30 may 11:07siyaset

Vətəndaşlar dövlət başçısına yazırlar: Siz bütün cəbhələrdə qalibsiniz

Vətəndaşlar dövlət başçısına yazırlar: Siz bütün cəbhələrdə qalibsiniz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə vətəndaşlardan minnətdarlıq məktubları gəlməkdə davam edir.
Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edirik.
Astaradan Qarabağ qaziləri dövlətimizin başçısına yazırlar: "Əziz Prezidentimiz, dünyanı bürüyən koronavirus pandemiyasından xalqımızı qorumaq üçün atdığınız qətiyyətli addımlar biz Qarabağ qazilərini Sizə minnətdarlıq etməyə, böyük sevgimizi bildirməyə sövq etdi. Biz müharibə od-alovunu görmüş, ölümün gözünə dik baxaraq mənfur düşmənə qarşı vuruşmuş insanlarıq. Sizin bu gün bütün bəşəriyyəti sarsıdan, qorxulu və gözəgörünməz düşmənlə mübarizədə xalqımızın təhlükəsizliyini yüksək səviyyədə təmin etməyiniz böyük qəhrəmanlıq nümunəsidir. Dünyanın güclü dövlətləri bu xəstəliklə mübarizədə böyük itkilər verdiyi halda, xalqımız və dövlətimiz Sizin rəhbərliyinizlə cüzi itkilərlə bu təhlükəni adlamaqdadır. Yoluxma riski böyük olan sərhəd bölgəsinin vətəndaşları olaraq normal həyatımıza davam edirik. İnanırıq ki, xalqımız bu qorxunc xəstəliyə qalib gələcəkdir. Əslində, Siz bütün cəbhələrdə qalibsiniz və biz qalib Prezidentimizlə həmişə fəxr edirik. Hər dəfə siyasət meydanlarında məntiqli fikirləriniz, tutarlı sübutlarınız qarşısında çaş-baş qalan Ermənistan rəhbərliyini gülünc vəziyyətdə görüncə Sizə inamımız, sevgimiz, rəğbət və ehtiramımız birə min artır. Cənab Ali Baş Komandan, inanırıq ki, işğal altında olan torpaqlarımız dönməz iradəniz və qətiyyətinizlə tezliklə azad ediləcək, müqəddəs bayrağımız qədim Şuşada, Xankəndidə əzəmətlə dalğalanacaq. Biz qazilər hər an Sizinləyik, Sizin əmrinizə müsəlləh əsgər kimi hazırıq. Allah Sizi və ailənizi qorusun!”.
Polşanın Varşava şəhərində təhsil alan Mehrac Məmmədov: "Hörmətli cənab Prezident, mən xaricdə təhsil alan Azərbaycan vətəndaşlarından biriyəm. Dünyanı bürüyən koronavirus infeksiyasının qarşısının alınmasında həyata keçirdiyiniz tədbirlər çərçivəsində xaricdə təhsil alan gənclərə göstərdiyiniz maddi və mənəvi dəstək mənə böyük fərəh hissi bəxş edib. Ölkəmizin hüdudlarından kənarda yaşayan bir insana Vətəndən uzanan kömək əli onun üçün pənah körpüsüdür. Bu böyük diqqət və qayğıya görə Sizə təşəkkürümü bildirir, Sizə və ailə üzvlərinizə uzun ömür, cansağlığı və müstəqil Azərbaycan dövlətinin çiçəklənməsi naminə fəaliyyətinizdə daha böyük uğurlara imza atmağınızı arzu edirəm”.
Bakı şəhərindən Naib Rzayev: "Möhtərəm cənab Prezident, Allahdan Sizə və ailə üzvlərinizə uzun ömür və cansağlığı arzu edirəm. Bizə etdiyiniz yaxşılıqlar heç vaxt unudulmayacaq. Mən fəxr edirəm ki, Sizin kimi Prezidenti olan dövlətin vətəndaşıyam. Tanrı Sizi qorusun!”.
