05 avq 16:32siyaset

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası keçirildi

Milli Məclisin  növbədənkənar sessiyasının ilk iclası keçirildi Avqustun 5-də Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasıkeçirildi. İclası parlamentin Sədri Sahibə Qafarova açıq elan etdi. Dövlət Himni səsləndirildi.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə sonra Spiker iyulun 12-dən etibarən Ermənistanın Azərbaycanla sərhəddində - Tovuz rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan əsgər və zabitlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsini təklif etdi. Millət vəkilləri Vətən uğrunda canlarından keçən 12 igid şəhidimizin ruhunu ehtiramla yad etdilər.
Daha sonra Sədr Sahibə Qafarova dünən vəfat edən millət vəkili, Milli Məclisin Hesablayıcı komissiyasının sədri Fəttah Heydərovun həyat yoluna qısa nəzər saldı. Onun tanınmış ictimai-siyasi və dövlət xadimi, Respublika Ağsaqqallar Şurasının Sədri kimi fəaliyyətindən, dövlət siyasətinin dəstəklənməsi və təbliği sahəsində gördüyü işlərdən söz açdı.
Spikerin çıxışından sonra Fəttah Heydərovun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Gündəliyin təsdiqindən sonra məsələlərin müzakirəsinə başlanıldı. Sahibə Qafarova bildirdi ki, iclasın gündəliyinə daxil edilən ilk 3 məsələ 2020-ci il dövlət büdcəsinə və büdcə sisteminə daxil edilən sənədlərdəki dəyişikliklərlə bağlıdır və ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olmuşdur. Spiker vurğuladı ki, koronavirus pandemiyasının ölkə iqtisadiyyatına təsirləri, dünya bazarında neftin qiymətinin aşağı düşməsi dövlət büdcəsinə yenidən baxılmasını zəruri edib.
Bundan sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklər edilməsi barədə” sənədi birinci oxunuşda təqdim etdi. Komitə sədri qeyd etdi ki, yeni növ koronavirus infeksiyasının (COVİD-19) dünyada sürətlə yayılması qlobal iqtisadiyyatda neqativ meyllərin artmasına, dünya enerji və səhm bazarlarında kəskin dalğalanmalara səbəb olmuşdur. İstər dünyada, istərsə də ölkəmizdə iqtisadi şərtlər kifayət qədər dəyişib. Cari ilin mart ayından başlayaraq COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi və sosial təcrid tədbirləri ölkədə işgüzar fəallığın və artım sürətinin zəifləməsinə səbəb olub, iqtisadiyyatın əksər sahələrinin inkişafına mənfi təsir göstərib. Ölkədə iqtisadi aktivliyin zəifləməsi nəticəsində qeyri-neft gəlirlərinin azalması və digər maliyyələşmə mənbələrinin daralması dövlət büdcəsinin icrasında ahəngdarlığın, gəlirlər və xərclər arasında tarazlığın pozulması təhlükəsini yaradıb. Pandemiyanın diktə etdiyi keyfiyyətcə yeni sosial və iqtisadi davranış mühitinin xüsusiyyətləri, səhiyyə sahəsinin artan ehtiyacları, əhalinin həssas sosial qruplarına, dövlət şirkətlərinə, sahibkarlıq subyektlərinə, kiçik və orta biznesə dövlət dəstəyinin göstərilməsinin davam etdirilməsi, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin daha da artırılması və digər dövlət ehtiyaclarının təmin edilməsi dövlət büdcəsinin xərclərinin artırılması ilə bağlı yeni çağırışları formalaşdırır. Komitə sədri bildirdi ki, sadalanan səbəblərə görə 2020-ci il dövlət büdcəsinə dəyişiklik edilməsi, dürüstləşmələrəgedilməsinə ehtiyac yaranıb. Yeni çağırışlar kontekstində dövlət büdcəsinin xərcləri üzrə yeni tələbatlar ortaya çıxıb. Gəlir və xərclər arasında tarazlığı təmin etmək məqsədi ilə büdcə qaydasının 2022-ci yanvarın 1-dək dayandırılması qərara alınıb.
