26 may 14:39siyaset

"Söyüş söyənlərin başında Əli Kərimli dayanır" - Adil Əliyev

"Söyüş söyənlərin başında Əli Kərimli dayanır" - Adil Əliyev Radikal müxalifət nümayəndələrinin söyüş siyasəti davam etməkdədir. Ölkədə həyata keçirilən islahatların əhatə dairəsi genişləndikcə xaricdəki havadarlarının tapşırığı ilə Mili Şura və o quruma bağlı olan ayrı-ayrı şəxslər yenidən qara piara başlayıblar.
Milli Məclisin sədr müavini Adil Əliyev bu və digər məsələlərlə bağlı unikal.org-a müsahibə verib.
-Adil müəllim, xaricdəki bəzi müxalif qüvvələr yenə Sizi hədəf seçiblər. Onların məqsədləri nədir?
-Xaricdə yaşayan soydaşlarımızın mütləq əksəriyyəti vətənə bağlı insanlardır. Xarici ölkələrə mütəmadi səfərlərim zamanı soydaşlarımla görüşür, onlarla fikir mübadiləsi aparıram. Xaricdəki soydaşlarımız hansısa tədbirə məni dəvət edəndə onu da deyirəm ki, fərqli fikirlər irəli sürən soydaşlarımla da dialoq aparmağa hazıram. Belə hallar dəfələrlə olub. Ancaq xarici ölkələrdə kiçik azlıq da var ki, dövlətimizi və hakimiyyətimizi aşağılamağa çalışır, əsl söyüş makinasına çeviriliblər. Onların danışıq üslubu söyüş və təhqirdən ibarətdir. Yaxşı yadımdadır, xarici ölkələrin birində Qarabağla bağlı möhtəşəm tədbir keçirirdik. Həmin söyüş qrupu hətta azərbaycanlıların ümumi dərdi olan Qarabağla bağlı tədbirimizi pozmağa cəhd etdi. Alınmadı. İçəri dəvət etdik, gəlmədilər. Çünki qorxdular ki, zaldakı çoxluq onların təhqirlərinə sərt reaksiya verəcək. Avropanın müxtəlif ölkələrində kök salmış həmin azsaylı söyüş qrupunun məqsədi dəyişməyib. Yaşadıqları ölkədə həyatlarını qurmaq, ordakı cəmiyyətə inteqrasiya olmaq əvəzinə bütün günü internet qarşısında oturub söyüş və təhqir yağdırırlar. Bu ağıldan kasad olanlar düşünürlər ki, söyüşlə nəyəsə nail ola biləcəklər. Məni hər dəfə hədəf seçmələrinin məqsədi də bəllidir. Qeyri-təvazükarlıq olsa da, xaricdəki soydaşlarım arasında kifayət qədər nüfuzum var, üstəgəl parlament sədr müavini kimi mühüm postda çalışıram. Həmin söyüş qrupu yəqin düşünür ki, söyüş və təhqirlə məni yolumdan sapdıra biləcəklər. Nahaq əziyyətdir. Bütün söyüş və təhqirləri özlərinə iadə etdiyimi sosial şəbəkələrdə onların özünə də demişəm. Mən prezidentimə¸ dövlətimə və millətimə sadiq insanam, sona qədər də belə olacam. Söyüş qrupu düşünməsin ki, xaricdə oturublarsa kimi gəldi təhqir edə bilərlər. İnsanı təhqir etmək onların sığınacaq aldıqları ölkədə də ciddi qanun pozuntusu sayılır və bir gün təhqirlərinə və iftiralarına görə yaşadıqları ölkədə də cavab verməli olacaqlar.
-Həmin qrupların bu dəfəki kampansiyası nə ilə bağlıdır?
