12 sen 11:26siyaset

TBMM-nin SƏDRİ MUSTAFA ŞENTOP: “TÜRKİYƏ HƏR ZAMAN AZƏRBAYCANIN YANINDADIR”

TBMM-nin SƏDRİ MUSTAFA ŞENTOP: “TÜRKİYƏ HƏR ZAMAN AZƏRBAYCANIN YANINDADIR”Sentyabrın 11-də Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Türkiyəyə ilk rəsmi səfər çərçivəsində Ankaradakı Heydər Əliyev Parkında olub. Nümayəndə heyətimiz tərəfindən Azərbaycan xalqının ümummilli liderinin burada ucaldılan abidəsinin önünə əklil qoyulub və xatirəsi anılıb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən atributinfo.az-a verilən məlumata görə, sonra deputatlarımız Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün məzarını – “Anıtqəbri” ziyarət ediblər. Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarovanın adından “Anıtqəbri”n önünə əklil qoyulub. Parlamentin Spikeri Xatirə kitabına ürək sözlərini yazıb.
Həmin gün Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşü olub.
Milli Məclisin Sədri Sahibə Qafarovanı və nümayəndə heyətinin üzvlərini səmimi salamlayan Mustafa Şentop bildirib ki, Türkiyə və Azərbaycan qardaş ölkələrdir. Əsrlər boyu dərin tarixi dostluq və qardaşlıq kökləri ilə bağlı olan iki dövlət, tək millətdir. Azərbaycanın acısı bizim acımız, Azərbaycanın sevinci bizim sevincimizdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Mustafa Şentop diqqətə çatdırıb ki, Ermənistan təkcə Azərbaycana deyil, bütün bölgəyə təhdiddir. Dövlət başçısı cənab Rəcəb Tayyib Ərdoğanın söylədiyi kimi, biz hər zaman Azərbaycanın yanındayıq və Azərbaycana istənilən mövzuda dəstək olmağa hazırıq. Bu baxımdan, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Türkiyə hər zaman Azərbaycanın yanındadır.
TBMM-in sədri qeyd edib ki, Azərbaycan Prezidentinin Yunanıstanın Azərbaycana yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən söylədiyi sözlər 83 milyonluq Türkiyənin qəlbinə su səpdi. Mustafa Şentop Yunanıstanla bağlı məsələdə Türkiyəyə verdiyi dəstəyə görə Azərbaycan tərəfinə xüsusi təşəkkürünü çatdırıb.
Milli Məclisin Sədri Sahibə Qafarova səmimi görüşə görə minnətdarlıq edərək parlamentin başçısı kimi ilk olaraq Türkiyəni ziyarət etməsindən məmnunluq duyduğunu ifadə edib. Bildirib ki, ölkələrimiz arasında gözəl bir ənənə formalaşmışdır – yüksək vəzifəli dövlət rəsmilərimiz vəzifələrinin icrasına başladıqdan sonra ilk rəsmi xarici səfərlərini qarşılıqlı şəkildə qardaş ölkəyə edirlər. Mən də bu gözəl ənənəyə sadiq qalaraq ilk xarici rəsmi səfərimi məhz dost ölkə Türkiyədən başladım. Bu, olduqca təqdirəlayiqdir və mən əminəm ki, iki qardaş ölkə arasında bu gözəl ənənə bundan sonra da yaşayacaq.
Sahibə Qafarova təəssüflə bildirib ki, koronavirus pandemiyası səbəbindən bu səfəri daha əvvəl həyata keçirmək mümkün olmadı. Sədr pandemiyaya qarşı aparılan çox təsirli mübarizə ilə bağlı qardaş Türkiyə Cümhuriyyətini təbrik edib.
Azərbaycan-Türkiyə münasibətlərindən danışan Milli Məclisin Sədri qeyd edib ki, dünya siyasi sistemində bunun alternativi yoxdur. Bu münasibətlərin kökü xalqlarımız arasında mövcud olan əsl qardaşlıq ruhuna söykənir. Bu gün Azərbaycan ilə Türkiyə arasında əlaqələr strateji müttəfiqlik səviyyəsindədir.
Sədr diqqətə çatdırıb ki, Azərbaycan Milli Məclisi ilə Türkiyə Böyük Millət Məclisi xalqlarımız arasında münasibətlərin ruhuna uyğun olaraq qardaş parlamentlər xarakterinə sahibdir. Bu qardaşlıq parlamentlər arasında həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqda özünü göstərir.
