05 avq 00:09siyaset

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq  komitəsinin  iclası   keçirildi Avqustun 4-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi. İclası açan komitənin sədri Tahir Mirkişili bildirdi ki, bugünkü iclasın gündəliyinə 3 məsələ daxil edilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən atributinfo.az-a verilən məlumata görə, əvvəlcə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklər edilməsi barədə” qanun layihəsimüzakirə edildi. Tahir Mirkişili qeyd etdi ki, yeni növ koronavirus infeksiyasının (COVİD-19) dünyada sürətlə yayılması qlobal iqtisadiyyatda neqativ meyllərin artmasına, dünya enerji və səhm bazarlarında kəskin dalğalanmalara səbəb olmuşdur. İstər dünyada, istərsə də ölkəmizdə iqtisadi şərtlər kifayət qədər dəyişib. Son iki ayın təhlilləri göstərir ki, biz kifayət qədər ehtiyatlı olmalıyıq. Ona görə də ölkə Prezidenti İlham Əliyevin tapşırığı ilə belə bir qanun layihəsi hazırlandı və sənəddə sosial xərclərə böyük önəm verilməsi, heç bir sosial paketin ixtisar olunmaması tövsiyə edildi.
İclasda iştirak edən maliyyə naziri Samir Şərifovbüdcə layihəsinə təklif edilən dəyişikliklər və azalmaların həcmi barədə geniş məlumat verdi. Nazir vurğuladı ki, koronavirus pandemiyası ilə bağlı dünyada baş verən proseslər Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşməyib. Cari ilin mart ayından başlayaraq COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi və sosial təcrid tədbirləri ölkədə işgüzar fəallığın və artım sürətinin zəifləməsinə səbəb olub, iqtisadiyyatın əksər sahələrinin inkişafına mənfi təsir göstərmişdir. Ölkədə iqtisadi aktivliyin zəifləməsi nəticəsində qeyri-neft gəlirlərinin azalması və digər maliyyələşmə mənbələrinin daralması dövlət büdcəsinin icrasında ahəngdarlığın, gəlirlər və xərclər arasında tarazlığın pozulması təhlükəsini yaradıb.
Pandemiyanın diktə etdiyi keyfiyyətcə yeni sosial və iqtisadi davranış mühitinin xüsusiyyətləri, səhiyyə sahəsinin artan ehtiyacları, əhalinin həssas sosial qruplarına, dövlət şirkətlərinə, sahibkarlıq subyektlərinə, kiçik və orta biznesə dövlət dəstəyinin göstərilməsinin davam etdirilməsi, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin daha da artırılması və digər dövlət ehtiyaclarının təmin edilməsi dövlət büdcəsinin xərclərinin artırılması ilə bağlı yeni çağırışları formalaşdırır.
Samir Şərifov vurğuladı ki, cari il üçün yenilənmiş makroiqtisadi proqnozlar əsas götürülməklə aparılmış hesablamalar əsasında 2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş gəlirləri 24124,0 milyon manat nəzərdə tutulur ki, bu da ÜDM-in 35,3 faizi həcmindədir. Təklif edilən dəyişikliklərdən sonra İcmal büdcənin gəlirləri mövcud gəlirdən təxminən 5 milyard az olacaq. İcmal büdcənin kəsiri 8 milyard 436 milyon manat təşkil edəcək. Dövlət büdcəsinin kəsrləri üzrə azalmalara daxili bazarlarda neft məhsullarına təlabatın azalması, həmçinin bir sıra vergilər üzrə güzəştlərin tətbiqi ilə əlaqədardır.
Dövlət büdcəsindən dəstək proqramlarının həyata keçirilməsi üçün 600 milyon manat vəsait ayrılıb. Yenidən baxılma ilə təsdiq olunmuş dövlət büdcəsinin vergi və rüsumlar üzrə, habelə dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar daxilolmaları 890,5 milyon manat məbləğində azaldılır, Dövlət Neft Fondunun dövlət büdcəsinə transferti və dövlət büdcəsinin digərdaxilomaları müvafiq olaraq 850 milyon manat artırılır.
Bunlar nəzərə alınmaqla 2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş xərcləri 27492,2 milyon manat təşkil edəcək. Daxili bazarda istiqrazların yerləşdirilməsi üçün 190 milyon manat məbləğində vəsait nəzərdə tutulur.
Samir Şərifov onu da qeyd etdi ki, “Büdcə sistemi haqqında” qanuna əsasən, dövlət büdcəsi layihəsinin tərtibi prosesi növbəti büdcə ilinə 11 ay qalmış başlanır və büdcə layihəsinin Milli Məclisə təqdim edildiyi günədək olan dövrü əhatə edir. Dəyişikliklərlə əlaqədar olaraq “Büdcə sistemi haqqında” qanunda nəzərdə tutulan büdcə qaydasının tətbiqi 2022-ci il yanvarın 1-nə qədər dayandırılır.
