Sizin reklam burada
Sizin reklam burada
  • Deputat: Azərbaycan dövləti özünün humanist mahiyyətini bir daha ortaya qoydu

    Deputat: Azərbaycan dövləti özünün humanist mahiyyətini bir daha ortaya qoydu Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb. Hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə şikayətə baxılıb və Tofiq Yaqublu ev dustaqlığına buraxılıb.
    Həbs olunmasına etiraz edən Tofiq Yaqublu 17 günə yaxındır ki, aclıq aksiyası keçirirdi. T.Yaqublunun səhhətinin pisləşməsindən narahatlıq keçirən Azərbaycanın Xalq yazıçıları Anar, Çingiz Abdullayev, Xalq artisti Zeynəb Xanlarova, Milli Məclisin deputatları, ziyalılar Tofiq Yaqublunun azad olması ilə bağlı ölkə Prezidentinə müraciət etmişdilər. Bütün bunlar nəzərə alınaraq bu gün Tofiq Yaqublu ilə bağlı Appellyasiya şikayətinə baxıldı və onun həbsinin ev dustaqlığı ilə əvəz olunmasına qərar verirldi.
    Bu Azərbaycan dövlətinin növbəti humanist addımı, insan həyatının ən ali dəyər kimi qiymətləndirməsinin ən bariz nümunələrindən biridir.
    Bununla belə radikal müxalifətin və xaricdəki 5-ci kolonun bu qərarı “qələbə” kimi yozması, bundan sui-istifadə edərək müxtəlif qeyri-qanuni çağırışlar səsləndirməsi bir daha göstərir ki, heç bir fəaliyyəti olmayan, işləri-gücləri sosial şəbəkələrdə qeybət, dedi-qodu yaymaq olanlar üçün insan həyatının heç bir dəyəri yoxdur. T.Yaqublunun qızı Nigar Həzi, AXCP sədri Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı kimi şəxslər öz məqsədləri üçün ən ali prinsipləri belə tapdamağa hazırdırlar.
    Məsələ ilə bağlı danışan Milli Məclisin deputatı Elman Nəsirov bildirb ki, Azərbaycan dövləti humanist dövlətdir, Azərbaycan dövləti öz vətəndaşına dəyər, diqqət göstərir.
    “Yeri gəlmişkən onu da vurğulayaq ki, Tofiq Yaqublu elə təcridxanada olduğu vaxtda, ona hüquqi çərçivədə bütün imkanlar yaradılmışdı. Belə ki, o, daimi həkim nəzarətində idi, onun şərati lazımı səviyyədə qurulmuşdu. Ailə üzvləriləri qanun çərçivəsinə uyğun olaraq görüş imkanına malik idi və bu reallaşdırılırdı. Eyni zamanda vəkili ilə də mütəmadi olaraq görüş təşkil edilirdi. Bununla yanaşı ölkəmizin ombudsmanı da onu ziyarət etmiş, söhbət aparmış, səhhəti ilə maraqlanmış və lazımı tövsiyələrini vermişdi. Bundan başqa Tofiq Yaqublunun səhhəti nəzərə alınaraq, mülki xəstəxanaya da yerləşdirilmişdi və bütün tibb personalının nəzarətində idi ki, onun səhhətində heç bir xoşagəlməz hal baş verməsin. Artıq onunla bağlı həbs-qətiimkan tədbiri dəyişdirilib və bu hadisə cəmiyyətimizdə də çox müsbət qarşılanıb”.
    Deputat deyib ki, Azərbaycan ziyalıları da, tanınmış ictimai xadimlər də bu məsələ ilə bağlı ölkə Prezidentinə müraciət etmişdilər.
    “Azərbaycan dövləti özünün humanist mahiyyətini bir daha ortaya qoydu. Amma eyni zamanda müəyyən anti-Azərbaycan siyasi dairələrin, 5-ci kolonun radikal müxalifəti də öz mahiyyətini növbəti dəfə ortaya qoydu. Tofiq Yaqublu amilinə münasibətdə biz gördük ki, onlar bu məsələdən necə siyasi şou kimi istifadə edirlər, Azərbaycan dövlətinin beynəlxalq imicinə zərbə vurmaq üçün hansı hay-həşiri qoparırlar. “Azərbaycan dövləti, xalqı üçün nə pisdirsə, onlar üçün yaxşıdır” prinsipi ilə hərəkət edirlər. Onlar Tofiq Yaqublu ilə bağlı hadisələrin ən mürəkkəb, ən arzuolunmaz ssenarisinin reallaşmasını istəyirdilər, onların bu niyyəti də ürəklərində qaldı. Bütün bunlar onu göstərir ki, Azərbaycan dövləti güclü dövlətdir, güclü dövlətdə humanizm prinsiplərinə söykənirlər. Xalqımız ölkə rəhbərliyinin siyasətini birmənalı şəkildə dəstəkləyir. Bu son hadisə də cəmiyyətdə olduqca müsbət dəyərləndirildi”.
    Qeyd edək ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
    İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və onun yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib. O, ittihamları qəbul etmədiyini bildirir.
    Tofiq Yaqublu səhhəti ilə əlaqədar sentyabrın 12-də istintaq təcridxanasından "City Hospital"a köçürülüb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