Paytaxtımızın daha bir sakini Gülnaz Kərimova: "Möhtərəm cənab Prezident, bütün dünyanı lərzəyə gətirən koronavirus xəstəliyinin respublikamızda doğurduğu həyəcan Sizin uzaqgörən siyasətiniz sayəsində daha tez aradan qalxdı. Başqa ölkələrlə müqayisədə Azərbaycan daha az itkiyə məruz qalıb. Sizin insanları qorumaq məqsədilə verdiyiniz qərarlar öz bəhrəsini verdi. Yaşlı insanları qorumaq Ulu Öndərdən Sizə qalan ən qiymətli sevgidir. Tanrım Sizi Azərbaycan xalqına çox görməsin! Xətai rayonu M.Hacıyev adına 116 nömrəli məktəbin kollektivi adından Sizə və Mehriban xanıma dərin təşəkkürümü bildirirəm”.
Astara rayonundan Amid Fərzəliyev: "Möhtərəm cənab Prezident, bu gün bütün dünyada, o cümlədən ölkəmizdə ciddi siyasi və iqtisadi proseslər gedir. Dünyanı lərzəyə salan pandemiya, sözün əsl mənasında, bütün dövlətlər üçün imtahan kimi qiymətləndirilir. Belə bir həssas dövrdə Sizin qətiyyətli və sistemli addımlarınız xalqımızı və dövlətimizi bu bəladan qorudu, iqtisadi dayanıqlılığımızı daha da gücləndirdi. Bu dövrdə ən mühüm addımlarınızdan biri də əhalinin sosial müdafiəsinin sistemli şəkildə təşkil edilməsi oldu. Bütün dövlət və özəl müəssisələrə yardımlar olundu, insanların iş yerlərini itirməmələri üçün proqramlar qəbul edildi, eyni zamanda, bütün növ kreditlərin ödəniş şərtləri yumşaldıldı, müxtəlif güzəştlər tətbiq edildi. Sevindirici haldır ki, bir çox müəssisələr, özəl şirkətlər Sizin çağırışınıza qoşularaq kredit ödənişlərini dondurdular, faizləri ləğv etdilər, işçiləri işsiz qoymadılar. Biz Sizdən güc alırıq, bizim güclü liderimiz”.
Bakı şəhərinin sakinləri Bilal Zeynalov və Həyat Zeynalova: "Möhtərəm cənab Prezident, dünyada kütləvi hal alan COVID-19 pandemiyası başlayanda mən həyat yoldaşımla Rusiya Federasiyasının Yessentuki şəhərində müalicə alırdıq. Sizin xaricdə qalmış azərbaycanlıları diqqət mərkəzində saxlayaraq hər cür yardımların göstərilməsinə dair göstəriş verməyinizi yüksək qiymətləndirir, buna görə Sizə dərin minnətdarlığımızı bildiririk. Bu ahıl yaşımızda tam təhlükəsiz və sağlam şəkildə evə dönməyimiz dövlətimiz tərəfindən təmin edildi. Hörmətli cənab Prezident, ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi "Biz birlikdə güclüyük!” çağırışınızla xalqa dəstək olduğunuza, xalqımızın sağlamlığı üçün yorulmadan çalışdığınıza görə Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz adımdan və ailəmizin adından dərin minnətdarlığımızı bildiririk”.
