17 okt 11:21Siyasət

Ziyafət Əsgərov NATO PA-nın vebinarında ermənilərin yalanlarını bir daha ifşa etdi

Ziyafət Əsgərov NATO PA-nın vebinarında ermənilərin yalanlarını bir  daha ifşa etdi
Oktyabrın 15-də NATO Parlament Assambleyasının Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vebinarı keçirildi. Tədbirdə quruma üzv və assosiativ üzv olan ölkələrin nümayəndələri və ekspertlər iştirak edirdilər.
Vebinarı açan NATO PA-nın prezidenti Attila Mesterxazi əvvəlcə münaqişə barədə iştirakçılara məlumat verdi. Tədbirdə çıxış edən ekspertlər Nona Mixelidze, Laurens Broers, Türkiyə, İtaliya, Kanada, Ermənistan nümayəndələri Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə fikirlərini bildirdilər, münaqişənin kəskinləşməsi nəticəsində yaşanan insan itkilərindən narahatlıqlarını ifadə etdilər.
İclasda çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov səsləndirilən fikirlərə münasibətini bildirdi.
Vebinarın təşkilinə görə minnətdarlığını bildirən Ziyafət Əsgərov 27 sentyabrdan etibarən baş vermiş hadisələr barədə geniş məlumat verdi. O bildirdi ki, həmin gün Ermənistan Azərbaycana qarşı növbəti hərbi hücum həyata keçirdi: "Əlbəttə, biz də cavab vermək məcburiyyətində qaldıq. Buna qədər Ermənistan silahlı qüvvələri tərəfindən 2016-cı ildə, sonra 2020-ci il iyulun 12-də Tovuz rayonunda olduğu kimi müəyyən təxtibatlar törədilmişdi. Sonra avqust ayında diversiya qrupu sərhədi keçmək istəmişdi və nəhayət 27 sentyabrdan sonra baş verənlər".
Nümayəndə heyətimizin rəhbəri Ermənistan tərəfindən Gəncə şəhərinə raket atılması ilə bağlı bildirdi ki, Gəncə Azərbaycanın ikinci böyük şəhəridir. Təəssüf ki, Ermənistan tərəfindən atılmış raket yaşayış binasına düşmüş və Ermənistanın bu terroru nəticəsində 10 mülki şəxs həlak olmuş, 35 nəfər yaralanmışdır.
Daha sonra Z.Əsgərov dedi ki, Azərbaycan və Ermənistan arasındakı danışıqlar artıq 30 ildir ki, gedir: "1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi qəbul olunmuşdur, nədənsə ekspertlərimiz bunu qeyd etmədilər. Bunlar 822, 853, 874 və 884 saylı qətnamələrdir. Həmin qətnamələrdə açıq-aydın şəkildə göstərilir ki, Ermənistan silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır.
Türkiyənin bu prosesdə iştirakına gəldikdə isə, bilirsiniz, biz bir çox ölkələrdən, o cümlədən Rusiyadan, Belarusdan, İsraildən, həmçinin Türkiyədən silahlar alırıq. Türkiyə hal-hazırda bizə yalnız siyasi və diplomatik müstəvidə dəstək verir. Türkiyə ilə əlaqədar Ermənistanın dünyaya yaydığı məlumatlar saxtadır və qara təbliğatdan başqa bir şey deyil.
Burada muzdlular barədə məsələyə də toxunuldu. Cənab Lorens dedi ki, guya Suriyadan hansısa muzdlular Azərbaycan göndərilib. Biz bunu inkar etmişik və yenə inkar edirik. Yeri gəlmişkən, Fransa Prezidenti cənab Makron da cənab Prezident İlham Əliyevlə söhbətində bu məsələyə toxunmuşdu və heç bir sübut təqdim etməmişdi. Prezident İlham Əliyev bildirmişdi ki, bizə sübutları təqdim edin: hansı muzdlular, haradan, necə, hansı yolla gətirilir ? Heç bir sübut yoxdur. Siz də deyirsiniz ki, guya buraya Suriyadan hərbi muzdlular gətirilir.
Amma bizdə sübutlar var ki, Ermənistana Livandan, Suriyadan və başqa ölkələrdən PKK terrorçuları gətirilir. Biz bunu sübut etmişik. Bizim sübutlarımız var və onları müvafiq beynəlxalq strukturlara təqdim etmişik".
