28 iy 19:34siyaset

Milli Cəbhə Partiyasının (MCP) I Qurultayının Bəyannaməsi

Milli Cəbhə Partiyasının (MCP) I Qurultayının Bəyannaməsi
Razı Nurullayev
deputat

AXCP-nin 18 oktyabr 2015-ci il tarixli Etimad Qurultayından sonra ilk dəfə onlayn qurultayı keçirilmişdir. Qurultay mühüm tarixi sənədlər, o cümlədən partiya ilə bağlı qərarlar qəbul etmişdir.
Qeyd edək ki, Razi Nurullayev və tərəfdarları 2015-ci il 18 oktyabrda AXCP-nin Etimad Qurultayını keçirmış və Ədliyyə Nazirliyinə müraciət etmişdir. Partiyanın parçalanması və cəbhəçilərin Əli Kərimlini tərk edərək Razi Nurullayevlə birgə AXCP-ni yenidən təşkil etməsi və partiyada demokratik prinsiplərin bərqərar olması mühüm tarixi hadisə idi. Çünki Əli Kərimlinin partiya daxilində yaratdığı avtoritarizm, fərqli fikrə dözümsüzlük və partiya sədrliyindən əl çəkməməsi təşkilatı öz mübarizə strategiyasından və taktikasından yayındırmış, partiyada Əbülfəz Elçibəy ideyaları arxa plana keçirilmiş, şəxsi mənafelər və kosmopolit düşüncələr sistemi hakim kəsilmişdi. Ona görə də AXCP növbəti dəfə 2015-ci ildə bu böhranı yaşamalı oldu. Nəticə etibarı ilə AXCP toparlana bildi. Qurultaydan keçən dövr ərzində partiya xeyli güclənmiş, demokratik prinsiplər bərqərar olunmuş, partiyaya kifayət qədər milli ruhlu insanlar cəlb edilmiş, cəbhəçilər demokratik prinsiplərlə idarə olunan partiyaya sahib çıxmışlar.
Lakin heç kəsə sirr deyil ki, partiyanın rəsmi qeydiyyat məsələsi bu günə qədər həll olunmamışdır. Həm AXCP olaraq Razi Nurullayev, həm də Əli Kərimli partiyanın adına rəsmi iddia edirlər. Bir neçə dəfə məhkəmə çəkişməsi olsa da, problem yekunlaşmamış və AXCP adıyla göstərdiyimiz fəaliyyət rəsmi olaraq müvafiq icra hakimiyyəti tərəfindən tanınmamışdır. Bu da fəaliyyətimizdə hüquqi əngəllər yaratmışdır. Təəssüf edirik ki, hökumətin müvafiq qurumları bu məsələni kökündən araşdırmadılar və biz ötən 5 il ərzində müxtəlif problemlərlə qarşılaşdıq. Elə buna görə də 2018-ci ildə keçirilən Prezident seçkisində partiyann sədri Razi Nurullayev AXCP sədri kimi namizəd ola bilmədi və namizədliyi müstəqil şəxs kimi seçki bloku tərəfindən - “Cəbhəçilərin təşəbbüs qrupu” adından irəli sürüldü. 2020-ci ilin fevralında keçirilən seçkilərdə də eyni aqibət yaşandı və partiya sədri Razi Nurullayev Azərbaycan Respublikasının Milli Məclisinə müstəqil deputat kimi seçilmişdir. Bütün bunlar isə partiya üzvlərinin siyasi hüquqlarının pozulmasıdır, ölkənin ictimai-siyasi həyatında partiya olaraq iştirakımızı əngəlləyir.
İndi Azərbaycanda yeni siyasi vəziyyət yaranıb. Cənab Prezident ölkədə ciddi siyasi islahatlar anonsunu da verib və artıq nəticələr də var. Prezidentin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi qurulub və xeyli faydalı işlərə imza atıb. Şöbə müdiri siyasi partiyalarla görüşüb və xeyli yeni partiya qeydiyyata alınıb. Yeni yaradılan şöbənin müdiri ilə bir neçə dəfə görüşüm olub və yeni siyasi sistuasiya haqqında müzakirələr aparmışıq. Bu müzakirələr bizə imkan verib ki, yeni partiya quraq və ölkənin siyasi həyatında yeni formatda fəaliyyət göstərək.
İndi, Azərbaycan çətin dövrlərini yaşayır. Azərbaycan torpaqları on illərdir ki, faktiki işğal altındadır. 1994-cü ildən razılaşdırılan atəşkəs rejimi Ermənistan tərəfindən tez-tez pozulsa da, ümumi olaraq sabitlik mövcud idi. 2016-cı ildən isə vəziyyət gərginləşib. Ermənistan bölgədə yenidən müharibə başlamağa, Azərbaycana qarşı təcavüzkar siyasətini şiddətləndirməyə çalışır. İndiki dönəmdə Dağlıq Qarabağ ilə bağlı ciddi proseslər baş verir. Azərbaycana qarşı xarici düşmənlər və ölkənin daxilində müxtəlif siyasi qurumların içində özünə yer tapan “5-ci kolon” hərəkətlənib. Belə bir durumda milli qüvvələrin daxili həmrəyliyə, birləşməyə, dövlətimizi ayaqda saxlamağa ehtiyacı var. Bütün siyasi çəkişmələr, lokal düşüncələr kənara qoyulmalı, gücümüz, siyasi fəaliyyətimiz xarici təsirləri və həmin xarici təsirlərdən qaynaqlanan düşüncələri dəf etmək istiqamətində səfərbər edilməli, xalqın daha yaxşı və əmin-amanlıq içində yaşaması üçün siyasi addımlar atılmalıdır.