Sonra iclasda iştirak edən maliyyə naziri Samir Şərifovbüdcə layihəsinə təklif edilən dəyişikliklər və azalmaların həcmi barədə geniş məlumat verdi. Bildirildi ki, cari il üçün yenilənmiş makroiqtisadi proqnozlar əsas götürülməklə aparılmış hesablamalar əsasında 2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş gəlirləri 24124,0 milyon manat nəzərdə tutulur ki, bu da ÜDM-in 35,3 faizi həcmindədir. Pandemiyanın təsirlərinə baxmayaraq dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub. Yaranan profisit 58 milyon proqnozlaşdırılırdı, amma 292 milyon manat profisit yaranıb. Büdcə xərcləri 107 milyon manat artıq icra edilib. 6 ay ərzində dövlət büdcəsinin xərcləri 11 milyard 731 milyon manat icra olunub. Xərclərin icrasında hər hansı geriləmə olmayıb. Nazir ÜDM-nin azalmasının 5 faizdən az olmayacağınıproqnozlaşdırdıqlarını bildirdi. Qeyd olundu ki, iqtisadiyyatın əksər sektorlarında geriləmələr müşahidə olunur. İcmal büdcənin kəsiri 8 milyard 436 milyon manat təşkil edəcək. Dövlət büdcəsindən dəstək proqramlarının həyata keçirilməsi üçün 600 milyon manat vəsait ayrılıb. Yenidən baxılma ilə təsdiq olunmuş dövlət büdcəsinin vergi və rüsumlar üzrə, habelə dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar daxilolmaları 890,5 milyon manat məbləğində azaldılır, Dövlət Neft Fondunun dövlət büdcəsinə transferti və dövlət büdcəsinin digər daxilomaları müvafiq olaraq 850 milyon manat artırılır. 2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş xərcləri 27492,2 milyon manat təşkil edəcək. Daxili bazarda istiqrazların yerləşdirilməsi üçün 190 milyon manat məbləğində vəsait nəzərdə tutulur.
Nazir çıxışında bildirdi ki, Prezident İlham Əliyev tərəfindən vaxtında qəbul edilmiş qərarlar iqtisadiyyatda baş verəcək mənfi halların qarşısını alıb. Yaranmış sosial-iqtisadi vəziyyətin problemlərindən biri onun qeyri-müəyyənliyidir. Bu gün dünyada heç kim deyə bilməz ki, pandemiya nə qədər davam edəcək və insanların həyat tərzinə nə kimi təsir edəcək. Hökumət bu fikirdədir ki, iqtisadiyyatda çevik maliyyə buferləri yaradılsın və yarana biləcək təhdidlərin qarşısı alınsınn. Həmin düzəlişlər edilərkən ölkəmizdə artan xərclərinin makroiqtisadi sabitliyə xələl gətirilməməsi məsələsi də nəzərə alınıb. Dövlətimiz bu həssas dönəmdə sərəncamında olan bütün ehtiyatlardan istifadə edir. ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun əvvəlki illərdən qalma ehtiyatlarından da istifadə olunur.
Gəlirlərin azalmasına neftin qiymətinin də təsirləri açıqlandı. Büdcənin gəlirlərinin hesablanması üçün büdcədə nəzərdə tutulan 55 dollar buna səbəb olur. Azərbaycanın dövlət büdcəsində növbəti 6 ay üçün neftin bir barelinin qiyməti 35 ABŞ dollarından götürülür.
Samir Şərifov çıxışında pandemiyanın yaratdığı bu həssas dövrü Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə xalqımızın arxada qoyacağına və yenidən inamla öz inkişaf yoluna davam edəcəyinə əminliyini ifadə etdi.
Sonra Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, deputatlardan Erkin Qədirli, Fazil Mustafa, AzərBadamov, Əli Məsimli, AydlnMirzəzadə, Musa Qasımlı, Fəzail Ağamalı 2020-ci il büdcə layihəsinə dəyişikliklərlə bağlı fikirlərini açıqladılar.
Sənəd birinci oxunuşda səsə qoyularaq qəbul edildi.
Sonra Tahir Mirkişili “Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” qanun layihəsi barədə məlumat verdi. Bildirildi ki, təqdim olunmuş sənədə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri 4 milyard 785 milyon manat təklif olunur. Burada 41 milyon manat azalma müşahidə olunsa da, ilin əvvəlindən Fondun hesabında formalaşan 191 milyon manat vəsait qalığı ilə birlikdə sosial müdafiə və sosial təminat üzrə maliyyə dəstəyinin davam etdirilməsi üçün 238 milyon manat vəsaitin ayrılması gözlənilir.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev sənədlə bağlı fikirlərini açıqlayaraq bildirdi ki, sosial müdafiə büdcəsindəki 0,8 faizlik cüzi azalma ilin sonuna qədər vətəndaşların sosial müdafiə ödənişlərinə təsirsiz olacaq.
