaycan əsgəri böyük şücaət nümayiş etdirərək Dağlıq Qarabağda hərbi baxımdan əhəmiyyətli yüksəklikləri ələ keçirib,Cəbrayıl, Füzuli, Zəngilan rayon mərkəzlərini və bir sıra kəndlərini işğaldan azad edib.
Xalqımız Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızı tezliklə azad ediləcəyinə əmindir.Hər gün yeni-yeni işğal altında olan torpaqlarımız azad olunur, Azərbaycan əsgərinin cəbhədə tarix yazmasının şahidi oluruq. Bu, böyük qələbədir. Azərbaycanın öz ərazi bütövlüyü uğrunda mübarizəsi haqq mübarizədir.
Sonra Siyavuş Novruzov iclasın gündəliyi barədə məlumat verib. Qeyd edilib ki, gündəliyə ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan “Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında qanun layihəsi” daxil edilib. Layihəyə əsasən Azərbaycan Respublikasının Xocavənd rayonunun Hadrut qəsəbəsi inzibati ərazi dairəsi tərkibindəki Vəng kəndi Çinarlı kəndi adlandırılır.Bildirdi ki, Ermənistan torpaqlarımızı işğal etməklə, xalqımıza qarşısoyqırımı etməklə yanaşı, yerli toponimləridəyişdirərəkcinayətə yol veriblər. Hazırda qüdrətli Azərbaycan dövləti Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə öz ərazi bütövlüyünü bərpa edir, haqq ədalət öz yerini tapır.
Azad edilmiş torpaqlarda yaşayış məntəqələrininöz tarixi adlarınınqaytarılması mühüm siyasi, hüquqi və mənəvi əhəmiyyət daşıyır. Yer adlarımıza qarşı törədilənerməni saxtakarlığı aradan qaldırılır. Coğrafi ərazi baxımından Qarabağda Çinar ağacları geniş yayılıb. Bu baxımdan Xocavənd rayonun Vəng kəndinin adını Çinarlı adlandırılmasıməntiqlidir.
Sonra Milli Məclis yanında Toponimiya komissiyasının sədri İsa HəbibbəyliRegional məsələlər komitəsinin sədr müavini Elşən Musayev, deputatlar Tahir Rzayev,Səttar Möhbalıyev, Nizami Cəfərov, Emin Hacıyev,Cavid Osmanov, Aqil Məmmədovöz çıxışlarında Dağlıq Qarabağda gedən hərbi əməliyyatlarla bağlı fikirlərini bölüşdülər.Deputatlar bu haqq işində şanlı ordumuza uğurlar dilədilər. Müzakirə olunan məsələyə münasibət bildirdilər.
İclasın sonunda qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edildi.
REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNİN İCLASINDAREGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNİN İCLASINDAREGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNİN İCLASINDAREGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNİN İCLASINDA

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