Sonra İqtisadiyyat nazirinin müavini Sevinc Həsənovabüdcə layihəsinə təklif olunan dəyişikliklərlə bağlı fikirlərini açıqladı. Qeyd olundu ki, nəzərdə tutulan azalmalar optimallaşdırma nəticəsində götürülüb. Bu azalmaların əhaliyə heç bir təsiri olmayacaq. Nəzərdə tutulan bütün sosial layihələr yerinə yetiriləcək.
Büdcə layihəsi ilə bağlı Hesablama Palatasının rəyinin müsbət olduğu vurğulandı. Qeyd edildi ki, qurum ölkənin müdafiə qabiliyyətinin artırılması, pandemiyanın yaratdığı keyfiyyətcə yeni sosial və iqtisadi davranış mühitinin xüsusiyyətləri, əhalinin həssas sosial qruplarına, dövlət şirkətlərinə, sahibkarlıq subyektlərinə, kiçik və orta biznesə dövlət tərəfindən əlavə dəstəyin göstərilməsi, səhiyyə sahəsi üzrə əlavə tələbatın və digər dövlət ehtiyaclarının yaranması dövlət büdcəsinin icrası ilə bağlı yeni çağırışlar formalaşdırdığına görə atılan addımları zəruri hesab edir.
İclasda “Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanunlara təklif olunan dəyişikliklərdə birinci oxunuşda müzakirə edildi. Sənədlərlə bağlı fikirlərini bildirən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev vurğuladı ki,koronavirus pandemiyası ilə əlaqədar sosial müdafiə və sosial təminat üzrə maliyyə dəstəyinin davam etdirilməsi üçün 238 milyon manat vəsaitin ayrılması gözlənilir. Pandemiya ilə bağlı dövlət şirkətlərinə maliyyə dəstəyinin davam etdirilməsi üçün 136,6 milyon manat ayrılması proqnozlaşdırılır. İnfeksiyanın yayılması ilə bağlı iqtisadi dəstək üzrə tədbirlərin maliyyə təminatı, o cümlədən, sahibkarlara dövlət tərəfindən maliyyə dəstəyinin davam etdirilməsi üçün 100 milyon manat xərc çəkiləcək.Səhiyyə sahəsi üzrə əlavə tələbatın ödənilməsi üçün 369 milyon manat vəsaitin xərclənəcəyi də proqnozlaşdırılır. Bu məbləğ koronavirus infeksiyası ilə əlaqəli əmək şəraitinə görə tibb işçilərinə verilən müddətli əlavənin maliyyələşdirilməsinə, zəruri tibb ləvazimatlarının, avadanlıqlarının və başqa ehtiyacların tədarükünə, karantin nəzarətinə götürülmüş şəxslərə karantin müəssisələrində göstərilən xidmətlərə görə yaranmış xərclərin, stasionar müalicə tədbirlərinə cəlb edilmiş xəstəxanaların saxlanılmasına yönəldiləcək.
Nazir müavini onu da bildirdi ki, İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri artırılıb. 2020-ci il büdcəsinin gəlir və xərclərinin 151 235 400 manat məbləğində təsdiq edilməsi təklif edilir. Əvvəl bu rəqəm 128 235 400 manat məbləğində idi.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, deputatlardan Əli Məsimli, Vüqar Bayramov, Elnur Allahverdiyev, Rüfət Quliyev, Məşhur Məmmədov sənədlərə təklif olunan dəyişikliklərlə bağlı fikirlərini bildirdilər.
Maliyyə naziri Samir Şərifov və iclasda iştirak edən Mərkəzi Bankın, Dövlət Gömrük Komitəsinin nümayəndələri millət vəkillərini maraqlandıran məqamlara aydınlıq gətirdilər.
Sonda hər 3 qanun layihəsinin Milli Məclisin avqustun 5-də keçiriləcək plenar iclasına tövsiyə edilməsi qərara alındı.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq  komitəsinin  iclası   keçirildiMilli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq  komitəsinin  iclası   keçirildiMilli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq  komitəsinin  iclası   keçirildiMilli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq  komitəsinin  iclası   keçirildi
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
