15 okt 09:53Siyasət

Prezident Administrasiyası ilə Milli Məclisin deputatları arasında növbəti görüş keçirilib

Prezident Administrasiyası ilə Milli Məclisin deputatları arasında növbəti görüş keçirilib Qanunverici hakimiyyət ilə icra hakimiyyəti arasında əlaqələrin daha da təkmilləşdirilməsi istiqamətində müzakirələrin aparılması üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə Milli Məclisin deputatları arasında görüşlər davam etdirilir. Bu qəbildən olan növbəti görüş oktyabrın 14-də videokonfrans formatında keçirilib. Görüşdə Milli Məclisin Sədri Sahibə Qafarova, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev və Milli Məclisin 70-dək deputatı iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Milli Məclisin Sədri Sahibə Qafarova deyib ki, hazırda Azərbaycan tarixi günlər yaşayır. Xalqımız və dövlətimiz sözün həqiqi mənasında Vətən müharibəsi aparır. Ölkəmiz bu müharibədə uğurlu hərbi əməliyyatlarla yanaşı, diplomatik, siyasi və informasiya cəbhəsində də mühüm uğurlar qazanmaqdadır. Spiker vurğulayıb ki, Prezident İlham Əliyevin zəngin siyasi təcrübəsi, yüksək diplomatik səriştəsi və qətiyyəti sayəsində Azərbaycan düşmənə bütün cəbhələrdə böyük məğlubiyyətlər yaşadır. Sahibə Qafarovanın sözlərinə görə, Ermənistanın cəbhə xəttində törətdiyi hərbi təxribatların qarşısının alınması, şanlı Ordumuzun parlaq əks-hücum əməliyyatları hər birimizi fərəhləndirir, qürurlandırır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın və dövlətimizin yeni şanlı tarixi yazılır. Prezident Administrasiyası ilə Milli Məclisin deputatları arasında növbəti görüş keçirilib
Ordumuzun zəfər yürüşü zamanı şəhidlərimizin də olduğunu vurğulayan Spiker Allahdan şəhidlərimizə rəhmət, yaralılara şəfa diləyib.
Milli Məclisin Ermənistanın 27 sentyabrdan başlayaraq törətdiyi hərbi təxribatlar, həmçinin Gəncəni və digər şəhər və rayonlarımızı artilleriya və raketlərdən atəşə tutması ilə bağlı milli parlamentlərə və beynəlxalq parlament təşkilatlarına müraciətlər ünvanladığını bildirən Sahibə Qafarova məlumat verib ki, parlament rəhbərliyinin və dostluq qruplarının adından 88 ölkənin parlamentlərinə 130, həmçinin 11 beynəlxalq təşkilata məktublar göndərilib. Müraciətlərdə baş verənlərlə bağlı geniş məlumatlar verilib və beynəlxalq ictimaiyyət tərəfindən bu hadisələrə adekvat münasibətin bildirilməsinə çağırış olunub. Onun sözlərinə görə, artıq bəzi ölkələrin parlamentləri ölkəmizə öz dəstəklərini ifadə ediblər. Həmçinin Sahibə Qafarova bu müddət ərzində bir sıra ölkələrin spikerləri və beynəlxalq təşkilatların rəhbərləri ilə telefon danışıqları apardığını, 10-a yaxın ölkənin səfirləri ilə görüşlər keçirdiyini, onlara Ermənistanın təcavüzü və təxribatları haqqında ətraflı məlumat verildiyini diqqətə çatdırıb.
Sədr bu müddətdə Milli Məclisin əksər deputatlarının müxtəlif xarici ölkələrin media orqanlarında erməni vandalizminin ifşa olunması istiqamətində çıxışlar etməsinin, sosial şəbəkələrdə xüsusi fəallıq nümayiş etdirməsinin təqdirəlayiq olduğunu bildirib. Həmçinin məlumat verilib ki, Milli Məclisin Sədri, Sədr müavinləri, deputatlar, parlament Aparatının və İşlər idarəsinin kollektivləri Silahlı Qüvvələrə Yardım Fonduna 360 min manat ianə ediblər.