Cəlilabad rayonunun Günəşli kəndindən Cavanşir Bağırov: "Çox hörmətli və əziz Prezidentimiz, biz həmişə Sizin daxili və xarici siyasətinizi ürəkdən bəyənmişik və dəstəkləyirik. Ulu öndərimiz Heydər Əliyevin və Sizin sayənizdə Azərbaycan xalqı firavan yaşayır. Ölkəmizdə olan sabitlik, əmin-amanlıq digər ölkələrə nümunə göstərilir. Biz başqa ölkələrin sakinlərinin və bir çox ölkələrdən olan miqrantların necə dəhşətli vəziyyətdə yaşadıqlarının şahidiyik. Bəşəriyyəti dəhşətə gətirən təhlükəli koronavirus xəstəliyindən xalqımızın Sizin və Mehriban xanım Əliyevanın diqqəti, nəzarəti və qayğısı sayəsində necə qorunması göz qabağındadır. Əlinizdən gələni edirsiniz ki, Azərbaycan xalqı sağ-salamat və yüksək rifah içərisində həyat sürsün. Əməkhaqlarını artırırsınız, işsiz insanları işlə təmin edirsiniz. İndiki çətin vəziyyətdə işə gedə bilməyən insanlara yardımlar edir, aztəminatlı ailələrə ərzaq ayırırsınız. Hörmətli cənab Prezident, bu yüksək qayğı və diqqətə görə ailəmizin, qohumlarımızın, yaxınlarımızın və kollektivimizin adından Sizə minnətdarlığımı bildirirəm. Allah Sizi və ailənizi həmişə qorusun!”.
Gəncə şəhərindən Gülnar Qaraxanova: "Möhtərəm cənab Prezident, dünya miqyasında böyük itkilərə səbəb olmuş və qlobal bəlaya çevrilmiş koronavirus pandemiyası Azərbaycandan da yan keçmədi. Sizin əvvəlcədən gördüyünüz qabaqlayıcı tədbirlər, bu barədə verdiyiniz göstərişlər icrasına vaxtında başlanılan qərarlar bu virusun ölkəmizdə geniş yayılmasının qarşısını aldı. Xalqımızın taleyini fikirləşmək, onun qayğısına qalmaq, bizi gözlənilən hər hansı təhlükədən xilas etmək həmişə diqqət mərkəzinizdə olmuşdur. Çünki Siz həmişə xalqı düşünən bir dövlət başçısı kimi bunu fəaliyyətinizlə nümayiş etdirmisiniz. Sizin Azərbaycan təhsilinə, səhiyyəsinə və digər sahələrə olan diqqət və qayğınız danılmazdır. Mən bir təhsil işçisi olaraq bu sahənin inkişafı üçün gördüyünüz işləri yüksək qiymətləndirir və Sizə dərin minnətdarlığımı bildirirəm. Xalqla birgə olduğunuz üçün Sizinlə fəxr edirik. Biz birlikdə güclüyük”.
Gəncə şəhərinin Nizami rayonundan Zaman Əsgərov və Anar Savadov dövlətimizin başçısına yazırlar: "Hörmətli cənab Prezident, bu ağır pandemiya günlərində xalqımızın yanında olduğunuza, qayğımıza qaldığınıza, əhalinin maddi rifah halının yaxşılaşdırılmasına görə hər cür tədbirlər gördüyünüz üçün Sizə dərin minnətdarlığımızı bildiririk. Allah Sizi qorusun! Sizin bu gün respublikamızın inkişafı, dünya səviyyəsində yaxşı mənada tanınması, ölkəmizdə apardığınız quruculuq və abadlıq işləri, aztəminatlı ailələrə göstərdiyiniz qayğı və diqqət, müharibə veteranları və şəhid ailələrinə, ümumən xalqımıza göstərdiyiniz yüksək diqqət və qayğı üçün təşəkkür edirik. Belə bir dövrdə Sizin yorulmadan və dönmədən ölkənin inkişafına əngəl olan neqativ hallara, korrupsiya və rüşvətxorluğa qarşı apardığınız amansız mübarizə bütün xalqımız kimi bizim ailələrimizi də sevindirir, qürurlandırır. Hər birimiz Sizin daxili və xarici siyasətinizi ürəkdən bəyənir, dəstəkləyir və Sizinlə qürur duyuruq. Biz ulu öndərimiz Heydər Əliyevin siyasi xəttini həmişə bəyənib dəstəkləmişik. Sizin ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirməyiniz bizi fərəhləndirir. Biz Sizinlə fəxr edirik. Yaxşı ki, varsınız, yaxşı ki, bizim Prezidentimizsiniz. Allah Sizə cansağlığı, ailə səadəti və işlərinizdə yeni, böyük müvəffəqiyyətlər nəsib etsin! Amin!”.
