20 may 19:12siyaset

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclası keçirilib

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclası keçirilib Mayın 20-dəBeynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında 7 məsələyə baxıldı.
Milli Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən atributinfo.az-a verilən xəbərə görə gündəlik barədə məlumat verən komitənin sədri Səməd Seyidov öncə VI çağırış Milli Məclisdə xanım Spiker Sahibə Qafarovanın rəhbərliyi ilə parlamentin beynəlxalq əlaqələrinin inkişafı sahəsində böyük islahatlar aparıldığını vurğuladı, görülən işlərdən və qarşıda duran vəzifələrdən danışdı, parlamentlərarası əlaqələrüzrə işçi qruplarının fəaliyyətə başladığını bildirdi. Səməd Seyidov qarşıdan gələn Ramazan bayramı və Respublika günü ilə əlaqədar deputatlara təbriklərini çatdırdı.
Sonra iclasa dəvət olunmuş Milli Məclis Aparatının Beynəlxalq münasibətlər şöbəsinin müdiri İlkin Məmmədov çıxış etdi. Bildirdi ki, yeni tərkibdə fəaliyyətə başlamış Milli Məclisdən həm cəmiyyətin, həm də ölkə rəhbərinin gözləntiləri çox böyükdür. Bu gözləntilər arasında parlamentin beynəlxalq fəaliyyəti ilə əlaqədar məqamlar da var və bu, mühüm əhəmiyyət kəsb edir. Azərbaycan PrezidentiVI çağırış Milli Məclisin ilk iclasında parlamentarlardan beynəlxalq arenada çox fəal olmalarını istəmişdir. Bu baxımdan bütün deputatların, xüsusilə də Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi üzvlərinin, eləcə də Beynəlxalq münasibətlər şöbəsinin üzərinə böyük məsuliyyət düşür.
Çıxışında parlament diplomatiyasının əhəmiyyətini xüsusi vurğulayan İlkin Məmmədov qeyd etdi ki, parlament diplomatiyamızın cənab Prezidentin qarşıya qoyduğu hədəflər istiqamətində daha fəal və təsirli formada qurulması işində millət vəkillərimizlə bərabər fəaliyyət göstərməyə tam hazırıq.
Sonra Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsininsədri Səməd Seyidov gündəlikdəki qanun layihələrini şərh etdi. Öncə bu il fevralın 25-də Azərbaycan və Türkiyə hökumətləri arasında Bakıda imzalanmış Sazişlər və Əlavə Protokol barədə məlumat verdi. Bildirdi ki, bu sənədlər Azərbaycan-Türkiyə əlaqələrinin yeni mərhələyə yüksəlməsi üçün çox vacibdir. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”ölkəmizin iqtisadi maraqlarına uyğundur.
Qeyd olundu ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında” Sazişvacib və əhəmiyyətli məsələləri əhatə edir. Belə ki, bu sənəd ölkələrimiz arasında dostluq və əməkdaşlığı möhkəmləndirməklə yanaşı, Azərbaycan və Türkiyə vətəndaşlarının səfərlərini də asanlaşdıracaq. Saziş hər iki tərəfin etibarlı pasport sahiblərinə şamil ediləcək. Yəni tərəflərin vətəndaşlarına məxsus pasportların ölkəyə giriş tarixindən etibarən ən azı 6 ay etibarlılıq müddəti olmalıdır və qonşu ölkədə vizasız maksimum qalma müddəti 90 gün nəzərdə tutulur.
Komitə üzvlərinə məlumat verildi ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında” Sazişin məramı uzun illər mövcud olan dostluq əlaqələri çərçivəsində hərbi əməkdaşlığı daha da möhkəmləndirməkdir.
Nəzərə çatdırıldı ki, 2013-cü ilin 13 noyabrında Ankarada imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında təhlükəsizlik üzrə əməkdaşlıq haqqında Saziş”də 2020-ci ilin 25 fevralında zəruri dəyişikliklər edilib. Müasir çağırışlardan irəli gələn həmin dəyişikliklərə dair Bakıda imzalanmış Əlavə Protokoldakı müddəalar mühüm əhəmiyyətə malikdir.
