25 may 16:55siyaset

Azadlıq təşnəsi

Azadlıq təşnəsi
Aydın Hüseynov,
millət vəkili



Onu bizə bəxş edənlər heç vaxt unudulmayacaq
Belə demək mümkünsə, dünya bizi heyrətləndirməkdə davam edir. Onsuz da planetdə uzun illər idi ki, bir gərginlik yaşanırdı. Millətlərarası münaqişələr, səngiməyən terror aktları, müxtəlif səbəblərdən yaranan konfliktlər, siyasi-iqtisadi mübahisələr dünyanı başına götürmüşdü. Və belə bir məqamda Çinin Uhan şəhərində koronavirusun aşkar olunması, ardınca da Ümumdünya Səhiyyə Təşkilatının bunu pandemiya elan etməsi sanki əvvəl baş verənləri hamıya unutdurdu. Bir çox beynəlxalq səviyyəli tədbirlər, idman yarışları, kino festivalları təxirə salındı. Elə o vaxtdan bu günədək gündəmdə bir məsələ var: koronavirus pandemiyası.
Ağıllı və tədbirlə tərpənən dövlət başçıları öz ölkələrində bu təhlükəli virusdan insanları qorumağın yollarını müəyyənləşdirdilər. ABŞ, Belarus, Braziliya və digər ölkələr məsələyə etinasız və səthi yanaşdıqlarını gec anladılar. Nəticədə həm virusa yoluxanların, həm də ölənlərin sayı çox oldu.
Mən qürurla deyirəm ki, Vətənim Azərbaycanda başda ölkə Prezidenti İlham Əliyev, həmçinin Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva olmaqla çox vacib önləyici tədbirlər görüldü. Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. “TƏBİB”in işçi heyəti, həkimlərimiz, tibb bacıları, polislərimiz böyük fədakarlıqlar göstərdilər. Belə çətin vaxtda xalq-iqtidar birliyi bir daha özünün monometliyini nümayiş etdirdi. Düzdür, sözügedən bəla hələ sovuşmayıb, ancaq Azərbaycanın gördüyü işlər bütün dünya, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qiymətləndirildi.
Qarşıdan bizim üçün ən əziz bayram olan Respublika Günü gəlir. Dünya nə qədər təlatümlərlə dolu olsa da, müstəqil ölkələr öz azadlıqlarına biganə yanaşmır, pandemiya dövründə belə onu hansısa formada qeyd edirlər. Məsələn, qardaş Türkiyə mayın 19-da istiqlaliyyət bayramının 101 illiyini özünəməxsus şəkildə keçirdi. Təntənəli tədbir düzənlənməsə də, insanlar yaşadığı evin balkonlarına çıxdı, əllərində al-əlvan bayraqlar, saat 19:19-da özgürlük himnini oxudular. Doğrudan da riqqətəgətirən bir mənzərəni seyr etdik. Hətta, klinikalardan birində həmin vaxt xəstə üzərində əməliyyat keçirən uzman doktor və həmşirələr (yəni, tibb bacıları) də deyilən vaxtda himni oxudular. Vətənə, bayrağa, torpağa, himnə sədaqətin gözəl bir nümunəsi!
Azərbaycan dövləti hələ çox gəncdir. Biz öz müstəqilliyimizə ikinci dəfə 1991-ci ildə qovuşmuşuq. Ancaq fəxr elədiyimiz, qürur duyduğumuz bir tarix var: 28 may 1918-ci il. Məhz həmin il Şərqdə ilk dəfə Azərbaycanda Cümhuriyyət yaradılıb.
Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Biz nadir irsin varisiyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”.
Cümhuriyyət tarixini bilmək hər bir azərbaycanlının ümdə vəzifələrindən biridir. Bu tarixi yazan dəyərli insanlarımız heç vaxt unudulmayacaq, çünki onlar müstəqilliyimiz üçün çox böyük fədakarlıqlar göstəriblər. Təkcə bir faktı vurğulamaq istərdim: tarixçi alimlərimizin mülahizələrinə görə onlar 350-dən çox ilkə imza atıblar.