Ağdam rayonundan Əməkdar müəllim Eliza İsayeva: "Möhtərəm cənab Prezident, bütün dünyanın koronavirus epidemiyası ilə çalxalandığı bir dövrdə bizim ölkəmiz də bundan kənarda qalmadı. Vəziyyətin belə ağır vaxtında Sizin müdrik qabaqlayıcı tədbirləriniz xalqımızı bu ağır böhrandan az itki ilə qurtarmaqdadır. Xalq pandemiya dövründə özünün tək olmadığını hiss etdi. Siz bir dövlət rəhbəri olmaqla yanaşı, hər bir vətəndaşımıza ata və oğul qayğısı göstərdiniz. Sizin hər bir müraciətiniz Azərbaycan xalqını bu virusla mübarizədə daha diqqətli olmağa çağırdı. Bu çağırışda xalq Sizin səmimiyyətinizi, həyəcanınızı hiss etdi. Sizin hər bir çıxışınız, Sərəncamınız xalqımızı ətrafınızda daha da sıx birləşdirdi. Bu, xalqın Sizə inamı, etibarıdır. Bunu da Siz öz xeyirxah əməllərinizlə, xalqa olan sevginizlə qazanmısınız. Mən sadə bir vətəndaş kimi, bütün müəllim ordusu adından Sizə dərin təşəkkürümü bildirirəm. Bir dövlət rəhbəri kimi Sizin zəhmətinizi öz işimizlə həmişə doğrulduruq. Biz Sizinləyik. Sizin arxanızda Sizi sevən Azərbaycan xalqı dayanıb və dayanacaq da. Biz birlikdə güclüyük! Cənab Prezident, bu gücü bizə verən də Sizin xalqla olan sıx, səmimi münasibətinizdir. Sizə işlərinizdə daha böyük uğurlar arzulayıram”.
Bakının Nizami rayonundan şəhid övladı Arzu Bayramova: "Möhtərəm cənab Prezident, Sizin kimi ölkə başçımız olduğu üçün qürur duyur və fəxr edirəm. Hər zaman ölkəmizin, xalqımızın rifahı üçün dayanmadan çalışırsınız. Bu gün güclü Azərbaycan Ulu Öndərimizin davam etdirdiyiniz siyasətinin nəticəsidir. Mən də bu ölkənin vətəndaşı olduğum üçün qürur duyuram. Bu minnətdarlıq məktubunu yazmağı bir şəhid övladı olaraq özümə borc bildim. Təəssüf ki, dünyada baş verən koronavirus pandemiyası ölkəmizdən də yan keçmədi. Bütün dünya kimi, ölkəmiz də bu çətin dövrlə üzləşməli oldu. Cənab Prezident, Siz son zamanlar çıxışlarınızda daim vurğulayırsınız ki, Azərbaycan pandemiyaya qarşı mübarizədə ilk qabaqlayıcı addımlar atan ölkələrdəndir. Məncə, bu, Sizin uzaqgörən siyasətiniz sayəsindədir. Azərbaycanın bütün dünyanı cənginə almış pandemiyaya qarşı mübarizəsi bu gün bir çox ölkələrə nümunədir. Bu çətin zamandan Sizinlə birgə səbir və təmkinlə çıxacağımıza əminəm. Allah dünyamızı və ölkəmizi tezliklə bu bəşəri bəladan xilas etsin. Fürsətdən istifadə edib Sizi Respublika Günü və müqəddəs Ramazan bayramı münasibətilə təbrik edir və ölkəmizin, xalqımızın rifahı üçün gördüyünüz bütün işlərdə Sizə möhkəm cansağlığı arzulayıram”.
