12 sen 11:43siyaset

Hikmət Hacıyev Ermənistanın işğal olunmuş ərazilərimizə köçürdüyü muzdlulardan danışdı

Hikmət Hacıyev Ermənistanın işğal olunmuş ərazilərimizə köçürdüyü muzdlulardan danışdı “Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasəti aparan Ermənistan son günlər xüsusilə Livandan olan ermənilərin bu torpaqlara köçürülməsi siyasətini həyata keçirir. Dünən sosial şəbəkələrdə Livandan olan ailənin Azərbaycan xalqı üçün böyük tarixi və mənəvi əhəmiyyətə malik olan Şuşa şəhərində yerləşdirilməsi haqda məlumatlar yayılıb”.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
H. Hacıyev qeyd edib ki, Azərbaycan da daxil olmaqla dünya ölkələri Livanda baş vermiş faciənin nəticələrinin aradan qaldırılması, Livana humanitar yardım göstərilməsi ilə məşğul olarkən Ermənistan bu faciədən, insanların iztirablarından özünün çirkin məqsədləri naminə sui-istifadə edir. Bununla da Ermənistan onun üçün heç bir mənəvi dəyərlərin olmadığını nümayiş etdirir: “Xüsusilə vurğulamaq istərdim ki, işğal olunmuş ərazilərimizdə məskunlaşdırılmış əhali faktiki olaraq Ermənistanın məsuliyyətsiz, avantürüst siyasətinin qurbanına çevrilir. Hamı bilməlidir ki, Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilən qeyri-qanuni məskunlaşdırma siyasətinin heç bir qüvvəsi yoxdur və Azərbaycan onun nəticələrini tamamilə rədd edir. Ermənistan Suriya və Livandan işğal olunmuş ərazilərə köçürülmüş insanları silahlı muzdlular kimi də istifadə edir.
Ermənistan qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirməklə işğal etdiyi Azərbaycan ərazilərində demoqrafik vəziyyəti dəyişdirməyə çalışır. Qanunsuz məskunlaşdırma siyasəti beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının kobud şəkildə pozulmasıdır. Müharibə dövründə mülki əhalinin qorunmasına dair 4-cü Cenevrə konvensiyasına əsasən, işğalçı dövlət öz mülki əhalisini işğal etdiyi əraziyə köçürməməlidir.
1946-cı ildə Əsas Hərbi Cinayətkarların məhkəmə işində Nürnberq Beynəlxalq Hərbi Tribunalı müttəhimlərin ikisini işğal olunmuş ərazilərin etnik tərkibinin dəyişdirilməsinə görə təqsirli olduğu barədə qərar vermişdir.
Beynəlxalq hüquqa əsasən işğalçı dövlət tərəfindən işğal olunmuş ərazilərdə məskunlaşma siyasətinin aparılması müharibə cinayəti kimi tövsif edilməlidir. Bu baxımdan Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində apardığı qeyri-qanuni məskunlaşma müharibə cinayətidir.
İstehzalı olsa da, Ermənistanın özünün qanunvericiliyinə görə bu əməllər cinayət hesab olunur. Belə ki, Ermənistanın Cinayət Məcəlləsinin 390-cu maddəsində işğalçı dövlətin işğal olunmuş ərazilərdə əhalini çıxararaq öz əhalisini məskunlaşdırması beynəlxalq humanitar hüququun ciddi pozuntusu sayılır və 8-12 il cəza nəzərdə tutulur.
Bu ilin iyulunda iki ölkənin dövlət sərhədinin Tovuz istiqamətində Ermənistanın törətdiyi təcavüz aktı, təmas xəttindəki diversiya-sabotaj əməliyyatı cəhdi Ermənistanın növbəti təxribat və hərbi avantürizmə hazırlaşmasından xəbər verir”.
