12 sen 16:28siyaset

Hərbi sahədə əməkdaşlığın inkişafı Azərbaycanla Türkiyə arasındakı müttəfiqliyin ayrılmaz hissəsidir

Hərbi sahədə əməkdaşlığın inkişafı Azərbaycanla Türkiyə arasındakı müttəfiqliyin ayrılmaz hissəsidir Son vaxtlar imzalanan çox sayda sənədlər Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən hərbi əməkdaşlıq sahəsində çoxtərəfli əlaqələrin olduğunu bir daha təsdiqləyir. Azərbaycanın dövlət müstəqilliyini qazanmasından sonra iki ölkə arasında ortaq tarixi və mədəni əlaqələr əsasında çoxistiqamətli həmrəylik çərçivəsində Türkiyə-Azərbaycan münasibətləri sürətlə inkişaf edərək özünün yüksək inkişaf səviyyəsinə çatıb. Türkiyə Azərbaycanı regionda çox əhəmiyyətli strateji tərəfdaş olaraq görür və müxtəlif sahələrdə möhkəm təməllərə əsaslanan əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün səy göstərir. Bu mənada “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” Müqavilə iki ölkə arasında siyasi, hərbi, iqtisadi, ticari, mədəni, elmi sahələrdə əlaqələrin bütün istiqamətlərini müəyyənləşdirir. Təsadüfi deyil ki, qanunun “Hərbi-siyasi və təhlükəsizlik məsələləri üzrə” bölməsinin 6-cı maddəsinə əsasən, tərəflər regional və beynəlxalq sabitliyə və təhlükəsizliyə mənfi təsir edən müxtəlif təhdid və çağırışlara, xüsusilə terrorçuluğa, mütəşəkkil cinayətkarlığa, narkotiklərin qeyri-qanuni dövriyyəsinə, insan alverinə, qeyri-qanuni miqrasiyaya qarşı mübarizə sahəsində birgə əməkdaşlıq edirlər.
Bu fikirləri Milli Məclisin deputatı İqbal Məmmədov bildirib.
Deputat Azərbaycan ilə Türkiyə arasında əməkdaşlıq əlaqələrinin inkişafının əsasında bir neçə amilin dayandığını deyib. Bildirib ki, NATO-nun aparıcı ölkələrindən olan Türkiyə Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsinə yaxından kömək göstərir. İkincisi, Azərbaycanın təhlükəsizlik sənədləri və iki ölkə arasında imzalanmış strateji müqavilələr mövcud münasibətlərdə mühüm yer tutur. Cənubi Qafqaz ölkələri, xüsusilə də Azərbaycan ilə hərbi əməkdaşlığın dərinləşdirilməsi Türkiyənin dövlət və milli maraqlarına uyğundur.
İ.Məmmədov deyib: “İki qardaş ölkə arasında hərbi əməkdaşlıq əlaqələrinin inkişafında hərbi kadrların hazırlanması, maddi-texniki təchizatdan tutmuş müdafiə sənayesi sahəsində yeni birgə əməkdaşlığa qədər məsələlər daxildir. Eyni zamanda, Ermənistanın işğalı nəticəsində nəzarətdən kənar qalmış Azərbaycan sərhədlərindən qeyri-qanuni məqsədlərlə istifadə məsələsi Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı üçün mühüm istiqamətlərdən hesab olunur. İki ölkə terrorizmdən əziyyət çəkməklə bu istiqamətdə ayrı-ayrılıqda və birgə mübarizənin bu günü və perspektivlərini həmişə diqqət mərkəzində saxlayır. Bütün bunlar onu deməyə əsas verir ki, perspektivdə iki ölkə arasında hərtərəfli hərbi əməkdaşlığın gücləndirilməsi istiqamətində yeni imkanlar mövcuddur. Türkiyə hər zaman Azərbaycana taktiki və strateji dövrdə hərbi dəstəyini davam etdirməkdə qərarlıdır. Qardaş Türkiyə isə 30 ildən çoxdur davam edən, hələ də ədalətli həllini tapmayan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana daim dəstək verib, hər zaman onu müdafiə edib”.
