29 iy 18:34siyaset

Hər bir sahibkar və vətəndaş şəffaf fəaliyyət göstərməlidir

Hər bir sahibkar və vətəndaş şəffaf fəaliyyət göstərməlidir
Anar MƏMMƏDOV
Milli Məclisin deputatı

Hər ölkədə az və ya çox səviyyədə kölgə iqtisadiyyatı mövcuddur və bir neçə il əvvələ kimi ölkəmizdə gizli iqtisadiyyat və yaxud da kölgə iqtisadiyyatının həcmi kifayət qədər geniş idi. Azərbaycanda xüsusilə qeyri-rəsmi məşğulluq, ikili mühasibatın aparılması kimi xarakterik yayınmalar geniş yayılmış, işçilərlə əmək müqavilələrinin bağlanmaması və ya qeyri-rəsmi ödəmələrə üstünlük verilməsi sadəcə adi bir "biznes təcrübəsinə" çevrilmişdi. Hal-hazırda isə aparılan mübarizə tədbirlərinin nəticəsində vəziyyət yaxşılığa doğru dəyişməyə başlayıb və mühüm uğurlara nail olunub. Belə ki, dövlət büdcəsinə daxilolmaların həcmi artıb, qeyri-leqal məşğulluğun qarşısının alınmasında əhəmiyyətli irəliləyiş əldə olunub və maliyyə intizamı artırılıb.
Aparılan ciddi islahatlar və dəyişikliklərlə 2020-ci ilin I rübündə dövlət büdcəsinə qeyri-neft sektoru üzrə daxilolmalar 21.3% artaraq 1.4 mlrd. manatı üstələmişdir. Eyni zamanda son 5 rüb, yəni 2019-cu il və cari ilin birinci rübü ərzində əmək müqavilələrinin sayı 172 mindən çox artmışdır. Lakin qeyri formal məşğulluqla sadəcə dövlətin mübarizə aparmağı kifayət deyil. Eyni zamanda vətəndaşlar da bu işdə maraqlı olmalı və işəgötürəndən bunu tələb etməlidirlər. Çünki, əks təqdirdə vətəndaşlar dövlətin maliyyə dəstəyinin böyük hissəsindən kənarda qalır, işsizlikdən sığorta, işsizlik müavinəti, pensiya, tibbi sığorta ala bilmirlər. İşəgötürənlər də bu işdə eyni dərəcədə maraqlı olmalıdırlar. Xüsusilə pandemiya dövründə biz bunun şahidi olduq. Belə ki, dövlət tərəfindən iqtisadi sahələrə və əhaliyə nəzərdə tutulan güzəştlər təbii olaraq öz dövriyyəsini ağartmış subyektləri əhatə etdi. Qeyri-formal fəaliyyət göstərənlər isə dövlətin yaratdığı imkanlardan bir çox hallarda məhrum oldu. Dövlət bütün güzəşt və stimullaşdırıcı tədbirlərini yalnız dövlətlə əməkdaşlıq edən sahibkar və vətəndaşa şamil edə bildi.
Bununla yanaşı, dövlətimiz hətta qeyri-formal məşğulluq sahəsində fəaliyyət göstərən və “kölgə”də olan vətəndaşlarına belə ən çətin dövrlərdə sosial dövlət mövqeyindən çıxış edərək öz dəstəyini göstərir. Pandemiya ilə əlaqədar tətbiq edilən xüsusi rejimli karantin dövründə qeyri-formal məşğul vətəndaşlar şəffaf olmayan gəlir mənbəyini itirmiş oldular. Lakin ölkə başçısının humanizmi, Azərbaycan vətəndaşına diqqət və qayğısı nəticəsində hətta əvvəllər qeyri-formal sektorda çalışanların sosial müdafiəsinin də nəzərə alınması təmin edildi. Aprelin 17-də Prezident cənab İlham Əliyev keçirdiyi videobağlantı formatında iclasda 600 min insana iki ay ərzində, daha sonra ikinci dəfə iyun ayı üçün “Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi tapşırıldı. Halbuki, şəffaf fəaliyyət göstərməklə dövlətin bütün maliyyə yardımından faydalanmaq və daha çox sosial yardım əldə etmək olardı. Beləliklə, koronavirus dövrünün “acı nəticələri” bir daha təsdiq etdi ki, hər bir sahibkar və vətəndaş şəffaf fəaliyyət göstərməlidir. Bu həm dövlət, həm sahibkar, həm də vətəndaş üçün ən düzgün olandır.
Ölkə başçısının qeyd etdiyi kimi “burda təkcə dövlət orqanlarının fəaliyyəti kifayət deyil. Biznes dairələri də öz məsuliyyətini dərk etməli və əyri yola getməməli, öz fəaliyyətini kölgədən çıxarmalıdırlar...” Əks halda, əmək müqaviləsinin və şəffaf fəaliyyətinin olmaması koronavirus dövründə olduğu kimi, vətəndaş üçün yeni həyat dərsinə çevriləcəkdir.
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
