19 may 21:38siyaset

MİLLİ MƏCLİSİN İCLASINDA

MİLLİ MƏCLİSİN İCLASINDA
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən atributinfo.az-a verilən məlumata görə mayın 19-da Milli Məclisin yaz sessiyasında növbəti iclası keçirildi.
Milli Məclisin Sədri Sahibə Qafarova iclasa başlamazdan əvvəl mayın 15-də bu iclas zalında Milli Məclis Aparatının rəhbəri və digər məsul şəxslərlə birlikdə Bakı, Sumqayıt və Abşeronun seçki dairələrindən seçilmiş deputatların köməkçiləri ilə keçirdiyi görüşdəndanışdı.Bildirdi ki, karantin rejimi olduğuna görə bölgələrdən deputat köməkçilərinin Bakıya dəvət edilməsi uyğun sayılmadı. Biz onlarla videokonfrans formatında görüş keçirməyi nəzərdə tuturuq.
Sədr diqqətə çatdırdı ki, haqqında bəhs etdiyi görüşdə yeni təyin edilmiş köməkçilərin fəaliyyət istiqamətləri və vəzifələri barəsində geniş fikir mübadiləsi aparıldı.Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev altıncı çağırış Milli Məclisin birinci iclasında söylədiyi proqram xarakterli nitqində parlamentin fəaliyyətinin yol xəritəsini müəyyən etmişdir.Dövlət başçısı öz tövsiyələri ilə biz deputatların qarşısında yeni vəzifələr irəli sürmüşdür.
Ən mühüm vəzifələrdən biri budur ki, deputatlar seçildikləri dairələrdə fəal iş aparmalı, seçicilərlə daim təmasda olmalıdırlar. İnsanları narahat edən məsələlərin aşkara çıxarılması və dövlət orqanları qarşısında qaldırılması deputatlıq fəaliyyətinin ən vacib istiqamətlərindən birini təşkil etməlidir.
Deputatın vəzifə və səlahiyyətlərinin dolğun şəkildə həyata keçirilməsində deputat köməkçilərinin üzərinə böyük məsuliyyət düşür.Yəqin mənimlə razılaşarsınız ki, biz köməkçilərimizdən yüksək bilik və bacarıqla yanaşı, təşəbbüskarlıq və fəallıq da gözləyirik.
Sədr bildirdi ki, deputat köməkçiləri ilə bu cür görüşlər ümumi işin xeyrinədir və bunları davam etdirmək lazımdır.
İclasda çıxış edən Milli Məclis Sədrinin müavini Fəzail İbrahimli, komitə sədrləri Siyavuş Novruzov, Musa Quliyev, Zahid Oruc, Qənirə Paşayeva, deputatlardan Fazil Mustafa, Elman Nəsirov, Azay Quliyev, Tural Gəncəliyev, Naqif Həmzəyev cari məsələlər barədə fikirlərini bildirdilər, qeyd və təkliflərini verdilər.
Gündəlik təsdiqləndikdən sonra gündəliyin birinci məsələsinin müzakirəsinə başlandı.
Sədr bildirdi ki, qanunvericiliyə uyğun olaraq, bugünkü iclasda İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinləniləcək. İllik məlumatı parlamentə Azərbaycan Respublikası daxili işlər nazirinin birinci müavini Seyfulla Əzimov təqdim edəcək.
İclasda çıxış edən Seyfulla Əzimov ölkəmizdə insan alveri cinayətlərinə qarşı mübarizənin səmərəli aparılması üçün görülmüş tədbirlərdən danışdı.Bildirdi ki, insan alverinə qarşı mübarizə üçün lazımi qanunvericilik bazası yaradılıb, hökumət tərəfindən bir sıra mühüm qərarlar qəbul edilib.Qeyd olundu ki, bu cinayətlərdən zərər çəkmiş şəxslərə ödənilən müavinətin məbləği 400 manatdan 700 manatadək artırılıb.