Deputat vurğulayıb ki, Azərbaycanın hərbi baxımdan inkişafı, coğrafi mövqeyini gücləndirməsi, eyni zamanda, Türkiyənin güclənməsi deməkdir. Azərbaycan və Türkiyə hər sahədə müttəfiqdirlər. Bu mənada həm ikitərəfli səviyyədə, həm də NATO ilə əməkdaşlıq çərçivəsində hərbi əməkdaşlığın davamlı inkişafı bu müttəfiqliyin ayrılmaz hissəsidir.
Azərbaycan-Türkiyə münasibətlərinin sarsılmaz və əsaslı köklərlə bağlı olduğunu deyən İqbal Məmmədov iki qardaş ölkənin tarixin bütün dövrlərində hər zaman bir-birinə dəstək göstərdiklərini qeyd edib. O bildirib: “Azərbaycan Prezidenti Yunanıstanın yeni səfirini qəbul edərkən iki ölkənin dost münasibətini, qardaşlığını bir daha nümayiş etdirdi. Dövlətimizin başçısı səfirlə görüşündə qardaş ölkəyə birmənalı dəstəyini ifadə edərək dedi: “Toxunmaq istədiyim sonuncu məsələ Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda bu yaxınlarda baş verən gərginlikdir. Sizə deyə bilərəm və bu sirr deyil ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir”. Azərbaycan Prezidenti qətiyyətli şəkildə, heç bir tərəddüd etmədən ölkəmizin Türkiyəni bütün hallarda və hər zaman dəstəklədiyini diqqətə çatdırdı”.
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
Millət vəkili ilə icra başçısı imtiyazlı ailələrə baş çəkib 16:22Məhərrəm Əliyev: Ermənistanın dövlət kimi mövcudluğu da sual altına düşəcək (MÜSAHİBƏ) 16:10“Bir aydır şikayət etmişəm, DYP-nin vecinə deyil” - Əməkdar artist 16:02Əsrlik sirr çözülmür – Bu adada hər kəs 100 ildən çox yaşayır 15:57Qolunu pəncərədən çıxaran sürücünün biləyi qopdu 15:54İstirahət mərkəzi ərazisində ağacların məhv edilməsi faktı ilə bağlı cinayət işi başlanıb 15:51Universitetlər üzrə ən yuxarı və ən aşağı keçid balları olan ixtisaslar - SİYAHI 15:49Qapalı şəraitdə toy etmək olar - İşçi qrupunun rəhbəri ŞƏRTLƏRİ AÇIQLADI 15:45Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaqdır 15:42Bakıda 27 136 uşaq məktəbəhazırlıq qruplarına gedəcək 14:48Qədim şəhərlərin qalıqlarının araşdırılmasındakı problemlər açıqlandı 14:44Evində qətlə yetirilən Tahir Tağıyev polis polkovniki imiş 14:41Fransanın dövlət borcu rekord həddə çatıb 14:35"Bavariya" tarixində ikinci dəfə UEFA Superkubokunu qazanıb 14:31Prezident İlham Əliyev: Kəşfiyyat mənbələrimizdə məlumat var ki, çox ciddi hərbi hazırlıqlar gedir 14:28İpoteka girovlarının qiymətləndirilməsi və onların satışını tənzimləyən bəzi məcəllələr və qanunların bir sıra maddələrindətənzimlənmə və təkmilləşmə ilə bağlı işçi qrupun növbəti iclası olub 14:25Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il sentyabrın 30-da keçiriləcək iclasınıngündəliyinə təklif olunan M Ə S Ə L Ə L Ə R 14:08BMT-NİN GÜCLƏNDİRİLMƏSİ QLOBAL ÇAĞIRIŞDIR 00:53Türkiyənin Azərbaycandakı Səfiri Azərbaycan Mətbuat Şurasında olub 00:43Bakıda yol polisləri şəxsi maşınlarla gizli cərimə yazır? - DYP-dən CAVAB 18:14Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarovanın Rusiya Federasiyasına rəsmi səfərinin