Çıxışında daha sonra ölkəmizdə həyata keçirilən siyasi islahatlar və onların uğurlu nəticələri barədə məlumat verən Spiker qeyd edib ki, Azərbaycanın dinamik inkişafını şərtləndirən mühüm məsələlərdən biri ardıcıl həyata keçirilən islahatlardır. Bu islahatlar ölkəmizin daha da güclənməsinə xidmət edir. “Əlbəttə ki, hər bir inkişaf və tərəqqinin əsasında uğurlu islahatlar dayanır. Və biz Azərbaycanın müsbət nümunəsində bunu aydın şəkildə görürük”, – deyən Sahibə Qafarova qeyd edib ki, ölkəmizdə həyata keçirilən islahatların mühüm bir hissəsini siyasi islahatlar təşkil edir. Bu islahatlar demokratikləşmə prosesinin daha uğurlu həyata keçirilməsini təmin edir, eyni zamanda, siyasi münasibətlər sistemində yeni keyfiyyət göstəricilərinin meydana gəlməsini şərtləndirir. O bildirib ki, bu gün Azərbaycanda siyasi sistemin komponentləri arasında müsbət münasibətlər qurulub. Prezident Administrasiyası ilə Milli Məclisin deputatları arasında növbəti görüş keçirilib
Sonra Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev çıxış edib. Çıxışında o, dövlətimizin başçısı tərəfindən aparılan siyasi-hüquqi islahatlar və onların nəticələrindən danışaraq, ölkədə yeni siyasi konfiqurasiya, qabaqcıl siyasi mədəniyyət və dialoq mühitinin formalaşdığını, qısa müddət ərzində faktiki fəaliyyətdə olan 52 partiyadan 51-i ilə görüş keçirildiyini, 2011-ci ildən sonra ilk dəfə 6 siyasi partiyanın dövlət qeydiyyatına alındığını, 11 siyasi partiyanın qurultaylarının keçirildiyini və nəticələrinin dövlət qeydiyyatına alınmaqla fəaliyyətlərinə legitimlik gətirildiyini bildirib. O, dövlətçiliyin təməl prinsipləri ətrafında milli vəhdətin dərinləşməsi kimi məsələlərə toxunaraq, siyasi partiyaların ərazi bütövlüyümüzün bərpası üçün mübarizədə həmrəylik nümayiş etdirməsini və 32 illik fəaliyyət tarixində ilk dəfə olaraq 51 partiyanın vahid mövqe ilə Ali Baş Komandanı birmənalı dəstəkləmələrini və onun atdığı addımları müdafiə etmələrini, habelə bu partiyalar tərəfindən beynəlxalq təşkilatlara ünvanlanmış Azərbaycanın haqq səsini əks etdirən birgə müraciətləri xüsusi vurğulayıb.
Ə.Vəliyev VI çağırış Milli Məclisin formalaşmasında və ötən müddət ərzində həyata keçirdiyi fəaliyyətdə nəzərəçarpan mütərəqqi yenilikləri qeyd edərək, qanunverici orqanda sağlam, demokratik mühit yarandığını, dövlət əhəmiyyətli məsələlərə vaxtında reaksiya verildiyini, parlamentin nüfuzunun həm ölkədə, həm də xaricdə yüksəldiyini bildirib.
Şöbə müdiri, həmçinin qanunverici orqanın fəaliyyətinin icra hakimiyyəti ilə qarşılıqlı əlaqələndirilməsinin daha da təkmilləşdirilməsi istiqamətində görülmüş işlər barədə danışaraq, indiyədək Milli Məclisin rəhbərliyi və deputatları ilə, o cümlədən parlamentdə təmsil olunan siyasi partiya nümayəndələri ilə müxtəlif formatlarda həm qrup, həm də fərdi görüşlər keçirildiyini, əməkdaşlıq perspektivlərinin müzakirə olunduğunu qeyd edib. Ə.Vəliyev deputatları seçiciləri ilə işin yüksək səviyyədə təşkili üçün icra hakimiyyəti orqanlarına verilmiş aidiyyəti tapşırıqlar barədə məlumatlandıraraq, dövlətimizin başçısının göstərişinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri keçirilən görüşlərdə, habelə yerli icra hakimiyyəti başçılarını qəbul edərkən bu məsələləri xüsusi diqqətə çatdırdığını, deputat müraciətlərinin vaxtında və hərtərəfli cavablandırılmasının təmin edilməsi məqsədilə 154 dövlət orqanında (qurumunda) rəhbər müavini səviyyəsində əlaqələndirici şəxslərin müəyyən edildiyini bildirib. Eyni zamanda, vətəndaş məmnunluğunun daha da yüksəldilməsi üçün deputatlara dair mövcud gözləntilər diqqətə çatdırılıb.
