18 may 14:18siyaset

İNSAN HÜQUQLARI, HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏLƏRİNİN BİRGƏ İCLASINDA

İNSAN HÜQUQLARI, HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏLƏRİNİN BİRGƏ İCLASINDA Milli Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən atributinfo.az-a xəbər verildiyi kimi, mayın 18-də Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirildi. İnsan hüquqları komitəsinin sədri Zahid Orucov iclası açaraq bildirdi ki, bu gün Laçın rayonunun işğalının anım günüdür. Bu hadisə ilə əlaqədar iclas iştirakçıları torpaqlarımız uğrunda həyatını qurban verən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Sonra komitə sədri diqqətə çatdırdı ki, iclasda İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı təqdim olunacaq.
Zahid Oruc öz çıxışında məsələ ilə bağlı bir sıra məqamlar barədə fikirlərini açıqladı. Bildirildi ki, Azərbaycanda insan alverinə qarşı hüquqi bazanın yaradılması çərçivəsində sistemli mübarizə tədbirləri 2003-cü ilin 15 may tarixində BMT-nin Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı Konvensiyasının,onu tamamlayan İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırlması haqqında, həmçinin Sərhədlərin qanunsuz keçilməsinə dair protokolların təsdiqindən sonra daha da sürətlənib. Belə ki, 2005-ci ildə insan alverinə qarşı mübarizə ilə bağlı qanun qəbul olunub və burada Milli Fəaliyyət Planı yer alıb,Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə üzrə Baş İdarəsi yaradılıb. Azərbaycanda İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli KoordinatorFəaliyyət Planının həyata keçirilməsi üzrə məsul şəxsdir.
Qeyd edildi ki, insan alverinə qarşı mübarizə ilə bağlı qanunun müvafiq maddəsinə görə, məcburi əmək, cinsi istismar, köləlik, insan orqanlarının və toxumalarının qanunsuz çıxarılması, qadının surroqat ana kimi istifadə edilməsi, qanunsuz, o cümlədən cinayətkar fəaliyyətə cəlb etmə habelə insanların digər formada istismar edilməsi insan alverinin müxtəlif formaları kimi töfsiv edilir. Avropa Şurasında İnsan Alveri Əleyhinə Ekspert Qrupu formalaşdırılıb. Təşkilata üzv ölkələrdə bu məsələlərlə bağlı vəziyyətəonun vasitəsi ilə nəzarət olunur. Qurumunmütəxəssisləri hər il ölkələrdə bu məsələləri monitorinq edirlər.
Komitə sədri BMT-nin Ümumdünya İnsan Alveri Hesabatının 142 ölkəni əhatə etdiyini bildirərək, Azərbaycanın beynəlxalq hesabatlarda yerinin yaxşılaşacağına əminliyini ifadə etdi. Eyni zamanda, Azərbaycanda 2019-2023-cü illər üzrə növbəti Fəaliyyət Planınınhazırlandığını diqqətə çatdırdı, hesabatla bağlı bir sıra təkliflərini səsləndirdi.
Sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi Həzi Aslanov məruzə ilə çıxış etdi.
DİN Baş İdarəsinin rəisi bildirdi ki, ölkəmizdə insan alveri cinayətlərinə qarşı mübarizənin səmərəli aparılmasını, qurbanların hüquqlarının müdafiəsi imkanlarının genişləndirilməsini təmin edən mükəmməlqanunvericilik bazası formalaşıb. İnsan alverinə qarşı mübarizədə hökumət tərəfindən də bir sıra mühüm qərarlar qəbul edilib, bu cinayətlərdən zərər çəkmiş şəxslərə ödənilən müavinətin məbləği 400 manatdan 700 manatadək artırılıb.
Ötən il ərzində insan alverinə qarşı mübarizə sahəsində geniş maarifləndirmə işi aparılıb.Respublikanın 55 şəhər və rayonunda, orta ixtisas və ali təhsil müəssisələrində insan alverinə və məcburi əməyə qarşı mübarizəyə dair seminarlar keçirilib. Bununla bağlı Bakı şəhərində geniş ictimaiyyət üçün nəzərdə tutulmuş təşviqat xarakterli videolar, təbliğat materialları paylanılıb, televiziya və radioda, videoportallarda verilişlər yayımlanıb.