-Bu illərdə mən həmin qrupun fəaliyyətini izləyərək bu qənaətə gəlmişəm ki, söyüş söyənlər eyni mərkəzdən idarə olunurlar. Həmin mərkəzin başında isə Əli Kərimli dayanır, çünki hamısının profilində onun şəkli qoyulub. Bunu demək üçün ciddi əsaslarım var. Birincisi, mənə qarşı iftira atanların mütləq əksəriyyəti Əli Kərimlinin Avropadakı yaxın tərəfdarlarıdır. Onlar əlaqəli şəkildə fəaliyyət göstərirlər. Söyüş və iftira kampaniyasını bir neçə hissəyə bölürlər. Bu dəfə əvvəlcə mənim Avropada yaşayan türklə şəklimi paylaşaraq altından ağızlarına gələni yazdılar. Özüm reaksiya vermədim. Çünki yazdıqları başdan ayağa yalan idi. Sağ olsun, vətənimdəki və xaricdəki dostlarım, söyüş söyənlərin cavabını sosial şəbəkələr üzərindən verdilər. Söyüşçül qrupun mənə qarşı fəaliyyətlərinin sonrakı hissəsi də var idi. Həmin söyüş qrupunun adını çəkmək istəmədiyim “məşhur” nümayəndələrindən biri sosial şəbəkə üzərindən mənə şantaj xarakterli səs göndərdi. Bildirirdi ki, o mənə və hakimiyyətə qarşı söyüş söyməyi və iftira atmağı bir şərtlə dayandırmağa razıdır ki, ona ən azı 20 min avro verilsin. Yəni rüşvət istəyirdi. Ona da əmin oldum ki, söyüş qrupunun nümayəndələrinin internet üzərindən yayınlanan ittira dolu “verilişlərinin” bir məqsədi də var: Proqramlarında artırdıqları söyüş və iftiralar qarşısında hədəf götürdükləri insanlardan tələb etdikləri rüşvətin məbləğini artırmaq. Görürsüz ki, bunlar üçün bəyan etdikləri “idelogiya” əsas deyil. Öz “ideologiyalarını” rüşvət qarşılığında pula satmağa hazırdılar. Aydındır ki, heç kim mənimlə şantaj dilinə danışa bilməz. Ona sosial şəbəkə üzərində sərt cavab verdim və layiq olduğu yerini göstərdim. İndi həmin şəxs məni ağıza gətirilməyəcək söyüşlərlə yenə şantaj edir ki, guya hansısa şəkillər paylaşacaq, ünvanlar yazacaq və s. Mənim telefon nömrəmi də paylaşıb. Qorxacaq və çəkinəcək heç bir hərəkətim olmayıb və yoxdur. Nə edirəmsə, hamısı göz qabağındadır. Prezidentimə və dövlətimə qarşı çıxanlar qarşılarında hər zaman məni və həmkarlarımı görəcəklər.
-Adil müəllim, xaricdəki söyüş qrupunun Əli Kərimli ilə bağlılığı nə dərəcədə gerçəkdir?
-Xaricdəki itftira və söyüş qrupunun Əli Kəirmli və onun partiyasına bağlılığına şübhəm yoxdur. Əli Kərimli son müsahibəsində deyib ki, özü və tərəfdarları virtual fəaliyyətə keçiblər. Görünür, mitinqləri səmərə vermədiyinə görə gəncləri indi də bu yolla aldatmağa çalışır. Xaricdən ondan tez-tez müsahibə götürənlər elə həmin söyüş qrupunun nümayəndələridir. Əli Kərimlinin son müsahibəsində yalanlardan biri də budur ki, guya o tərəfdarlarına söyüş söyməyi, iftira atmağı qadağan edib. Həmin söyüş söyənlərdən birinin facebook üzərindən işlətdiyi ifadələri Əli Kərimlinin özünə göndərmək lazımdır ki, yalan danışdığı bir daha üzə çıxsın. Əminəm ki, Əli Kərimli xaricdəki söyüşçül tərəfdarlarına başqalarının ünvanına söyüş söyməyi, iftira atmağı nəinki qadağan edib, əksinə onlara daha radikal olmağı tövsiyyə edib. Çünki, söyüş söyənlərin və itifa atanların danışıq və ifadə tərzində dəyişən bir şey yoxdur. Buradan Əli Kərimliyə və onun xaricdəki qrupuna müraciət edərək deyirəm ki, mən və mənim kimilər mütləq əksəriyyətdir, biz prezidentimizə və dövlətimizə sadiq insanlarıq, bizi heç nə il qorxutmaq mümkün deyil.
Elvin Rüstəmov

/atributinfo.az/
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