Ötən il ərzində insan alverinə qarşı mübarizə sahəsində geniş maarifləndirmə işi aparılıb. Maarifləndirmə işlərində vətəndaş cəmiyyəti institutları və Kütləvi İnformasiya Vasitələri yaxından iştirak etmişlər.Respublikanın 55 şəhər və rayonunda, orta ixtisas və ali təhsil müəssisələrində insan alverinə və məcburi əməyə qarşı mübarizəyə dair seminarlar keçirilib. Bununla bağlı Bakı şəhərində geniş ictimaiyyət üçün nəzərdə tutulmuş təşviqat xarakterli videolar, təbliğat materialları paylanılıb, televiziya və radioda, videoportallarda verilişlər yayımlanıb.
Diqqətə çatdırıldı ki, insan alveri ilə mübarizə sahəsində ötən müddət ərzində xarici tərəfdaşlar və təşkilatlarla qarşılıqlı əlaqələrin gücləndirilməsi diqqət mərkəzində saxlanılmışdır.
Məlumat verildi ki, məcburi əməyin qarşısının alınması, bu əməllərə şərait yaradan halların aradan qaldırılması istiqamətində də lazımi tədbirlər həyata keçirilmişdir.Aparılan monitorinqlər nəticəsində 120 tikinti obyektində 351 nəfərin əmək və ya xidməti müqaviləsi olmadan çalışdığı aşkar edilib.Bununla bağlı ümumilikdə 454.000 manat inzibati cərimə tətbiq edilib. Vurğulandı ki, Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə aparılan sosial islahatlar nəticəsində 2018-ci illə müqayisədə ötən il ölkə üzrə bağlanılan əmək müqavilələrinin sayında 153 min artım qeydə alınıb. Uşaq əməyinin istismarının qarşısının alınması sahəsində görülən tədbirlər çərçivəsində övladlarının təlim-tərbiyəsi ilə bağlı vəzifələri yerinə yetirməyən 180 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb.
Nəzərə çatdırıldı ki, 2019-cu ildə insan alveri cinayətlərinin aşkarlanması və təqsirkar şəxslərin məhkəmə məsuliyyətinə verilməsi sahəsində məqsədyönlü iş aparılıb. Həyata keçirilən tədbirlər nəticəsində 186 insan alveri, o cümlədən 4 məcburi əmək, habelə insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə əlaqədar 36 cinayət qeydə alınıb, 10 nəfərdən ibarət 4 cinayətkar qrup zərərsizləşdirilib. Müəyyən edilmiş 91 insan alveri qurbanından 89-u Azərbaycan vətəndaşı, 2-si əcnəbi olmuşdur.Zərərçəkənlərə tibbi, psixoloji, hüquqi yardımlar göstərilib.
Sonra Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc məsələyəmünasibət bildirdi.Komitə sədri diqqətə çatdırdı ki, məsələ Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə iclasında ətraflı müzakirə olunub.Qeyd etdi ki, Azərbaycanda insan alverinə qarşı hüquqi bazanın yaradılması çərçivəsində sistemli mübarizə tədbirləri 2003-cü ildə BMT-nin Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı Konvensiyasının, onu tamamlayan İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında, həmçinin Sərhədlərin qanunsuz keçilməsinə dair protokolların təsdiqindən sonra daha da sürətlənib. Belə ki, 2005-ci ildə insan alverinə qarşı mübarizə ilə bağlı qanun qəbul olunub və burada Milli Fəaliyyət Planı yer alıb, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə üzrə Baş İdarəsi yaradılıb, Azərbaycanda İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator vəzifəsi təsis olunub.
Qeyd edildi ki, insan alverinə qarşı mübarizə ilə bağlı qanunun müvafiq maddəsinə görə, məcburi əmək, cinsi istismar, köləlik, insan orqanlarının və toxumalarının qanunsuz çıxarılması, qanunsuz, o cümlədən cinayətkar fəaliyyətə cəlb etmə, habelə insanların digər formada istismar edilməsi insan alverinin müxtəlif formalarını təşkil edir.
Komitə sədri BMT-nin Ümumdünya İnsan Alveri Hesabatının 142 ölkəni əhatə etdiyini bildirərək, Azərbaycanda 2019-2023-cü illər üzrə növbəti Fəaliyyət Planının hazırlandığını diqqətə çatdırdı, hesabatla bağlı bir sıra təkliflərini səsləndirdi.