Paytaxt sakini Nərminə Mansurova: "Hörmətli cənab Prezident, ölkəmizin sürətli inkişafı, əhaliyə diqqət və qayğınız bir Azərbaycan vətəndaşı olaraq Sizə bu minnətdarlıq məktubunu ünvanlamağıma səbəb oldu. Hörmətli cənab Prezident, Azərbaycan dövlətinin son dövrlərdə yaşanan məlum pandemiya dövründən alnıaçıq çıxması, sahibkarlara, aztəminatlı ailələrə yardım, dövlət məmurlarına ciddi nəzarət, xalq və dövlətin bir-birinə necə sıx bağlı olduğunun göstəricisidir. Yasamal sakini olaraq, Sizin Sərəncamınızla yaradılmış DOST İş Mərkəzinin sosial işçisi kimi Sizə xalqımıza, millətimizə bu qədər diqqət və qayğınız üçün minnətdarlığımı bildirirəm. Ulu Tanrı xalqını bu qədər sevən, qoruyan Prezidentimizi və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanı qorusun!”.
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
Deputat İqbal Məmmədov: “Düşmən əmin olsun ki, şəhidlərimizin qanı heç vaxt yerdə qalmayacaq” 19:18“Tovuz” Xeyriyyə Cəmiyyətinin Ağsaqqallar Şurası və İdarə Heyətinin üzvlərinin tovuzlulara MÜRACİƏTİ 19:14Baş verən təxribatlar düşmən ölkəyə növbəti “dərs oldu” 19:05İƏT PA Baş katibi Ermənistanın Azərbaycana qarşı təcavüzünü qınayan bəyanat verib 18:48Milli Məclis Sədrinin müavini Adil Əliyev: “Məğlubiyyət Ermənistan tərəfinin taleyidir!” 18:41Milli Məclisinin sədri Sahibə Qafarova Altınbek Mamayusupova, Qabriela KuevasBarrona, Valentina Matviyenkoya müraciətlər ünvanlayıb 18:31“AZƏRENERJİ” DAHA BİR ƏHƏMİYYƏTLİ LAYİHƏ REALLAŞDIRIR 12:51Ərdoğan Roma Papasını kədərləndirdi 12:44Ermənilər Tovuzun kəndlərini yenidən atəşə tutub 12:41Futbol oynayan 25 nəfər cərimələndi 12:33Pakistandan Ermənistana SƏRT BƏYANAT 12:30Azərbaycanda növbəti buraxılış imtahanlarının keçirilməsi nəzərdə tutulur 12:17Bakıda itkin düşən gənc qadın Türkiyədə tapıldı 12:14Namiq şou əhlini qınadı:"Camaata qıcıq verirsiniz" 12:11Ermənilər daha bir kəndimizi artilleriya atəşinə tutub 12:05Azərbaycanda bu mağazalarda qanunsuzluqlar aşkar edildi - SİYAHI 12:01Himayədarlığın, qayğıkeşliyin mükəmməl örnəyi 11:53Tarixi dönüşün böyük uğurları 11:45MN: Düşmənin bir neçə hərbi obyekti və texnikası darmadağın edilib 21:50Ermənistanın bu addımı beynəlxalq hüquq normalarının pozulması və Azərbaycana qarşı təcavüzdür 21:44Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirildi 16:30"Hazırda döyüş bölgəsində ara-sıra qarşılıqlı artilleriya zərbələri endirilir" - RƏSMİ 13:34MN: Azərbaycan Ordusunun baş leytenantı şəhid olub, düşmən itkilərini gizlədir 13:29Aİ-nin xüsusi nümayəndəsi Azərbaycan-Ermənistan sərhədində baş verənlərdən danışdı 13:18"Azərbaycan tərəfi heç bir ərazi itkisi verməyib" - MN sözçüsü 13:14"Azərbaycan Ordusu bu təxribata yaxın günlərdə daha ağır zərbə ilə