10 iy 13:18siyaset

Jalə Əliyeva Meksika Birləşmiş Ştatları Senatının Azərbaycanla dostluq qrupunun rəhbəri Aqustin Qarsiya Rubio ilə onlayn görüş keçirib

Jalə Əliyeva Meksika Birləşmiş Ştatları Senatının Azərbaycanla dostluq qrupunun rəhbəri Aqustin Qarsiya Rubio ilə onlayn görüş keçirib Dünən Milli MəclisinAilə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Jalə Əliyeva Meksika Birləşmiş Ştatları Senatının Azərbaycanla dostluq qrupunun rəhbəri Aqustin Qarsiya Rubioilə onlayn görüş keçirdi. VideokonfransdaAzərbaycanın Meksikadakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Talıbov, Meksikanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiriXuanRodriqoLabardini Flores və digər rəsmi şəxslər iştirak edirdilər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən atributinfo.az-a verilən məlumata görə Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupuna ilk dəfə rəhbər seçildiyini bildirən Jalə Əliyeva öncə Meksika Senatının üzvlərinə Azərbaycan Milli Məclisinin Sədri, professor Sahibə Qafarovanın salamlarını çatdırdı. Qeyd etdi ki, məhz dövlət qadın siyasətinin nəticəsidir ki, Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevadır, VI çağırış Milli Məclisə də xanım Sahibə Qafarova sədr seçilib. Dünya siyasətində qadınların artan rolu Meksika parlamentinin hər iki palatasının – Senatın və Deputatlar Palatasının sədrlərinin də qadın olmasında özünü parlaq nümayiş etdirir.
Ölkələrimiz arasında dostluq və əməkdaşlığın inkişafında diplomatik münasibətlərin rolundan danışan işçi qrupun rəhbəri parlamentlərarası əlaqələrin əhəmiyyətini yüksək qiymətləndirdi. Qeyd etdi ki, Milli Məclisdə və Meksika parlamentində yaradılmış dostluq qrupları ölkələrimiz arasında ikitərəfli əlaqələrin genişlənməsində mühüm rol oynayır.
Meksika parlamentinin 2011-ci ildə Dağlıq Qarabağ münaqişəsi və Xocalı faciəsi ilə bağlı obyektiv gerçəkliyi əks etdirən sənədlər qəbul etdiyini minnətdarlıqla vurğulayan Jalə Əliyeva Azərbaycanın haqq işini və ədalətli mövqeyini dəstəklədiklərinə görə Meksika parlamentarlarına minnətdarlıq bildirdi.
Sonra videokonfransda Meksika-Azərbaycan dostluq qrupunun rəhbəri Aqustin Qarsiya Rubiopandemiya şəraitində onlayn görüşün təşkilinə görə təşəkkür etdi. VI çağırış Milli Məclisə seçkilərdə müşahidəçi qismində iştirak etdiyini, seçkinin şəffaf və demokratik keçirilməsindən məmnun qaldığını söylədi. Azərbaycan mədəniyyətinə heyranlığını bildirdi. Ölkələrimiz arasında elm, texnologiya, kənd təsərrüfatı, enerji, nəqliyyat, vulkanologiya, turizm, mədəniyyət, iqtisadiyyat və digər sahələrdə ikitərəfli faydalı əməkdaşlıq üçün geniş imkanlar olduğunu qeyd etdi. Milli Məclislə əməkdaşlığın möhkəmlənməsi istiqamətində bütün imkanlardan istifadə edəcəklərini bildirdi. Parlamentlərarası əlaqələrin daha da genişlənməsiüçün hər iki tərəfdən deputatların qarşılıqlı səfərlərinin, görüşlərin və təcrübə mübadiləsinin intensivləşməsini vacib saydı.
Söhbət zamanı Azərbaycan-Meksika əlaqələrinin inkişafında səfirlərin mühüm xidmətləri olduğu vurğulandı.
Görüşdə Meksikanın ölkəmizdəki səfiri XuanRodriqoLabardini Flores və Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov xalqlarımız arasında dostluq və ölkələrimiz arasında hərtərəfli əməkdaşlıq münasibətlərinin genişlənməsi perspektivlərinə dair fikirlərini açıqladılar.
Jalə Əliyeva Meksika Birləşmiş Ştatları Senatının Azərbaycanla dostluq qrupunun rəhbəri Aqustin Qarsiya Rubio ilə onlayn görüş keçirib
Söhbət zamanı perspektivdə duran bir sıra məsələlər müzakirə edildi. COVID-19 pandemiyasının tezliklə bitməsi, bəşəriyyətin bu bəladan xilas olması və parlamentlərimiz arasında qarşılıqlı səfərlərin və görüşlərin baş tutması arzulandı.
Sonda videokonfransdaölkələrimiz arasında diplomatik münasibətlərin yarandığı dövrdən etibarən Meksika-Azərbaycan münasibətlərinin inkişaf templərini, iqtisadi əlaqələri, ticarət dövriyyəsinivə s. əks etdirən slaydlar nümayiş olundu.







Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
İlhamə Məhəmmədqızı (Mənsur şeirlər) 22:49Deputat sərt danışdı: Milləti psixoz etmisiniz (VİDEO) 19:27Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası keçirildi 16:32Balakənin inkişafı daim diqqət mərkəzindədir 14:56AQTA ictimai iaşə müəssisələrinə çağırış edib 14:22Baş Prokurorluqda geniş əməliyyat müşavirəsi keçirilib 14:10Gəncədə karantin rejimini pozan çayxanalar aşkarlanıb 13:55Bakıda çimərliklər açıldı 13:52DİM-dən qəbul imtahanının ikinci mərhələsinə hazırlaşanlara MÜRACİƏT 13:49Türkiyədə döyülən ukraynalı modelin yalanı üzə çıxdı: Onu sevgilisi əzişdirib – VİDEO 13:46Bakıda evdən 1 milyon manatlıq oğurluq olub 11:57Şok: Dünya iflasa uğrayır - 2021-ci ilin sonu... 11:52Yüzlərlə erməni xəsarət aldı, itkin düşənlər var - Ermənistan fəlakəti açıqladı 11:49Tacikistan portalı Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə əlaqədar yazı dərc edib 11:45Dövlətə, xalqa sədaqətli xidmət nümunəsi 11:3640 minədək işsiz şəxs sığorta ödənişinə cəlb edilə bilər 11:26Rayona getmək istəyənlər bu formada icazə alacaqlar - QAYDA 11:22İŞİD Beyrutdakı partlayışı öz üzərinə GÖTÜRDÜ 11:18Günəş şüaları koronavirusla mübarizəyə kömək edir 11:14Professordan SENSASİON açıqlama: “Vaksinlərin yaradılmasına milyardlarlar xərclənir” 11:06DEPUTATLARIMIZ BELARUSDA PREZİDENT SEÇKİLƏRİNİ MÜŞAHİDƏ EDƏCƏKLƏR 00:11Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi 00:09Prezident Bakıda qanunsuz zəbt olunan ərazinin satışının qarşısını alıb 17:57Evdə müalicə alan koronavirus xəstələrinə necə nəzarət olunacaq? - RƏSMİ 16:11Koronavirusun ortaya çıxdığı Çində daha bir fəlakət: Yüzminlərlə insan... 15:13İbrahim Məmmədovdan toyların keçirilməsi ilə bağlı AÇIQLAMA 15:11Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirildi 14:44Azərbaycanda vəzifəli şəxslər 11 min manat cərimələndi 14:25ƏDV-nin geri qaytarılmasında pozuntular aşkarlandı 14:21Prezident və xanımı Yasamalda yeni salınacaq meşə tipli parkla tanış olub 14:17Şəkidə leysan yağışlar evlərə və təsərrüfata ziyan vurub - Dəymiş zərər aktlaşdırılır 14:12Rəqibin üzərinə öskürən futbolçular oyundan uzaqlaşdırılacaq 14:09Di Kaprio "Apple" ilə eksklüziv müqavilə imzaladı 13:45Duzu koronavirusa dərmandır deyib, gölü bu hala saldılar - VİDEO 13:31Sahibə Qafarova ilə Mustafa Şentop arasında telefon danışığı olub 20:26Milli Məclisinin avqustun5-də keçiriləcək növbədənkənar iclasının gündəliyi 20:23Sabah bu ərazilərdə güclü leysan gözlənilir - PROQNOZ 13:40Üniversitetə qəbul balları niyə aşağı salınır? 13:35Azərbaycanın Kanadadakı səfirliyi: Təxribat törədən ermənilərin yeri müəyyən edildi 11:20Bu rayona güclü leysan yağdı, kəndlərin işığı kəsildi 11:14Özündən 31 yaş kiçik qızla evləndi 11:10Heydər Əliyev Fondu 100 mindən çox aztəminatlı ailəyə qurban payı çatdırdı 11:0546 mindən çox müəllim işə qəbul olunmaq istəyir 11:01Zebra, meymun, ceyran və müxtəlif növ quşlar - İsmayıllıda heyvanat parkı təşkil olunub 11:56Ronaldo "Yuventus"da ikinci mövsümə yekun vurdu 11:49ABŞ-da ermənilər soydaşlarımıza hücum edib, xəsarət alanlar var 11:45Əsrin ən yaxşı serialının adı açıqlandı 11:41Bunları etməsək daha ciddi yoluxma riski ilə üzləşə bilərik! - DİQQƏT! 11:36DSMF-nin gəlir və xərcləri niyə azaldılır? - RƏSMİ 11:29Dünyada bu gün 11:22Almaniyada növbəti etirazlar: koronavirus məhdudiyyətlərinə qarşı 11:17Azərbaycanda evdə gizli nişan mərasimi: polis saxladı 11:12Qanunsuz qurbanlıq heyvan kəsimi: məhkəməlik oldu 12:08Qadınların kökəlməsinin daha bir səbəbi 12:03Robert Prosineçki "Trabzonspor"da? 11:59Türk həkimdən ŞOK ETİRAF: “Xəstələrin ölmələrinə qərar verirdik...” 11:56Koronavirusdan xilas yolu tapıldı - MÜKƏMMƏL İXTİRA 11:49Məhərrəm ayı başlayıb 11:44"Yasamalda gölün ətrafında abadlaşdırma işini İcra Hakimiyyəti aparıb" - Sahibkar 11:33ABŞ-da iki təyyarə toqquşdu: biri deputat olmaqla 6 nəfər öldü 11:27