11 sen 15:43siyaset

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin payız sessiyasında ilk iclası keçirildi

Milli Məclisin Hüquq  siyasəti  və dövlət  quruculuğu  komitəsinin  payız  sessiyasında  ilk iclası  keçirildi Sentyabrın 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin payız sessiyasında ilk iclası keçirildi. Komitənin sədri Əli Hüseynli yeni sessiyanın başlanması münasibəti ilə həmkarlarını təbrik etdi və onlara qarşıdakı payız sessiyasında uğurlar arzuladı.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən atributinfo.az-a verilən məlumata görə, iclasda əvvəlcə 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində komitədə görülən işlərə qısa nəzər salındı. Əli Hüseynli vurğuladi ki, ötən dövrdə komitə gərgin işləmiş, keçirilən iclaslarda 127 məsələ müzakirə olunmuşdur ki, bunlardan da 117-si Milli Məclisin plenar iclasına tövsiyə edilib və əksəriyyəti qəbul olunub. Hesabat məqbul hesab edildi.
Sonra komitənin 2020-ci ilin payız sessiyası üçün qanunvericilik işləri planı müzakirə edildi. Bildirildi ki, qarşıdakı sessiyada iş planına Azərbaycan Prezidentinin, Respublika Ali Məhkəməsinin, Baş Prokurorun, Naxçıvan MR Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri, Azərbaycan Respublikasının dövlət büdcəsi zərfinə daxil olan sənədlər, digər qanunlara əlavə və dəyişikliklər edilməsi barədə qanun layihələrinin müzakirəsi daxil edilib. Komitə üzvləri Qüdrət Həsənquliyev, Azay Quliyev, Erkin Qədirli, Nizami Səfərov, Bəhruz Məhərrəmov müzakirə ediləcək sənədlərlə ilə bağlı fikirlərini açıqladilar, təkliflər bildirdilər. İş planı təsdiq edildi.
Sonra iclasda birinci oxunuşda “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə baxıldı. Komitə sədri vurğuladı ki, bu medalla həqiqi hərbi xidmət keçən və xidməti vəzifələrini nümunəvi yerinə yetirən zabit və gizirlər, müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçular, ehtiyatda olan və istefaya buraxılmış hərbiçilər, həmin orqanda səmərəli fəaliyyət göstərən mülki işçilər, habelə bu sahədə xüsusi xidmətləri olan digər şəxslər təltif ediləcəklər. İclasda iştirak edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev yeni təsis edilən medalın bu sahədə fəaliyyət göstərən insanların ruh yüksəkliyinin artırılmasında rolu olacağını vurğuladı, təmsil etdiyi qurum adından minnətdarlığını ifadə etdi.
Komitədə Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsinə birinci oxunuşda baxıldı. Bildirildi ki, sənədə texniki xarakterli dəyişiklik təklif edilib.
Sonra iclasda Əmək Məcəlləsində, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Dövlət qulluğu haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri birinci oxunuşda müzakirə edildi. Komitə sədri vurğuladı ki, sözügedən qanunlarda nəzərdə tutulan səlahiyyətləri publik hüquqi şəxs statusunda Dövlət Məşğulluq Agentliyi, Dövlət Sosial müdafiə Fondu, Dövlət Tibbi-Ekspertiza və Reabilitasiya Agentliyi, həmçinin Sosial Xidmətlər Agentliyi həyata keçirəcəkdir.
Əli Hüseynli Əmək Məcəlləsinə, Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və “Uşaq hüquqları haqqında” qanuna təklif edilən dəyişiklikləri birinci oxunuşda təqdim edərkən bildirdi ki, sənədlər “Gənclər siyasəti haqqında” qanuna dəyişiklik edilməsi barədə 5 mart 2019-cu il tarixli qanun layihəsinə uyğunlaşdırma xarakteri daşıyır. 18 yaşına çatmamış şəxslərin mənəvi-əxlaqi tərbiyəsinin və sağlam gəncliyin formalaşması istiqamətində kompleks tədbirlər keçirilməsini, uşaqlara tütün məmulatları və alkoqollu içkilərlə bərabər energetik içkilərin satışının, onların idman-mərc oyunlarında iştirakının qadağan edilməsi sahəsində məhdudiyyətləri ehtiva edir.