Müzakirələr zamanı çıxış edən Milli Məclis Sədrinin müavini Adil Əliyev, komitə sədrləri Siyavuş Novruzov, Qənirə Paşayeva, deputatlardan Qüdrət Həsənquliyev, Aydın Mirzəzadə, Tahir Rzayev, Cavid Osmanov, Məlahət İbrahimqızı, Fazil Mustafa, Məşhur Məmmədov, İsa Həbibbəyli, Fəzail Ağamalı, Səttar Möhbalıyev məsələ barədə fikirlərini bildirdilər, qeyd və təkliflərini verdilər.
Müzakirələrin sonunda daxili işlər nazirinin birinci müavini Seyfulla Əzimov deputatlarınqaldırdıqları məsələlərə aydınlıq gətirdi.
Sonra İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı səsə qoyularaq nəzərə alındı.
MİLLİ MƏCLİSİN İCLASINDA

* * *

Fasilədən sonra gündəlikdəki məsələlərin müzakirəsi davam etdirildi.Milli Məclisin Sədri Sahibə Qafarova bildirdi ki, gündəliyin 2-ci məsələsindən 7-ci məsələsinədək olan qanun layihələri üçüncü oxunuşdadır.
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (üçüncü oxunuş) Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi. Bildirdi ki, dəyişikliyin mahiyyəti məhkəmə qərarı ilə hüquqi şəxslərin ləğvi və yenidən yaradılması ilə bağlı məlumatların dövlət reyestrində yerləşdirilməsindən ibarətdir.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edildi.
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) və "Turizm haqqında" Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihələri haqqında məlumat verən Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, hər iki qanuna təklif olunan dəyişiklik birdəfəlik və çoxdəfəlik elektron vizaların verilmə müddətinin qısaldılmasını özündə ehtiva edir.
Hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda təsdiqləndi.
Sonra Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov "İstehsalat və məişət tullantıları haqqında", "Heyvanlar aləmi haqqında", "Ekoloji təhlükəsizlik haqqında", "Bələdiyyələrin su təsərrüfatı haqqında" və "Ətraf mühitə dair informasiya almaq haqqında" qanunlarda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) məsələni müzakirəyə təqdim etdi. Bildirdi ki, bu dəyişiklik “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Qanuna uyğunlaşdırma məqsədilə hazırlanıb.
Layihə üçüncü oxunuşda qəbul edildi.
Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Qiymətləndirmə fəaliyyəti haqqında" və "İcra məmurları haqqında" qanunlarda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) məsələni təqdim edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə bildirdi ki, dəyişiklik 28 dekabr 2018-ci ildə qəbul edilmiş “İcra haqqında” qanuna uyğunlaşdırma məqsədi daşıyır.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda təsdiq edildi.
"Təhsil haqqında" və "Dövlət rüsumu haqqında" qanunlarda dəyişiklik edilməsi barədə(üçüncü oxunuş) Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev məlumat verdi. Bildirdi ki, bu dəyişiklik Prezident İlham Əliyevin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli fərmanına uyğun olaraq hazırlanmışdır. Həmin fərmana əsasən Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan Təhsildə Keyfiyyət Təminatı Agentliyi yaradılmış və onun nizamnaməsi təsdiq edilmişdir.“Təhsil haqqında” Qanuna təklif olunan dəyişikliklər də bununla bağlıdır. “Dövlət rüsumu haqqında” Qanuna təklif olunan dəyişikliklər isə “Təhsil haqqında” qanuna təklif olunan dəyişikliklərə uyğunlaşdırma xarakteri daşıyır.
Layihə səsə qoyularaq üçüncü oxunuşda təsdiqləndi.
“Əmanətlərin sığortalanması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verdi.
Bildirdi ki, qanun layihəsi “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 4 may 2018-ci il tarixli qanuna əsasən hazırlanmışdır və terminlərin dəqiqləşdirilməsi məqsədi daşıyır. Qeyd olunan qanunla yeni bir termin - “maliyyə hesabatları” termini təsbit edilmiş və onun anlayışı verilmişdir.
Layihə səsə qoyularaq qəbul edildi.