İlhamə Məhəmmədqızı (Mənsur şeirlər) 22:49Deputat sərt danışdı: Milləti psixoz etmisiniz (VİDEO) 19:27Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası keçirildi 16:32Balakənin inkişafı daim diqqət mərkəzindədir 14:56AQTA ictimai iaşə müəssisələrinə çağırış edib 14:22Baş Prokurorluqda geniş əməliyyat müşavirəsi keçirilib 14:10Gəncədə karantin rejimini pozan çayxanalar aşkarlanıb 13:55Bakıda çimərliklər açıldı 13:52DİM-dən qəbul imtahanının ikinci mərhələsinə hazırlaşanlara MÜRACİƏT 13:49Türkiyədə döyülən ukraynalı modelin yalanı üzə çıxdı: Onu sevgilisi əzişdirib – VİDEO 13:46Bakıda evdən 1 milyon manatlıq oğurluq olub 11:57Şok: Dünya iflasa uğrayır - 2021-ci ilin sonu... 11:52Yüzlərlə erməni xəsarət aldı, itkin düşənlər var - Ermənistan fəlakəti açıqladı 11:49Tacikistan portalı Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə əlaqədar yazı dərc edib 11:45Dövlətə, xalqa sədaqətli xidmət nümunəsi 11:3640 minədək işsiz şəxs sığorta ödənişinə cəlb edilə bilər 11:26Rayona getmək istəyənlər bu formada icazə alacaqlar - QAYDA 11:22İŞİD Beyrutdakı partlayışı öz üzərinə GÖTÜRDÜ 11:18Günəş şüaları koronavirusla mübarizəyə kömək edir 11:14Professordan SENSASİON açıqlama: “Vaksinlərin yaradılmasına milyardlarlar xərclənir” 11:06DEPUTATLARIMIZ BELARUSDA PREZİDENT SEÇKİLƏRİNİ MÜŞAHİDƏ EDƏCƏKLƏR 00:11Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi 00:09Prezident Bakıda qanunsuz zəbt olunan ərazinin satışının qarşısını alıb 17:57Evdə müalicə alan koronavirus xəstələrinə necə nəzarət olunacaq? - RƏSMİ 16:11Koronavirusun ortaya çıxdığı Çində daha bir fəlakət: Yüzminlərlə insan... 15:13İbrahim Məmmədovdan toyların keçirilməsi ilə bağlı AÇIQLAMA 15:11Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirildi 14:44Azərbaycanda vəzifəli şəxslər 11 min manat cərimələndi 14:25ƏDV-nin geri qaytarılmasında pozuntular aşkarlandı 14:21Prezident və xanımı Yasamalda yeni salınacaq meşə tipli parkla tanış olub 14:17Şəkidə leysan yağışlar evlərə və təsərrüfata ziyan vurub - Dəymiş zərər aktlaşdırılır 14:12Rəqibin üzərinə öskürən futbolçular oyundan uzaqlaşdırılacaq 14:09Di Kaprio "Apple" ilə eksklüziv müqavilə imzaladı 13:45Duzu koronavirusa dərmandır deyib, gölü bu hala saldılar - VİDEO 13:31Sahibə Qafarova ilə Mustafa Şentop arasında telefon danışığı olub 20:26Milli Məclisinin avqustun5-də keçiriləcək növbədənkənar iclasının gündəliyi 20:23Sabah bu ərazilərdə güclü leysan gözlənilir - PROQNOZ 13:40Üniversitetə qəbul balları niyə aşağı salınır? 13:35Azərbaycanın Kanadadakı səfirliyi: Təxribat törədən ermənilərin yeri müəyyən edildi 11:20Bu rayona güclü leysan yağdı, kəndlərin işığı kəsildi 11:14Özündən 31 yaş kiçik qızla evləndi 11:10Heydər Əliyev Fondu 100 mindən çox aztəminatlı ailəyə qurban payı çatdırdı 11:0546 mindən çox müəllim işə qəbul olunmaq istəyir 11:01Zebra, meymun, ceyran və müxtəlif növ quşlar - İsmayıllıda heyvanat parkı təşkil olunub 11:56Ronaldo "Yuventus"da ikinci mövsümə yekun vurdu 11:49ABŞ-da ermənilər soydaşlarımıza hücum edib, xəsarət alanlar var 11:45Əsrin ən yaxşı serialının adı açıqlandı 11:41Bunları etməsək daha ciddi yoluxma riski ilə üzləşə bilərik! - DİQQƏT! 11:36DSMF-nin gəlir və xərcləri niyə azaldılır? - RƏSMİ 11:29Dünyada bu gün 11:22Almaniyada növbəti etirazlar: koronavirus məhdudiyyətlərinə qarşı 11:17Azərbaycanda evdə gizli nişan mərasimi: polis saxladı 11:12Qanunsuz qurbanlıq heyvan kəsimi: məhkəməlik oldu 12:08Qadınların kökəlməsinin daha bir səbəbi 12:03Robert Prosineçki "Trabzonspor"da? 11:59Türk həkimdən ŞOK ETİRAF: “Xəstələrin ölmələrinə qərar verirdik...” 11:56Koronavirusdan xilas yolu tapıldı - MÜKƏMMƏL İXTİRA 11:49Məhərrəm ayı başlayıb 11:44"Yasamalda gölün ətrafında abadlaşdırma işini İcra Hakimiyyəti aparıb" - Sahibkar 11:33ABŞ-da iki təyyarə toqquşdu: biri deputat olmaqla 6 nəfər öldü 11:27