09 iy 18:52siyaset

Prezident İlham Əliyev problemləri həll etmək istəyir və açıq bəyan edir ki, heç bir kənar qüvvə Azərbaycana təzyiq edə bilməz

Prezident İlham Əliyev problemləri həll etmək istəyir və açıq bəyan edir ki, heç bir kənar qüvvə Azərbaycana təzyiq edə bilməz Anar MƏMMƏDOV
Milli Məclisin deputatı


Siyasi dialoq mühitinin yaradılması üçün addımların atılmasının ölkə başçısının tapşırıqları əsasında həyata keçirildiyi məlumdur. Prezident İlham Əliyev problemləri həll etmək istəyir və açıq bəyan edir ki, heç bir kənar qüvvə Azərbaycana təzyiq edə bilməz. Problemlər ölkə daxilində öz həllini tapmalıdır və hakimiyyət bütün məsələlərdə dialoqa və müzakirələrə hazırdır. İqtidar ölkə daxilində hər kəsə barışıq təklif edir. Zənnimcə, konstruktiv danışıqlara hazır olmayan bəzi qüvvələrin bu jesti dəyərləndirə bilməməsi artıq onların öz problemi sayılmalıdır.
Cənab Prezident İlham Əliyevin VI çağırış Milli Məclisin ilk iclasında nitqi bir növ son dövrdə ölkədə aparılan ciddi islahatlara verilən dəyərləndirmə idi. Dövlət başçısı proqram xarakterli çıxışında növbədənkənar parlament seçkilərinin demokratik şəkildə həyata keçirilməsini, səsvermənin nəticələrinin Azərbaycan xalqının iradəsini əks etdirdiyini, qanunverici orqanın çoxpartiyalılıq prinsipi əsasında formalaşdığını diqqətə çatdırdı. Cənab Prezident ilk dəfə olaraq parlament rəhbərliyinin çoxpartiyalılıq prinsipi əsasında formalaşmasını da vurğulayaraq, VI çağırış Milli Məclisin rəhbərliyində həm bitərəflər, həm də azlıqda olan partiyaların nümayəndələrinin təmsil olunduğunu bildirdi. Bitərəflər və azlıqda olan partiyaların nümayəndələri də Milli Məclisin daimi komitələrinə sədr seçildilər. Nəticədə isə ayrı-ayrı partiyaların nümayəndələrinin Milli Məclisin rəhbərliyi və komitələrinin rəhbərliyində təmsil olunması siyasi sistemin möhkəmləndirilməsi, siyasi münasibətləri sağlam zəmində inkişaf etdirilməsi məqsədi daşıyır.
Bir neçə gün bundan öncə Milli Məclisdə təmsil olunan siyasi partiyaların sədrləri ilə Prezident Administrasiyasının Siyasi Partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev və Parlamentin sədri Sahibə Qafarovanın da qatıldığı "Azərbaycanda yeni siyasi konfiqurasiya: Pandemiya dövrü və yeni çağrışlar " mövzusunda videokonfrans formatında görüş Azərbaycanda hakimiyyətlə siyasi partiyalar arasındakı münasibətlərin yeni müstəviyə çıxmasına imkan verəcək və müharibə şəraitində olan bir dövlətdə Azərbaycanın güclənməsinə, hər hansı bir xarici təsirə qarşı vahid mövqedən çıxış etməsinə şərait yaradacaq. Görüşdə Milli Məclisin Sədri Sahibə Qafarova tərəfindən qeyd olunduğu kimi Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən siyasi islahatlar bütövlükdə ölkədə yeni dialoq və əməkdaşlıq mühiti yaranmasına xidmət edir. Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev isə ölkəmizdə iqtidar və müxalifət arasında milli maraqlar naminə indiyədək müşahidə edilməyən yaxınlaşma və sağlam əməkdaşlıq şəraiti meydana gəldiyini diqqətə çatdırdı. Təbii ki belə görüşlərin keçirilməsi Azərbaycanda vətəndaş həmrəyliyi və birliyinin daha da möhkəmləndirilməsinə, ölkəmizin davamlı inkişafına xidmət edir. Görüşün sonunda siyasi partiyalar adından bəyanatın qəbul edilməsi pandemiya şəraitində müxalifət və iqtidar arasında dialoq və əməkdaşlıq mühitinin daha da genişlənməsindən xəbər verir. Düşünürəm ki, siyasi partiyalar arasında müntəzəm dialoq mühitinin qurulması dövlətçiliyimiz naminə Azərbaycanda yeni siyasi konfiqurasiyasının formalaşmasına müsbət təsir edəcək və ölkəmizdə çoxpartiyalı sistemin daha da möhkəm əsaslar üzərində qurulması üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq.

Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
İlhamə Məhəmmədqızı (Mənsur şeirlər) 22:49Deputat sərt danışdı: Milləti psixoz etmisiniz (VİDEO) 19:27Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası keçirildi 16:32Balakənin inkişafı daim diqqət mərkəzindədir 14:56AQTA ictimai iaşə müəssisələrinə çağırış edib 14:22Baş Prokurorluqda geniş əməliyyat müşavirəsi keçirilib 14:10Gəncədə karantin rejimini pozan çayxanalar aşkarlanıb 13:55Bakıda çimərliklər açıldı 13:52DİM-dən qəbul imtahanının ikinci mərhələsinə hazırlaşanlara MÜRACİƏT 13:49Türkiyədə döyülən ukraynalı modelin yalanı üzə çıxdı: Onu sevgilisi əzişdirib – VİDEO 13:46Bakıda evdən 1 milyon manatlıq oğurluq olub 11:57Şok: Dünya iflasa uğrayır - 2021-ci ilin sonu... 11:52Yüzlərlə erməni xəsarət aldı, itkin düşənlər var - Ermənistan fəlakəti açıqladı 11:49Tacikistan portalı Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə əlaqədar yazı dərc edib 11:45Dövlətə, xalqa sədaqətli xidmət nümunəsi 11:3640 minədək işsiz şəxs sığorta ödənişinə cəlb edilə bilər 11:26Rayona getmək istəyənlər bu formada icazə alacaqlar - QAYDA 11:22İŞİD Beyrutdakı partlayışı öz üzərinə GÖTÜRDÜ 11:18Günəş şüaları koronavirusla mübarizəyə kömək edir 11:14Professordan SENSASİON açıqlama: “Vaksinlərin yaradılmasına milyardlarlar xərclənir” 11:06DEPUTATLARIMIZ BELARUSDA PREZİDENT SEÇKİLƏRİNİ MÜŞAHİDƏ EDƏCƏKLƏR 00:11Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi 00:09Prezident Bakıda qanunsuz zəbt olunan ərazinin satışının qarşısını alıb 17:57Evdə müalicə alan koronavirus xəstələrinə necə nəzarət olunacaq? - RƏSMİ 16:11Koronavirusun ortaya çıxdığı Çində daha bir fəlakət: Yüzminlərlə insan... 15:13İbrahim Məmmədovdan toyların keçirilməsi ilə bağlı AÇIQLAMA 15:11Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirildi 14:44Azərbaycanda vəzifəli şəxslər 11 min manat cərimələndi 14:25ƏDV-nin geri qaytarılmasında pozuntular aşkarlandı 14:21Prezident və xanımı Yasamalda yeni salınacaq meşə tipli parkla tanış olub 14:17Şəkidə leysan yağışlar evlərə və təsərrüfata ziyan vurub - Dəymiş zərər aktlaşdırılır 14:12Rəqibin üzərinə öskürən futbolçular oyundan uzaqlaşdırılacaq 14:09Di Kaprio "Apple" ilə eksklüziv müqavilə imzaladı 13:45Duzu koronavirusa dərmandır deyib, gölü bu hala saldılar - VİDEO 13:31Sahibə Qafarova ilə Mustafa Şentop arasında telefon danışığı olub 20:26Milli Məclisinin avqustun5-də keçiriləcək növbədənkənar iclasının gündəliyi 20:23Sabah bu ərazilərdə güclü leysan gözlənilir - PROQNOZ 13:40Üniversitetə qəbul balları niyə aşağı salınır? 13:35Azərbaycanın Kanadadakı səfirliyi: Təxribat törədən ermənilərin yeri müəyyən edildi 11:20Bu rayona güclü leysan yağdı, kəndlərin işığı kəsildi 11:14Özündən 31 yaş kiçik qızla evləndi 11:10Heydər Əliyev Fondu 100 mindən çox aztəminatlı ailəyə qurban payı çatdırdı 11:0546 mindən çox müəllim işə qəbul olunmaq istəyir 11:01Zebra, meymun, ceyran və müxtəlif növ quşlar - İsmayıllıda heyvanat parkı təşkil olunub 11:56Ronaldo "Yuventus"da ikinci mövsümə yekun vurdu 11:49ABŞ-da ermənilər soydaşlarımıza hücum edib, xəsarət alanlar var 11:45Əsrin ən yaxşı serialının adı açıqlandı 11:41Bunları etməsək daha ciddi yoluxma riski ilə üzləşə bilərik! - DİQQƏT! 11:36DSMF-nin gəlir və xərcləri niyə azaldılır? - RƏSMİ 11:29Dünyada bu gün 11:22Almaniyada növbəti etirazlar: koronavirus məhdudiyyətlərinə qarşı 11:17Azərbaycanda evdə gizli nişan mərasimi: polis saxladı 11:12Qanunsuz qurbanlıq heyvan kəsimi: məhkəməlik oldu 12:08Qadınların kökəlməsinin daha bir səbəbi 12:03Robert Prosineçki "Trabzonspor"da? 11:59Türk həkimdən ŞOK ETİRAF: “Xəstələrin ölmələrinə qərar verirdik...” 11:56Koronavirusdan xilas yolu tapıldı - MÜKƏMMƏL İXTİRA 11:49Məhərrəm ayı başlayıb 11:44"Yasamalda gölün ətrafında abadlaşdırma işini İcra Hakimiyyəti aparıb" - Sahibkar 11:33ABŞ-da iki təyyarə toqquşdu: biri deputat olmaqla 6 nəfər öldü 11:27