19 may 11:54siyaset

Ötən bir ildə 8 nəfər ədliyyə orqanlarından kənarlaşdırılıb

Ötən bir ildə 8 nəfər ədliyyə orqanlarından kənarlaşdırılıb Azərbaycan Prezidenti İlham Əliyevin keçirdiyi müşavirələrdə və tədbirlərdə verdiyi tapşırıqlardan, xüsusilə hüquq mühafizə orqanlarının fəaliyyəti ilə bağlı göstərişlərindən irəli gələn vəzifələr Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilmiş kollegiya iclasında müzakirə olunaraq konkret tədbirlər müəyyən edilib, o cümlədən kollegiya qərarına əsasən dövlətimizin başçısının tələblərinin struktur və yerli qurumların diqqətinə çatdırılması məqsədilə xüsusi karantin rejimində videokonfrans vasitəsilə müşavirələrin keçirilməsi tapşırılıb.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bununla əlaqədar mayın 18-də Ədliyyə Nazirliyində aidiyyəti nazir müavinləri Eldar Nuriyevin və Toğrul Musayevin, nazirliyin İcra və Probasiya xidmətlərinin və yerli qurumlarının, regional ədliyyə idarələrinin rəhbərlərinin iştirakı ilə videokonfrans formatında müşavirə keçirilib.
Tədbirdə dövlət başçısının rəhbərliyi ilə respublikamızın hərtərəfli dayanıqlı tərəqqisi, bütün sahələrdə müasir çağırışlara uyğun aparılan mütərəqqi islahatlar vurğulanıb, sosial-iqtisadi inkişafa və əhalinin rifahına xidmət edən tədbirlərin reallaşmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mühüm fəaliyyəti qeyd olunub.
Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bəyan edən ölkə başçısının hüquq mühafizə sistemində islahatların dərinləşməsi, qanunun aliliyinin, qəbul edilən qərarların ədalətliliyinin və vətəndaş məmnunluğunun təmin olunması, kadrların dövlətə, xalqa bağlılığı, vətənpərvər və peşəkar olmaları, korrupsiyanın yolverilməzliyi ilə bağlı hüquq mühafizə orqanları qarşısında irəli sürdüyü qəti tələblər diqqətə çatdırılıb.
Müşavirədə qeyd olunub ki, ədliyyə və məhkəmə sisteminin dövlət başçısının tapşırıqlarına uyğun təkmilləşdirilməsi üzrə ardıcıl islahatlar aparılır, bu sahədə mühüm "yol xəritəsi" olan "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” ölkə Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanının icrası çərçivəsində kompleks tədbirlər həyata keçirilir.
Ədalət mühakiməsinin təmin olunmasında mühüm rol oynayan məhkəmə qərarlarının, o cümlədən azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrasının effektivliyinin artırılması üzrə əməli işlər davam etdirilərək ötən il icraatda olmuş 861 mindən çox icra sənədinin 65 faizinin icrası təmin edilib, hüquqi və fiziki şəxslərə 1,74 milyard manata yaxın vəsait ödətdirilib.
Aliment tələbinə dair icra işləri üzrə isə tələbkar şəxslərə 143.5 milyon manat vəsait ödənilib. İndiki pandemiya şəraitində vətəndaşların ədliyyə orqanlarına əlçatanlığı təmin edilərək borclu şəxslərə aliment və digər icra ödənişlərinin onlayn qaydada və ya terminallar vasitəsilə həyata keçirilməsi, valideynlik hüququndan istifadənin – uşaqla ünsiyyətin videoəlaqə vasitəsilə təmin edilməsi imkanı yaradılıb.
Eyni zamanda, azadlıqdan məhrumetməyə alternativ cəzaların səmərəli icrası diqqətdə saxlanılaraq azadlığın məhdudlaşdırılması və digər cəzalara məhkum olunmuş 3.200-dən çox şəxsə elektron qolbaq tətbiq edilib.