Müzakirəyə birinci oxunuşda təqdim edilən Mülki Prosessual, Cinayət, Miqrasiya, İnzibati Xətalar Məcəllələrinə, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlara təklif edilən dəyişikliklərin isə “Vergi Məcəlləsinə dəyişiklik edilməsi barədə” 30 noyabr 2018-ci il tarixli qanun layihəsinə uyğunlaşdırma məqsədi ilə hazırlandığı bildirildi.
Sonra Əmək Məcəlləsində, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinə birinci oxunuşda baxıldı. Qeyd olundu ki, sənədlər “Təhsil haqqında” qanuna dəyişiklik edilməsi barədə 12 iyun 2018-ci il tarixli və “Ümumi təhsil haqqında” 29 mart 2019-cu il tarixli qanunlara uyğunlaşdırma məqsədi ilə hazırlanmışdır. Ümumi təhsil, peşə təhsili, məktəbəqədər təhsil, sağlamlıq imkanları məhdud olan şəxslərin təhsili ilə bağlı normaları, qanunlarda edilən termin və ifadə dəyişikliklərini nəzərdə tutur.
Sonra Əli Hüseynli İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə (birinci oxunuş) danışarkən bildirdi ki, “Ümumi təhsil haqqında” qanunun icrası ilə əlaqədar hazırlanmışdır. Qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslərlə əmək müqaviləsi bağlanılmasına görə vəzifəli şəxslər 3 000 manat məbləğində cərimə ediləcəklər.
İclasın sonunda müzakirə edilən bütün qanun layihələrinin Milli Məclisin plenar iclasına tövsiyə edilməsi qərara alındı.
Milli Məclisin Hüquq  siyasəti  və dövlət  quruculuğu  komitəsinin  payız  sessiyasında  ilk iclası  keçirildiMilli Məclisin Hüquq  siyasəti  və dövlət  quruculuğu  komitəsinin  payız  sessiyasında  ilk iclası  keçirildiMilli Məclisin Hüquq  siyasəti  və dövlət  quruculuğu  komitəsinin  payız  sessiyasında  ilk iclası  keçirildiMilli Məclisin Hüquq  siyasəti  və dövlət  quruculuğu  komitəsinin  payız  sessiyasında  ilk iclası  keçirildi
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
Xalq artistinin qardaşı oğlu yaralandı - "Torpağımıza sahib çıxmalıyıq" 17:06"Beşiktaş" və "Trabzonspor"dan Azərbaycana DƏSTƏK 17:03Qismən səfərbərliyə kimlər cəlb oluna bilər? - AÇIQLAMA 17:01“Ermənistan Dağlıq Qarabağ əhalisinin təxliyəsi planı üzərində iş aparır” - Səfir 16:56Baş Prokurorluq: İndiyədək mülki əhalidən 26 nəfər xəsarət alıb 11:54Azərbaycanın “hücum modeli” diplomatiyası və onun tətbiqi mexanizmləri 11:50Deputat: 27 sentyabr qələbəyə aparan tarix kimi yadda qalacaq 11:46General-mayor Mayis Bərxudarov: Düşməni sona qədər məhv etmək uğrunda vuruşacağıq 11:44Hikmət Hacıyev: Bu, böyük Vətən müharibəsidir 11:41Azərbaycanda qismən səfərbərlik elan edildi - Sərəncam 11:32Bölmələrimiz düşmən texnikasını məhv etməyə davam edir 11:25Tramp Dağlıq Qarabağdan danışdı: Diqqətlə izləyirik 11:07Jan-Fransua Mansel: Ermənistanla Azərbaycan arasındakı toqquşmalar beynəlxalq ictimaiyyətin passivliyinin nəticəsidir 10:57Fransa dövlət başçısı Prezident İlham Əliyevə telefonla zəng edib 10:50Ermənistan itkilərini açıqlayır - siyahı böyüyür 10:44Düşmənin məhv edilən tabor komandiri kimdir? 