Yurdumun adı yazılıb,
Ölkələr sırasında.
Aylar, günlər arasında
Əziz günüm, ayım mənim,
28 Mayım mənim!

O vaxt müstəqilliyin ömrü az olsa da, zaman xalqımızı 70 ildən sonra bu arzusuna qovuşdurdu. Ancaq biz heç vaxt unutmamalıyıq ki, mayın 28-də Azərbaycanın İstiqlal Bəyannaməsini qəbul edən və Müvəqqəti Hökumətin tərkibində yer alan, yaxud heç yer almayan, fəqət müstəqilliyimiz uğrunda canlarından keçən xalqımızın unudulmaz oğulları çox çətin tarixi şəraitdə böyük və şərəfli bir missiyanı yerinə yetiriblər. Bu missiyanın o illər və hətta bu gün üçün nə qədər böyük əhəmiyyət daşıdığını isə zənnimcə xüsusi vurğulamağa ehtiyac yoxdur.
“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamında oxuyuruq: “1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan Respublika Günü olaraq təntənə ilə qeyd edir”.
Bayramınız mübarək!
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
Nazirlik bəzi şəxslərin 190 manat almaması ilə bağlı suallara aydınlıq gətirdi 15:29Saatlıda su problemi yaşanır - VİDEO 15:25Türkiyədə ən hündür körpünün açılışı olub 15:21Sevgilisini döyən məşhur aktyordan İLK AÇIQLAMA: “Layiqdir” 15:17Ucar sakininin döyülərək öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb 15:14Şəhriyar Məmmədyarov “Qrossmeysterlərin döyüşü” turnirində qələbə qazanıb 15:10Bakıda mobil polis postları qurulub, küçələrdə nəzarət gücləndirilib 15:06XİN: Bölgədə artan gərginliyin məsuliyyəti bilavasitə işğalçı Ermənistanın üzərindədir 15:03Heydər Əliyev Fondu daha bir şəhid ailəsinə dəstək oldu 14:59Tibb müəssisələrinə koronavirusla bağlı erkən müraciətlər artıb 14:46Son ümid yerinin bir ünvanı var: Heydər Əliyev Fondu - Mehriban xanım Əliyeva - deputat Nəsib Məhəməliyev 00:22Azərbaycan “davamlı inkişaf məqsədləri indeksi”nə görə dünyada hər üç ölkədən ikisini qabaqlayıb 20:31Kənddə qətl: əmisini baltaladı 16:02Daha bir icra başçısı tutduğu vəzifədən azad edildi 15:57Konsul barədə həbs qətimkan tədbiri seçildi - YENİLƏNİB 15:5330 min manatdan çox olan əmanətlər üzrə kompensasiyaların ödənilməsinə başlanacaq 15:48Bakıda yeniyetmə bankomatdan 5 547 manat pul çıxardaraq oğurladı 15:44İraqın şimalında 8 PKK terrorçusu məhv edilib 15:39Əlilliyi olan şəxslərin əmək hüquqlarını pozan işəgötürənlər cərimələnəcək 15:35Jalə Əliyeva Meksika Birləşmiş Ştatları Senatının Azərbaycanla dostluq qrupunun rəhbəri Aqustin Qarsiya Rubio ilə onlayn görüş keçirib 13:18Qənirə Paşayeva COVİD-19-la mübarizədə Azərbaycanın yerli və beynəlxalq səviyyədə gördüyü işlərdən danışıb 13:07Saxta spirtli içki hazırlayan şəxslər həbs edildi 08:14Bu rayona istirahətə gələnlər cəzalandırıldı 08:07Prezident Bakıda