Ona görə də, Milli Azadlıq Hərəkatından bu günümüzə qədər aktual olan, siyasətini və milli düşüncəsini davam etdirmək qərarında olduğumuz Elçibəyin də hər zaman gənclərə aşıladığı dövlət hər şeydən öncədir düşüncəsində fəaliyyətimizi davam etdirmək qərarına gəldik.
Bütün bunları nəzərə alaraq AXCP adından imtina edir, siyasi proseslərdə partiya olaraq iştirakımıza hüquqi zəmin yaratmaq üçün Milli Cəbhə Partiyası təsis etdiyimizi elan edirik.
Bu addımla biz müxalif düşərgədə ilk həmrəyliyin yaranması istiqamətində addım atmış oluruq. Bütün hərəkatçıları və sağlam cəbhəçiləri çaşqın və məşəqqətli durumda olmaqdan xilas olmağa, birləşmək istiqamətində sağlam düşüncəyə səsləyirik. Eyni zamanda fəal siyasi kəsimə seçim üçün imkan yaradırıq ki, siyasi mübarizələrini sağlam formada və millətə sevgi və dövlətə etiqad prinsipində olan bir partiyada davam etdirə bilsinlər. Hesab edirik ki, MCP-nin yaranması ilə siyasi qüvvələr arasında təmərküzləşməyə nail olmaq və bütün siyasi qüvvələrlə qarşılıqlı əməkdaşlıq mümkündür.
Milli Cəbhə Partiyası olaraq bəyan edirik:
- Milli Cəbhə Partiyası Əbülfəz Elçibəyin ideyalarını yaşadacaq və o idealların həyata keçirilməsi uğrunda müxalifət partiyası olaraq fəaliyyət göstərəcəkdir.
- Elçibəy ideya-siyasi irsinin davamçısı kimi Rəsulzadə ideyalarından qaynaqlanaraq, milli dövlət sistemi və bərabərliyi əsas prinsiplərimizdən olacaqdır.
- Azad vətəndaş – azad cəmiyyət sisteminə uyğun olaraq, insan hüquq və azadlıqlarının qorunması, vətəndaşların demokratik cəmiyyətin verdiyi bütün hüquq və azadlıqlardan yararlanması, iqtisadi və sosial təminatı istiqamətində fəaliyyət göstərəcəyik.
- Biz Azərbaycan hakimiyyətinə daxili siyasi idarəetmədə müxalifət olacağıq. Hesab edirik ki, Azərbaycan xalqı yaxşı yaşamağa, cəmiyyətimiz dünya standartlarına uyğun təminatlara daha çox layiqdir. Lakin milli məsələlərdə, Qarabağ məsələsində, Azərbaycanın müstəqilliyinə, onun başqa xarici güclərin təsirinə düşməsinin qarşısının alınmasında və dövlətin təməl prinsiplərində isə biz hakimiyyətlə rəqib yox, müttəfiq olacağıq. MCP üçün öncə vətən və dövlətdir.
- Milli Cəbhə Partiyası millət partiyası olacaq, dövlətçiliyimizi qoruyacaq siyasi təsisatlardan olmaqla, müasirləşmə, demokratiya, dövlətçilik ənənələrinə sadiq qalacaq. Əsas ideyamız milliləşmə (millət kimi tam formalaşma), demokratikləşmə və müasirləşmədir...
- MCP-nin əsas hədəflərindən biri də ölkədə vətəndaş birliyi və həmrəyliyi, ərazi bütövlüyümüz və milli dəyərlərin qorunması prinsiplərinə sadiqlikdir.
Milli Cəbhə Partiyası olaraq həm də əsas prioritetlərimiz Azərbaycan dövlətinin inkişafı, inkişafa aparacaq milli dəyərlərimizin qorunması, liberal iqtisadiyyatın yaranması, azad cəmiyyətin və demokratik mühitin tam formalaşması yolunda fəaliyyət olacaq.