İclasda iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev qanun layihəsi ilə bağlı fikirlərini bildirdi. Nazir dövlət tərəfindən əhalinin sosial müdafiəsinin gücləndirilməsi, vətəndaşların sosial rifah halının yaxşılaşdırılması sahəsində ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilən tədbirlərdən söz açdı. 2020-ci ilin birinci yarımilliyi üçün Nazirliyin və Fondun gəlir və xərcləri ilə bağlı göstəriciləri açıqladı. Nazir vurğuladı ki, Prezident İlham Əliyev tərəfindən təsdiq edilən “2019–2030-cu illər üçün Məşğulluq Strategiyası”nda müəyyən edilmiş hədəflərə uyğun olaraq, nazirlik tərəfindən əmək bazarının inkişafı, işsiz və işaxtaran şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl işlər görülmüş və bu tədbirlər davam etməkdədir.
İşsizlikdən sığorta alanların əhatə dairəsi genişləndirilməsi üçün 5 milyon manat, özünüməşğulluğa cəlb olunacaq şəxslərin əhatə dairəsinin genişləndirilməsi üçün 15 milyon manat, peşə hazırlığı sistemində beynəlxalq sertifikatlı mütəxəssis hazırlığı və idarəetmə və işçi heyətin fəaliyyətinin sertifikasiyasının həyata keçirilməsi, istehsalatda innovativ texnologiyaların tətbiqinin təşkili üçün 2 milyon manat və İşsizlikdən sığorta fondunun vəsaiti hesabına maliyyələşən sosial iş yerlərinin genişləndirilməsi üçün 1 milyon manat ayrılması nəzərdə tutulur.
Fondun gəlirlərinin büdcədən maliyyələşən təşkilatlar və büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə 343,8 min manat azaldılması, eyni zamanda qeyri-büdcə sektoru üzrə 343,8 min manat artırılması nəzərdə tutulub.
Dövlət Sosial Müdafiə Fondunun 2020-ci ilin birinci yarımilliyi üçün xərcləri 2 milyard 395 milyon manat proqnozlaşdırılır. Əhaliyə ödənişlərin məbləği 2 milyard296 milyon manat təşkil emişdir.Əmək pensiyalarının maliyyələşdirilməsi üçün sərf edilən vəsait 2019-cu ilin müvafiq dövrü üzrə faktiki xərclərə nisbətən 24 faiz çox olmuşdur.
Əmək pensiyalarının təyinatının elektronlaşdırılması, saxta və əsassız pensiya işlərinin ləğvi, inzibati nəzarət tədbirlərinin və şəffaflığın təmin edilməsi nəticəsində əmək pensiyalarının nominal xərcləri üzrə 2018-ci ildə 26 milyon manat, 2019-cu ildə 104 milyon manat, 2020-ci ilin ilk altı ayında 55milyon manat vəsaitə qənaət edilmişdir. İndeksasiya göstəriciləri tətbiq edildikdə son 2 ildə pensiya xərcləri üzrə qənaətin həcmi ümumilikdə 238 milyon manatdır.
Aparılmış bu islahatlar nəticəsində ölkəmiz minimum pensiyanın məbləğinə görə MDB ölkələri arasında alıcılıq qabiliyyəti indeksi üzrə 1-ci yerdə, orta aylıq pensiyanın məbləğinə görə isə 2-ci yerə çıxmışdır.
Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, millət vəkilləri Razi Nurullayev, Vüqar Bayramov və Fazil Mustafanın sənədlə bağlı fikirləri dinlənildikdən sonra qanun layihəsi birinci oxunuşda səsə qoyularaq təsdiq edildi.
