Sizin reklam burada
Sizin reklam burada
  • Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi Milli Məclisin payız sessiyasında ilk iclasını keçirdi

    Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi Milli Məclisin payız sessiyasında ilk iclasını keçirdi Sentyabrın 24-də Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi Milli Məclisin payız sessiyasında ilk iclasını keçirdi.
    Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən atributinfo.az-a verilən məlumata görə, komitənin sədri Ziyafət Əsgərovpayız sessiyasının başlanması münasibətilə deputat həmkarlarını təbrik etdi, onlara qanun yaradıcılığında və ictimai-siyasi fəaliyyətlərində uğurlar arzuladı. Sonra gündəlikdəki məsələlər barədə məlumat verdi.
    İclasda Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində 2020-ci ilin yaz və növbədənkənar sessiyalar dövründə görülən işlər barədə hesabatı təqdim edən komitə sədri bildirdi ki, hesabat dövründə 8 iclas keçirilib, 10 qanun layihəsinə baxılıb. Milli Məclisin müzakirəsinə tövsiyə edilən həmin qanun layihələri parlamentdə qəbul olunub.
    Qanunvericilik fəaliyyəti ilə yanaşı komitə üzvləri seçicilərlə müntəzəm əlaqə saxlayıb, müxtəlif problemlərin həllində onlara yardımçı olublar. Ölkənin ictimai-siyasi həyatında böyük fəallıq göstərən deputatlar komitənin profilinə uyğun olaraq, vaxtaşırı hərbi hissələrə baş çəkib, vətənin keşiyində duran əsgər və zabitlərlə görüşüblər.
    Hesabat dövründə komitəyə 26 ərizə və şikayət daxil olub, aidiyyəti üzrə baxılıb tədbir görülməsi üçün müxtəlif ünvanlara 17məktub göndərilib. Ərizə və şikayətlərin çox hissəsini cinayət işlərinin araşdırılması, iş və mənzillə təmin edilmə kimi müraciətlər təşkil edib. Məktubların bir qismi isə hərbi qulluq və hərbi xidmətkeçmə barədə müraciət və təkliflərdən ibarət olub.
    Məlumat dinlənildikdən sonra iclasda geniş müzakirə aparıldı. Fikir mübadiləsində komitə sədrinin müavini Hikmət Məmmədov, deputatlar Aqil Abbas, Erkin Qədirli, Arzu Nağıyev, Aydın Mirzəzadə, Elşad Mirbəşir oğlu, Elman Məmmədov, Nurlan Həsənov, Bəxtiyar Sadıqov yaz və növbədənkənar sessiyalar dövründə görülmüş işləri müsbət dəyərləndirdilər. Seçicilərin müraciətlərinə əsasən bir sıra təkliflər irəli sürdülər.
    Çıxışlarda bildirildi ki, Azərbaycan parlamentinin nümayəndələri Ermənistanın törətdiyi təxribatlar zamanı, xüsusilə İyul hadisələri günlərində daim yerlərdə olub, əhali ilə sıx əlaqələr saxlayıb, KİV-lərdəvə sosial şəbəkələrdə fəal çıxışlar ediblər. Livan və Suriya ermənilərininqeyri-qanuni olaraq Dağlıq Qarabağa köçürülməsinin beynəlxalq cinayət olduğunu vurğulayan deputatlar buna qarşı hüquqi müstəvidə mübarizə aparmağın, müxtəlif tədbirlərin həyata keçirilməsi vacibliyini qeyd etdilər.
    Komitədə hesabat məqbul sayıldı. Sonra 2020-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planımüzakirəolundu. Komitə sədri məlumat verdi ki, qarşıdakı sessiyada digər qanunvericilik aktları ilə yanaşı “Daxili qoşunlar haqqında” və “Hərbi qulluqçuların statusu haqqında” qanun layihələrinin də plenar iclasa təqdim olunması nəzərdə tutulub.
    İclasda 8 bənddən ibarət iş planı təsdiqləndi.
    Komitə üzvlərinin yekdil qərarı ilə baxılan məsələlər Milli Məclisin plenar iclasına tövsiyə olundu.
    İclası yekunlaşdıranMüdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovdeputatların təkliflərinə və qaldırılan məsələlərə münasibət bildirdi. Milli Məclis Sədrinin Rusiyaya səfərindən söz açdı. Rusiya Federal Məclisinin Federasiya Şurasının tribunasından Qarabağın tarixinə dair faktlarısəsləndirdiyinə, o cümlədən, 1805-ci il Kürəkçay müqaviləsini, 1921-ci ildə Bolşevik partiyasının Qafqaz bürosu tərəfindən “Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması haqqında”qərar qəbul edildiyini rusiyalı parlamentarların diqqətinə çatdırdığına görə, Milli Məclisin Sədri Sahibə xanım Qafarovaya dərin minnətdarlığını ifadə etdi. Vurğuladı ki, bu faktların Rusiya Federasiya Şurasının tribunasından səslənməsi müstəqillik dövrü parlament tariximizdə ilk hadisədir.
    Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi Milli Məclisin payız sessiyasında ilk iclasını keçirdiMüdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi Milli Məclisin payız sessiyasında ilk iclasını keçirdiMüdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi Milli Məclisin payız sessiyasında ilk iclasını keçirdiMüdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi Milli Məclisin payız sessiyasında ilk iclasını keçirdi

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