Diqqətə çatdırıldı ki, insan alveri ilə mübarizə sahəsində ötən müddət ərzində xarici tərəfdaşlar və təşkilatlarla qarşılıqlı əlaqələrin gücləndirilməsi diqqət mərkəzində saxlanılıb. Daxili İşlər Nazirliyinin 40-a yaxın ölkənin aidiyyəti dövlət strukturları ilə imzaladığı 100-dən çox müqavilə insan alverinin qurbanı olan Azərbaycan vətəndaşlarının digər dövlətlərdə yerinin operativ müəyyən edilməsində, bu cinayətləri törədənlər haqqında məlumatların toplanmasında, razılaşdırılmış tədbirlərin keçirilməsində real nəticələr verməkdədir.
Məlumat verildi ki, məcburi əməyin qarşısının alınması, bu əməllərə şərait yaradan halların aradan qaldırılması istiqamətində də lazımi tədbirlər həyata keçirilir. Aparılan monitorinqlər nəticəsində 120 tikinti obyektində 351 nəfərin əmək müqaviləsi olmadan çalışdığı aşkar edilib. Bununla bağlı ümumilikdə 454.000 manat inzibati cərimə tətbiq edilib. Vurğulandı ki, Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə aparılan sosial islahatlar nəticəsində 2018-ci illə müqayisədə ötən il ölkə üzrə bağlanılan əmək müqavilələrinin sayında 153 min artım qeydə alınıb. Uşaq əməyinin istismarının qarşısının alınması sahəsində görülən tədbirlər çərçivəsində övladlarının təlim-tərbiyəsi ilə bağlı vəzifələri yerinə yetirməyən 180 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb.
Nəzərə çatdırıldı ki, 2019-cu ildə insan alveri cinayətlərinin aşkarlanması və təqsirkar şəxslərin məhkəmə məsuliyyətinə verilməsi sahəsində məqsədyönlü iş aparılıb. Həyata keçirilən tədbirlər nəticəsində 186 insan alveri, o cümlədən 4 məcburi əmək, habelə insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə əlaqədar 36 cinayət qeydə alınıb, 10 nəfərdən ibarət 4 cinayətkar qrup zərərsizləşdirilib. Müəyyən edilmiş 91 insan alveri qurbanından 89-u Azərbaycan vətəndaşıdır, 2-i əcnəbidir. Zərərçəkənlərə tibbi, psixoloji, hüquqi yardımlar göstərilib.
İclasda insan alveri ilə bağlı cinayətlərə dair bəzi statistik məlumatlar təqdim edildi.
Tədbirdə çıxış edəndeputatlarHikmət Məmmədov, Elman Nəsirli, Razi Nurullayev, Tural Gəncəliyev, Erkin Qədirli, Fəzail Ağamalı, Elşad Mirbəşir oğlu, Tahir Kərimli, Bəhruz Məhərrəmov, Əminə Ağazadə, Vüqar İskəndərov, Elşən Musayev, Nizami Səfərovİnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumat barədə öz fikirlərini açıqladılar, qeyd və təkliflərini verdilər.
Müzakirələrin sonunda Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi Həzi Aslanov deputatları maraqlandıranbəzi məqamlara aydınlıq gətirdi.
Deputatlar İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı Milli Məclisin plenar iclasına tövsiyə etdilər.
İclasda Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi rəisinin müavini Samir Zeynalov iştirak edirdilər.
(Məlumat yenilənib.)
