04 avq 14:44siyaset

Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirildi

Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirildiAvqustun 4-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirildi. Komitə sədri Musa Quliyev diqqətə çatdırdı ki, gündəliyə dörd məsələ daxil olub. Hər dörd layihə birinci oxunuşda müzakirəyə çıxarılıb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən atributinfo.az-a verilən məlumata görə Musa Quliyev qeyd etdi ki, 2020-ci il bütün dünyada koronovirus pandemiyası ilə müşayiət olunur. Pandemiyanın iqtisadi, sosial, tibbi cəhətdən zərərləri olmuşdur. Dünya iqtisadiyyatında artıq bu zərərlər özünü göstərməkdədir. Xüsusilə iqtisadiyyatı neftlə bağlı ölkələrdə, eyni zamanda neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar müəyyən iqtisadi geriləmə baş vermişdir. Təəssüf ki, dünyada baş verən böhran Azərbaycanda da özünü az da olsa hiss etdirməkdədir. Lakin cənab Prezidentin apardığı balanslaşdırılmış sosial-iqtisadi siyasət nəticəsində Azərbaycan vətəndaşları gündəlik həyatlarında bu böhranın ciddi nəticələrini görmürlər.
Bildirildi ki, ölkə başçısının bu ilin martın 19-da imzaladığı Sərəncama uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti Tədbirlər planı hazırlamışdır. Tədbirlər planına əsasən, görülən bütün işlər Azərbaycan vətəndaşının sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəlib.
Sonra gündəlikdəki birinci məsələ - “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunun layihəsi təqdim edildi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov qanun layihəsinin mahiyyəti barədə ətraflı məlumat verdi.
Bildirildi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun gəlirləri və xərcləri bərabər olmaqla 4784,7 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da cari ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 40,8 milyon manat və ya 0,8 faiz azdır. Azalma əsasən xərclərin optimallaşdırılması, əmək pensiyalarının və sosial müavinətlərin hesablanmasında, ödənilməsində nəzarətin və şəffaflığın daha da artırılması hesabına əldə olunmuşdur.
Qeyd olundu ki, dürüstləşmə ilə cari ilin əvvəlinə Fondun hesabında formalaşan 197,2 milyon manat sərbəst vəsaitin qalığının Fondun gəlirlərinə daxil edilməsi və xərclər üzrə yaranan 40,8 milyon manat qənaət olunmuş vəsait də nəzərə alınmaqla - cəmi 238,0 milyon manat vəsait hesabına dövlət büdcəsindən Fonda ayrılan transfertin məbləği 238,0 milyon manat azaldılır. Bu vəsait isə dövlət büdcəsi vasitəsilə pandemiya ilə əlaqədar sosial müdafiə və sosial təminat üzrə maliyyə dəstəyinin davam etdirilməsinə yönəldiləcəkdir.
2020-ci ilin birinci yarımilliyi ərzində məcburi dövlət sosial sığorta ödənişləri üzrə 1.489,4 mln. manat proqnoza qarşı 1.708,2 mln.manat vəsait daxil olmaqla proqnoza 114,7% əməl edilmişdir. Proqnozlaşdırılan məbləğdən artıq toplanan vəsait 218,8 mln. manat təşkil edir. 2020-ci ilin 6 ayı ərzində daxil olmuş məbləğ 2019-cu ilin müvafiq dövrünə nisbətən 434,6 mln. manat və ya 34,1% çoxdur. Daxilolmalar ötən ilin müvafiq dövrünə nisbətən büdcə sektoru üzrə 235,7 mln. manat və ya 51,3%, qeyri-büdcə sektoru üzrə 198,9 mln. manat və ya 24,4% çox olmuşdur.