Xüsusi Sessiyanın qəbul edəcəyi qərarlar pandemiya ilə mübarizədə beynəlxalq ictimaiyyəti səfərbər edəcək 19:00Nazirlik bəzi şəxslərin 190 manat almaması ilə bağlı suallara aydınlıq gətirdi 15:29Saatlıda su problemi yaşanır - VİDEO 15:25Türkiyədə ən hündür körpünün açılışı olub 15:21Sevgilisini döyən məşhur aktyordan İLK AÇIQLAMA: “Layiqdir” 15:17Ucar sakininin döyülərək öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb 15:14Şəhriyar Məmmədyarov “Qrossmeysterlərin döyüşü” turnirində qələbə qazanıb 15:10Bakıda mobil polis postları qurulub, küçələrdə nəzarət gücləndirilib 15:06XİN: Bölgədə artan gərginliyin məsuliyyəti bilavasitə işğalçı Ermənistanın üzərindədir 15:03Heydər Əliyev Fondu daha bir şəhid ailəsinə dəstək oldu 14:59Tibb müəssisələrinə koronavirusla bağlı erkən müraciətlər artıb 14:46Son ümid yerinin bir ünvanı var: Heydər Əliyev Fondu - Mehriban xanım Əliyeva - deputat Nəsib Məhəməliyev 00:22Azərbaycan “davamlı inkişaf məqsədləri indeksi”nə görə dünyada hər üç ölkədən ikisini qabaqlayıb 20:31Kənddə qətl: əmisini baltaladı 16:02Daha bir icra başçısı tutduğu vəzifədən azad edildi 15:57Konsul barədə həbs qətimkan tədbiri seçildi - YENİLƏNİB 15:5330 min manatdan çox olan əmanətlər üzrə kompensasiyaların ödənilməsinə başlanacaq 15:48Bakıda yeniyetmə bankomatdan 5 547 manat pul çıxardaraq oğurladı 15:44İraqın şimalında 8 PKK terrorçusu məhv edilib 15:39Əlilliyi olan şəxslərin əmək hüquqlarını pozan işəgötürənlər cərimələnəcək 15:35Jalə Əliyeva Meksika Birləşmiş Ştatları Senatının Azərbaycanla dostluq qrupunun rəhbəri Aqustin Qarsiya Rubio ilə onlayn görüş keçirib 13:18Qənirə Paşayeva COVİD-19-la mübarizədə Azərbaycanın yerli və beynəlxalq səviyyədə gördüyü işlərdən danışıb 13:07Saxta spirtli içki hazırlayan şəxslər həbs edildi 08:14Bu rayona istirahətə gələnlər cəzalandırıldı 08:07Prezident Bakıda yarımstansiyasının açılışında iştirak edib 08:01Sonuncu patron, sağkən bayrağa bükülən komandir, qeybə çəkilən əfsanə... – Şəhid əmanəti 07:57Saxta tibbi arayış verən həkimlərlərlə bağlı cinayət işi başlandı 07:50Dopinq qalmaqalı azərbaycanlı atleti London Olimpiadasında bir pillə yüksəltdi 07:41Bu gün 41 şəhər və rayonda qəbul imtahanları keçirilir 07:30Xocalı-Srebrenitsa faciələri daim dərin ehtiramla anılacaqdır 19:06Deputatı İltizam Yusifovun seçiciləri ilə bu dəfəki görüşü onlayn şəkildə baş tutub 19:01Мы всегда будем поминать трагедии в Ходжалы и Сребренице с чувством глубокого почтения 18:56Prezident İlham Əliyev problemləri həll etmək istəyir və açıq bəyan edir ki, heç bir kənar qüvvə Azərbaycana təzyiq edə bilməz 18:52"Yaxşı olar ki, hər birimiz vətəndaş məsuliyyətimizi artıraq" ÖZƏL-MÖVQE 01:01Biz doğru olan Ermənistan–Azərbaycan müharibəsi ifadəsini işlətməliyik 00:57Bu şəxsiyyətlər qurucudir, adlarını silinməmək şərti ilə tarixə yazıblar. 00:49ATƏT-in Minsk Qrupu tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə əməli addımların atılmasının zamanıdır 21:31Dünyanın ən qəddar türməsindən qaçan azərbaycanlı: Bəxtiyarı necə tapmalı? 12:27Elza Seyidcahan efirə bu halda çıxdı - Başına nələr qoymadı 12:22İlham Əliyevlə BMT-nin Baş katibi Antonio Quterreş arasında telefon danışığı olub 12:19İlham Əliyev: “Heç kimin Aprel döyüşləri yadından çıxmasın” 12:16Afina "kəşfiyyatçısı" - Fuad Aslanov 12:08Cəlilabadda COVID-19-a yoluxmuş şəxs ət mağazasında yaxalandı 12:02“Roskosmos”un baş direktoru: “Safronovun gizli məlumatlara çıxışı olmayıb” 11:58Bakıda 8 qadın saxlanılıb - SƏBƏB 11:53Qida Təhlükəsizliyi Agentliyi 95 müəssisədə pozuntu aşkarlayıb 11:47Müdafiə naziri ön xətt bölmələrində olub 11:43Həkim: “Bəhram Bağırzadə aktiv hərəkətlərə cəhd edir” 11:38Kim haqlıdır, şər-böhtan yoxsa, halallıq? 23:21Bakıdakı kəskin iylə bağlı RƏSMİ AÇIQLAMA 16:07Modul tipli xəstəxanaların inşası pandemiya ilə mübarizədə mühüm əhəmiyyət kəsb edir 16:01Silahlı Qüvvələrimizin şərəfinə əbədləşdiriləcək addım 12:45Bu şəxslərin işləməsinə yenidən İCAZƏ VERİLDİ - RƏSMİ 12:34Bakıda gizli işləyən çay evi: müştərilər də cərimələndi 12:29Antalyada "oğru" toplantısı: "Şakro" ilə bağlı nə qərar verildi? 12:21REJİM POZUNTUSU: daha 305 avtomobil postlardan geri qaytarıldı 12:14Prezident: "İstənilən böhranla bacara biləcəyik” 12:09Bakıda bu klinikada 33 həkim koronavirusa yoluxdu 12:03Avropada tarix yazan məşqçilər - SİYAHI 11:57Minnətdarlıq məktubları: Cənab Prezident, hər bir vətəndaşımızı düşünərək qəbul etdiyiniz bütün qərarları dəstəkləyirik 15:01