“İlham Əliyevin ətrafında səfərbər olmuşuq” 12:12Erməni özünü ifşa etdi: Suriyadan gətirilən terrorçunun videosunu yaydı 12:01MN: Düşmənin “Uraqan” yaylım atəş sistemi məhv edilib 11:56Qarabağa erməni könüllüləri daşıyan avtobus PUA ilə məhv edildi 11:52Ermənistan ordusunun alayı darmadağın edilib - MN 11:22Düşmənin 2 tankı eyni anda məhv edildi 11:19Ali məktəblərin vakant yerlərinə və kolleclərə qəbul üçün ixtisas seçimi sabah yekunlaşacaq 10:19Hər bir gəncimiz ön cəbhədə döyüşməyə hazırdır - Nazirlik 10:15Gələn il Azərbaycan ərəb ölkələrinə kənd təsərrüfatı məhsullarının ixracını artırmağı planlaşdırır 10:11Vaqif Dərgahlı: Azad etdiyimiz ərazilərin bir qarışı belə itirilməyib 10:08Ermənistan bu gün illərlə törətdiyi cinayətlərin cavabını alır - Azər Badamov 10:04Hərbi Hava Qüvvələrimizin aviasiya vasitələrinin tərkibində F-16 qırıcıları mövcud deyil - MN 10:00Xalq artistinin qardaşı oğlu yaralandı - "Torpağımıza sahib çıxmalıyıq" 17:06"Beşiktaş" və "Trabzonspor"dan Azərbaycana DƏSTƏK 17:03Qismən səfərbərliyə kimlər cəlb oluna bilər? - AÇIQLAMA 17:01“Ermənistan Dağlıq Qarabağ əhalisinin təxliyəsi planı üzərində iş aparır” - Səfir 16:56Baş Prokurorluq: İndiyədək mülki əhalidən 26 nəfər xəsarət alıb 11:54Azərbaycanın “hücum modeli” diplomatiyası və onun tətbiqi mexanizmləri 11:50Deputat: 27 sentyabr qələbəyə aparan tarix kimi yadda qalacaq 11:46General-mayor Mayis Bərxudarov: Düşməni sona qədər məhv etmək uğrunda vuruşacağıq 11:44Hikmət Hacıyev: Bu, böyük Vətən müharibəsidir 11:41Azərbaycanda qismən səfərbərlik elan edildi - Sərəncam 11:32Bölmələrimiz düşmən texnikasını məhv etməyə davam edir 11:25Tramp Dağlıq Qarabağdan danışdı: Diqqətlə izləyirik 11:07Jan-Fransua Mansel: Ermənistanla Azərbaycan arasındakı toqquşmalar beynəlxalq ictimaiyyətin passivliyinin nəticəsidir 10:57Fransa dövlət başçısı Prezident İlham Əliyevə telefonla zəng edib 10:50Ermənistan itkilərini açıqlayır - siyahı böyüyür 10:44Düşmənin məhv edilən tabor komandiri kimdir? 10:39Talış kəndi ətrafındakı yüksəkliklər düşməndən təmizlənib, düşmən xeyli itki verib 10:31Görkəmli ədəbiyyat tarixçisi və istedadlı ədib - Mir Cəlal Paşayev 10:27Ərdoğan erməni xalqına müraciət etdi 10:23Mehriban Əliyevadan cəbhədəki vəziyyətlə bağlı paylaşım 17:22"Azərbaycanın bir neçə yaşayış məntəqəsi işğaldan azad edilib" - İlham Əliyev 17:18Nəzarəti erməni dairələrinə mənsub olan xarici kanallar dayandırılsın – MTRŞ 17:14Milli Məclisin iclası çağırıldı 17:10Ermənistan hərbi birləşməsinin komandanlığına təslim olmaq barədə təklif edildi - MN 17:06Türkiyə bütün gücü ilə Azərbaycanın yanındadır" - Parlament sədri 13:33Prezidenti İlham Əliyev xalqa müraciəti 13:31Zöhrə canlı yayımda müğənnini BİABIR ETDİ: "Alt paltarında efirə gəlmisən" 13:24Rusiya XİN-dən Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi ilə bağlı BƏYANAT 13:18Azərbaycan Ordusu düşmənin hərbi mövqelərinə zərbələr endirir - Prezident 13:14Cəbhədə yaralananların adları açıqlandı - Baş Prokurorluq 13:08Hazırda Ermənistan tərəfinin çoxlu sayda canlı qüvvə itkisi var - Anar Eyvazov 13:03“Bir tikan fotosuna görə mükafat aldım...” – Qocaman fotoqrafın xatirələri 12:59MN: Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur 12:52Azərbaycan torpaqlarının işğalı Ermənistanın planındadır - Prezident 12:48YAP İcra Katibliyində “Sosial şəbəkələr: milli maraqlar, siyasi və mənəvi məsuliyyət” mövzusunda videokonfrans keçirilib 11:31Nigeriyada ştat qubernatorunun karvanına hücum olunub, 15 nəfər ölüb 11:24Prokurorluq keçmiş arvadını öldürən şəxsi axtarır 11:16Dahi bəstəkar Üzeyir Hacıbəyovun bəstəsinin sədaları Vaşinqton şəhərində 11:08Azərbaycan Prezidentinin səsləndirdiyi həqiqətləri Ermənistan XİN-i öz cılız açıqlaması ilə dana bilməz - Leyla Abdullayeva 11:00Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib 10:57Azərbaycanda sahibkarlar üçün nağdsız ödənişlər sistemi necə qurulur? 10:49XİN-in həbsdə olan iki əməkdaşı məhkəməyə müraciət edib 10:43Burak Yılmaz "Lill"də qol hesabını açdı 10:38“Ermənistanın muzdluların, terrorçuların ümidinə qalması, onun acınacaqlı vəziyyətindən xəbər verir” 22:13Epidemiya əleyhinə qaydaların pozulduğu mehmanxanaların SAYI 18:06Kafe və restoranlar yenidən bağlanır? - RƏSMİ CAVAB 18:04Millət vəkili ilə icra başçısı imtiyazlı ailələrə baş çəkib 16:22Məhərrəm Əliyev: Ermənistanın dövlət kimi mövcudluğu da sual altına düşəcək (MÜSAHİBƏ) 16:10