Müzakirələr zamanı çıxış edən deputatlar Ziyad Səmədzadə, Vüqar Bayramov, Məlahət İbrahimqızı, İlham Məmmədov, Rauf Əliyev, Sevinc Hüseynova layihə barədə fikirlərini açıqladılar. Millət vəkilləri Sosial Müdafiə Fondunun pandemiya dövründə fəaliyyətini müsbət dəyərləndirdilər, təklif olunan dəyişikliklərin əhəmiyyətini qeyd etdilər.
Sonra iclasda iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı geniş izahat verdi. Bildirildi ki, İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri bərabər olmaqla 151,2 milyon manat nəzərdə tutulur ki, bu da cari ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 23,0 milyon manat və ya 18,0 faiz çoxdur.
Qeyd olundu ki, işsizlikdən sığorta haqları üzrə 2020-ci ilin birinci yarımilliyi ərzində 53,6 mln. manat proqnoza qarşı 58,5 mln. manat vəsait daxil olmaqla, proqnoza 109,2% əməl edilib. Proqnozlaşdırılan məbləğdən artıq toplanan vəsait 4,9 mln. manat təşkil edir. 2020-ci ilin 6 ayı ərzində daxil olmuş məbləğ 2019-cu ilin müvafiq dövrünə nisbətən 11,5 mln. manat və ya 24,5% çox olmuşdur. Daxilolmalar 2019-cu ilin müvafiq dövrünə nisbətən büdcə sektoru üzrə 5,7 mln. manat və ya 45,3%, qeyri-büdcə sektoru üzrə 5,8 mln. manat və ya 16,8% çoxdur.
Diqqətə çatdırıldı ki, işsizlikdən sığorta fondunun büdcəsinin artmasının əsas səbəbi 2019-cu ilin sonuna işsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaitidir, bu vəsait 23 milyon manat təşkil edir. Eyni zamanda həyata keçirilən islahatlar nəticəsində əmək müqavilələrinin sayının və əmək haqqı fondunun artması da pandemiya şəraitində işsizlikdən sığorta fondunun gəlirlərinin əvvəlki göstəricidə saxlanmasına imkan vermişdir.
İşsizlikdən Sığorta Fondunun büdcəsinin artması işsizliyə görə sığorta ödənişlərinin əhəmiyyətli şəkildə (5 milyon və ya iki dəfə) artmasına, peşə hazırlığı və əlavə təhsilin təşkilinə (əlavə olaraq 2 milyon manat), özünüməşğulluq tədbirlərinin təşkilinə (əlavə olaraq 15 milyon manat) əlavə imkanlar yaradacaqdır.
Komitə sədri Musa Quliyev qeyd etdi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə böyük və məsuliyyətli vəzifələr düşür. Nazirlik bu ağır işin öhdəsindən uğurla gəlir. Milli Məclisin Əmək və sosial siyasət komitəsi də Nazirliklə səmərəli əməkdaşlıq edir.
Nazir müavini Anar Əliyev daha sonra “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə məlumat verdi. Bildirildi ki, qanunun 14 maddəsinə 48 dəyişiklik təklif olunur. Dəyişikliklərdə məşğulluğun əlçatanlığının təmin edilməsi, peşə hazırlığı, ictimai işlərə cəlb olunan əhalinin daha geniş təbəqəsini əhatə etməsi və digər məqamlar öz əksini tapıb.
Qeyd edildi ki, qanunun 4-cü maddəsinə edilən düzəlişlərə əsasən, 8 istiqamət üzrə məşğul şəxslərin dairəsi və məşğul şəxslərin elektron reyestrinin yaradılması müəyyən edilmişdir. Keçən müddət ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Məşğul şəxslərin reyestri” yaradılmış və 25 elektron informasiya sistemi üzərindən bu kateqoriyadan olan şəxslərlə bağlı məlumatlar tam elektron şəkildə aidiyyəti dövlət orqanlarının elektron məlumat bazalarından əldə olunur. Bunu nəzərə alaraq, “Məşğul şəxslərin reyestrinin” formalaşdırılması ilə bağlı kağız daşıyıcıda məlumatların təqdim olunması ilə bağlı müddəalar ləğv olunur və müvafiq məlumatların müvafiq dövlət informasiya sistemlərindən əldə olunması təklif olunur.
