12 iy 19:00siyaset

Xüsusi Sessiyanın qəbul edəcəyi qərarlar pandemiya ilə mübarizədə beynəlxalq ictimaiyyəti səfərbər edəcək

Xüsusi Sessiyanın qəbul edəcəyi qərarlar pandemiya ilə mübarizədə beynəlxalq ictimaiyyəti səfərbər edəcək
Anar MƏMMƏDOV
Milli Məclisin deputatı


COVİD-19 pandemiyasının bütün dünyada tüğyan etdiyi andan etibarən cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülmüş və əməli addımlar atılmışdır. Bu mənada Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının (QH) sədri cənab İlham Əliyevin təşəbbüsü ilə QH-na üzv ölkələr adından pandemiyaya qarşı dövlət və hökumət başçıları səviyyəsində videokonfrans formatında BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təklifinin 130-dan çox ölkə tərəfindən dəstəklənməsi xüsusi qeyd olunmalıdır. Sevindirici haldır ki, ölkə başçısının təklifini dəstəkləyən ölkələr sırasında BMT Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvlərindən tutmuş kiçik ada ölkələrinə qədər dövlətlər yer almışdır. TŞ-nin daimi üzvü Rusiya Federasiyasının da həmin ölkələr sırasında olmağı pandemiyaya qarşı ölkəmizin həmrəylik mesajının qonşu dövlətlər tərəfindən də dəstəklənməsinin bariz nümunəsidir.
Artıq BMT Baş Assambleyasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə çağırılmış 31-ci Xüsusi Sessiyası iyulun 10-da işə başlayıb. Əminəm ki, videokonfrans formatında keçirilən xüsusi sessiya pandemiya ilə mübarizədə beynəlxalq ictimaiyyətin tam səfərbər edilməsinə şərait yaradacaq, eyni zamanda beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün böyük bir addım olacaq. Təbii ki bu məsələdə dünya ölkələrinin sıx əməkdaşlıq etməsi qaçılmaz reallıqdır.
Bildiyimiz kimi, Xüsusi Sessiyanın keçirilməsi ilə bağlı ölkə başçısı 06 iyun tarixində Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışı zamanı fikrini bildirmişdir: “Biz bu təşəbbüsü irəli sürəndə bir məqsədi güdürdük ki, artıq dünya miqyasında səylərimizi birləşdirək. Bu təşəbbüslə əlaqədar bizim konkret təkliflərimiz də olacaqdır. Çünki türk dünyasında biz bunu keçirdik, 120 ölkəni əhatə edən Qoşulmama Hərəkatı çərçivəsində keçirdik. İndi biz dünya miqyasında bunu keçirmək istəyirik ki, burada vahid bir yanaşma tətbiq olunsun, ölkələr özlərinə qapanmasın, inkişaf etmiş ölkələr ağır vəziyyətdə olan ölkələrə kömək göstərsinlər”. Bəli, ölkə başçısının istəyi və niyyəti məhz budur. Bütün dünya ölkələrinə, xüsusilə də inkişaf etməkdə olan ölkələrə qarşı vahid yanaşma tətbiq olunsun və onlara da kömək olunsun.
