Sizin reklam burada
Sizin reklam burada
  • Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclası keçirildi

    Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclası keçirildi Oktyabrın 5-də Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclası keçirildi. Komitənin sədri Əhliman Əmiraslanov öncə Azərbaycan torpaqlarının işğaldan azad olunması istiqamətində ordumuzun uğurlarından söz açdı. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və siyasi iradəsi ilə beynəlxalq hüquq çərçivəsində aparılan zəfər yürüşünün davam etdiyini vurğuladı. İclasda Qarabağ uğrunda döyüşlərdə həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
    Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, sonra Əhliman Əmiraslanov bildirdi ki, komitə üzvləri könüllü olaraq bir aylıq maaşlarının Silahlı Qüvvələrə Yardım Fonduna köçürülməsi barədə yekdil qərar qəbul ediblər.
    Səhiyyə komitəsininiclasında “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarıldı. Gündəlikdəki məsələ barədə məlumat verən komitə sədri birinci oxunuş zamanı səslənmiş təkliflərə münasibət bildirdi. Sonra müzakirələr başlandı.
    İclasda ekspert qismində iştirak edən Tibb Universitetinin,Mərkəzi Klinik Xəstəxananın və Mərkəzi Gömrük Hospitalının təmsilçiləri – professorlar Nuru Bayramov, Kamran Musayev və tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndəsi Vüqar Qurbanov qanun layihəsi ilə bağlı rəy və təkliflərini nəzərə çatdırdılar. Belə mükəmməl qanun layihəsi hazırladıqlarına görə Səhiyyə komitəsinin üzvlərinə təşəkkürlərini bildirdilər.
    Sonra komitə sədrinin müavini Rəşad Mahmudov, deputat Kamaləddin Qafarov transplantasiyailə əlaqədar müxtəlif məsələlərə toxundular.
    Çıxışları komitə sədri Əhliman Əmiraslanov yekunlaşdırdı. Qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olundu.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