20 may 19:21siyaset

Milli Məclisin deputatı Sahibə Qafarova videokonfrans formatında seçicilərin qəbulunu keçirib

Milli Məclisin deputatı Sahibə Qafarova videokonfrans formatında seçicilərin qəbulunu keçirib
Bu gün 98 saylı Şəmkir Şəhər Seçki Dairəsindən millət vəkili, Milli Məclisin sədri Sahibə Qafarova videokonfrans formatında seçicilərin qəbulunu keçirib. Videoqəbulda millət vəkili secicilərin orta məktəb binalarının və uşaq evi-bağçaların təmiri, sakinlərin içməli su ilə təminatı, elektrik enerjisi ilə təminatın yaxşılaşdırılması, Atabəy kəndinin qazlaşdırılması, bəzi kəndlərdə aralıq su kanallarının təmiri və betonlaşdırılması, gənclərlə bağlı layihələrin reallaşdırılması və digər məsələlərlə əlaqədar müraciətlərini dinləyib. Qeyd olunub ki, millət vəkili S.Qafarova seçicilər tərəfindən qaldırılan bəzi məsələlərin həlli ilə beşinci çağırış Milli Məclisin üzvü kimi məşğul olub, bunlarla bağlı müvafiq dövlət qurumlarına müraciət ünvanlanıb. Hazırda isə həmin məsələlər müvafiq Dövlət Proqramında öz əksini tapıb.
Sahibə Qafarova qeyd edib ki, seçiciləri narahat edən bu kimi məsələlərin həlli, vətəndaşların layiqli həyat şəraitinin təmin olunması Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin başlıca prioritetlərindəndir. O, son illərdə ölkəmizdə çox mühüm əhəmiyyət kəsb edən infrastruktur layihələrinin reallaşdırıldığını, Şəmkir rayonunda da bu istiqamətdə bir sıra tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb. Millət vəkili təhsil infrastrukturunun yaxşılaşdırılmasının ölkəmizdə sosial siyasətin başlıca hədəflərindən biri olması, bununla bağlı dövlət proqramlarının icra edilməsi, xüsusilə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələrin əhəmiyyəti barədə də məlumat verib.
Sahibə Qafarova həmçinin ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində görülən tədbirlər haqqında da məlumat verərək bildirib ki, ölkəmizdə bu məqsədlə möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı tədbirlər həyata keçirilib və bu tədbirlərin nəticəsidir ki, hazırda virusun yayılması ilə bağlı vəziyyət nəzarət altına alınıb. Ona görə də ölkəmizdə koronavirusla əlaqədar karantin rejimi çərçivəsində tətbiq olunan bir sıra məhdudiyyətlər sanitar-epidemioloji vəziyyətə uyğun olaraq yumşaldılır, karantin rejimindən mərhələli çıxış mexanizmləri tətbiq edilir. Bununla belə, təhlükə hələ tam sovuşmayıb və gündəlik yoluxma halları qeydə alınmaqdadır. Bunu nəzərə alaraq S.Qafarova hər kəsin Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyyələrinə əməl etməyinin vacibliyini vurğulayıb. O, seçiciləri mövcud vəziyyətlə əlaqədar zəruri sosial davranış, şəxsi gigiyena və tibbi – profilaktik qaydalara əməl etməyə, sosial məsafəyə riayət etməyə, zərurət olmadığı halda evdən çıxmamağa, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmağa çağırıb.
Millət vəkili deyib ki, koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən məhdudiyyətlər seçki dairələrində fəaliyyətə də müəyyən dərəcədə təsir göstərib. İndi seçicilərlə təmaslar məsafədən həyata keçirilir. Bununla bağlı müxtəlif formalar tətbiq edilir, o cümlədən onlayn rejimdə görüşlər keçirilir. Bu gün keçirilən videoqəbul da bu məqsədlə təşkil olunub. Sahibə Qafarova qarşıdakı dövrlərdə də seçicilərlə videokonfrans vasitəsilə görüşlərin davam etdiriləcəyini bildirib.