yarımstansiyasının açılışında iştirak edib 08:01Sonuncu patron, sağkən bayrağa bükülən komandir, qeybə çəkilən əfsanə... – Şəhid əmanəti 07:57Saxta tibbi arayış verən həkimlərlərlə bağlı cinayət işi başlandı 07:50Dopinq qalmaqalı azərbaycanlı atleti London Olimpiadasında bir pillə yüksəltdi 07:41Bu gün 41 şəhər və rayonda qəbul imtahanları keçirilir 07:30Xocalı-Srebrenitsa faciələri daim dərin ehtiramla anılacaqdır 19:06Deputatı İltizam Yusifovun seçiciləri ilə bu dəfəki görüşü onlayn şəkildə baş tutub 19:01Мы всегда будем поминать трагедии в Ходжалы и Сребренице с чувством глубокого почтения 18:56Prezident İlham Əliyev problemləri həll etmək istəyir və açıq bəyan edir ki, heç bir kənar qüvvə Azərbaycana təzyiq edə bilməz 18:52"Yaxşı olar ki, hər birimiz vətəndaş məsuliyyətimizi artıraq" ÖZƏL-MÖVQE 01:01Biz doğru olan Ermənistan–Azərbaycan müharibəsi ifadəsini işlətməliyik 00:57Bu şəxsiyyətlər qurucudir, adlarını silinməmək şərti ilə tarixə yazıblar. 00:49ATƏT-in Minsk Qrupu tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə əməli addımların atılmasının zamanıdır 21:31Dünyanın ən qəddar türməsindən qaçan azərbaycanlı: Bəxtiyarı necə tapmalı? 12:27Elza Seyidcahan efirə bu halda çıxdı - Başına nələr qoymadı 12:22İlham Əliyevlə BMT-nin Baş katibi Antonio Quterreş arasında telefon danışığı olub 12:19İlham Əliyev: “Heç kimin Aprel döyüşləri yadından çıxmasın” 12:16Afina "kəşfiyyatçısı" - Fuad Aslanov 12:08Cəlilabadda COVID-19-a yoluxmuş şəxs ət mağazasında yaxalandı 12:02“Roskosmos”un baş direktoru: “Safronovun gizli məlumatlara çıxışı olmayıb” 11:58Bakıda 8 qadın saxlanılıb - SƏBƏB 11:53Qida Təhlükəsizliyi Agentliyi 95 müəssisədə pozuntu aşkarlayıb 11:47Müdafiə naziri ön xətt bölmələrində olub 11:43Həkim: “Bəhram Bağırzadə aktiv hərəkətlərə cəhd edir” 11:38Kim haqlıdır, şər-böhtan yoxsa, halallıq? 23:21Bakıdakı kəskin iylə bağlı RƏSMİ AÇIQLAMA 16:07Modul tipli xəstəxanaların inşası pandemiya ilə mübarizədə mühüm əhəmiyyət kəsb edir 16:01Silahlı Qüvvələrimizin şərəfinə əbədləşdiriləcək addım 12:45Bu şəxslərin işləməsinə yenidən İCAZƏ VERİLDİ - RƏSMİ 12:34Bakıda gizli işləyən çay evi: müştərilər də cərimələndi 12:29Antalyada "oğru" toplantısı: "Şakro" ilə bağlı nə qərar verildi? 12:21REJİM POZUNTUSU: daha 305 avtomobil postlardan geri qaytarıldı 12:14Prezident: "İstənilən böhranla bacara biləcəyik” 12:09Bakıda bu klinikada 33 həkim koronavirusa yoluxdu 12:03Avropada tarix yazan məşqçilər - SİYAHI 11:57Minnətdarlıq məktubları: Cənab Prezident, hər bir vətəndaşımızı düşünərək qəbul etdiyiniz bütün qərarları dəstəkləyirik 15:01İqtisadiyyat Nazirliyindən hüquqi və fiziki şəxslərə MÜRACİƏT 14:57