yekunlarına dair məlumat 16:16Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi Milli Məclisin payız sessiyasında ilk iclasını keçirdi 15:41Kamaləddin Qafarov: Azərbaycan BMT-nin nüfuzlu üzvlərindən biridir 10:50Deputat: Azərbaycan torpaqlarını hərbi yolla azad etmək qərarına gəlsə, nəticə Ermənistan üçün ağır ola bilər 10:48“AzGold” MMC-nin rəhbəri həbs edilib 10:43Luis Suares "Atletiko"da 10:35Bakıda kütləvi dava - Yaralılar var 10:32COVID -19-a görə yaxın beş il üçün bir neçə ssenari proqnozlaşdırıldı 10:29Diqqət: Sentyabrın 25-dən... 10:24Günün qoroskopu: yaranmış situasiyanı təhlil edin 10:20Rusiya münaqişəyə nəzarəti əlində saxlamaq istəyir 10:07Deputat Nəsib Məhəməliyev Qabaqçöl Qəsəbəsində sakinlərlə görüş və qəbul keçirmişdir 09:59Daşkəsənin iki böyük metallurgiya müəssisəsi yeni inkişaf dövrünə başlayır 09:50“MƏN AZƏRBAYCAN ADINDAN ÇIXIŞ EDİRƏM!” 20:52Milli Məclisin sədri: Ümid edirik ki, Rusiya münaqişənin həlli üçün əlindən gələni əsirgəməyəcək 20:50Qoy dünya Azərbaycan və Ermənistan qadınlarını müqayisə etsin. Birinci xanımlar səviyyəsində. Həqiqətlər o zaman üzə çıxacaq! 20:46Milli Məclisin Sədr müavini Adil Əliyev: “Ermənistan torpaqlarımızı qeyd-şərtsiz qaytarmalıdır!” 20:42VYAÇESLAV VOLODİN: “N.Paşinyanın Dağlıq Qarabağla bağlı fikirləri sülh prossesinə kömək etmir” 20:40DİLOROM FAYZİYEVA: “BEYNƏLXALQ TƏŞKİLATLARDA AZƏRBAYCANIN GÜCLÜ və MÜSTƏQİL YERİ VAR.” 20:35Milli Məclis Sədrinin müavini Adil Əliyev: “Ermənistan tərəfi öz təcavüzkar, avantürist siyasətindən əl çəkməlidir” 20:29MİLLİ MƏCLİSİN SƏDRİ SAHİBƏ QAFAROVA RUSİYADA RƏSMİ SƏFƏRDƏDİR (yenilənib) 22:10Təəssüf ki, erməni təxribatı nəticəsində Şəhidin var, Vətən! 17:08Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirildi 16:19Camaata yazığım gəlir, həqiqətən də çox üzülürəm 16:15GƏNCLƏR VƏ İDMAN KOMİTƏSİ ÖTƏN SESSİYALARDA SƏMƏRƏLİ FƏALİYYƏT GÖSTƏRİB 14:58ELM VƏ TƏHSİL KOMİTƏSİNİN NÖVBƏTİ ONLAYN İCLASI KEÇİRİLƏCƏK 12:44GƏNCLƏR VƏ İDMAN KOMİTƏSİ YAZ VƏ NÖVBƏDƏNKƏNAR SESSİYALARIN GENİŞ HESABATINI TƏQDİM EDƏCƏK 12:43“Əsrin müqaviləsi” Azərbaycana həm də zəngin neft-qaz infrastrukturu bəxş edib 10:24Braziliya telekanalında Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun acı nəticələri barədə bəhs edilib 10:11Türkiyədən Azərbaycana elektrik avadanlıqlarının ixracı artıb 10:08BMT milyarderlərdən kömək istədi 10:06Sabahdan Azərbaycanda payız başlayır 10:03Rus senatordan ŞOK ÇIXIŞ: Bayden qalib gəlsə, hədəf Rusiya olacaq 10:00Alimlər ŞOKDA: Ayın səthi pasla örtülür 09:55Ronaldo “dünyanın ən yaxşı bombardiri“ seçildi 09:53Yağış yağacaq, dolu düşəcək - BU GÜNÜN HAVASI 09:50Tədris və təcrübə prosesində iştirak edən gənclər gələcəkdə Sumqayıt Kimya Sənaye Parkının müəssisələrində iş yeri əldə etmək imkanı qazanırlar. 09:47Prezident: “Bizim başqalarının torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik” 10:58"Əsrin müqaviləsi" 10:46Çay haqqında bilmədiklərimiz: NƏ ZAMAN ZƏRƏRLİDİR? 10:42