Qeyd edək ki, görüşdə Şəmkir Rayon İcra Hakimiyyətinin nümayəndələri də iştirak edib. Seçici müraciətlərində əksini tapan bəzi məsələlər yerli xarakterli olduğundan baxılması üçün İcra Hakimiyyəti nümayəndələrinə yönləndirilib. Digər bir qism müraciətlərin araşdırılması üçün aidiyyatı orqanlara sorğular göndərilib. /atributinfo.az/
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
9 işəgötürən barədə hüquq-mühafizə orqanları araşdırma aparır 11:18ÜST-dən CİDDİ XƏBƏRDARLIQ: indi bu dərmanlardan istifadə etsəniz, gələcəkdə... 11:13Bu ay 10 gün iş OLMAYACAQ 11:10Tükürpədən HADİSƏ: Ata üç yaşlı uşağını 90 dəqiqə paltaryuyanda saxladı 11:05Azərbaycanın 34 rayonunda ÇƏYİRTKƏ TƏHLÜKƏSİ 11:01Koronavirusla mübarizədə medianın rolu və yeni çağırışlar 10:56Роль СМИ в борьбе с коронавирусом и новые вызовы 10:52İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNDƏ 10:48Iqbal Nehmet por 10:46Gənc nəslin formalaşmasında fiziki tərbiyənin əhəmiyyəti! 22:18Milli Qurtuluş Günü ilə bağlı yazı müsabiqəsi 22:14Milli Məclisin sabah keçiriləcək növbədənkənar iclasının gündəliyinə təklif olunan M Ə S Ə L Ə L Ə R 22:11Gəncədə gizli fəaliyyət göstərən tədris mərkəzi aşkarlandı 16:13Azərbaycanda futbol mövsümünün başa çatacağı vaxt bilindi 16:06Rusiyada 400-dən çox jurnalist koronavirusa yoluxub 16:03Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirildi 15:59Azərbaycanda YENİLİK - Bu şəxslərə COVID-19-a görə 525 dollar veriləcək 14:58Bakıda ŞOK HADİSƏ - İş yerinə girib öldürdülər, seyfdən külli miqdarda pul götürdülər 14:56Deputatlardan sosial şəbəkələrlə bağlı TƏKLİFLƏR 14:52Azərbaycan HHQ-nin aviasiyası döyüş atışlı taktiki-uçuş təlimləri keçirib 14:49Bu qadınla sevgili olana 134 000 manat veriləcək - BİR ŞƏRTİ VAR 14:46Sabahın HAVA PROQNOZU açıqlandı 14:41MİLLİ MƏCLİSİN NÖVBƏDƏNKƏNAR SESSİYASININ İLK İCLASI KEÇİRİLDİ 14:37Düşmən torpaqlarımızdan çıxmaqdan savayı seçimin olmadığını anlamalıdır 23:57MİLLİ MƏCLİSİN YAZ SESSİYASI BAŞA ÇATDI 23:52Azərbaycanda uşaq probləmləri daima diqqət mərkəzindədir 16:29Rayon taksiləri icazə üçün bu qədər rüsum ödəməlidir - RƏSMİ 13:33“Nə yaxşı ki, varsınız...” – Tələbə qızdan Prezidentə məktub 13:29Azərbaycanda bələdiyyə sədrinə cinayət işi açıldı 13:24Uçuşlar bərpa olunur: yoluxmanın qarşısı necə alınacaq? – AÇIQLAMA 13:20AFFA-nın vitse-prezidenti: “Premyer Liqa bərpa olunmalıdır” 13:1729 il əvvəl törədilmiş dəhşətli cinayətin üstü açılıb 13:13Yalnız bu taksi sürücüləri şəhərlərarası sərnişin daşıya biləcəklər 12:50Milli Məclisin sədri deputatlara irad bildirib 12:46Litvada NATO hərbçiləri üçün dəmir yolu xətti istifadəyə verilib 12:41“190 manat iyunda da verilsin” - TƏKLİF 12:37Beyləqanda kişi keçmiş arvadına kəsici alətlə hücum etdi 12:31İcra başçısı şəhərdə su və kanalizasiya sisteminin çəkilişi aparılan küçələrdə görülən işlərlə tanış olub 12:25Sabir böyük sənətkardır, dahidir 12:19Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il mayın 31-də keçiriləcək iclasının gündəliyinə təklif olunan M Ə S Ə L Ə L Ə R 14:47Xalqımızın dəyərli ziyalı oğlu Adil Əliyevi təbrik edirik! 13:26Film qəhrəmanı, Bakının əfsanəvi müdafiəçisi, Bayılda gecəyarısı güllələnmə... - TARİX 11:37Azərbaycandan Gürcüstana gedən yük maşını sürücüləri koronavirus testindən keçəcəklər 11:31Azərbaycan neftinin qiyməti 37 dolları ötüb 11:28Azərbaycan bu il 435 ton ətir idxal edib 11:18İbrahim Məmmədov: İndiki mərhələdə ibadət yerlərinin açılması məsələsi yoxdur 11:13Vətəndaşlar dövlət başçısına yazırlar: Siz bütün cəbhələrdə qalibsiniz 11:07Mənzillə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı 7700-ə çatıb 11:02Rusiya ilə ABŞ arasında təyyarə gərginliyi 10:54Sumqayıtda iki yük maşını toqquşub, ölənlər var 10:51Tomas Müller - 250: Almaniya çempionatında yeni rekorda doğru 10:45Millət vəkili məmurlarımızın tənbəlliyindən gileyləndi... (müsahibə) 21:48Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb 19:22Maskalardan istifadə edilməməsinə görə cərimələrlə bağlı layihə Milli Məclisdədir 19:18Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şəntop Azərbaycan Respublikası Milli Məclisin Sədri Sahibə Qafarovaya telefonla zəng edib 19:15İranda atışma olub, ölənlər var 11:03Daha üç rayonda peşə tədrisi mərkəzi açılacaq 11:01Paytaxt Bakıda nə qədər insan yaşayır 10:57Toy etmək istəyənlərə - MÜHÜM XƏBƏR 10:53Beynəlxalq “İpək yolu kuboku” turnirinin qalibi məlum olub 10:49