Fasilədən sonra “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanuna təklif olunan dəyişikliklər də birinci oxunuşda müzakirə edildi. Sənədlə bağlı fikirlərini bildirən Tahir Mirkişiliqeyd etdi ki, Fondun gəlir və xərcləri artırılıb. 2020-ci il büdcəsinin gəlir və xərclərinin 151,2 milyon manat məbləğində təsdiq edilməsi təklif edilir. Bu isə o deməkdir ki, cari ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 23 milyon manat və ya 18 faiz çoxdur. Həyata keçirilən islahatlar nəticəsində əmək müqavilələrinin sayının və əmək haqqı fondunun artması da pandemiya şəraitində işsizlikdənsığorta fondunun gəlirlərinin əvvəlki göstəricidə saxlanmasına imkan vermişdir.
İşsizlikdən Sığorta Fondunun büdcəsinin artması işsizliyə görə sığorta ödənişlərinin əhəmiyyətli şəkildə (5 milyon və ya iki dəfə) artmasına, peşə hazırlığı və əlavə təhsilin təşkilinə (əlavə olaraq 2 milyon manat), özünüməşğulluq tədbirlərinin təşkilinə (əlavə olaraq 15 milyon manat) əlavə imkanlar yaradacaqdır.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev rəhbərlik etdiyi komitənin layihə ilə bağlı rəyinin məqbul olduğunu diqqətə çatdırdı. Deputat Əli Məsimli də sənədlə bağlı fikirlərini bildirdi.
Sənəd səsə qoyularaq qəbul edildi.
Sonra Musa Quliyev “Məşğulluq haqqında” qanunda dəyişiklik edilməsi barədə sənədi birinci oxunuşda şərh etdi.Bildirildi ki, qanunun 14 maddəsinə 48 dəyişiklik təklif olunur. Dəyişikliklərdə məşğulluğun əlçatanlığının təmin edilməsi, peşə hazırlığı, ictimai işlərə cəlb olunan əhalinin daha geniş təbəqəsini əhatə etməsi və digər məqamlar öz əksini tapıb. Qanunun 4-cü maddəsinə edilən düzəlişlərə əsasən, 8 istiqamət üzrə məşğul şəxslərin dairəsi və məşğul şəxslərin elektron reyestrinin yaradılması müəyyən edilmişdir. Keçən müddət ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Məşğul şəxslərin reyestri” yaradılmış və 25 elektron informasiya sistemi üzərindən bu kateqoriyadan olan şəxslərlə bağlı məlumatlar tam elektron şəkildə aidiyyəti dövlət orqanlarının elektron məlumat bazalarından əldə olunur. Bunu nəzərə alaraq, “Məşğul şəxslərin reyestrinin” formalaşdırılması ilə bağlı kağız daşıyıcıda məlumatların təqdim olunması ilə bağlı müddəalar ləğv olunur və müvafiq məlumatların müvafiq dövlət informasiya sistemlərindən əldə olunması təklif olunur.
Sənədlə bağlı Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, komitə sədrləri Sadiq Qurbanov, Qənirə Paşayeva, millət vəkilləri Nigar Arpadarai, Sabir Rüstəmxanlı, Vüqar Bayramov fikir və təkliflərini bildirdilər.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda təsdiqləndi.
Sonra“İşsizlikdən sığorta haqqında” qanuna edilən dəyişikliklər barədə məlumat verən Musa Quliyevdedi ki, ümumilikdə qanunun doqquz maddəsinə 20 dəyişiklik təklif olunur. Layihə işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və işsizlikdən sığorta sisteminin əhatə dairəsinin genişləndirilməsi məqsədi ilə hazırlanmışdır. Layihəyə əsasən, dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün sığorta stajı 3 ildən 1 ilədək azaldılır.
Sığorta ödənişinin əhatə dairəsinin genişləndirilməsi ilə əlaqədar olaraq, ölkəmizdə müddətli əmək müqaviləsinin müddətinin bitməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün də sığorta ödənişi hüququ yaradılması təklif olunur. Təklifə əsasən, sığorta ödənişinin təyin edilməsi üçün şəxsin müddətli əmək müqaviləsi üzrə ən azı 3 il fasiləsiz iş stajı olmalı, onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə uyğun olaraq xitam verilməlidir. Sığorta ödənişi şəxsin işsiz kimi qeydiyyata alındığı tarixdən 3 ay keçdikdən sonra ödəniləcək, bir şərtlə ki, bu müddət ərzində şəxs ona təklif edilmiş münasib işlərdən imtina edən şəxs olmasın. Sığorta ödənişi 3 ay müddətinə təyin ediləcək, minimum məbləğdə həyata keçiriləcək və təkrar sığorta ödənişinə yol verilməyəcək. Qeyd edilən mexanizm tətbiq olunacağı təqdirdə ilə ərzində 35-40 minədək işsiz şəxsin sığorta ödənişinə cəlb edilməsi mümkün olacaq. Eyni zamanda, layihədə işsizlikdən sığorta ödənişinin elektron təyinatı mexanizminin yaradılması təklif olunur.