Sonra Milli Məclisin Sədri Sahibə Qafarova bildirdi ki, 9-cu məsələdən 18-ci məsələyədək olan 10 qanun layihəsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna uyğunlaşdırma xarakteri daşıyır.10-cu məsələ isə Konstitusiya Qanunu olduğuna görə qəbul edildikdən 6 ay sonra ikinci dəfə səsverməyə çıxarılacaqdır.
Sonra gündəliyin 9-cu məsələsi olan“Əlillərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 1992-ci il 25 avqust tarixli 285 nömrəli Qərarının ləğv edilməsi barədə məsələ səsə qoyularaq qəbul edildi.
“Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya Qanunu barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verdi. Bildirdi ki, bu dəyişiklik də “Əlilliyi olan şəxslərin hüquqları haqqında” 2018-ci il 31 may tarixli qanunun icrası ilə əlaqədar hazırlanıb və uyğunlaşdırma xarakteri daşıyır.
Diqqətə çatdırıldı ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun ölkəmizin qoşulduğu beynəlxalq sənədlərin tələblərinə cavab verməklə, bu sahədə mütərəqqi dünya təcrübəsinə uyğun qanunvericiliyin formalaşdırılmasına xidmət edir. Həmin qanunla bu sahədə mövcud olan bir sıra terminlər dəqiqləşdirilib, o cümlədən “əlil” ifadəsi əvəzinə “əlilliyi olan şəxs”, “əlillik qrupu” ifadəsi əvəzinə “əlillik dərəcəsi”, “qüsur” sözü əvəzinə “pozuntu” sözündən istifadə edilib. Bu da əlillik əlamətinə görə ayrıseçkiliyin bütün formalarının aradan qaldırılmasına, onların şərəf və ləyaqətinin müdafiəsinə yönəlib.
Konstitusiya Qanunu səsə qoyularaq birinci səsvermədə təsdiq edildi.
Sonra Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev gündəliyin növbəti 7 məsələsi barədə məlumat verdi. Bildirdi ki, bu qanunlara ediləcək dəyişikliklər, az əvvəl deyildiyi kimi, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna uyğunlaşdırma xarakteri daşıyır.
Diqqətə çatdırıldı ki, bu dəyişikliklər 85 normativ-hüquqi aktı əhatə edəcəkdir.
Sonra aşağıdakı 7 qanun layihəsi ayrı-ayrılıqdasəsə qoyularaq qəbul edildi:
“Hərbi qulluqçuların statusu haqqında”, “Dini etiqad azadlığı haqqında”, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Daxili qoşunların statusu haqqında”, “Veteranlar haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Torpaq islahatı haqqında”, “Sosial sığorta haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında” və “Xidməti və mülki silah haqqında” qanunlarda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasinin Qanunu;
“Uşaq hüquqları haqqında”, “Yol hərəkəti haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında”, “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında”, “Torpaq bazarı haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Kiçik sahibkarlığa dövlət köməyi haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanunlarda və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasinin Qanunu;
“Polis haqqında”, “Avtomobil yolları haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Dövlət qulluğu haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Psixiatriya yardımı haqqında”, “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Dövlət rüsumu haqqında”, “İcra haqqında”, “Gənclər siyasəti haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” və “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasinin Qanunu;
“Yaşayış minimumu haqqında”, “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında”, “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, “İnzibati icraat haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Əmək pensiyaları haqqında”, “Sosial müavinətlər haqqında” qanunlarda və Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasinin Qanunu;
“Onkoloji yardım haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Atçılıq haqqında”, “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Könüllü fəaliyyət haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Təhsil haqqında” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunlarda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasinin Qanunu;
“İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında”, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında”, “İcbari sığortalar haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Sosial xidmət haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Mədəniyyət haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Məşğulluq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasinin Qanunu;
Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Torpaq Məcəlləsində, Mülki Məcəlləsində, Mülki Prosessual Məcəlləsində, Ailə Məcəlləsində, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, Seçki Məcəlləsində, Mənzil Məcəlləsində, Gömrük Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində və Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasinin Qanunu;
İclasda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanun (birinci oxunuş) layihəsi də Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərovun məlumatından sonra səsə qoyularaq təsdiqləndi.
Bildirildi ki, bu qanun layihəsi də “Əlilliyi olan şəxslərin hüquqları haqqında” 2018-ci il 31 may tarixli qanunun icrası ilə əlaqədar hazırlanıb və uyğunlaşdırma xarakteri daşıyır.