Bakı,
28 iyul 2020-ci il
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
Deputat sərt danışdı: Milləti psixoz etmisiniz (VİDEO) 19:27Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası keçirildi 16:32Balakənin inkişafı daim diqqət mərkəzindədir 14:56AQTA ictimai iaşə müəssisələrinə çağırış edib 14:22Baş Prokurorluqda geniş əməliyyat müşavirəsi keçirilib 14:10Gəncədə karantin rejimini pozan çayxanalar aşkarlanıb 13:55Bakıda çimərliklər açıldı 13:52DİM-dən qəbul imtahanının ikinci mərhələsinə hazırlaşanlara MÜRACİƏT 13:49Türkiyədə döyülən ukraynalı modelin yalanı üzə çıxdı: Onu sevgilisi əzişdirib – VİDEO 13:46Bakıda evdən 1 milyon manatlıq oğurluq olub 11:57Şok: Dünya iflasa uğrayır - 2021-ci ilin sonu... 11:52Yüzlərlə erməni xəsarət aldı, itkin düşənlər var - Ermənistan fəlakəti açıqladı 11:49Tacikistan portalı Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə əlaqədar yazı dərc edib 11:45Dövlətə, xalqa sədaqətli xidmət nümunəsi 11:3640 minədək işsiz şəxs sığorta ödənişinə cəlb edilə bilər 11:26Rayona getmək istəyənlər bu formada icazə alacaqlar - QAYDA 11:22İŞİD Beyrutdakı partlayışı öz üzərinə GÖTÜRDÜ 11:18Günəş şüaları koronavirusla mübarizəyə kömək edir 11:14Professordan SENSASİON açıqlama: “Vaksinlərin yaradılmasına milyardlarlar xərclənir” 11:06DEPUTATLARIMIZ BELARUSDA PREZİDENT SEÇKİLƏRİNİ MÜŞAHİDƏ EDƏCƏKLƏR 00:11Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi 00:09Prezident Bakıda qanunsuz zəbt olunan ərazinin satışının qarşısını alıb 17:57Evdə müalicə alan koronavirus xəstələrinə necə nəzarət olunacaq? - RƏSMİ 16:11Koronavirusun ortaya çıxdığı Çində daha bir fəlakət: Yüzminlərlə insan... 15:13İbrahim Məmmədovdan toyların keçirilməsi ilə bağlı AÇIQLAMA 15:11Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirildi 14:44Azərbaycanda vəzifəli şəxslər 11 min manat cərimələndi 14:25ƏDV-nin geri qaytarılmasında pozuntular aşkarlandı 14:21Prezident və xanımı Yasamalda yeni salınacaq meşə tipli parkla tanış olub 14:17Şəkidə leysan yağışlar evlərə və təsərrüfata ziyan vurub - Dəymiş zərər aktlaşdırılır 14:12Rəqibin üzərinə öskürən futbolçular oyundan uzaqlaşdırılacaq 14:09Di Kaprio "Apple" ilə eksklüziv müqavilə imzaladı 13:45Duzu koronavirusa dərmandır deyib, gölü bu hala saldılar - VİDEO 13:31Sahibə Qafarova ilə Mustafa Şentop arasında telefon danışığı olub 20:26Milli Məclisinin avqustun5-də keçiriləcək növbədənkənar iclasının gündəliyi 20:23Sabah bu ərazilərdə güclü leysan gözlənilir - PROQNOZ 13:40Üniversitetə qəbul balları niyə aşağı salınır? 13:35Azərbaycanın Kanadadakı səfirliyi: Təxribat törədən ermənilərin yeri müəyyən edildi 11:20Bu rayona güclü leysan yağdı, kəndlərin işığı kəsildi 11:14Özündən 31 yaş kiçik qızla evləndi 11:10Heydər Əliyev Fondu 100 mindən çox aztəminatlı ailəyə qurban payı çatdırdı 11:0546 mindən çox müəllim işə qəbul olunmaq istəyir 11:01Zebra, meymun, ceyran və müxtəlif növ quşlar - İsmayıllıda heyvanat parkı təşkil olunub 11:56Ronaldo "Yuventus"da ikinci mövsümə yekun vurdu 11:49ABŞ-da ermənilər soydaşlarımıza hücum edib, xəsarət alanlar var 11:45Əsrin ən yaxşı serialının adı açıqlandı 11:41Bunları etməsək daha ciddi yoluxma riski ilə üzləşə bilərik! - DİQQƏT! 11:36DSMF-nin gəlir və xərcləri niyə azaldılır? - RƏSMİ 11:29Dünyada bu gün 11:22Almaniyada növbəti etirazlar: koronavirus məhdudiyyətlərinə qarşı 11:17Azərbaycanda evdə gizli nişan mərasimi: polis saxladı 11:12Qanunsuz qurbanlıq heyvan kəsimi: məhkəməlik oldu 12:08Qadınların kökəlməsinin daha bir səbəbi 12:03Robert Prosineçki "Trabzonspor"da? 11:59Türk həkimdən ŞOK ETİRAF: “Xəstələrin ölmələrinə qərar verirdik...” 11:56Koronavirusdan xilas yolu tapıldı - MÜKƏMMƏL İXTİRA 11:49Məhərrəm ayı başlayıb 11:44"Yasamalda gölün ətrafında abadlaşdırma işini İcra Hakimiyyəti aparıb" - Sahibkar 11:33ABŞ-da iki təyyarə toqquşdu: biri deputat olmaqla 6 nəfər öldü 11:271 Avqust - Azərbaycan Əlifbası Günüdür 11:15