cavab verməlidir" - DEPUTAT 13:08Xüsusi Sessiyanın qəbul edəcəyi qərarlar pandemiya ilə mübarizədə beynəlxalq ictimaiyyəti səfərbər edəcək 19:00Nazirlik bəzi şəxslərin 190 manat almaması ilə bağlı suallara aydınlıq gətirdi 15:29Saatlıda su problemi yaşanır - VİDEO 15:25Türkiyədə ən hündür körpünün açılışı olub 15:21Sevgilisini döyən məşhur aktyordan İLK AÇIQLAMA: “Layiqdir” 15:17Ucar sakininin döyülərək öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb 15:14Şəhriyar Məmmədyarov “Qrossmeysterlərin döyüşü” turnirində qələbə qazanıb 15:10Bakıda mobil polis postları qurulub, küçələrdə nəzarət gücləndirilib 15:06XİN: Bölgədə artan gərginliyin məsuliyyəti bilavasitə işğalçı Ermənistanın üzərindədir 15:03Heydər Əliyev Fondu daha bir şəhid ailəsinə dəstək oldu 14:59Tibb müəssisələrinə koronavirusla bağlı erkən müraciətlər artıb 14:46Son ümid yerinin bir ünvanı var: Heydər Əliyev Fondu - Mehriban xanım Əliyeva - deputat Nəsib Məhəməliyev 00:22Azərbaycan “davamlı inkişaf məqsədləri indeksi”nə görə dünyada hər üç ölkədən ikisini qabaqlayıb 20:31Kənddə qətl: əmisini baltaladı 16:02Daha bir icra başçısı tutduğu vəzifədən azad edildi 15:57Konsul barədə həbs qətimkan tədbiri seçildi - YENİLƏNİB 15:5330 min manatdan çox olan əmanətlər üzrə kompensasiyaların ödənilməsinə başlanacaq 15:48Bakıda yeniyetmə bankomatdan 5 547 manat pul çıxardaraq oğurladı 15:44İraqın şimalında 8 PKK terrorçusu məhv edilib 15:39Əlilliyi olan şəxslərin əmək hüquqlarını pozan işəgötürənlər cərimələnəcək 15:35Jalə Əliyeva Meksika Birləşmiş Ştatları Senatının Azərbaycanla dostluq qrupunun rəhbəri Aqustin Qarsiya Rubio ilə onlayn görüş keçirib 13:18Qənirə Paşayeva COVİD-19-la mübarizədə Azərbaycanın yerli və beynəlxalq səviyyədə gördüyü işlərdən danışıb 13:07Saxta spirtli içki hazırlayan şəxslər həbs edildi 08:14Bu rayona istirahətə gələnlər cəzalandırıldı 08:07Prezident Bakıda yarımstansiyasının açılışında iştirak edib 08:01Sonuncu patron, sağkən bayrağa bükülən komandir, qeybə çəkilən əfsanə... – Şəhid əmanəti 07:57Saxta tibbi arayış verən həkimlərlərlə bağlı cinayət işi başlandı 07:50Dopinq qalmaqalı azərbaycanlı atleti London Olimpiadasında bir pillə yüksəltdi 07:41Bu gün 41 şəhər və rayonda qəbul imtahanları keçirilir 07:30Xocalı-Srebrenitsa faciələri daim dərin ehtiramla anılacaqdır 19:06Deputatı İltizam Yusifovun seçiciləri ilə bu dəfəki görüşü onlayn şəkildə baş tutub 19:01Мы всегда будем поминать трагедии в Ходжалы и Сребренице с чувством глубокого почтения 18:56Prezident İlham Əliyev problemləri həll etmək istəyir və açıq bəyan edir ki, heç bir kənar qüvvə Azərbaycana təzyiq edə bilməz 18:52"Yaxşı olar ki, hər birimiz vətəndaş məsuliyyətimizi artıraq" ÖZƏL-MÖVQE 01:01