Ziyafət Əsgərov qeyd etdi ki, Dağlıq Qarabağ Azərbaycan Respublikasının beynəlxalq hüquqla tanınmış ərazisidir. Və hamının bunu başa düşməsinin vaxtıdır. Bu anlayışlarla manipulyasiya etmək lazım deyil: "Bir daha bəyan edirik ki, biz humanitar atəşkəsə sadiq qalırıq. Moskvada əldə olunmuş razılıqdan sonra oktyabrın 11-də Ermənistanın xarici işlər naziri Moskvaya getdi və gələn kimi artıq başqa bəyanat verdi ki, Dağlıq Qarabağ öz müqəddəratını təyin etməlidir və sairə, sonra isə sülh danışıqlarına “Dağlıq Qarabağ” da qoşulmalıdır. “Dağlıq Qarabağ” adlı qurum yoxdur, bu ərazi Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir. Hörmətli ekspertlər, “Dağlıq Qarabağ” qanunsuz bir qurumdur. Buna görə də biz münaqişənin yalnız bir həlli yolunu görürük: Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən, bizim torpaqlarımızdan çıxarılması".
Tədbirin sonunda ikinci dəfə çıxış edən Ziyafət Əsgərov bir daha qeyd etdi ki, münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. O beynəlxalq ictimaiyyəti Ermənistanın təxribatlarına və işğalçı siyasətinə adekvat münasibət bildirməyə çağırdı.
Ziyafət Əsgərov NATO PA-nın vebinarında ermənilərin yalanlarını bir  daha ifşa etdiZiyafət Əsgərov NATO PA-nın vebinarında ermənilərin yalanlarını bir  daha ifşa etdi
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
Polkovnik-leytenant açıqladı - Hazırda yolumuz Zəngilan və Qubadlıyadır 11:11Azərbaycan əsgəri və Qarabağın xarıbülbül gülü 11:04Gənclərin yeni yumor qəhrəmanı - Paşinyan 11:00Pərviz Şahbazov: Ermənistan regionu təhlükə mənbəyinə çevirib 10:54Əflatun Amaşov: "Jurnalistlər işlərini görmək üçün hər cür şərait və imkana malikdir" 10:31Türkiyə Böyük Millət Məclisinin Sədri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib 10:28Azərbaycan Avropa və Asiya arasında qlobal dəyər zəncirlərinin fəal iştirakçısıdir 10:20Azərbaycan Mətbuat Şurası beynəlxalq media qurumlarına müraciət ünvanlayıb 10:17Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərində törədilən təcavüz beynəlxalq ictimaiyyət tərəfindən pislənilir 10:11ARTIQ ERMƏNİSTAN UDUZMUŞ DÖVLƏTDİR 10:07Milli Məclisin Sədri Sahibə Qafarova TBMM Sədri Mustafa Şentopla görüşüb 10:06Özbəkistan parlamentinin Sədri Ermənistan tərəfindən Gəncə şəhərinin artilleriya atəşinə tutulması ilə bağlı narahatlığını bildirib 10:03Vaqif Əsədov: “Sərnişinlərin daşınması zamanı avtobuslara normadan artıq sərnişin götürmək olmaz” 10:01Vaxt gələcək Gəncə cinayətini törədən Ermənistan rəsmiləri məsuliyyətə cəlb ediləcək - Mustafa Şentop 11:25Füzuli cəbhəsində ağır itkilər verərən düşmən ordusu artıq iflic olub - Politoloq 11:23Prezident: "Cəbrayıl rayonunun 13 kəndi işğaldan azad edilib" 11:18Lev Tolstoyun qızının erməni vəhşilikləri haqqında YAZDIQLARI 11:13Ali Baş Komandan DSX-nin rəisini Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması münasibətilə təbrik edib 11:09MHP: Təpələrinə vura-vura Qarabağ alınmalıdır 11:05MN: Sosial şəbəkə istifadəçiləri yalnız rəsmi məlumatlara istinad etsin 11:01Əliyev şərtini açıq