30 iy 10:26siyaset

Reallıq odur ki, onların təsir və təzyiq riçarqları da böyükdür

Reallıq odur ki, onların təsir və təzyiq riçarqları da böyükdür
Anar Məmmədov
Milli Məclisin deputatı

Son illərdə tez-tez Kütləvi İnformasiya Vasitələrində (KİV) ABŞ-da baş verən polis zorakılığı və insanların hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına dair məlumatlar daha çox yer alır.
İyulun 28-də ABŞ-ın nüfuzlu “NewYorkTimes” qəzetində Nyu-York şəhərində nümayişdə iştirak edən insanların şəhərin mülki geyimdə olan polis qüvvələri tərəfindən naməlum maşınlara güclə oturdularaq qeyri-müəyyən istiqamətə aparılması dünyada, həm də demokratiyanın beşiyi sayılan ABŞ-da baş vermiş ilk belə hadisə deyil. Polis zorakılığı ilə bağlı daha əvvəllər də anoloji faktlar olub. Eyni zamanda bu kimi hallar təkcə Birləşmiş Ştatlarda baş vermir. İnsan haqları, demokratiya, qanunun aliliyində nümunə kimi təqdim edilən Avropanın mərkəzində də bu cür çoxsaylı xoşagəlməz nümunələr var.
Kifayət qədər hər kəsə agahdır ki, bu gün həm ABŞ-da, həm də Qərbi Avropada nümayişlər və mitinqlər əleyhinə sərt üsullardan istifadə olunur. ABŞ və Avropada geniş vüsət alan mitinqlərdə hökumət qüvvələrinin aksiya iştirakçılarına qarşı ən amansız metodlardan istifadə etməsi, polisin etirazçılara, eləcə də sıravi vətəndaşlara qarşı rəftarına göz yumulması "demokratiya ixracatçısı" olan bu ölkələrdə insan hüquqlarının kobud şəkildə pozulduğuna təməlli nümunədir. Beləliklə, qərbdə demokratiyanın milli, irqi və dini mənafelərə uyğun təhrif edilmiş formasının inkişafı aşkar olaraq görünməkdədir.
Baş verən son hadisələrdə də polisin öz səlahiyyət həddini aşması açıq-aşkar görünür. Bəlkə də elə burada qaydaların əməl edilməsinə düzgün nəzarət yoxdur. Ümumiyyətlə ABŞ hər zaman başqalarına münasibətdə o fikirləri səsləndirir ki, guya müxtəlif ölkələrdə insanların hüquq və azadlıqları pozulur. Təbii ki, bu, başa düşüləndir. Çünki Amerika böyük dövlət olmaqla yanaşı bir çoxlarının zəif nöqtələrinə diqqəti yönəltməyə də çalışır. Reallıq odur ki, onların təsir və təzyiq riçarqları da böyükdür. Eyni zamanda bu o zaman uğurla nəticələnə bilərdi ki, özündə baş verən zorakılıq hallarının da qarşısı dərhal alınsın. Çünki biz orada şahidi oluruq ki, insanlara qarşı zorakılıq sərgiləyən polislər məhkəmə tərəfindən bəraət də alırlar. Təbii ki, bu da bir qədər düşündürücü məsələlərdir.
ABŞ-ın Minneapolis şəhərində qaradərili Corc Floydun polis tərəfindən qətlə yetirilməsi, eyni zamanda Nyu-York şəhərində nümayişdə iştirak edən insanların şəhərin mülki geyimdə olan polis qüvvələri tərəfindən naməlum maşınlara güclə oturdularaq qeyri-müəyyən istiqamətə aparılması ABŞ cəmiyyətində böyük səs-küyə səbəb olsa da nədənsə hər dəfə özünü müxalifət adlandıran bəzi antimilli qüvvələr tərəfindən sanki görməzdən gəlindi. Bundan öncə dəfələrlə Bakıda icazəsiz aksiya keçirərək təxribat törətmək cəhdlərinə qarşı hüquq-mühafizə orqanlarının öz vəzifə borclarını yerinə yetirməsi ABŞ-da anti-Azərbaycan dairələri tərəfindən tərs yöndə təqdim edilir, oların nəzarətində olan KİV və QHT-lər hər fürsətdə Azərbaycan hakimiyyətini tənqid edir, qərəzli və həqiqəti əks etdirməyən bəyanatlar verirlər. Baş verən hadisəyə qarşı səssiz qalmaq isə bir daha bu məxluqların hansı "demo" kratiyaya sahib olmasından xəbər verir.
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