Parlamentlərimizdə qarşılıqlı fəaliyyət göstərən dostluq qrupları vardır. Azərbaycan tərəfdən Əhliman Əmiraslanov, həm də Türkiyə tərəfdən Şamil bəy bu qruplara uğurla rəhbərlik edirlər. Şamil Ayrım Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərinin inkişafı üçün göstərdiyi xidmətlərə görə Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən “Dostluq” ordeninə layiq görülüb.
Sahibə Qafarova qeyd edib ki, parlament rəhbərləri ilə yanaşı, dostluq qruplarımız arasında da qarşılıqlı səfərlərin və görüşlərin artırılması olduqca mühümdür. Çünki dostluq qrupları arasında təmasların intensivləşməsi ölkələr arasında əlaqələrin daha da dərinləşdirilməsinə mühüm töhfə verir.
Sədr iyulun 12-də Ermənistan tərəfindən Tovuz istiqamətində sərhəddə törədilən təxribatla bağlı Türkiyə Böyük Millət Məclisində təmsil olunan 4 siyasi partiya – AK Parti, CHP, MHP və İYİ Partinin ortaq bəyanatla çıxışına görə Türkiyə siyasətçilərinə, siyasi partiyalarına bir daha dərin minnətdarlığını bildirib.
Xanım sədr vurğulayıb ki, bir millət iki dövlət olaraq tariximizdə də çox oxşarlıqlar var. Buna görə gələcəyimizi də gərək elə quraq ki, bunları qoruyub saxlayaq.
Milli Məclisin Sədri Sahibə Qafarova qeyd edib ki, cənab Prezidentin Yunanıstanın Azərbaycana yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən söylədiyi sözlər bütün Azərbaycanın mövqeyidir.
Sizin də qeyd etdiyiniz kimi, Azərbaycanla Türkiyə arasında çox sıx münasibətlər var. Bugünədək iki ölkə arasında 249 sənəd imzalanıb. Bu sənədlər təhsildən tutmuş enerji layihələrinə qədər müxtəlif sahələri əhatə edir. Bakı-Tbilisi-Qars dəmir yolu, TAP, TANAP layihələri təkcə bizim ölkələr üçün deyil, bütün bölgə üçün mühüm layihələrdir və bunu birlikdə həyata keçirməyimiz bizim birliyimizdən, qardaşlığımızdan və dostluğumuzdan xəbər verir. Hesab edirəm ki, biz bu münasibətləri daha da genişləndirməliyik.
Sonra görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
TBMM-nin SƏDRİ MUSTAFA ŞENTOP: “TÜRKİYƏ HƏR ZAMAN AZƏRBAYCANIN YANINDADIR”TBMM-nin SƏDRİ MUSTAFA ŞENTOP: “TÜRKİYƏ HƏR ZAMAN AZƏRBAYCANIN YANINDADIR”TBMM-nin SƏDRİ MUSTAFA ŞENTOP: “TÜRKİYƏ HƏR ZAMAN AZƏRBAYCANIN YANINDADIR”TBMM-nin SƏDRİ MUSTAFA ŞENTOP: “TÜRKİYƏ HƏR ZAMAN AZƏRBAYCANIN YANINDADIR”TBMM-nin SƏDRİ MUSTAFA ŞENTOP: “TÜRKİYƏ HƏR ZAMAN AZƏRBAYCANIN YANINDADIR”
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
Xalq artistinin qardaşı oğlu yaralandı - "Torpağımıza sahib çıxmalıyıq" 17:06"Beşiktaş" və "Trabzonspor"dan Azərbaycana DƏSTƏK 17:03Qismən səfərbərliyə kimlər cəlb oluna bilər? - AÇIQLAMA 17:01“Ermənistan Dağlıq Qarabağ əhalisinin təxliyəsi planı üzərində iş aparır” - Səfir 16:56Baş Prokurorluq: İndiyədək mülki əhalidən 26 nəfər xəsarət alıb 11:54Azərbaycanın “hücum modeli” diplomatiyası və onun tətbiqi mexanizmləri 11:50Deputat: 27 sentyabr qələbəyə aparan tarix kimi yadda qalacaq 11:46General-mayor Mayis Bərxudarov: Düşməni sona qədər məhv etmək uğrunda vuruşacağıq 11:44Hikmət Hacıyev: Bu, böyük Vətən müharibəsidir 11:41Azərbaycanda qismən səfərbərlik elan edildi - Sərəncam 11:32Bölmələrimiz düşmən texnikasını məhv etməyə davam edir 11:25Tramp Dağlıq Qarabağdan danışdı: Diqqətlə izləyirik 11:07Jan-Fransua Mansel: Ermənistanla Azərbaycan arasındakı toqquşmalar beynəlxalq ictimaiyyətin passivliyinin nəticəsidir 10:57Fransa dövlət başçısı Prezident İlham Əliyevə telefonla zəng edib 10:50Ermənistan itkilərini açıqlayır - siyahı böyüyür 10:44Düşmənin məhv edilən tabor komandiri kimdir? 