01 in 14:37siyaset

MİLLİ MƏCLİSİN NÖVBƏDƏNKƏNAR SESSİYASININ İLK İCLASI KEÇİRİLDİ

MİLLİ MƏCLİSİN NÖVBƏDƏNKƏNAR  SESSİYASININ İLK İCLASI KEÇİRİLDİ İyunun 1-də Milli Məclisin 2020-ci il növbədənkənar sessiyasının ilk iclası keçirildi. Parlamentin Sədri Sahibə Qafarova iclası açıq elan etdikdən sonra Dövlət himni səsləndirildi.
Gündəliyin təsdiqindən sonra millət vəkilləri cari məsələləri müzakirə etdilər. Milli Məclisin komitə sədrləri Zahid Oruc, Qənirə Paşayeva, Bəxtiyar Əliyev, Hicran Hüseynova, Siyavuş Novruzov, deputatlardan Nurlan Həsənov, Ceyhun Məmmədov, Erkin Qədirli, AzərBadamov, Elman Nəsirov, Anar İsgəndərov, Rauf Əliyev, İsa Həbibbəyli, Azay Quliyev, Razi Nurullayev, Sahib Alıyev, Aqil Abbas, Hikmət Məmmədov, Aydın Mirzəzadə, Azər Kərimli, Fazil Mustafa, Sabir Rüstəmxanlı, Məlahət İbrahimqızı ölkə gündəmində baş verən önəmli məsələlərdən söz açdılar. Çıxışlarda dövlət qurumlarında ictimai şuraların yaradılması, sosial mediada tanınmış şəxslərə qarşı aqressiv və cinayət hüququna zidd şəkildə aparılan müzakirələrin qarşısının alınması üçün belə şəbəkə operatorlarına müəyyən öhdəliklərinqoyulması, qəzalı evlərin bərpasına diqqətin artırılması, QHT-lərin maliyyə mənbələrinin şaxələndirilməsi üçün qanunvericilikdə müvafiq dəyişikliyin edilməsi, bəzi rayon və kəndlərdə onlayn dərslərin daha da aktiv hal alması üçün internet ötürücüləriningücləndirilməsi kimi təkliflər səsləndirildi.
Sonra gündəliyə daxil edilən İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin (2-ci oxunuş) müzakirəsinə başlanıldı. Spiker Sahibə Qafarova bildirdi ki, buməsələ Milli Məclisin mayın 31-də keçirilən iclasında 1-ci oxunuşda qəbul edilib.
Sənədi təqdim edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı bildirdi ki, ölkəmizdə karantin rejiminin bir qədər yumşaldılması cəmiyyətdə bəzi vətəndaşların məsuliyyətsiz davranışına yol açıb. Parklarda, küçələrdə, ictimai yerlərdə sosial məsafənin qorunmaması, tibbi maskalardan istifadə edilməməsi ciddi narahatlıq doğurur. Bununla əlaqədar Nazirlər Kabineti “Karantin rejimində tənəffüs yollarının qoruyan tibbi maskalardan istifadə qaydalarının tətbiqi ilə əlaqədar” qərar verib. Məcəlləyə edilən dəyişikliklər həmin hüquqi addımların davamıdır. Sənəd pandemiya dövründə sanitar-gigiyena qaydalarının tələblərinin pozulmasına görə inzibati tənbeh hallarını müəyyən edir və bu dövrdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına görə cərimələrimüəyyənləşdirir.
Dəyişikliyə əsasən, karantin rejimi dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək. Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcək.
Fəzail Ağamalı deputat həmkarlarına pandemiya ilə əlaqədar ölkədə yaranmış vəziyyətə görə belə bir vacib sənədin hazırlanmasına dəstək verdiklərinə görə təşəkkür etdi. O, sənədin dünən aparılan birinci oxunuşda müzakirələri zamanı millət vəkilləri tərəfindən verilən təkliflərin əhəmiyyətlilərininlayihədə işçi qrupu tərəfindən dəyərləndirildiyinivurğuladı.
Sonra qanun layihəsi ətrafında müzakirələr aparıldı. Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, komitə sədri Siyavuş Novruzov, deputatlardan Fazil Mustafa, AzərBadamov, Razi Nurullayev, Əli Məsimli, Cavid Osmanov, Musa Qasımlı, Naqif Həmzəyevhazırkı dövr üçün olduqca mühüm əhəmiyyətə malik olan sənədi dəstəklədilər, təkliflərini bildirdilər.
İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər səsə qoyularaq ikinci oxunuşda qəbul edildi.
Bununla da Milli Məclisin bugünkü iclası öz işini başa çatdırdı.