İlhamə Məhəmmədqızı (Mənsur şeirlər) 22:49Deputat sərt danışdı: Milləti psixoz etmisiniz (VİDEO) 19:27Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası keçirildi 16:32Balakənin inkişafı daim diqqət mərkəzindədir 14:56AQTA ictimai iaşə müəssisələrinə çağırış edib 14:22Baş Prokurorluqda geniş əməliyyat müşavirəsi keçirilib 14:10Gəncədə karantin rejimini pozan çayxanalar aşkarlanıb 13:55Bakıda çimərliklər açıldı 13:52DİM-dən qəbul imtahanının ikinci mərhələsinə hazırlaşanlara MÜRACİƏT 13:49Türkiyədə döyülən ukraynalı modelin yalanı üzə çıxdı: Onu sevgilisi əzişdirib – VİDEO 13:46Bakıda evdən 1 milyon manatlıq oğurluq olub 11:57Şok: Dünya iflasa uğrayır - 2021-ci ilin sonu... 11:52Yüzlərlə erməni xəsarət aldı, itkin düşənlər var - Ermənistan fəlakəti açıqladı 11:49Tacikistan portalı Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə əlaqədar yazı dərc edib 11:45Dövlətə, xalqa sədaqətli xidmət nümunəsi 11:3640 minədək işsiz şəxs sığorta ödənişinə cəlb edilə bilər 11:26Rayona getmək istəyənlər bu formada icazə alacaqlar - QAYDA 11:22İŞİD Beyrutdakı partlayışı öz üzərinə GÖTÜRDÜ 11:18Günəş şüaları koronavirusla mübarizəyə kömək edir 11:14Professordan SENSASİON açıqlama: “Vaksinlərin yaradılmasına milyardlarlar xərclənir” 11:06DEPUTATLARIMIZ BELARUSDA PREZİDENT SEÇKİLƏRİNİ MÜŞAHİDƏ EDƏCƏKLƏR 00:11Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi 00:09Prezident Bakıda qanunsuz zəbt olunan ərazinin satışının qarşısını alıb 17:57Evdə müalicə alan koronavirus xəstələrinə necə nəzarət olunacaq? - RƏSMİ 16:11Koronavirusun ortaya çıxdığı Çində daha bir fəlakət: Yüzminlərlə insan... 15:13İbrahim Məmmədovdan toyların keçirilməsi ilə bağlı AÇIQLAMA 15:11Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirildi 14:44Azərbaycanda vəzifəli şəxslər 11 min manat cərimələndi 14:25ƏDV-nin geri qaytarılmasında pozuntular aşkarlandı 14:21Prezident və xanımı Yasamalda yeni salınacaq meşə tipli parkla tanış olub 14:17Şəkidə leysan yağışlar evlərə və təsərrüfata ziyan vurub - Dəymiş zərər aktlaşdırılır 14:12Rəqibin üzərinə öskürən futbolçular oyundan uzaqlaşdırılacaq 14:09Di Kaprio "Apple" ilə eksklüziv müqavilə imzaladı 13:45Duzu koronavirusa dərmandır deyib, gölü bu hala saldılar - VİDEO 13:31Sahibə Qafarova ilə Mustafa Şentop arasında telefon danışığı olub 20:26Milli Məclisinin avqustun5-də keçiriləcək növbədənkənar iclasının gündəliyi 20:23Sabah bu ərazilərdə güclü leysan gözlənilir - PROQNOZ 13:40Üniversitetə qəbul balları niyə aşağı salınır? 13:35Azərbaycanın Kanadadakı səfirliyi: Təxribat törədən ermənilərin yeri müəyyən edildi 11:20Bu rayona güclü leysan yağdı, kəndlərin işığı kəsildi 11:14Özündən 31 yaş kiçik qızla evləndi 11:10Heydər Əliyev Fondu 100 mindən çox aztəminatlı ailəyə qurban payı çatdırdı 11:0546 mindən çox müəllim işə qəbul olunmaq istəyir 11:01Zebra, meymun, ceyran və müxtəlif növ quşlar - İsmayıllıda heyvanat parkı təşkil olunub 11:56Ronaldo "Yuventus"da ikinci mövsümə yekun vurdu 11:49ABŞ-da ermənilər soydaşlarımıza hücum edib, xəsarət alanlar var 11:45Əsrin ən yaxşı serialının adı açıqlandı 11:41Bunları etməsək daha ciddi yoluxma riski ilə üzləşə bilərik! - DİQQƏT! 11:36DSMF-nin gəlir və xərcləri niyə azaldılır? - RƏSMİ 11:29Dünyada bu gün 11:22Almaniyada növbəti etirazlar: koronavirus məhdudiyyətlərinə qarşı 11:17Azərbaycanda evdə gizli nişan mərasimi: polis saxladı 11:12Qanunsuz qurbanlıq heyvan kəsimi: məhkəməlik oldu 12:08Qadınların kökəlməsinin daha bir səbəbi 12:03Robert Prosineçki "Trabzonspor"da? 11:59Türk həkimdən ŞOK ETİRAF: “Xəstələrin ölmələrinə qərar verirdik...” 11:56Koronavirusdan xilas yolu tapıldı - MÜKƏMMƏL İXTİRA 11:49Məhərrəm ayı başlayıb 11:44"Yasamalda gölün ətrafında abadlaşdırma işini İcra Hakimiyyəti aparıb" - Sahibkar 11:33ABŞ-da iki təyyarə toqquşdu: biri deputat olmaqla 6 nəfər öldü 11:27