Sizin reklam burada
Sizin reklam burada
  • Düşmən deyiriksə, deməli, onun başı əzilməlidir

    Düşmən deyiriksə, deməli, onun başı əzilməlidir İqbal Məmmədov
    millət vəkili


    Təəssüf ki, xalqımızın taleyinə bir neçə soyqırım yaşamaq yazılıb. Bəlkə də bu, ondan irəli gəlir ki, biz heç bir millətə qarşı düşmən münasibətdə olmamış, bizə qarşı törədilən haqsızlıqları, qətlləri tarixi yaddaşımıza yazmamış və tez unutmuşuq. Eyni zamanda, tariximizə baxarkən görürük ki, həmişə qələbələrimizi bayram etmişik, bizə qarşı olan düşmən münasibətləri xatırlamamışıq.
    Qədim dövrlərdən başlayaraq ermənilər Azərbaycan xalqına düşmən gözü ilə baxmış və öz dilləri ilə desək, “Böyük Ermənistan” yaratmaq fikrindən çəkinməmişlər. Onlar üçün ən əlverişli mühit isə XX əsrin əvvəllərində yarandı. Mənfur düşmənimiz düşünülmüş hiylə işlədərək erməni adı ilə yox, məhz bolşevik adı altında bu planı icra etdi. Həmin dövrlər Rusiyada baş verən oktyabr inqilabının ardınca, mənşəcə erməni olan Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti Bakı quberniyasında hakimiyyətə gəldi. Və bununla da Azərbaycan türkləri üçün ağır günlər başlandı.
    - 1918-ci il 15 mart tarixində keçirilən toplantıda S.Şaumyan azərbaycanlılara qarşı soyqırımı göstərişi verdi. Həmin dövrdə heç kimin tərəfində olmayan “Daşnaksütyun” partiyası da bolşeviklərin sırasına keçdi. Lakin S.Şaumyan yaxşı bilirdi ki, bu qırğını törətmək üçün bir bəhanə işlətmək lazımdır və o, bunu böyük ustalıqla yerinə yetirdi. Belə ki, xalqımızın hafizəsində böyük xeyriyyəçi kimi qalan H.Z.Tağıyevin oğlu Lənkəran şəhərində bolşevik silahlıları tərəfindən qətlə yetirilmişdi və onun dəfnində iştirak etmək üçün müsəlman korpusunun komandiri Talışinskinin başçılıq etdiyi alay da Bakıya gəlmişdi. Tağıyevin oğlunun cəsədi şəxsi heyəti 48 müsəlman hərbçidən ibarət olan “Evelina” gəmisi ilə Lənkərandan Bakıya gətirilirdi.
    Erməni milli şurası yalan məlumat verərək bildirdi ki, bu hərbçilər Muğandakı rus kəndlərini məhv edəcək. Şaumyan bunu bəhanə edərək, zabitlərin tərksilah edilməsinə dair göstəriş verdi. Eyni zamanda general Talışinski və alay üzvləri də həbs olundu. Bu zaman azərbaycanlılar Bakı Sovetinə qarşı etiraz etməyə başladılar. Bundan sonra azərbaycanlılara qarşı soyqırımı başladı.
    Mən 100 ildən artıq bir tarixi vəhşiliyi əbəs yerə xatırlamadım. Yüz il nədir, 1000 il keçsə də, erməni həmin ermənidir. Həmin riyakar xislət, türk qanına susamış faşistlər.
    Ermənilərin Tovuz rayonu istiqamətində törətdikləri son təxribatlar bir daha qonşularımızın xain və yaramaz olduqlarını isbatladı. Hadisələrdən hiddətlənən istər xaricdəki, istər də daxildəki soydaşlarımız ayağa qalxaraq yürüşlər keçirməyə, öz etiraz səslərini ucaltmağa başladılar. Mənfur düşmənlərimiz buna mane olmaq məqsədilə xaricdə keçirilən dinc yürüş iştirakçılarına qarşı hücum çəkərək vəhşi hərəkətlərə amansızcasına yol verməklə bir daha iç üzlərini dünyaya bəyan etdilər.
    Düşmən deyiriksə, deməli, onun başı əzilməlidir. İllər onu da göstərdi ki, həmsədrlər də öz oyunlarını oynayırlar. Belə olan halda Qarabağ problemini özümüz, yalnız özümüz həll etməliyik!

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