Bu məsələlərin müzakirəsi zamanı Milli Məclisin komitə sədrləri Ziyafət Əsgərov, Hicran Hüseynova, deputatlardan Rauf Əliyev, Sahib Alıyev çıxış edərək fikirlərini bildirdilər.
MİLLİ MƏCLİSİN İCLASINDAMİLLİ MƏCLİSİN İCLASINDAMİLLİ MƏCLİSİN İCLASINDA
İclasda “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi də birinci oxunuşda müzakirə edildi.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevbildirdi ki, ünvanlı dövlət sosial yardımı Azərbaycan dövlətinin əhalinin sosial müdafiəsi sahəsində həyata keçirdiyi sosial proqramlardan biridir.“Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna təklif olunan dəyişikliklər ünvanlı dövlət sosial yardımın verilməsi şərtlərinin yumşaldılması və əhatə dairəsinin genişləndirilməsi üçün hüquqi baza yaradır.
Qeyd edildi ki, təqdim olunan qanun layihəsində5 maddəyə 11 dəyişiklik təklif olunur.Dəyişikliklərin əsas məğzi ondan ibarətdir ki, ünvanlı sosial yardım almaq üçün qeydiyyat yerindən asılılıq aradan qaldırılır. Digər dəyişiklik ünvanlı dövlət sosial yardımının 2 il müddətinə təyin olunması ilə bağlıdır. Dəyişikliyə əsasən iki illik müddət artıq bir ilə endirilir.
Müzakirələr zamanı çıxış edən Milli Məclisin komitə sədri Zahid Oruc, deputatlar Əli Məsimli, Qüdrət Həsənquliyev, Azər Badamov, Aqiyə Naxçıxanlı, Jalə Əliyeva, Vüqar Bayramov, Azay Quliyev, Tahir Kərimli təklif olunan dəyişiklikləri yüksək qiymətləndirdilər, təkliflərini səsləndirdilər. Bildirdilər ki, bu dəyişikliklər ünvanlı sosial yardımın verilməsindəki mövcud boşluqları aradan qaldıracaqdır.
Müzakirələrin sonunda “Ünvanlı dövlət sosial yardımı haqqında” qanunda dəyişiklik edilməsi barədə məsələ səsə qoyularaq birinci oxunuşda qəbul edildi.
İclasın sonunda Milli Məclisin Sədri Sahibə Qafarova qarşıdan gələn Ramazan bayramı və 28 may Respublika Günü münasibətilə təbriklərini çatdırdı.
Bununla da Milli Məclisin iclası başa çatdı.

Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
9 işəgötürən barədə hüquq-mühafizə orqanları araşdırma aparır 11:18ÜST-dən CİDDİ XƏBƏRDARLIQ: indi bu dərmanlardan istifadə etsəniz, gələcəkdə... 11:13Bu ay 10 gün iş OLMAYACAQ 11:10Tükürpədən HADİSƏ: Ata üç yaşlı uşağını 90 dəqiqə paltaryuyanda saxladı 11:05Azərbaycanın 34 rayonunda ÇƏYİRTKƏ TƏHLÜKƏSİ 11:01Koronavirusla mübarizədə medianın rolu və yeni çağırışlar 10:56Роль СМИ в борьбе с коронавирусом и новые вызовы 10:52İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNDƏ 10:48Iqbal Nehmet por 10:46Gənc nəslin formalaşmasında fiziki tərbiyənin əhəmiyyəti! 22:18Milli Qurtuluş Günü ilə bağlı yazı müsabiqəsi 22:14Milli Məclisin sabah keçiriləcək növbədənkənar iclasının gündəliyinə təklif olunan M Ə S Ə L Ə L Ə R 22:11Gəncədə gizli fəaliyyət göstərən tədris mərkəzi aşkarlandı 16:13Azərbaycanda futbol mövsümünün başa çatacağı vaxt bilindi 16:06Rusiyada 400-dən çox jurnalist koronavirusa yoluxub 16:03Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirildi 15:59Azərbaycanda YENİLİK - Bu şəxslərə