H. Hacıyev bildirib ki, son günlər Ermənistan işğal edilmiş ərazilərimizdə yaratdığı qondarma rejimin dili ilə Azərbaycanın digər ərazilərini də işğal etmək niyyətini bir daha açıq şəkildə səsləndirməyə başlayıb və Gəncə şəhərini raket atəşinə tutmaqla hədələyib: “Ermənistanın Baş nazirinin, müdafiə nazirinin təxribatçı bəyanatları və hərəkətləri, eləcə də bu qəbildən olan digər addımlar bir daha sübut edir ki, tamamilə həyasızlaşmış Ermənistan rəhbərliyinin məqsədi danışıqlar prosesini tamamilə məhv etmək və işğal olunmuş Azərbaycan ərazilərinin ilhaqına nail olmaqdan ibarətdir.
Cəbhədə təxribatların törədilməsinə və vəziyyətin kəskinləşməsinə görə bütün məsuliyyət Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür.
Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsində irəliləyişə nail olmaq üçün Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Münaqişə yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində həll olunmalıdır”.
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
Millət vəkili ilə icra başçısı imtiyazlı ailələrə baş çəkib 16:22Məhərrəm Əliyev: Ermənistanın dövlət kimi mövcudluğu da sual altına düşəcək (MÜSAHİBƏ) 16:10“Bir aydır şikayət etmişəm, DYP-nin vecinə deyil” - Əməkdar artist 16:02Əsrlik sirr çözülmür – Bu adada hər kəs 100 ildən çox yaşayır 15:57Qolunu pəncərədən çıxaran sürücünün biləyi qopdu 15:54İstirahət mərkəzi ərazisində ağacların məhv edilməsi faktı ilə bağlı cinayət işi başlanıb 15:51Universitetlər üzrə ən yuxarı və ən aşağı keçid balları olan ixtisaslar - SİYAHI 15:49Qapalı şəraitdə toy etmək olar - İşçi qrupunun rəhbəri ŞƏRTLƏRİ AÇIQLADI 15:45Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaqdır 15:42Bakıda 27 136 uşaq məktəbəhazırlıq qruplarına gedəcək 14:48Qədim şəhərlərin qalıqlarının araşdırılmasındakı problemlər açıqlandı 14:44Evində qətlə yetirilən Tahir Tağıyev polis polkovniki imiş 14:41Fransanın dövlət borcu rekord həddə çatıb 14:35"Bavariya" tarixində ikinci dəfə UEFA Superkubokunu qazanıb 14:31Prezident İlham Əliyev: Kəşfiyyat mənbələrimizdə məlumat var ki, çox ciddi hərbi hazırlıqlar gedir 14:28İpoteka girovlarının qiymətləndirilməsi və onların satışını tənzimləyən bəzi məcəllələr və qanunların bir sıra maddələrindətənzimlənmə və təkmilləşmə ilə bağlı işçi qrupun növbəti iclası olub 14:25Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il sentyabrın 30-da keçiriləcək iclasınıngündəliyinə təklif olunan M Ə S Ə L Ə L Ə R 14:08BMT-NİN GÜCLƏNDİRİLMƏSİ QLOBAL ÇAĞIRIŞDIR 00:53Türkiyənin Azərbaycandakı Səfiri Azərbaycan Mətbuat Şurasında olub 00:43Bakıda yol polisləri şəxsi maşınlarla gizli cərimə yazır? - DYP-dən CAVAB 18:14Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarovanın Rusiya Federasiyasına rəsmi səfərinin yekunlarına dair məlumat 16:16Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi Milli