Sonra Səməd SeyidovAzərbaycan və Türkmənistan hökumətləri arasında bu il martın 11-də Bakıda imzalanmışsənədlər barədə məlumat verdi. Bildirdi ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyinin və Türkmənistanın Azərbaycan Respublikasındakı Səfirliyinin yerləşməsi üçün qarşılıqlı olaraq torpaq sahələrinin ayrılması haqqında” Saziş ölkələrimiz arasındakı ənənəvi dostluq münasibətlərini daha da inkişaf etdirmək, qarşılıqlı olaraq diplomatik nümayəndəliklərin fəaliyyəti üçün əlverişli şərait yaratmaq məramına xidmət edir.
Deputatların diqqətinə çatdırıldı ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında 2008-ci il 19 may tarixli Sazişə dəyişikliklər və əlavələr edilməsi barədə” Protokolda ehtiva olunan əlavə və dəyişikliklər ölkələrimiz arasında avtomobil əlaqəsinin asanlaşdırılmasına, həmçinin bu iki dövlətin ərazisindən üçüncü ölkələrə tranzit üçün əlverilşli şəraiti təmin etməyəyönəldilib.
Sənədlər barədə məlumatdinlənildikdən sonra iclasda fikir mübadiləsi aparıldı. Müzakirələrdə Sabir Rüstəmxanlı, Ramil Həsən, Elman Nəsirovrəy və təkliflərini bildirdilər. Vurğulandı ki, komitəyə təqdim olunmuş bütün sənədlər Azərbaycanın milli maraqlarına uyğundur.
Komitədə baxılan Azərbaycanla Türkiyə və Azərbaycanla Türkmənistan arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə dair Sazişlərin və Protokolların təsdiq edilməsi barədə qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olundu.
Sonra iclasda cari məsələlərə baxıldı. Məzahir Əfəndiyev, Elman Nəsirov, Asim Mollazadə, Cavanşir Feyziyev, Ramil Həsən beynəlxalq təşkilatlarla münasibətlərindaha səmərəli qurulması, xaricdə yaşayan azərbaycanlılarla sıx əlaqələrin yaradılması, parlament və hökumət arasında əməkdaşlığın vacibliyi, Azərbaycan XİN və Diaspor Komitəsi ilə birgə iş aparılması zərurətini və s. önə çəkdilər. Yekunda komitə sədri səslənən fikirlərə münasibətini bildirdi.

(Məlumat yenilənib)


Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
Nazirlik növbəti 190 manat yardım söhbətinə aydınlıq gətirdi 12:27ABŞ-da 200-dən artıq neft şirkəti müflis oldu: 70 min insan işsiz qaldı 12:23Tələbələrə ŞAD XƏBƏR! - İmtahanlarda bu güzəştlər ediləcək 12:21Karantin cərimələri tutulmağa başladı - Maaş, pensiya, əmlaka həbs... 12:16Estoniya prezidenti İlham Əliyevi təbrik etdi 12:12Adil Əliyev: Ermənistanın heç bir mənəvi haqqı yoxdur 12:08Çimərliklərdən İSTİFADƏ ŞƏRTLƏRİ açıqlandı: ailənizlə getsəniz... 