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
Nazirlik növbəti 190 manat yardım söhbətinə aydınlıq gətirdi 12:27ABŞ-da 200-dən artıq neft şirkəti müflis oldu: 70 min insan işsiz qaldı 12:23Tələbələrə ŞAD XƏBƏR! - İmtahanlarda bu güzəştlər ediləcək 12:21Karantin cərimələri tutulmağa başladı - Maaş, pensiya, əmlaka həbs... 12:16Estoniya prezidenti İlham Əliyevi təbrik etdi 12:12Adil Əliyev: Ermənistanın heç bir mənəvi haqqı yoxdur 12:08Çimərliklərdən İSTİFADƏ ŞƏRTLƏRİ açıqlandı: ailənizlə getsəniz... 12:04Siyasi rəqibi Trampı axmaq adlandırdı 11:56Ata dilənmək istəməyən oğlunu bıçaqladı - Rəsmi açıqlama 11:52“Sevilya” türkiyəli ulduza 12 milyon avro ödəməyi planlaşdırır 11:49Milli Məclis deputatların maaşı ilə bağlı məlumatlara münasibət bildirib - MƏBLƏĞLƏR 18:48Bakı-Şamaxı yolunda ağır qəzada ÖLƏNLƏRİN ADLARI - RƏSMİ 14:53Mənşəyi məlum olmayan 70 kilo ət aşkar edildi 14:51ÜST-dən Azərbaycanla bağlı CİDDİ XƏBƏRDARLIQ 14:48"Bu baxımdan Şamaxı birinci şəhərdir" - Prezident 14:44"Söyüş söyənlərin başında Əli Kərimli dayanır" - Adil Əliyev 14:39Türküyə körpüləri Azərbaycan bayrağına bürüyəcək 11:47Restoran və kafelər açılır: Sahibləri narazılıq edir 11:43Bu şəxslərə hər ay 800 manat ödəniləcək - QƏRAR 11:40Azərbaycanda havanın temperaturu iqlim normasından aşağı düşdü 11:37Qadından qonaq getdiyi evdə BİABIRÇI HƏRƏKƏT 11:33Azərbaycanda dəhşətli qəza: Beş nəfər öldü, yaralılar var 11:30"Belə getsə, pandemiya daha da artacaq!" — Professordan XƏBƏRDARLIQ 11:26Ekoloji problemlərin həlli sahəsində keçirilən tədbirlər bu sahənin ölkəmizdə prioritet məsələlər sırasına qaldırılmasının parlaq nümunəsidir. 11:22Allahın mübarək günündə dünyaya xoş gəlmisən! 20:22Milli Məclisdə insan alverinə qarşı mübarizəylə bağlı illik hesabat qəbul edildi 17:07Ruhu azad olan bir millət 17:00Azadlıq təşnəsi 16:55Sahibkarlara dövlət qayğısı 16:52Onlar tarixi xidmətlər göstəriblər 16:49Cümhuriyyət qurucularının layiqli varisləri 16:47Abşeronda it dişləyən kişi ölüb 12:58Hollivud ulduzları sosial şəbəkədən 1 günlük imtina edəcəklər 12:55Hulusi Akar: “İraqın və Suriyanın şimalında 1458 terrorçu zərərsizləşdirilib” 12:52Bakıda karantin qaydalarını pozan restoran aşkarlanıb 12:50Türkiyədə Azərbaycan kapitalı ilə qeydiyyata alınan şirkətlərin sayı azalıb 12:47Azərbaycan və Türkiyə Prezidentləri arasında telefon danışığı olub 12:43Şəkidə 1 tondan artıq narkotik tərkibli bitki məhv edilib 12:40Daha bir çempionat təxirə salınıb 12:38"Qapalı yerlərdə maskadan istifadə etməyənlər cərimələnməlidir" 12:34Təlimlərdə Azərbaycan Ordusu döyüş təcrübəsini artırıb 12:31Arzu edirəm ki, Azərbaycanın müstəqil dövlətçiliyi daimi olsun 23:19Prezident İlham Əliyev Azərbaycan xalqını təbrik edib 12:17Uca Allahdan arzu edirəm ki, növbəti Ramazan ayını işğal olunmuş torpaqlarımızda keçirək 12:17Uca Tanrı hər kəsin ibadətini, istəyini və dualarını qəbul etsin! 12:15Adil Əliyev seçicilərin növbəti qəbulunu keçirib 15:08Koronavirusa yoluxan Kadırovun vəziyyəti ağırlaşdı 12:57Kamran Əliyevdən sürücülərlə bağlı MÜHÜM AÇIQLAMA 12:53“Maaş kart”ları ilə bağlı yoxlamalar başladı – RƏSMİ 12:51BP ən çox neft ehtiyatı olan ölkələri açıqladı – SİYAHI 12:48Azərbaycanda vəzifəli şəxs rüşvət alarkən tutuldu 12:46ABŞ Rusiya və Çinə nüvə sınaqları ilə cavab verə bilər 12:38“Emmi” qazanan Haluk Bilginer İngilis serialında baş rolu canlandıracaq 12:35Bakıda quldurlar taksi sürücüsünə hücum etdi 12:31Tarix də açıqlandı: İyunun 3-də… 12:28Vladimir Putin Azərbaycan Prezidentinə təbrik ünvanlayıb 15:16“Zaqatalanın bu kəndlərində qadınları sünnət edirlər” - İddia 15:13"Ölmək istəmirəm" - Könül Xasıyeva 15:07Azərbaycanda bu şəxslərin maaşları artdı - SİYAHI 14:32“Fermer Kartı”ndan istifadə edənlərin diqqətinə - Xəbərdarlıq edildi 14:24