14 sen 16:33siyaset

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi payız sessiyasında ilk iclasına toplaşdı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi payız sessiyasında ilk iclasına toplaşdı Sentyabrın 14-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi payız sessiyasında ilk iclasına toplaşdı.
Komitənin sədri Səməd Seyidov Milli Məclisin payız sessiyasının başlanması münasibətilə deputatları təbrik etdi, VI çağırış dövründə parlamentdə aparılan islahatları təqdir etdi.
Milli Məclisin Sədri xanım Sahibə Qafarovanın ilk rəsmi səfərinin başa çatdığını bildirdi. Vurğuladı ki, xanım Spiker Azərbaycanda mövcud olan ənənəyə əsasən, ilk rəsmi səfərinə Türkiyədən başlayıb. Sahibə Qafarovanın qardaş ölkənin Prezidenti R.T.Ərdoğanla, Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopla, nazirlərlə və bir sıra digər rəsmilərlə görüşləri göstərdi ki, Azərbaycan-Türkiyə əlaqələri ən yüksək müstəvidədir.
Sonra iclasda gündəlik barədə məlumat verən Səməd Seyidov öncə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlər barədə hesabatı təqdim etdi. Bildirdi ki, hesabat dövründə komitənin 6 iclası keçirilib, 22 məsələyə baxılıb, onlardan 20-si Milli Məclisin müzakirəsinə tövsiyə olunub. Həmin məsələlər arasında qardaş Türkiyə ilə, Bolqarıstan, İtaliya, Türkmənistan və digər ölkələrlə müxtəlif sahələrdə əməkdaşlığın dərinləşməsinə xidmət edən sazişləri xüsusi qeyd etmək olar.
Səməd Seyidov qeyd etdi ki, sessiyalar dövründə komitə üzvləri parlamentin beynəlxalq əlaqələrinin inkişafı sahəsində böyük fəallıqla çalışıblar. Baş verən ictimai-siyasi proseslərlə, iyul ayında Ermənistanın Azərbaycana qarşı törətdiyi növbəti təxribatla əlaqədar həm ölkə mətbuatında, həm xarici mətbuatda hadisələrin mahiyyətini açıb göstərən məqalələrlə çıxış ediblər. Sosial şəbəkələrdə mühüm məlumatlar yerləşdiriblər; beynəlxalq təşkilatlarla, xarici ölkələrin parlamentarları ilə zəruri yazışmalar apararaq Tovuz rayonundakı sərhəddə ermənilərin təxribatçı hücumlarının əsl mahiyyətini açıqlayıblar. Təsadüfi deyil ki, yaz və növbədənkənar sessiyalar dövründə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinə 2 min 429 müraciət daxil olub və bunların hamısı cavablandırılıb.
Pandemiya şəraitinə baxmayaraq komitə üzvləri seçicilərlə müntəzəm əlaqə saxlayıb, görüşlər keçiriblər. COVİD-19-la əlaqədar yaranmış vəziyyətdə yerlərə səfər edərək daim seçicilərin yanında olub, maarifləndirmə işləri aparıb, lazımi köməklik göstəriblər.
Məlumat dinlənildikdən sonra deputatlar hesabatı məqbul saydılar və komitənin 2020-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planını təsdiqlədilər.
Sonra komitə sədri “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əqli mülkiyyət obyektlərinə hüquqların qorunması sahəsində gömrük orqanlarının qarşılıqlı fəaliyyəti haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsini şərh etdi. Deputatlar bu qanun layihəsini də plenar iclasa tövsiyə etdilər.