Qanunun yeni redaksiyada verilmiş 20.2-ci maddəsində bildirilir ki, işsiz şəxslərin, habelə il ərzində müvafiq inzibati ərazi vahidi üzrə peşə hazırlığına cəlb olunan işsiz şəxslərin 20 faizindən çox olmamaq şərtilə işaxtaran şəxslərin peşə hazırlığı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən ödənişsiz təşkil olunur, işaxtaran şəxslərin (bu maddədə göstərilən hal istisna olmaqla) peşə hazırlığı ödənişli əsaslarla həyata keçirilir.
Sənədə əlavə olunan yeni 20.5-ci maddədə deyilir ki, “Peşə təhsili haqqında” qanunun 9.9-cu maddəsinə uyğun olaraq, peşə hazırlığı işaxtaran və işsiz şəxslərin əlavə təhsili, o cümlədən peşənin öyrənilməsi, ixtisasın artırılması, yenidən hazırlıq, yaşlıların təhsili və digər təhsil istiqamətləri üzrə müvafiq kurslarda altı ayadək müddətə həyata keçirilir.
Qeyd olundu ki, 2016-cı ildən başlayaraq, ölkədə özünüməşğulluq proqramının icrasına başlanılmışdır. Son iki il ərzində proqramın əhatə dairəsi əhəmiyyətli şəkildə genişlənmişdir və 2020-ci ildə bu proqrama 12 min şəxsin cəlb edilməsi planlaşdırılmışdır. Hazırda proqrama cəlb olunan bütün şəxslər haqqında məlumatlar “Məşğulluq” altsistemində yerləşdirilir və ictimaiyyət üçün açıqdır. Proqramın sosial xarakter daşıdığını nəzərə alaraq, özünüməşğulluq proqramına cəlb olunmuş şəxslərə əmlakların istifadəyə bir il müddətinə verilməsi, habelə fəaliyyətinin monitorinqinin müddətinin də iki ildən bir ilə kimi azaldılması təklif olunur. Qanuna bir sıra digər dəyişikliklər də nəzərdə tutulub.
Sonuncu məsələ - “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə layihə haqqında komitə sədri Musa Quliyev məlumat verdi. Bildirildi ki, ümumilikdə qanunun doqquz maddəsinə 20 dəyişiklik təklif olunur. Layihə işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və işsizlikdən sığorta sisteminin əhatə dairəsinin genişləndirilməsi məqsədi ilə hazırlanmışdır.
Layihəyə əsasən, dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün sığorta stajı 3 ildən 1 ilədək azaldılır.
Sığorta ödənişinin əhatə dairəsinin genişləndirilməsi ilə əlaqədar olaraq, ölkəmizdə müddətli əmək müqaviləsinin müddətinin bitməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün də sığorta ödənişi hüququ yaradılması təklif olunur. Təklifə əsasən, sığorta ödənişinin təyin edilməsi üçün şəxsin müddətli əmək müqaviləsi üzrə ən azı 3 il fasiləsiz iş stajı olmalı, onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə uyğun olaraq xitam verilməlidir. Sığorta ödənişi şəxsin işsiz kimi qeydiyyata alındığı tarixdən 3 ay keçdikdən sonra ödəniləcək, bir şərtlə ki, bu müddət ərzində şəxs ona təklif edilmiş münasib işlərdən imtina edən şəxs olmasın. Sığorta ödənişi 3 ay müddətinə təyin ediləcək, minimum məbləğdə həyata keçiriləcək və təkrar sığorta ödənişinə yol verilməyəcək. Qeyd edilən mexanizm tətbiq olunacağı təqdirdə ilə ərzində 35-40 minədək işsiz şəxsin sığorta ödənişinə cəlb edilməsi mümkün olacaq. Eyni zamanda, layihədə işsizlikdən sığorta ödənişinin elektron təyinatı mexanizminin yaradılması təklif olunur.