10:39Talış kəndi ətrafındakı yüksəkliklər düşməndən təmizlənib, düşmən xeyli itki verib 10:31Görkəmli ədəbiyyat tarixçisi və istedadlı ədib - Mir Cəlal Paşayev 10:27Ərdoğan erməni xalqına müraciət etdi 10:23Mehriban Əliyevadan cəbhədəki vəziyyətlə bağlı paylaşım 17:22"Azərbaycanın bir neçə yaşayış məntəqəsi işğaldan azad edilib" - İlham Əliyev 17:18Nəzarəti erməni dairələrinə mənsub olan xarici kanallar dayandırılsın – MTRŞ 17:14Milli Məclisin iclası çağırıldı 17:10Ermənistan hərbi birləşməsinin komandanlığına təslim olmaq barədə təklif edildi - MN 17:06Türkiyə bütün gücü ilə Azərbaycanın yanındadır" - Parlament sədri 13:33Prezidenti İlham Əliyev xalqa müraciəti 13:31Zöhrə canlı yayımda müğənnini BİABIR ETDİ: "Alt paltarında efirə gəlmisən" 13:24Rusiya XİN-dən Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi ilə bağlı BƏYANAT 13:18Azərbaycan Ordusu düşmənin hərbi mövqelərinə zərbələr endirir - Prezident 13:14Cəbhədə yaralananların adları açıqlandı - Baş Prokurorluq 13:08Hazırda Ermənistan tərəfinin çoxlu sayda canlı qüvvə itkisi var - Anar Eyvazov 13:03“Bir tikan fotosuna görə mükafat aldım...” – Qocaman fotoqrafın xatirələri 12:59MN: Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur 12:52Azərbaycan torpaqlarının işğalı Ermənistanın planındadır - Prezident 12:48YAP İcra Katibliyində “Sosial şəbəkələr: milli maraqlar, siyasi və mənəvi məsuliyyət” mövzusunda videokonfrans keçirilib 11:31Nigeriyada ştat qubernatorunun karvanına hücum olunub, 15 nəfər ölüb 11:24Prokurorluq keçmiş arvadını öldürən şəxsi axtarır 11:16Dahi bəstəkar Üzeyir Hacıbəyovun bəstəsinin sədaları Vaşinqton şəhərində 11:08Azərbaycan Prezidentinin səsləndirdiyi həqiqətləri Ermənistan XİN-i öz cılız açıqlaması ilə dana bilməz - Leyla Abdullayeva 11:00Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib 10:57Azərbaycanda sahibkarlar üçün nağdsız ödənişlər sistemi necə qurulur? 10:49XİN-in həbsdə olan iki əməkdaşı məhkəməyə müraciət edib 10:43Burak Yılmaz "Lill"də qol hesabını açdı 10:38“Ermənistanın muzdluların, terrorçuların ümidinə qalması, onun acınacaqlı vəziyyətindən xəbər verir” 22:13Epidemiya əleyhinə qaydaların pozulduğu mehmanxanaların SAYI 18:06Kafe və restoranlar yenidən bağlanır? - RƏSMİ CAVAB 18:04Millət vəkili ilə icra başçısı imtiyazlı ailələrə baş çəkib 16:22Məhərrəm Əliyev: Ermənistanın dövlət kimi mövcudluğu da sual altına düşəcək (MÜSAHİBƏ) 16:10“Bir aydır şikayət etmişəm, DYP-nin vecinə deyil” - Əməkdar artist 16:02Əsrlik sirr çözülmür – Bu adada hər kəs 100 ildən çox yaşayır 15:57Qolunu pəncərədən çıxaran sürücünün biləyi qopdu 15:54İstirahət mərkəzi ərazisində ağacların məhv edilməsi faktı ilə bağlı cinayət işi başlanıb 15:51Universitetlər üzrə ən yuxarı və ən aşağı keçid balları olan ixtisaslar - SİYAHI 15:49Qapalı şəraitdə toy etmək olar - İşçi qrupunun rəhbəri ŞƏRTLƏRİ AÇIQLADI 15:45Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaqdır 15:42Bakıda 27 136 uşaq məktəbəhazırlıq qruplarına gedəcək 14:48Qədim şəhərlərin qalıqlarının araşdırılmasındakı problemlər açıqlandı 14:44Evində qətlə yetirilən Tahir Tağıyev polis polkovniki imiş 14:41Fransanın dövlət borcu rekord həddə çatıb 14:35"Bavariya" tarixində ikinci dəfə UEFA Superkubokunu qazanıb 14:31