Komitənin iclasında cari məsələlərə baxıldı. Aparılan fikir mübadiləsində komitənin sədr müavini Sevinc Fətəliyeva, deputatlar Asim Mollazadə, Elman Nəsirov, Kamran Bayramov, Rasim Musabəyov, Sabir Rüstəmxanlı, Sevil Mikayılova, Tural Gəncəliyev, Nəsib Məhəməliyev, Ramil Həsən, Ramin Məmmədov, Sahib Alıyev beynəlxalq təşkilatlarla münasibətlərin daha səmərəli qurulması, xaricdə yaşayan azərbaycanlılarla daha sıx əlaqələrin yaradılması, Ermənistanın işğalçılıq niyyətlərinin və əməllərinin beynəlxalq miqyasda ifşa olunması, Livan ermənilərinin qeyri-qanuni olaraq Dağlıq Qarabağa köçürülməsnin və məskunlaşmasının qarşısının alınması və s. aktual məsələlərə dair rəy və təkliflərini bildirdilər.
İclasın gündəliyində baxılan məsələlər Milli Məclisin plenar iclasına tövsiyə olundu.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi payız sessiyasında ilk iclasına toplaşdıMilli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi payız sessiyasında ilk iclasına toplaşdıMilli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi payız sessiyasında ilk iclasına toplaşdı
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
Epidemiya əleyhinə qaydaların pozulduğu mehmanxanaların SAYI 18:06Kafe və restoranlar yenidən bağlanır? - RƏSMİ CAVAB 18:04Millət vəkili ilə icra başçısı imtiyazlı ailələrə baş çəkib 16:22Məhərrəm Əliyev: Ermənistanın dövlət kimi mövcudluğu da sual altına düşəcək (MÜSAHİBƏ) 16:10“Bir aydır şikayət etmişəm, DYP-nin vecinə deyil” - Əməkdar artist 16:02Əsrlik sirr çözülmür – Bu adada hər kəs 100 ildən çox yaşayır 15:57Qolunu pəncərədən çıxaran sürücünün biləyi qopdu 15:54İstirahət mərkəzi ərazisində ağacların məhv edilməsi faktı ilə bağlı cinayət işi başlanıb 15:51Universitetlər üzrə ən yuxarı və ən aşağı keçid balları olan ixtisaslar - SİYAHI 15:49Qapalı şəraitdə toy etmək olar - İşçi qrupunun rəhbəri ŞƏRTLƏRİ AÇIQLADI 15:45Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaqdır 15:42Bakıda 27 136 uşaq məktəbəhazırlıq qruplarına gedəcək 14:48Qədim şəhərlərin qalıqlarının araşdırılmasındakı problemlər açıqlandı 14:44Evində qətlə yetirilən Tahir Tağıyev polis polkovniki imiş 14:41Fransanın dövlət borcu rekord həddə çatıb 14:35"Bavariya" tarixində ikinci dəfə UEFA Superkubokunu qazanıb 14:31Prezident İlham Əliyev: Kəşfiyyat mənbələrimizdə məlumat var ki, çox ciddi hərbi hazırlıqlar gedir 14:28İpoteka girovlarının qiymətləndirilməsi və onların satışını tənzimləyən bəzi məcəllələr və qanunların bir sıra maddələrindətənzimlənmə və təkmilləşmə ilə bağlı işçi qrupun növbəti iclası olub 14:25Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il sentyabrın 30-da keçiriləcək iclasınıngündəliyinə təklif olunan M Ə S Ə L Ə L Ə R 14:08BMT-NİN GÜCLƏNDİRİLMƏSİ QLOBAL ÇAĞIRIŞDIR 00:53Türkiyənin Azərbaycandakı Səfiri Azərbaycan Mətbuat Şurasında olub 00:43Bakıda yol polisləri şəxsi maşınlarla gizli cərimə yazır? - DYP-dən CAVAB 18:14Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarovanın Rusiya Federasiyasına rəsmi səfərinin yekunlarına dair məlumat 16:16Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi Milli Məclisin payız sessiyasında ilk iclasını keçirdi 15:41Kamaləddin Qafarov: Azərbaycan BMT-nin nüfuzlu üzvlərindən biridir 10:50Deputat: Azərbaycan torpaqlarını hərbi yolla azad etmək qərarına gəlsə, nəticə Ermənistan üçün ağır ola bilər 10:48“AzGold” MMC-nin rəhbəri həbs edilib 10:43Luis Suares "Atletiko"da 10:35Bakıda kütləvi dava - Yaralılar var 10:32COVID -19-a görə yaxın beş il üçün bir neçə ssenari proqnozlaşdırıldı 10:29Diqqət: Sentyabrın 25-dən... 10:24Günün qoroskopu: yaranmış situasiyanı təhlil edin 10:20Rusiya münaqişəyə nəzarəti əlində saxlamaq istəyir 10:07Deputat Nəsib Məhəməliyev Qabaqçöl Qəsəbəsində sakinlərlə görüş və qəbul keçirmişdir 09:59Daşkəsənin iki böyük metallurgiya müəssisəsi yeni inkişaf dövrünə başlayır 09:50“MƏN AZƏRBAYCAN ADINDAN ÇIXIŞ EDİRƏM!” 20:52Milli Məclisin sədri: Ümid edirik ki, Rusiya münaqişənin həlli üçün əlindən gələni əsirgəməyəcək 20:50Qoy dünya Azərbaycan və Ermənistan qadınlarını müqayisə etsin. Birinci xanımlar səviyyəsində. Həqiqətlər o zaman üzə çıxacaq! 20:46Milli Məclisin Sədr müavini Adil Əliyev: “Ermənistan torpaqlarımızı qeyd-şərtsiz qaytarmalıdır!” 20:42VYAÇESLAV VOLODİN: “N.Paşinyanın Dağlıq Qarabağla bağlı fikirləri sülh prossesinə kömək etmir” 20:40DİLOROM FAYZİYEVA: “BEYNƏLXALQ TƏŞKİLATLARDA AZƏRBAYCANIN GÜCLÜ və MÜSTƏQİL YERİ VAR.” 20:35Milli Məclis Sədrinin müavini Adil Əliyev: “Ermənistan tərəfi öz təcavüzkar, avantürist siyasətindən əl çəkməlidir” 20:29MİLLİ MƏCLİSİN SƏDRİ SAHİBƏ QAFAROVA RUSİYADA RƏSMİ SƏFƏRDƏDİR (yenilənib) 22:10Təəssüf ki, erməni təxribatı nəticəsində Şəhidin var, Vətən! 17:08Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirildi 16:19Camaata yazığım gəlir, həqiqətən də çox üzülürəm 16:15GƏNCLƏR VƏ İDMAN KOMİTƏSİ ÖTƏN SESSİYALARDA SƏMƏRƏLİ FƏALİYYƏT GÖSTƏRİB 14:58ELM VƏ TƏHSİL KOMİTƏSİNİN NÖVBƏTİ ONLAYN İCLASI KEÇİRİLƏCƏK 12:44GƏNCLƏR VƏ İDMAN KOMİTƏSİ YAZ VƏ NÖVBƏDƏNKƏNAR SESSİYALARIN GENİŞ HESABATINI TƏQDİM EDƏCƏK 12:43“Əsrin müqaviləsi” Azərbaycana həm də zəngin neft-qaz infrastrukturu bəxş edib 10:24Braziliya telekanalında Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun acı nəticələri barədə bəhs edilib 10:11Türkiyədən Azərbaycana elektrik avadanlıqlarının ixracı artıb 10:08BMT milyarderlərdən kömək istədi 10:06Sabahdan Azərbaycanda payız başlayır 10:03Rus senatordan ŞOK ÇIXIŞ: Bayden qalib gəlsə, hədəf Rusiya olacaq 10:00Alimlər ŞOKDA: Ayın səthi pasla örtülür 09:55Ronaldo “dünyanın ən yaxşı bombardiri“ seçildi 09:53Yağış yağacaq, dolu düşəcək - BU GÜNÜN HAVASI 09:50Tədris və təcrübə prosesində iştirak edən gənclər gələcəkdə Sumqayıt Kimya Sənaye Parkının müəssisələrində iş yeri əldə etmək imkanı qazanırlar. 09:47Prezident: “Bizim başqalarının torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik” 10:58