Bundan başqa, müxtəlif iqtisadi faktorlardan asılı olaraq, ölkədə əmək bazarında baş verən dəyişikliklərə bağlı məşğulluq tədbirlərinin çevik maliyyələşdirilməsi üçün İşsizlikdən sığorta fondunun büdcəsinin gəlir və xərcinin qanunla, gəlir və xərc istiqamətlərinin isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməsi təklif olunur.
Qanun layihəsi barədə deputatlar İlham Məmmədov, Soltan Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev öz fikirlərini açıqladılar.
İclasda müzakirəyə çıxarılan dörd qanun layihəsinin hər biri Milli Məclisin plenar iclasına birinci oxunuşda tövsiyə olundu.
Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirildiBu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirildiBu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirildi
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
Türkiyə Böyük Millət Məclisinin Parlamentlərarası İttifaqda nümayəndə heyətinin rəhbəri Ravza Kavakçı Milli Məclisin Sədri Sahibə Qafarovaya zəng edib 10:32Azərbaycan-İtaliya parlamentlərarası işçi qrupunun rəhbəri Azər Kərimli İtaliya parlamentinin üzvlərinə təşəkkür məktubları ünvanlayıb 10:27Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyənin TRT Haber kanalına Ermənistanın hərbi təxribatları barədə müsahibə verib 10:21Milli Məclis Sədrinin müavini Adil Əliyev: “Zəfər bizimdir!” 10:16Milli Məclisin Sədri Sahibə Qafarova ilə Qazaxıstan Parlamenti Məclisinin Sədri Nurlan Niqmatulin arasında telefon danışığı olub 10:12Milli Məclisin Sədri Sahibə Qafarova ilə Pakistan İslam Respublikası Senatının Sədri Məhəmməd Sadiq Sancrani arasında telefon danışığı olub 10:10Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopa məktub ünvanlayıb 10:0730 illik susqunluqdan sonra Dağlıq Qarabağda gedən döyüşlərlə bağlı təcili toplanır. 10:06Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopa məktub ünvanlayıb 10:02“İlham Əliyevin ətrafında səfərbər olmuşuq” 12:12Erməni özünü ifşa etdi: Suriyadan gətirilən terrorçunun videosunu yaydı 12:01MN: Düşmənin “Uraqan” yaylım atəş sistemi məhv edilib 11:56Qarabağa erməni könüllüləri daşıyan avtobus PUA ilə məhv edildi 11:52Ermənistan ordusunun alayı darmadağın edilib - MN 11:22Düşmənin 2 tankı eyni anda məhv edildi 11:19Ali məktəblərin vakant yerlərinə və kolleclərə qəbul üçün ixtisas seçimi sabah yekunlaşacaq 10:19Hər bir gəncimiz ön cəbhədə döyüşməyə hazırdır - Nazirlik 10:15Gələn il Azərbaycan ərəb ölkələrinə kənd təsərrüfatı məhsullarının ixracını artırmağı planlaşdırır 10:11Vaqif Dərgahlı: Azad etdiyimiz ərazilərin bir qarışı belə itirilməyib 10:08Ermənistan bu gün illərlə törətdiyi cinayətlərin cavabını alır - Azər Badamov 10:04Hərbi Hava Qüvvələrimizin aviasiya vasitələrinin tərkibində F-16 qırıcıları mövcud deyil - MN 10:00Xalq artistinin qardaşı oğlu yaralandı - "Torpağımıza