BMT Nizamnaməsinə əsasən, Baş Assambleya ehtiyac duyulduğu təqdirdə xüsusi sessiyalar keçirə bilər. Azərbaycan Prezidentinin bu təklifindən keçən dövr ərzində 130-a qədər ölkə təşəbbüsə dəstək vermiş və bu təşəbbüsün çox ehtiyac duyulan olduğunu vurğulamışdır. Bunun “ehtiyac duyulan” addım olmasının isə iki təməl səbəbi mövcuddur. İlk olaraq, hər birimizə aydındır ki, koronavirus pandemiyası bəşəri problemdir və onun qarşısının alınması üçün ciddi toplantılara, görüşlərə və fikir mübadiləsinə ehtiyac var. İlham Əliyevin irəli sürdüyü bu təşəbbüs də dünyanın, beynəlxalq ictimaiyyətin müzakirələrə, dialoqa və məsləhətləşməyə çox ehtiyacı olduğu bir zamanda irəli sürüldü. İkincisi isə şübhəsiz ki, Azərbaycan Prezidentinin şəxsi nüfuzu. Azərbaycan artıq beynəlxalq arenalarda qlobal əhəmiyyətli problemlərin həllinə töhfə verməyə qadir dövlət kimi qəbul olunur. Ona görə də Azərbaycanın hər bir təşəbbüsünə ciddi yanaşılır və etimad göstərilir. Dəstək verən dövlətlər anlayırlar ki, Prezident İlham Əliyevin təklifi ilə keçiriləcək Xüsusi Sessiyanın qəbul edəcəyi qərarlar pandemiya ilə mübarizədə beynəlxalq ictimaiyyəti səfərbər edəcək və daha mütəşəkkil qərarlar qəbul etməyə, qlobal böhrandan tez və asan çıxmağa kömək edəcək.
Onu da nəzərə çatdırım ki, BMT tarixində 31 Xüsusi Sessiya keçirilmişdir. Bunlardan yalnız üçü dövlətlər tərəfindən çağrılmışdır. Lakin Azərbaycanın təklifi ilə Xüsusi Sessiya ilk dəfə olaraq dövlət və hökumət başçıları səviyyəsində və videokonfrans formatında keçirilir. Beləliklə, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev öz önəmli təşəbbüsü ilə BMT tarixində bir ilkə imza atmışdır.
Heç şübhəsiz ki, bir müddət sonra pandemiya dövrü bitəcək və həyatımız normal axarına dönəcək. Ancaq, Azərbaycanın və onun liderinin cəsarətli təşəbbüsləri və uzaqgörən siyasəti dünya tarixində daim xatırlanacaq və qiymətləndiriləcək. Biz inanırıq ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin təşəbbüsü nəticəsində nəhayət ki, BMT öz rəsmi fəaliyyətini bərpa edərək pandemiya ilə mübarizə kimi önəmli qlobal məsələnin müzakirəsini apara biləcək.


Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
Azərbaycana şöhrət gətirən rənglər 13:56Azərbaycan çempionatı bu tarixdə başlayacaq 13:50Qonşu ölkədə dövlət bayraqları endirildi 13:47“Azərbaycan İnvestisiya Holdinqi” publik hüquqi şəxs yaradıldı 13:44Rayonlara sərnişin daşıyan sürücü saxlanıldı 13:40Təhsil naziri ali məktəb rəhbərləri ilə görüşdü: NƏLƏR DANIŞILIB? 13:32Mikayıl Cabbarov sahibkarlarla görüşdü 13:25Toylarla bağlı qərar veriləcək - Nazir müavini 13:21Azərbaycanda ailə FACİƏSİ: Arvadını dənizdə boğub öldürdü 13:16Prezidentin köməkçisindən XƏBƏRDARLIQ: "Yoluxmalar artsa..." 13:10Tovuz ziyalılarından daha biri: Surxay Həsənəli oğlu Tağıyev 12:56Razi Nurullayev vəd etdiyi adları çəkdi: Rövnəq Abdullayev, Cahangir Əsgərov... 