Məclisin payız sessiyasında ilk iclasını keçirdi 15:41Kamaləddin Qafarov: Azərbaycan BMT-nin nüfuzlu üzvlərindən biridir 10:50Deputat: Azərbaycan torpaqlarını hərbi yolla azad etmək qərarına gəlsə, nəticə Ermənistan üçün ağır ola bilər 10:48“AzGold” MMC-nin rəhbəri həbs edilib 10:43Luis Suares "Atletiko"da 10:35Bakıda kütləvi dava - Yaralılar var 10:32COVID -19-a görə yaxın beş il üçün bir neçə ssenari proqnozlaşdırıldı 10:29Diqqət: Sentyabrın 25-dən... 10:24Günün qoroskopu: yaranmış situasiyanı təhlil edin 10:20Rusiya münaqişəyə nəzarəti əlində saxlamaq istəyir 10:07Deputat Nəsib Məhəməliyev Qabaqçöl Qəsəbəsində sakinlərlə görüş və qəbul keçirmişdir 09:59Daşkəsənin iki böyük metallurgiya müəssisəsi yeni inkişaf dövrünə başlayır 09:50“MƏN AZƏRBAYCAN ADINDAN ÇIXIŞ EDİRƏM!” 20:52Milli Məclisin sədri: Ümid edirik ki, Rusiya münaqişənin həlli üçün əlindən gələni əsirgəməyəcək 20:50Qoy dünya Azərbaycan və Ermənistan qadınlarını müqayisə etsin. Birinci xanımlar səviyyəsində. Həqiqətlər o zaman üzə çıxacaq! 20:46Milli Məclisin Sədr müavini Adil Əliyev: “Ermənistan torpaqlarımızı qeyd-şərtsiz qaytarmalıdır!” 20:42VYAÇESLAV VOLODİN: “N.Paşinyanın Dağlıq Qarabağla bağlı fikirləri sülh prossesinə kömək etmir” 20:40DİLOROM FAYZİYEVA: “BEYNƏLXALQ TƏŞKİLATLARDA AZƏRBAYCANIN GÜCLÜ və MÜSTƏQİL YERİ VAR.” 20:35Milli Məclis Sədrinin müavini Adil Əliyev: “Ermənistan tərəfi öz təcavüzkar, avantürist siyasətindən əl çəkməlidir” 20:29MİLLİ MƏCLİSİN SƏDRİ SAHİBƏ QAFAROVA RUSİYADA RƏSMİ SƏFƏRDƏDİR (yenilənib) 22:10Təəssüf ki, erməni təxribatı nəticəsində Şəhidin var, Vətən! 17:08Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirildi 16:19Camaata yazığım gəlir, həqiqətən də çox üzülürəm 16:15GƏNCLƏR VƏ İDMAN KOMİTƏSİ ÖTƏN SESSİYALARDA SƏMƏRƏLİ FƏALİYYƏT GÖSTƏRİB 14:58ELM VƏ TƏHSİL KOMİTƏSİNİN NÖVBƏTİ ONLAYN İCLASI KEÇİRİLƏCƏK 12:44GƏNCLƏR VƏ İDMAN KOMİTƏSİ YAZ VƏ NÖVBƏDƏNKƏNAR SESSİYALARIN GENİŞ HESABATINI TƏQDİM EDƏCƏK 12:43“Əsrin müqaviləsi” Azərbaycana həm də zəngin neft-qaz infrastrukturu bəxş edib 10:24Braziliya telekanalında Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun acı nəticələri barədə bəhs edilib 10:11Türkiyədən Azərbaycana elektrik avadanlıqlarının ixracı artıb 10:08BMT milyarderlərdən kömək istədi 10:06Sabahdan Azərbaycanda payız başlayır 10:03Rus senatordan ŞOK ÇIXIŞ: Bayden qalib gəlsə, hədəf Rusiya olacaq 10:00Alimlər ŞOKDA: Ayın səthi pasla örtülür 09:55Ronaldo “dünyanın ən yaxşı bombardiri“ seçildi 09:53Yağış yağacaq, dolu düşəcək - BU GÜNÜN HAVASI 09:50Tədris və təcrübə prosesində iştirak edən gənclər gələcəkdə Sumqayıt Kimya Sənaye Parkının müəssisələrində iş yeri əldə etmək imkanı qazanırlar. 09:47Prezident: “Bizim başqalarının torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik” 10:58"Əsrin müqaviləsi" 10:46Çay haqqında bilmədiklərimiz: NƏ ZAMAN ZƏRƏRLİDİR? 10:42