12:04Siyasi rəqibi Trampı axmaq adlandırdı 11:56Ata dilənmək istəməyən oğlunu bıçaqladı - Rəsmi açıqlama 11:52“Sevilya” türkiyəli ulduza 12 milyon avro ödəməyi planlaşdırır 11:49Milli Məclis deputatların maaşı ilə bağlı məlumatlara münasibət bildirib - MƏBLƏĞLƏR 18:48Bakı-Şamaxı yolunda ağır qəzada ÖLƏNLƏRİN ADLARI - RƏSMİ 14:53Mənşəyi məlum olmayan 70 kilo ət aşkar edildi 14:51ÜST-dən Azərbaycanla bağlı CİDDİ XƏBƏRDARLIQ 14:48"Bu baxımdan Şamaxı birinci şəhərdir" - Prezident 14:44"Söyüş söyənlərin başında Əli Kərimli dayanır" - Adil Əliyev 14:39Türküyə körpüləri Azərbaycan bayrağına bürüyəcək 11:47Restoran və kafelər açılır: Sahibləri narazılıq edir 11:43Bu şəxslərə hər ay 800 manat ödəniləcək - QƏRAR 11:40Azərbaycanda havanın temperaturu iqlim normasından aşağı düşdü 11:37Qadından qonaq getdiyi evdə BİABIRÇI HƏRƏKƏT 11:33Azərbaycanda dəhşətli qəza: Beş nəfər öldü, yaralılar var 11:30"Belə getsə, pandemiya daha da artacaq!" — Professordan XƏBƏRDARLIQ 11:26Ekoloji problemlərin həlli sahəsində keçirilən tədbirlər bu sahənin ölkəmizdə prioritet məsələlər sırasına qaldırılmasının parlaq nümunəsidir. 11:22Allahın mübarək günündə dünyaya xoş gəlmisən! 20:22Milli Məclisdə insan alverinə qarşı mübarizəylə bağlı illik hesabat qəbul edildi 17:07Ruhu azad olan bir millət 17:00Azadlıq təşnəsi 16:55Sahibkarlara dövlət qayğısı 16:52Onlar tarixi xidmətlər göstəriblər 16:49Cümhuriyyət qurucularının layiqli varisləri 16:47Abşeronda it dişləyən kişi ölüb 12:58Hollivud ulduzları sosial şəbəkədən 1 günlük imtina edəcəklər 12:55Hulusi Akar: “İraqın və Suriyanın şimalında 1458 terrorçu zərərsizləşdirilib” 12:52Bakıda karantin qaydalarını pozan restoran aşkarlanıb 12:50Türkiyədə Azərbaycan kapitalı ilə qeydiyyata alınan şirkətlərin sayı azalıb 12:47Azərbaycan və Türkiyə Prezidentləri arasında telefon danışığı olub 12:43Şəkidə 1 tondan artıq narkotik tərkibli bitki məhv edilib 12:40Daha bir çempionat təxirə salınıb 12:38"Qapalı yerlərdə maskadan istifadə etməyənlər cərimələnməlidir" 12:34Təlimlərdə Azərbaycan Ordusu döyüş təcrübəsini artırıb 12:31Arzu edirəm ki, Azərbaycanın müstəqil dövlətçiliyi daimi olsun 23:19Prezident İlham Əliyev Azərbaycan xalqını təbrik edib 12:17Uca Allahdan arzu edirəm ki, növbəti Ramazan ayını işğal olunmuş torpaqlarımızda keçirək 12:17Uca Tanrı hər kəsin ibadətini, istəyini və dualarını qəbul etsin! 12:15Adil Əliyev seçicilərin növbəti qəbulunu keçirib 15:08Koronavirusa yoluxan Kadırovun vəziyyəti ağırlaşdı 12:57Kamran Əliyevdən sürücülərlə bağlı MÜHÜM AÇIQLAMA 12:53“Maaş kart”ları ilə bağlı yoxlamalar başladı – RƏSMİ 12:51BP ən çox neft ehtiyatı olan ölkələri açıqladı – SİYAHI 12:48Azərbaycanda vəzifəli şəxs rüşvət alarkən tutuldu 12:46ABŞ Rusiya və Çinə nüvə sınaqları ilə cavab verə bilər 12:38“Emmi” qazanan Haluk Bilginer İngilis serialında baş rolu canlandıracaq 12:35Bakıda quldurlar taksi sürücüsünə hücum etdi 12:31Tarix də açıqlandı: İyunun 3-də… 12:28Vladimir Putin Azərbaycan Prezidentinə təbrik ünvanlayıb 15:16“Zaqatalanın bu kəndlərində qadınları sünnət edirlər” - İddia 15:13"Ölmək istəmirəm" - Könül Xasıyeva 15:07Azərbaycanda bu şəxslərin maaşları artdı - SİYAHI 14:32“Fermer Kartı”ndan istifadə edənlərin diqqətinə - Xəbərdarlıq edildi 14:24