Bundan başqa, müxtəlif iqtisadi faktorlardan asılı olaraq, ölkədə əmək bazarında baş verən dəyişikliklərə bağlı məşğulluq tədbirlərinin çevik maliyyələşdirilməsi üçün İşsizlikdən sığorta fondunun büdcəsinin gəlir və xərcinin qanunla, gəlir və xərc istiqamətlərinin isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməsi təklif olunur.
Qanun layihəsi səsə qoyularaq qəbul edildi.
Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynliİnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (birinci oxunuş) təqdim etdi. Bildirildi ki, Məcəllənin dispoziyasına(540-cı maddə) təklif olunan dəyişiklik “Məşğulluq haqqında” qanuna dəyişikliklə üzvi surətdə bağlıdır. Ailə, kəndli, fermer təsərrüfatlarının üzvləri barədə məlumatların elektron kənd təsərrüfatı sistemində yerləşdirilməsi, onların uçotunun aparılması, bələdiyyələr üçün əlavə informasiya sisteminin yaradılması sahəsində pozuntuların inzibati məsuliyyət yaradan halları ilə bağlıdır.
Qanun layihəsi səsə qoyularaq təsdiqləndi.
Bununla da Milli Məclis bugünkü işini başa çatdırdı.

Milli Məclisin  növbədənkənar sessiyasının ilk iclası keçirildiMilli Məclisin  növbədənkənar sessiyasının ilk iclası keçirildiMilli Məclisin  növbədənkənar sessiyasının ilk iclası keçirildiMilli Məclisin  növbədənkənar sessiyasının ilk iclası keçirildiMilli Məclisin  növbədənkənar sessiyasının ilk iclası keçirildi
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
İrandakı soydaşlarımız Ermənistana daşınan hərbi texnikanı yandırdılar 11:04Eldar Quliyev Ağsaqqallar Şurasının sədri seçilib 10:57Ermənistanın S-300 zenit-raket qurğusu sıradan çıxarılıb 10:49Ermənistanın son hərbi təxribatı ABŞ mətbuatında 10:43Türkiyə Böyük Millət Məclisinin Parlamentlərarası İttifaqda nümayəndə heyətinin rəhbəri Ravza Kavakçı Milli Məclisin Sədri Sahibə Qafarovaya zəng edib 10:32Azərbaycan-İtaliya parlamentlərarası işçi qrupunun rəhbəri Azər Kərimli İtaliya parlamentinin üzvlərinə təşəkkür məktubları ünvanlayıb 10:27Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyənin TRT Haber kanalına Ermənistanın hərbi təxribatları barədə müsahibə verib 10:21Milli Məclis Sədrinin müavini Adil Əliyev: “Zəfər bizimdir!” 10:16Milli Məclisin Sədri Sahibə Qafarova ilə Qazaxıstan Parlamenti Məclisinin Sədri Nurlan Niqmatulin arasında telefon danışığı olub 10:12Milli Məclisin Sədri Sahibə Qafarova ilə Pakistan İslam Respublikası Senatının Sədri Məhəmməd Sadiq Sancrani arasında telefon danışığı olub 10:10Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopa məktub ünvanlayıb 10:0730 illik susqunluqdan sonra Dağlıq Qarabağda gedən döyüşlərlə bağlı təcili toplanır. 