Həmçinin icra və probasiya xidmətlərinin kadr korpusunun komplektləşdirilməsi üzrə görülən tədbirlər, iş imkanlarının asanlaşdırılmasını təmin etmək üçün tətbiq olunan innovasiyaların əhəmiyyəti və bu işlərin davam etdirilməsinin zəruriliyi vurğulanıb, 2020-ci il "Könüllülər ili" çərçivəsində 300-dən çox könüllülərin bu xidmətlərdə fəaliyyətə cəlb olunduğu bildirilib.
Bununla yanaşı, yerli qurumların fəaliyyətində nöqsan və çatışmazlıqlar qeyd olunub, vətəndaşlardan daxil olan, o cümlədən yerlərdə keçirilən qəbullar zamanı, habelə "qaynar xətlər”ə edilən şikayət və siqnalların narahatlıq doğurduğu vurğulanıb. İcra və probasiya qurumlarının bəzi əməkdaşları tərəfindən xidməti vəzifələrinə səhlənkar yanaşılaraq süründürməçiliyə, digər nöqsan və qanun pozuntularına yol verilməsi diqqətə çatdırılıb, ötən bir ildə 22 nəfərin intizam məsuliyyətinə cəlb edildiyi, o cümlədən 8 nəfərin ədliyyə orqanlarından xaric olunduğu və ya vəzifəsindən azad edildiyi, 3 nəfər barəsində toplanmış materialların prokurorluğa göndərildiyi vurğulanıb.
Müşavirədə dövlət başçısının hüquq mühafizə orqanları qarşısında irəli sürdüyü tələblərin ədliyyə orqanlarının fəaliyyətində daim rəhbər tutulması, etik davranış qaydalarına dönmədən əməl olunması, insanlara layiqli xidmət göstərilməsi, o cümlədən indiki pandemiya şəraitində vətəndaşların müraciətlərinə daha həssaslıqla yanaşılması tapşırılıb.
Həmçinin məhkəmə və digər orqanların qərarlarının vaxtında və tam icrasının təmin edilməsi, tabe qurumların fəaliyyətinə tələbkarlığın və nəzarətin gücləndirilməsi, bu sahədə şəffaflığın və ictimai iştirakçılığın artırılması, eləcə də əməkdaşların məsuliyyət hissinin və peşəkarlığının yüksəldilməsi ilə bağlı və digər konkret göstərişlər verilib.
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
9 işəgötürən barədə hüquq-mühafizə orqanları araşdırma aparır 11:18ÜST-dən CİDDİ XƏBƏRDARLIQ: indi bu dərmanlardan istifadə etsəniz, gələcəkdə... 11:13Bu ay 10 gün iş OLMAYACAQ 11:10Tükürpədən HADİSƏ: Ata üç yaşlı uşağını 90 dəqiqə paltaryuyanda saxladı 11:05Azərbaycanın 34 rayonunda ÇƏYİRTKƏ TƏHLÜKƏSİ 11:01Koronavirusla mübarizədə medianın rolu və yeni çağırışlar 10:56Роль СМИ в борьбе с коронавирусом и новые вызовы 10:52İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNDƏ 10:48Iqbal Nehmet por 10:46Gənc nəslin formalaşmasında fiziki tərbiyənin əhəmiyyəti! 22:18Milli Qurtuluş Günü ilə bağlı yazı müsabiqəsi 22:14Milli Məclisin sabah keçiriləcək növbədənkənar iclasının gündəliyinə təklif olunan M Ə S Ə L Ə L Ə R 22:11Gəncədə gizli fəaliyyət göstərən tədris mərkəzi aşkarlandı 16:13Azərbaycanda futbol mövsümünün başa çatacağı vaxt bilindi 16:06Rusiyada 400-dən çox jurnalist koronavirusa yoluxub 16:03Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirildi 15:59Azərbaycanda YENİLİK - Bu şəxslərə COVID-19-a görə 525 dollar veriləcək 14:58Bakıda ŞOK HADİSƏ - İş yerinə