Prezident İlham Əliyevin Azərbaycan xalqına 4 oktyabr və 9 oktyabr tarixlərində etdiyi müraciətlərin ölkənin müqəddəratının inamlı əllərdə olduğunu bir daha sübut etdiyini, Vətənini sevən hər bir azərbaycanlıya qürur və iftixar hissi yaşatdığını qeyd edən Ə.Vəliyev Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qətiyyətli döyüşlər apardığı bu günlərdə hər kəsin yüksək ruh yüksəkliyi və vətənpərvərlik nümayiş etdirərək Ordumuza, Ali Baş Komandana dəstək vermək niyyətində olduğunu deyib. O həmçinin Birinci vitse-prezident xanım Mehriban Əliyevanın istər pandemiya ilə mübarizə, istərsə də Ordumuza dəstək, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində həyata keçirdiyi tədbirlərin, çağırışlarının və bəyanatlarının milli həmrəyliyimizin daha da möhkəmlənməsi üçün əvəzsiz töhfə verdiyini bildirib.
Daha sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı, İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Sahib Alıyev, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Məmmədov, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli, Elm və təhsil komitəsinin sədr müavini Musa Qasımlı, Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov, Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov, Milli Məclisin deputatları - Vahid Əhmədov, Azay Quliyev, Rüfət Quliyev, Aqiyə Naxçıvanlı, Elman Nəsirov, Aqil Abbas, Azər Badamov və Nəsib Məhəməliyev çıxış ediblər. Çıxışlarda ölkə Prezidenti tərəfindən aparılan çoxşaxəli islahatların gətirdiyi müsbət nəticələr, Milli Məclisin bu islahatlar prosesində iştirakı və verə biləcəyi töhfələr, eləcə də parlamentin icra hakimiyyəti orqanları ilə daha sıx əməkdaşlıq qurması perspektivləri müzakirə edilib, aidiyyəti təkliflər səsləndirilib. Deputatlar, həmçinin ölkə başçısının atdığı hər bir addımı müdafiə etdiklərini, Ali Baş Komandanın rəhbərliyi ilə ərazi bütövlüyümüzün bərpa edildiyi bu şərəfli günlərdə bütün səylərini onun dəstəklənməsinə yönəltdiklərini, bu işi inamla davam etdirəcəklərini diqqətə çatdırıblar.
Tədbirin sonunda Ə.Vəliyev çıxışlar zamanı səsləndirilən bütün təkliflərin diqqətlə öyrəniləcəyini və Milli Məclis rəhbərliyi ilə ətraflı müzakirə ediləcəyini bildirib. O həmçinin bütün cəmiyyətimizdə olduğu kimi, Milli Məclisdə də hökm sürən yüksək ruh yüksəkliyinin, Ali Baş Komandana olan sonsuz etimadın və həmrəyliyin Böyük Qələbəyə nail olmağımız yolunda əhəmiyyətini vurğulayaraq, işğal olunmuş bütün torpaqlarımızın Prezident İlham Əliyevin rəhbərliyi ilə tezliklə azad olunacağına, həmin ərazilərdə bütün mədəni-mənəvi sərvətlərimizin bərpa ediləcəyinə, yeni həyat qurulacağına əminliyini ifadə edib.
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
Polkovnik-leytenant açıqladı - Hazırda yolumuz Zəngilan və Qubadlıyadır 11:11Azərbaycan əsgəri və Qarabağın xarıbülbül gülü 11:04Gənclərin yeni yumor qəhrəmanı - Paşinyan 11:00Pərviz Şahbazov: Ermənistan regionu təhlükə mənbəyinə çevirib 10:54Əflatun Amaşov: "Jurnalistlər işlərini görmək üçün hər cür şərait və imkana malikdir" 10:31Türkiyə Böyük Millət Məclisinin Sədri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib 10:28Azərbaycan Avropa və Asiya arasında qlobal dəyər zəncirlərinin fəal iştirakçısıdir 10:20Azərbaycan Mətbuat Şurası beynəlxalq media qurumlarına müraciət ünvanlayıb 10:17Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərində törədilən təcavüz beynəlxalq ictimaiyyət tərəfindən pislənilir 10:11ARTIQ ERMƏNİSTAN UDUZMUŞ DÖVLƏTDİR 10:07Milli Məclisin Sədri Sahibə Qafarova TBMM Sədri Mustafa Şentopla görüşüb 10:06Özbəkistan parlamentinin Sədri Ermənistan tərəfindən Gəncə şəhərinin artilleriya atəşinə tutulması ilə bağlı narahatlığını bildirib 10:03Vaqif Əsədov: “Sərnişinlərin daşınması