18:54NÖVBƏDƏNKƏNAR SESSİYA ÖZ İŞİNİ BAŞA ÇATDIRDI 14:28Vətəndaşların sağlamlığının qorunması Azərbaycan dövləti üçün prioritetdir 14:22Mütəxəssisdən xəbərdarlıq: Son vaxtlar dərman ticarəti fırıldaqçılarının aktivliyi yenidən artıb 11:31Sahil Babayev: Pandemiya dövründə birdəfəlik ödəmə proqramı üzrə yönəldilmiş vəsaitin həcmi 333 milyon manata çatacaq 11:282020-ci il dövlət büdcəsinə dəyişiklik son oxunuşda qəbul edildi 11:25Müasir enerji səmərəli elektrik stansiyaları Azərbaycan energetikasının inkişafının yeni mərhələsidir 11:22Prezident İlham Əliyev: Koronavirusa qarşı mübarizədə müsbət dinamika bizi çox sevindirir 11:13Bakıda ağır yol qəzası - XƏSARƏT ALAN VAR 10:59Ələt-Astara yolunun bu hissəsi pullu olacaq 10:56Ağıllı maska istehsal olundu: 8 dildə... VİDEO 10:53Bill Qeytsdən qorxulu proqnoz: "Daha da pis ola bilər..." 10:49Avropa Liqasının 1/4 finalında qarşılaşacaq komandalar 10:45Deputat Razi Nurullayev Arif Məhərrəmovu ziyarət edib 10:28QARA DƏNİZ İQTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATI PARLAMENT MƏCLİSİNİNBAŞ ASSAMBLEYASINDA 21:43Avqustun7-də keçiriləcək növbədənkənar iclasının gündəliyi 21:39MİLLİ MƏCLİSİN NÖVBƏDƏNKƏNAR SESSİYASINDA 15:14BMT-nin baş katibi: Nüvə silahına sahib olmaq təhlükəsizliyi zəiflədir 12:29Dünyada ilk dəfə Sumqayıt stadionunda "Meksika dalğası" şəklində fəvvarə kompleksi ucaldılacaq 12:21Azad Rəhimov: Çox istərdik ki, idman kompleksləri yenidən idman fəaliyyətinə qayıtsın 12:16Şamaxıda Antik dövrə aid nekropol aşkar olunub 12:13Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub 12:09Polis təqibindən qaçan yeniyetmələr silahla Trampın malikanəsinə daxil olub 12:03Ağdaşda tibbi maskadan istifadə etməyənlər cərimələnib 11:59Azərbaycanla Türkiyə arasında qarşılıqlı vizadan azad etmə haqqında saziş avqustun 13-dən qüvvəyə minir 11:56İndiyə kimi fərdi sahibkarlara 170 milyon manatdan çox vəsait ödənilib 11:5315 200 aztəminatlı tələbənin təhsil haqqını dövlət ödəyəcək 11:50İlhamə Məhəmmədqızı (Mənsur şeirlər) 22:49Deputat sərt danışdı: Milləti psixoz etmisiniz (VİDEO) 19:27Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası keçirildi 16:32Balakənin inkişafı daim diqqət mərkəzindədir 14:56AQTA ictimai iaşə müəssisələrinə çağırış edib 14:22Baş Prokurorluqda geniş əməliyyat müşavirəsi keçirilib 14:10Gəncədə karantin rejimini pozan çayxanalar aşkarlanıb 13:55Bakıda çimərliklər açıldı 13:52DİM-dən qəbul imtahanının ikinci mərhələsinə hazırlaşanlara MÜRACİƏT 13:49Türkiyədə döyülən ukraynalı modelin yalanı üzə çıxdı: Onu sevgilisi əzişdirib – VİDEO 13:46Bakıda evdən 1 milyon manatlıq oğurluq olub 11:57Şok: Dünya iflasa uğrayır - 2021-ci ilin sonu... 11:52Yüzlərlə erməni xəsarət aldı, itkin düşənlər var - Ermənistan fəlakəti açıqladı 11:49Tacikistan portalı Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə əlaqədar yazı dərc edib 11:45Dövlətə, xalqa sədaqətli xidmət nümunəsi 11:3640 minədək işsiz şəxs sığorta ödənişinə cəlb edilə bilər 11:26Rayona getmək istəyənlər bu formada icazə alacaqlar - QAYDA 11:22İŞİD Beyrutdakı partlayışı öz üzərinə GÖTÜRDÜ 11:18Günəş şüaları koronavirusla mübarizəyə kömək edir 11:14Professordan SENSASİON açıqlama: “Vaksinlərin yaradılmasına milyardlarlar xərclənir” 11:06DEPUTATLARIMIZ BELARUSDA PREZİDENT SEÇKİLƏRİNİ MÜŞAHİDƏ EDƏCƏKLƏR 00:11Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi 00:09