girib öldürdülər, seyfdən külli miqdarda pul götürdülər 14:56Deputatlardan sosial şəbəkələrlə bağlı TƏKLİFLƏR 14:52Azərbaycan HHQ-nin aviasiyası döyüş atışlı taktiki-uçuş təlimləri keçirib 14:49Bu qadınla sevgili olana 134 000 manat veriləcək - BİR ŞƏRTİ VAR 14:46Sabahın HAVA PROQNOZU açıqlandı 14:41MİLLİ MƏCLİSİN NÖVBƏDƏNKƏNAR SESSİYASININ İLK İCLASI KEÇİRİLDİ 14:37Düşmən torpaqlarımızdan çıxmaqdan savayı seçimin olmadığını anlamalıdır 23:57MİLLİ MƏCLİSİN YAZ SESSİYASI BAŞA ÇATDI 23:52Azərbaycanda uşaq probləmləri daima diqqət mərkəzindədir 16:29Rayon taksiləri icazə üçün bu qədər rüsum ödəməlidir - RƏSMİ 13:33“Nə yaxşı ki, varsınız...” – Tələbə qızdan Prezidentə məktub 13:29Azərbaycanda bələdiyyə sədrinə cinayət işi açıldı 13:24Uçuşlar bərpa olunur: yoluxmanın qarşısı necə alınacaq? – AÇIQLAMA 13:20AFFA-nın vitse-prezidenti: “Premyer Liqa bərpa olunmalıdır” 13:1729 il əvvəl törədilmiş dəhşətli cinayətin üstü açılıb 13:13Yalnız bu taksi sürücüləri şəhərlərarası sərnişin daşıya biləcəklər 12:50Milli Məclisin sədri deputatlara irad bildirib 12:46Litvada NATO hərbçiləri üçün dəmir yolu xətti istifadəyə verilib 12:41“190 manat iyunda da verilsin” - TƏKLİF 12:37Beyləqanda kişi keçmiş arvadına kəsici alətlə hücum etdi 12:31İcra başçısı şəhərdə su və kanalizasiya sisteminin çəkilişi aparılan küçələrdə görülən işlərlə tanış olub 12:25Sabir böyük sənətkardır, dahidir 12:19Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il mayın 31-də keçiriləcək iclasının gündəliyinə təklif olunan M Ə S Ə L Ə L Ə R 14:47Xalqımızın dəyərli ziyalı oğlu Adil Əliyevi təbrik edirik! 13:26Film qəhrəmanı, Bakının əfsanəvi müdafiəçisi, Bayılda gecəyarısı güllələnmə... - TARİX 11:37Azərbaycandan Gürcüstana gedən yük maşını sürücüləri koronavirus testindən keçəcəklər 11:31Azərbaycan neftinin qiyməti 37 dolları ötüb 11:28Azərbaycan bu il 435 ton ətir idxal edib 11:18İbrahim Məmmədov: İndiki mərhələdə ibadət yerlərinin açılması məsələsi yoxdur 11:13Vətəndaşlar dövlət başçısına yazırlar: Siz bütün cəbhələrdə qalibsiniz 11:07Mənzillə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı 7700-ə çatıb 11:02Rusiya ilə ABŞ arasında təyyarə gərginliyi 10:54Sumqayıtda iki yük maşını toqquşub, ölənlər var 10:51Tomas Müller - 250: Almaniya çempionatında yeni rekorda doğru 10:45Millət vəkili məmurlarımızın tənbəlliyindən gileyləndi... (müsahibə) 21:48Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb 19:22Maskalardan istifadə edilməməsinə görə cərimələrlə bağlı layihə Milli Məclisdədir 19:18Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şəntop Azərbaycan Respublikası Milli Məclisin Sədri Sahibə Qafarovaya telefonla zəng edib 19:15İranda atışma olub, ölənlər var 11:03Daha üç rayonda peşə tədrisi mərkəzi açılacaq 11:01Paytaxt Bakıda nə qədər insan yaşayır 10:57Toy etmək istəyənlərə - MÜHÜM XƏBƏR 10:53Beynəlxalq “İpək yolu kuboku” turnirinin qalibi məlum olub 10:49