10:06Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopa məktub ünvanlayıb 10:02“İlham Əliyevin ətrafında səfərbər olmuşuq” 12:12Erməni özünü ifşa etdi: Suriyadan gətirilən terrorçunun videosunu yaydı 12:01MN: Düşmənin “Uraqan” yaylım atəş sistemi məhv edilib 11:56Qarabağa erməni könüllüləri daşıyan avtobus PUA ilə məhv edildi 11:52Ermənistan ordusunun alayı darmadağın edilib - MN 11:22Düşmənin 2 tankı eyni anda məhv edildi 11:19Ali məktəblərin vakant yerlərinə və kolleclərə qəbul üçün ixtisas seçimi sabah yekunlaşacaq 10:19Hər bir gəncimiz ön cəbhədə döyüşməyə hazırdır - Nazirlik 10:15Gələn il Azərbaycan ərəb ölkələrinə kənd təsərrüfatı məhsullarının ixracını artırmağı planlaşdırır 10:11Vaqif Dərgahlı: Azad etdiyimiz ərazilərin bir qarışı belə itirilməyib 10:08Ermənistan bu gün illərlə törətdiyi cinayətlərin cavabını alır - Azər Badamov 10:04Hərbi Hava Qüvvələrimizin aviasiya vasitələrinin tərkibində F-16 qırıcıları mövcud deyil - MN 10:00Xalq artistinin qardaşı oğlu yaralandı - "Torpağımıza sahib çıxmalıyıq" 17:06"Beşiktaş" və "Trabzonspor"dan Azərbaycana DƏSTƏK 17:03Qismən səfərbərliyə kimlər cəlb oluna bilər? - AÇIQLAMA 17:01“Ermənistan Dağlıq Qarabağ əhalisinin təxliyəsi planı üzərində iş aparır” - Səfir 16:56Baş Prokurorluq: İndiyədək mülki əhalidən 26 nəfər xəsarət alıb 11:54Azərbaycanın “hücum modeli” diplomatiyası və onun tətbiqi mexanizmləri 11:50Deputat: 27 sentyabr qələbəyə aparan tarix kimi yadda qalacaq 11:46General-mayor Mayis Bərxudarov: Düşməni sona qədər məhv etmək uğrunda vuruşacağıq 11:44Hikmət Hacıyev: Bu, böyük Vətən müharibəsidir 11:41Azərbaycanda qismən səfərbərlik elan edildi - Sərəncam 11:32Bölmələrimiz düşmən texnikasını məhv etməyə davam edir 11:25Tramp Dağlıq Qarabağdan danışdı: Diqqətlə izləyirik 11:07Jan-Fransua Mansel: Ermənistanla Azərbaycan arasındakı toqquşmalar beynəlxalq ictimaiyyətin passivliyinin nəticəsidir 10:57Fransa dövlət başçısı Prezident İlham Əliyevə telefonla zəng edib 10:50Ermənistan itkilərini açıqlayır - siyahı böyüyür 10:44Düşmənin məhv edilən tabor komandiri kimdir? 10:39Talış kəndi ətrafındakı yüksəkliklər düşməndən təmizlənib, düşmən xeyli itki verib 10:31Görkəmli ədəbiyyat tarixçisi və istedadlı ədib - Mir Cəlal Paşayev 10:27Ərdoğan erməni xalqına müraciət etdi 10:23Mehriban Əliyevadan cəbhədəki vəziyyətlə bağlı paylaşım 17:22"Azərbaycanın bir neçə yaşayış məntəqəsi işğaldan azad edilib" - İlham Əliyev 17:18Nəzarəti erməni dairələrinə mənsub olan xarici kanallar dayandırılsın – MTRŞ 17:14Milli Məclisin iclası çağırıldı 17:10Ermənistan hərbi birləşməsinin komandanlığına təslim olmaq barədə təklif edildi - MN 17:06Türkiyə bütün gücü ilə Azərbaycanın yanındadır" - Parlament sədri 13:33Prezidenti İlham Əliyev xalqa müraciəti 13:31Zöhrə canlı yayımda müğənnini BİABIR ETDİ: "Alt paltarında efirə gəlmisən" 13:24Rusiya XİN-dən Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi ilə bağlı BƏYANAT 13:18Azərbaycan Ordusu düşmənin hərbi mövqelərinə zərbələr endirir - Prezident 13:14Cəbhədə yaralananların adları açıqlandı - Baş Prokurorluq 13:08Hazırda Ermənistan tərəfinin çoxlu sayda canlı qüvvə itkisi var - Anar Eyvazov 13:03“Bir tikan fotosuna görə mükafat aldım...” – Qocaman fotoqrafın xatirələri 12:59MN: Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur 12:52Azərbaycan torpaqlarının işğalı Ermənistanın planındadır - Prezident 12:48YAP İcra Katibliyində “Sosial şəbəkələr: milli maraqlar, siyasi və mənəvi məsuliyyət” mövzusunda videokonfrans keçirilib 11:31