10:39Talış kəndi ətrafındakı yüksəkliklər düşməndən təmizlənib, düşmən xeyli itki verib 10:31Görkəmli ədəbiyyat tarixçisi və istedadlı ədib - Mir Cəlal Paşayev 10:27Ərdoğan erməni xalqına müraciət etdi 10:23Mehriban Əliyevadan cəbhədəki vəziyyətlə bağlı paylaşım 17:22"Azərbaycanın bir neçə yaşayış məntəqəsi işğaldan azad edilib" - İlham Əliyev 17:18Nəzarəti erməni dairələrinə mənsub olan xarici kanallar dayandırılsın – MTRŞ 17:14Milli Məclisin iclası çağırıldı 17:10Ermənistan hərbi birləşməsinin komandanlığına təslim olmaq barədə təklif edildi - MN 17:06Türkiyə bütün gücü ilə Azərbaycanın yanındadır" - Parlament sədri 13:33Prezidenti İlham Əliyev xalqa müraciəti 13:31Zöhrə canlı yayımda müğənnini BİABIR ETDİ: "Alt paltarında efirə gəlmisən" 13:24Rusiya XİN-dən Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi ilə bağlı BƏYANAT 13:18Azərbaycan Ordusu düşmənin hərbi mövqelərinə zərbələr endirir - Prezident 13:14Cəbhədə yaralananların adları açıqlandı - Baş Prokurorluq 13:08Hazırda Ermənistan tərəfinin çoxlu sayda canlı qüvvə itkisi var - Anar Eyvazov 13:03“Bir tikan fotosuna görə mükafat aldım...” – Qocaman fotoqrafın xatirələri 12:59MN: Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur 12:52Azərbaycan torpaqlarının işğalı Ermənistanın planındadır - Prezident 12:48YAP İcra Katibliyində “Sosial şəbəkələr: milli maraqlar, siyasi və mənəvi məsuliyyət” mövzusunda videokonfrans keçirilib 11:31Nigeriyada ştat qubernatorunun karvanına hücum olunub, 15 nəfər ölüb 11:24Prokurorluq keçmiş arvadını öldürən şəxsi axtarır 11:16Dahi bəstəkar Üzeyir Hacıbəyovun bəstəsinin sədaları Vaşinqton şəhərində 11:08Azərbaycan Prezidentinin səsləndirdiyi həqiqətləri Ermənistan XİN-i öz cılız açıqlaması ilə dana bilməz - Leyla Abdullayeva 11:00Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib 10:57Azərbaycanda sahibkarlar üçün nağdsız ödənişlər sistemi necə qurulur? 10:49XİN-in həbsdə olan iki əməkdaşı məhkəməyə müraciət edib 10:43Burak Yılmaz "Lill"də qol hesabını açdı 10:38“Ermənistanın muzdluların, terrorçuların ümidinə qalması, onun acınacaqlı vəziyyətindən xəbər verir” 22:13Epidemiya əleyhinə qaydaların pozulduğu mehmanxanaların SAYI 18:06Kafe və restoranlar yenidən bağlanır? - RƏSMİ CAVAB 18:04Millət vəkili ilə icra başçısı imtiyazlı ailələrə baş çəkib 16:22Məhərrəm Əliyev: Ermənistanın dövlət kimi mövcudluğu da sual altına düşəcək (MÜSAHİBƏ) 16:10“Bir aydır şikayət etmişəm, DYP-nin vecinə deyil” - Əməkdar artist 16:02Əsrlik sirr çözülmür – Bu adada hər kəs 100 ildən çox yaşayır 15:57Qolunu pəncərədən çıxaran sürücünün biləyi qopdu 15:54İstirahət mərkəzi ərazisində ağacların məhv edilməsi faktı ilə bağlı cinayət işi başlanıb 15:51Universitetlər üzrə ən yuxarı və ən aşağı keçid balları olan ixtisaslar - SİYAHI 15:49Qapalı şəraitdə toy etmək olar - İşçi qrupunun rəhbəri ŞƏRTLƏRİ AÇIQLADI 15:45Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaqdır 15:42Bakıda 27 136 uşaq məktəbəhazırlıq qruplarına gedəcək 14:48Qədim şəhərlərin qalıqlarının araşdırılmasındakı problemlər açıqlandı 14:44Evində qətlə yetirilən Tahir Tağıyev polis polkovniki imiş 14:41Fransanın dövlət borcu rekord həddə çatıb 14:35"Bavariya" tarixində ikinci dəfə UEFA Superkubokunu qazanıb 14:31