zamanı avtobuslara normadan artıq sərnişin götürmək olmaz” 10:01Vaxt gələcək Gəncə cinayətini törədən Ermənistan rəsmiləri məsuliyyətə cəlb ediləcək - Mustafa Şentop 11:25Füzuli cəbhəsində ağır itkilər verərən düşmən ordusu artıq iflic olub - Politoloq 11:23Prezident: "Cəbrayıl rayonunun 13 kəndi işğaldan azad edilib" 11:18Lev Tolstoyun qızının erməni vəhşilikləri haqqında YAZDIQLARI 11:13Ali Baş Komandan DSX-nin rəisini Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması münasibətilə təbrik edib 11:09MHP: Təpələrinə vura-vura Qarabağ alınmalıdır 11:05MN: Sosial şəbəkə istifadəçiləri yalnız rəsmi məlumatlara istinad etsin 11:01Əliyev şərtini açıq dedi, Paşinyan isə... - Moskalenko 10:53Türkiyədə məscidi ildırım vurdu 10:48Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şəntop ölkəmizə rəsmi səfərə gəlib 10:42Milli Məlcis Sədrinin müavini Adil Əliyev Gəncə, Mingəçevir və digər ərazilərimizdə mülki vətəndaşların Ermənistan tərəfindən öldürülməsi barədə həqiqətləri Almaniya ictimaiyyətini diqqətinə çatdırıb 10:40Bu gün Azərbaycanda Müstəqillik günüdür 11:39Сахиба Гафарова: «Мы продолжаем надеяться, что международное сообщество не останется безучастным к террору против азербайджанского народа» 11:36Sahibə Qafarova: Ümid edirik ki, beynəlxalq ictimaiyyət Azərbaycan xalqına qarşı törədilən terrora biganə qalmayacaq 11:34Bu gün Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 29 il ötür 11:30Oğlunu döyüşə yollayan Vaqif Əsədov: “Ona dedim ki, ya şəhid olacaqsan, ya da...” 11:26Milli Məclisin Sədr müavini Adil Əliyev seçiciləri ilə görüşüb 11:03Gəncədə törədilən terror hadisəsi hiddət doğurur 11:01Mövlud Çavuşoğlu: "Erməni vəhşiliyi qarşısında susmaq bu cinayətlərin bir hissəsi olmaq deməkdir" 12:06Ceyhun Bayramov: “Bu vəhşi hücum Ermənistanın növbəti müharibə cinayətidir” 12:04Erməni polkovnik məhv edildi 12:01İlham Əliyev: “Vaxt keçəcək, Füzuli uğrunda döyüşlər haqqında kitablar, əsərlər yazılacaq” 11:58Sahibə Qafarova beynəlxalq təşkilatlara çağırış etdi 11:54Azərbaycan Prezidenti: "Füzuli şəhəri və daha 7 kəndi azad edildi" 11:50FHN: Gəncədə dağıntılar altından 13 nəfərin meyiti çıxarılıb 11:46Bu uğurlu əməliyyatlar sonuncu erməni əsgəri Qarabağdan rədd olana qədər davam edəcək 11:32ZƏFƏR BİZİMDİR 11:25Milli Məclisin Sədri Sahibə Qafarova Macarıstanın Azərbaycandakı Səfiri Viktor Szederkenyi ilə görüşüb 11:21Ziyafət Əsgərov NATO PA-nın vebinarında ermənilərin yalanlarını bir daha ifşa etdi 11:21Mənə elə gəlir ki, beynəlxalq ictimaiyyət artıq bu yalanlardan bezib 11:13Macarıstan parlamentinin Sədri Laslo Köver Milli Məclisin Sədri Sahibə Qafarovaya cavab məktubu ünvanlayıb 12:45Azərbaycanın hərbi zəfərləri Qafqaza sülh gətirir 10:51Bakı metrosu işləməyəcək - TARİX AÇIQLANDI 10:45Azərbaycan çempionatı dayandırılır? - AÇIQLAMA 10:41Operativ Qərargah vətəndaşlara çağırış edib 10:29Gürcüstanın Azərbaycana borcu açıqlanıb 10:24Pakistan Ermənistana çağırış etdi 10:14Prezidentdən Ermənistana xəbərdarlıq tviti 10:10Ermənistana qarşı hansı sanksiyalar tətbiq edilə bilər? 10:06Ordumuz düşmənin bu hərbi texnikalarını məhv etdi - SİYAHI 10:02Düşmənə ağır zərbə vurulub - CƏBHƏDƏN YENİ XƏBƏR 09:57Ürəyin sönməz közü... (yenilənib) 09:50Председатель Милли Меджлиса Сахиба Гафарова приняла чрезвычайного и полномочного посла Узбекистана в Азербайджане Бахрама Ашрафханова 19:04Milli Məclisin Sədri Sahibə Qafarova Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bəhram Əşrafxanovu qəbul edib 19:03TURKPA-nın Baş katibi Ermənistanın təxribatlarını kəskin şəkildə qınayıb 18:59Tanınmışların övladları ön cəbhədə: “O, sənəd üzərində mənim oğlumdur” 18:51Azərbaycan Mətbuat Şurasının beynəlxalq media qurumlarına Müraciəti 18:40