dedi, Paşinyan isə... - Moskalenko 10:53Türkiyədə məscidi ildırım vurdu 10:48Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şəntop ölkəmizə rəsmi səfərə gəlib 10:42Milli Məlcis Sədrinin müavini Adil Əliyev Gəncə, Mingəçevir və digər ərazilərimizdə mülki vətəndaşların Ermənistan tərəfindən öldürülməsi barədə həqiqətləri Almaniya ictimaiyyətini diqqətinə çatdırıb 10:40Bu gün Azərbaycanda Müstəqillik günüdür 11:39Сахиба Гафарова: «Мы продолжаем надеяться, что международное сообщество не останется безучастным к террору против азербайджанского народа» 11:36Sahibə Qafarova: Ümid edirik ki, beynəlxalq ictimaiyyət Azərbaycan xalqına qarşı törədilən terrora biganə qalmayacaq 11:34Bu gün Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 29 il ötür 11:30Oğlunu döyüşə yollayan Vaqif Əsədov: “Ona dedim ki, ya şəhid olacaqsan, ya da...” 11:26Milli Məclisin Sədr müavini Adil Əliyev seçiciləri ilə görüşüb 11:03Gəncədə törədilən terror hadisəsi hiddət doğurur 11:01Mövlud Çavuşoğlu: "Erməni vəhşiliyi qarşısında susmaq bu cinayətlərin bir hissəsi olmaq deməkdir" 12:06Ceyhun Bayramov: “Bu vəhşi hücum Ermənistanın növbəti müharibə cinayətidir” 12:04Erməni polkovnik məhv edildi 12:01İlham Əliyev: “Vaxt keçəcək, Füzuli uğrunda döyüşlər haqqında kitablar, əsərlər yazılacaq” 11:58Sahibə Qafarova beynəlxalq təşkilatlara çağırış etdi 11:54Azərbaycan Prezidenti: "Füzuli şəhəri və daha 7 kəndi azad edildi" 11:50FHN: Gəncədə dağıntılar altından 13 nəfərin meyiti çıxarılıb 11:46Bu uğurlu əməliyyatlar sonuncu erməni əsgəri Qarabağdan rədd olana qədər davam edəcək 11:32ZƏFƏR BİZİMDİR 11:25Milli Məclisin Sədri Sahibə Qafarova Macarıstanın Azərbaycandakı Səfiri Viktor Szederkenyi ilə görüşüb 11:21Ziyafət Əsgərov NATO PA-nın vebinarında ermənilərin yalanlarını bir daha ifşa etdi 11:21Mənə elə gəlir ki, beynəlxalq ictimaiyyət artıq bu yalanlardan bezib 11:13Macarıstan parlamentinin Sədri Laslo Köver Milli Məclisin Sədri Sahibə Qafarovaya cavab məktubu ünvanlayıb 12:45Azərbaycanın hərbi zəfərləri Qafqaza sülh gətirir 10:51Bakı metrosu işləməyəcək - TARİX AÇIQLANDI 10:45Azərbaycan çempionatı dayandırılır? - AÇIQLAMA 10:41Operativ Qərargah vətəndaşlara çağırış edib 10:29Gürcüstanın Azərbaycana borcu açıqlanıb 10:24Pakistan Ermənistana çağırış etdi 10:14Prezidentdən Ermənistana xəbərdarlıq tviti 10:10Ermənistana qarşı hansı sanksiyalar tətbiq edilə bilər? 10:06Ordumuz düşmənin bu hərbi texnikalarını məhv etdi - SİYAHI 10:02Düşmənə ağır zərbə vurulub - CƏBHƏDƏN YENİ XƏBƏR 09:57Ürəyin sönməz közü... (yenilənib) 09:50Председатель Милли Меджлиса Сахиба Гафарова приняла чрезвычайного и полномочного посла Узбекистана в Азербайджане Бахрама Ашрафханова 19:04Milli Məclisin Sədri Sahibə Qafarova Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bəhram Əşrafxanovu qəbul edib 19:03TURKPA-nın Baş katibi Ermənistanın təxribatlarını kəskin şəkildə qınayıb 18:59Tanınmışların övladları ön cəbhədə: “O, sənəd üzərində mənim oğlumdur” 18:51Azərbaycan Mətbuat Şurasının beynəlxalq media qurumlarına Müraciəti 18:40