Milli Məclisin Mətbuat və
İctimaiyyətlə əlaqələr şöbəsi
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
Deputat İqbal Məmmədov: “Düşmən əmin olsun ki, şəhidlərimizin qanı heç vaxt yerdə qalmayacaq” 19:18“Tovuz” Xeyriyyə Cəmiyyətinin Ağsaqqallar Şurası və İdarə Heyətinin üzvlərinin tovuzlulara MÜRACİƏTİ 19:14Baş verən təxribatlar düşmən ölkəyə növbəti “dərs oldu” 19:05İƏT PA Baş katibi Ermənistanın Azərbaycana qarşı təcavüzünü qınayan bəyanat verib 18:48Milli Məclis Sədrinin müavini Adil Əliyev: “Məğlubiyyət Ermənistan tərəfinin taleyidir!” 18:41Milli Məclisinin sədri Sahibə Qafarova Altınbek Mamayusupova, Qabriela KuevasBarrona, Valentina Matviyenkoya müraciətlər ünvanlayıb 18:31“AZƏRENERJİ” DAHA BİR ƏHƏMİYYƏTLİ LAYİHƏ REALLAŞDIRIR 12:51Ərdoğan Roma Papasını kədərləndirdi 12:44Ermənilər Tovuzun kəndlərini yenidən atəşə tutub 12:41Futbol oynayan 25 nəfər cərimələndi 12:33Pakistandan Ermənistana SƏRT BƏYANAT 12:30Azərbaycanda növbəti buraxılış imtahanlarının keçirilməsi nəzərdə tutulur 12:17Bakıda itkin düşən gənc qadın Türkiyədə tapıldı 12:14Namiq şou əhlini qınadı:"Camaata qıcıq verirsiniz" 12:11Ermənilər daha bir kəndimizi artilleriya atəşinə tutub 12:05Azərbaycanda bu mağazalarda qanunsuzluqlar aşkar edildi - SİYAHI 12:01Himayədarlığın, qayğıkeşliyin mükəmməl örnəyi 11:53Tarixi dönüşün böyük uğurları 11:45MN: Düşmənin bir neçə hərbi obyekti və texnikası darmadağın edilib 21:50Ermənistanın bu addımı beynəlxalq hüquq normalarının pozulması və Azərbaycana qarşı təcavüzdür 21:44Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirildi 16:30"Hazırda döyüş bölgəsində ara-sıra qarşılıqlı artilleriya zərbələri endirilir" - RƏSMİ 13:34MN: Azərbaycan Ordusunun baş leytenantı şəhid olub, düşmən itkilərini gizlədir 13:29Aİ-nin xüsusi nümayəndəsi Azərbaycan-Ermənistan sərhədində baş verənlərdən danışdı 13:18"Azərbaycan tərəfi heç bir ərazi itkisi verməyib" - MN sözçüsü 13:14"Azərbaycan Ordusu bu təxribata yaxın günlərdə daha ağır zərbə ilə cavab verməlidir" - DEPUTAT 13:08Xüsusi Sessiyanın qəbul edəcəyi qərarlar pandemiya ilə mübarizədə beynəlxalq ictimaiyyəti səfərbər edəcək 19:00Nazirlik bəzi şəxslərin 190 manat almaması ilə bağlı suallara aydınlıq gətirdi 15:29Saatlıda su problemi yaşanır - VİDEO 15:25Türkiyədə ən hündür körpünün açılışı olub 15:21Sevgilisini döyən məşhur aktyordan İLK AÇIQLAMA: “Layiqdir” 15:17Ucar sakininin döyülərək öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb 15:14Şəhriyar Məmmədyarov “Qrossmeysterlərin döyüşü” turnirində qələbə qazanıb 15:10Bakıda mobil polis postları qurulub, küçələrdə nəzarət gücləndirilib 15:06XİN: Bölgədə artan gərginliyin məsuliyyəti bilavasitə işğalçı Ermənistanın üzərindədir 15:03Heydər Əliyev Fondu daha bir şəhid ailəsinə dəstək oldu 14:59Tibb müəssisələrinə koronavirusla bağlı erkən müraciətlər artıb 14:46Son ümid yerinin bir ünvanı var: Heydər Əliyev Fondu - Mehriban xanım Əliyeva - deputat Nəsib Məhəməliyev 00:22Azərbaycan “davamlı inkişaf məqsədləri indeksi”nə görə dünyada hər üç ölkədən ikisini qabaqlayıb 20:31Kənddə qətl: əmisini baltaladı 16:02Daha bir icra başçısı tutduğu vəzifədən azad edildi 15:57Konsul barədə həbs qətimkan tədbiri seçildi - YENİLƏNİB 15:5330 min manatdan çox olan əmanətlər üzrə kompensasiyaların ödənilməsinə başlanacaq 15:48Bakıda yeniyetmə bankomatdan 5 547 manat pul çıxardaraq oğurladı 15:44İraqın şimalında 8 PKK terrorçusu məhv edilib 15:39Əlilliyi olan şəxslərin əmək hüquqlarını pozan işəgötürənlər cərimələnəcək 15:35Jalə Əliyeva Meksika Birləşmiş Ştatları Senatının Azərbaycanla dostluq qrupunun rəhbəri Aqustin Qarsiya Rubio ilə onlayn görüş keçirib 13:18Qənirə Paşayeva COVİD-19-la mübarizədə Azərbaycanın yerli və beynəlxalq səviyyədə gördüyü işlərdən danışıb 13:07Saxta spirtli içki hazırlayan şəxslər həbs edildi 08:14Bu rayona istirahətə gələnlər cəzalandırıldı 08:07Prezident Bakıda yarımstansiyasının açılışında iştirak edib 08:01Sonuncu patron, sağkən bayrağa bükülən komandir, qeybə çəkilən əfsanə... – Şəhid əmanəti 07:57Saxta tibbi arayış verən həkimlərlərlə bağlı cinayət işi başlandı 07:50Dopinq qalmaqalı azərbaycanlı atleti London Olimpiadasında bir pillə yüksəltdi 07:41Bu gün 41 şəhər və rayonda qəbul imtahanları keçirilir 07:30Xocalı-Srebrenitsa faciələri daim dərin ehtiramla anılacaqdır 19:06Deputatı İltizam Yusifovun seçiciləri ilə bu dəfəki görüşü onlayn şəkildə baş tutub 19:01Мы всегда будем поминать трагедии в Ходжалы и Сребренице с чувством глубокого почтения 18:56Prezident İlham Əliyev problemləri həll etmək istəyir və açıq bəyan edir ki, heç bir kənar qüvvə Azərbaycana təzyiq edə bilməz 18:52"Yaxşı olar ki, hər birimiz vətəndaş məsuliyyətimizi artıraq" ÖZƏL-MÖVQE 01:01