sahib çıxmalıyıq" 17:06"Beşiktaş" və "Trabzonspor"dan Azərbaycana DƏSTƏK 17:03Qismən səfərbərliyə kimlər cəlb oluna bilər? - AÇIQLAMA 17:01“Ermənistan Dağlıq Qarabağ əhalisinin təxliyəsi planı üzərində iş aparır” - Səfir 16:56Baş Prokurorluq: İndiyədək mülki əhalidən 26 nəfər xəsarət alıb 11:54Azərbaycanın “hücum modeli” diplomatiyası və onun tətbiqi mexanizmləri 11:50Deputat: 27 sentyabr qələbəyə aparan tarix kimi yadda qalacaq 11:46General-mayor Mayis Bərxudarov: Düşməni sona qədər məhv etmək uğrunda vuruşacağıq 11:44Hikmət Hacıyev: Bu, böyük Vətən müharibəsidir 11:41Azərbaycanda qismən səfərbərlik elan edildi - Sərəncam 11:32Bölmələrimiz düşmən texnikasını məhv etməyə davam edir 11:25Tramp Dağlıq Qarabağdan danışdı: Diqqətlə izləyirik 11:07Jan-Fransua Mansel: Ermənistanla Azərbaycan arasındakı toqquşmalar beynəlxalq ictimaiyyətin passivliyinin nəticəsidir 10:57Fransa dövlət başçısı Prezident İlham Əliyevə telefonla zəng edib 10:50Ermənistan itkilərini açıqlayır - siyahı böyüyür 10:44Düşmənin məhv edilən tabor komandiri kimdir? 10:39Talış kəndi ətrafındakı yüksəkliklər düşməndən təmizlənib, düşmən xeyli itki verib 10:31Görkəmli ədəbiyyat tarixçisi və istedadlı ədib - Mir Cəlal Paşayev 10:27Ərdoğan erməni xalqına müraciət etdi 10:23Mehriban Əliyevadan cəbhədəki vəziyyətlə bağlı paylaşım 17:22"Azərbaycanın bir neçə yaşayış məntəqəsi işğaldan azad edilib" - İlham Əliyev 17:18Nəzarəti erməni dairələrinə mənsub olan xarici kanallar dayandırılsın – MTRŞ 17:14Milli Məclisin iclası çağırıldı 17:10Ermənistan hərbi birləşməsinin komandanlığına təslim olmaq barədə təklif edildi - MN 17:06Türkiyə bütün gücü ilə Azərbaycanın yanındadır" - Parlament sədri 13:33Prezidenti İlham Əliyev xalqa müraciəti 13:31Zöhrə canlı yayımda müğənnini BİABIR ETDİ: "Alt paltarında efirə gəlmisən" 13:24Rusiya XİN-dən Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi ilə bağlı BƏYANAT 13:18Azərbaycan Ordusu düşmənin hərbi mövqelərinə zərbələr endirir - Prezident 13:14Cəbhədə yaralananların adları açıqlandı - Baş Prokurorluq 13:08Hazırda Ermənistan tərəfinin çoxlu sayda canlı qüvvə itkisi var - Anar Eyvazov 13:03“Bir tikan fotosuna görə mükafat aldım...” – Qocaman fotoqrafın xatirələri 12:59MN: Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur 12:52Azərbaycan torpaqlarının işğalı Ermənistanın planındadır - Prezident 12:48YAP İcra Katibliyində “Sosial şəbəkələr: milli maraqlar, siyasi və mənəvi məsuliyyət” mövzusunda videokonfrans keçirilib 11:31Nigeriyada ştat qubernatorunun karvanına hücum olunub, 15 nəfər ölüb 11:24Prokurorluq keçmiş arvadını öldürən şəxsi axtarır 11:16Dahi bəstəkar Üzeyir Hacıbəyovun bəstəsinin sədaları Vaşinqton şəhərində 11:08Azərbaycan Prezidentinin səsləndirdiyi həqiqətləri Ermənistan XİN-i öz cılız açıqlaması ilə dana bilməz - Leyla Abdullayeva 11:00