COVID-19-a görə 525 dollar veriləcək 14:58Bakıda ŞOK HADİSƏ - İş yerinə girib öldürdülər, seyfdən külli miqdarda pul götürdülər 14:56Deputatlardan sosial şəbəkələrlə bağlı TƏKLİFLƏR 14:52Azərbaycan HHQ-nin aviasiyası döyüş atışlı taktiki-uçuş təlimləri keçirib 14:49Bu qadınla sevgili olana 134 000 manat veriləcək - BİR ŞƏRTİ VAR 14:46Sabahın HAVA PROQNOZU açıqlandı 14:41MİLLİ MƏCLİSİN NÖVBƏDƏNKƏNAR SESSİYASININ İLK İCLASI KEÇİRİLDİ 14:37Düşmən torpaqlarımızdan çıxmaqdan savayı seçimin olmadığını anlamalıdır 23:57MİLLİ MƏCLİSİN YAZ SESSİYASI BAŞA ÇATDI 23:52Azərbaycanda uşaq probləmləri daima diqqət mərkəzindədir 16:29Rayon taksiləri icazə üçün bu qədər rüsum ödəməlidir - RƏSMİ 13:33“Nə yaxşı ki, varsınız...” – Tələbə qızdan Prezidentə məktub 13:29Azərbaycanda bələdiyyə sədrinə cinayət işi açıldı 13:24Uçuşlar bərpa olunur: yoluxmanın qarşısı necə alınacaq? – AÇIQLAMA 13:20AFFA-nın vitse-prezidenti: “Premyer Liqa bərpa olunmalıdır” 13:1729 il əvvəl törədilmiş dəhşətli cinayətin üstü açılıb 13:13Yalnız bu taksi sürücüləri şəhərlərarası sərnişin daşıya biləcəklər 12:50Milli Məclisin sədri deputatlara irad bildirib 12:46Litvada NATO hərbçiləri üçün dəmir yolu xətti istifadəyə verilib 12:41“190 manat iyunda da verilsin” - TƏKLİF 12:37Beyləqanda kişi keçmiş arvadına kəsici alətlə hücum etdi 12:31İcra başçısı şəhərdə su və kanalizasiya sisteminin çəkilişi aparılan küçələrdə görülən işlərlə tanış olub 12:25Sabir böyük sənətkardır, dahidir 12:19Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il mayın 31-də keçiriləcək iclasının gündəliyinə təklif olunan M Ə S Ə L Ə L Ə R 14:47Xalqımızın dəyərli ziyalı oğlu Adil Əliyevi təbrik edirik! 13:26Film qəhrəmanı, Bakının əfsanəvi müdafiəçisi, Bayılda gecəyarısı güllələnmə... - TARİX 11:37Azərbaycandan Gürcüstana gedən yük maşını sürücüləri koronavirus testindən keçəcəklər 11:31Azərbaycan neftinin qiyməti 37 dolları ötüb 11:28Azərbaycan bu il 435 ton ətir idxal edib 11:18İbrahim Məmmədov: İndiki mərhələdə ibadət yerlərinin açılması məsələsi yoxdur 11:13Vətəndaşlar dövlət başçısına yazırlar: Siz bütün cəbhələrdə qalibsiniz 11:07Mənzillə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı 7700-ə çatıb 11:02Rusiya ilə ABŞ arasında təyyarə gərginliyi 10:54Sumqayıtda iki yük maşını toqquşub, ölənlər var 10:51Tomas Müller - 250: Almaniya çempionatında yeni rekorda doğru 10:45Millət vəkili məmurlarımızın tənbəlliyindən gileyləndi... (müsahibə) 21:48Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb 19:22Maskalardan istifadə edilməməsinə görə cərimələrlə bağlı layihə Milli Məclisdədir 19:18Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şəntop Azərbaycan Respublikası Milli Məclisin Sədri Sahibə Qafarovaya telefonla zəng edib 19:15İranda atışma olub, ölənlər var 11:03Daha üç rayonda peşə tədrisi mərkəzi açılacaq 11:01Paytaxt Bakıda nə qədər insan yaşayır 10:57Toy etmək istəyənlərə - MÜHÜM XƏBƏR 10:53Beynəlxalq “İpək yolu kuboku” turnirinin qalibi məlum olub 10:49