25 yan 00:16siyaset

Abşeron rayonu 45 saylı Dairə Seçki Komissiyası tərəfindən namizədliyi qeydə alınan Cəmil Zəbhulla oğlu Dadaşovun seçkiqabağı PLATFORMASI

Abşeron rayonu 45 saylı Dairə Seçki Komissiyası tərəfindən namizədliyi qeydə alınan Cəmil Zəbhulla oğlu Dadaşovun seçkiqabağı PLATFORMASI Demokratik inkişaf yoluna qədəm qoyan Azərbaycan, həm iqtisadi, həm də siyasi proseslərin inkişafı baxımından son onilliklər ərzində daha çox və daha yadda qalan uğurlar əldə edibdir. Beləki, Cənubi Qafqazda yerləşən Azərbaycan dünya dövlətlərinin bir çoxunun maraq dairəsində olmuşdur. Bu, müddət ərzində ölkənin iqtisadiyyatı tərəqqi etmiş, investisiya qoyuluşu bir xeyli artmışdır. Beynəlxalq münasibətlər sistemində daha çox iqtisadi və siyasi aktivliyi ilə seçilən Azərbaycan, qlobal xarakterli layihələrin həyata keçirilməsi istiqamətində yeni addımlar ataraq yaddaşlarda inkişaf edən dövlət kimi qalmışdır. Iqtisadi zəmində atılan addımlar bir çox daxili problemlərin həll olunması yönümündə müsbət nəticəyəsəbəb olmuşdu. Bu isə, ilk növbədə sənaye və kənd təsərrüfatında, həmçinin, mədəni və mənəvi mühütin bütün sahələrində özünü biruzə vermişdir. Söylənilən bu amillər, Azərbaycanın Cənubi Qafqazda, o cümlədən dünya miqyasında yerini bir xeyli möhkəmlətmiş, milli maraqların maksimum dərəcədə qorunmasını təmin etmişdir. Qeyd etmək olar ki, atılan addımlar içərisində Azərbaycanda güc strukturlarının möhkəmlənməsi, bölgədə balanslaşdırma siyasətinin aparılması, həm də həyata keçirilən böyük enerji layihələrinin qorunmasını təmin etmişdir. İqtisadi tərəqqininyüksəlişi nəticəsində Milli ordunun maddi-texniki bazası müasir tələblər səviyyəsinə qaldırılmış, nizam-intizam möhkəmlənmiş, yeni standartlara cavab verən ordu qurulmuşdur.
Azərbaycanın xarici siyasətinin əsas prioritetiniölkənin müstəqilliyinə qarşı yönələn bütün təhlükələri aradan qaldırılmaq, milli təhlükəsizliyi təmin etmək, separatizm və işğalçılıq siyasətinə qarşısı amansız mübarizə aparmaq, bölgədə və dünyada yeni müttəfiqlərin qazanılmasına nail olmaqdır. Eyni zamanda region dövlətləri ilə maraqların üst-üstə düşməsini təminvə qarşılıqlı əməkdaşlıq çərçivəsində hərəkət etmək,aparılan siyasətin əsas hissəsidir. Xalqın mənafeyinə uyğun xarici siyasət yeritmək, ölkə iqtisadiyyatını beynəlxalq sistemdə təmsil etmək, xarici ölkələrlə elmi, mədəni, humanitar, sosial əlaqələr qurmaq, beynəlxalq təşkilatlarda fəal iştirak etmək və s. bu kimi amillər qrşıda duran əsas hədəflərdəndir. Qeyd etmək istəyirəm ki, bu gün seçkilərə qatılmaqla ölkənin müasir həyatında müşahidə olunan inkişafın dinamikliyinin artırılmasına, mütərəqqi islahatların bir qədər də sürətlənməsinə, hakimiyyət-vətəndaş cəmiyyəti arasında formalaşan münasibətlərin daha sıx şəkildə bağlanmasına, stabil və sürətli inkişafın davamlı prosesə çevrilməsinə nail olmağı müəyyən hədəf kimi müəyyənləşdirməliyik. Digər tərəfdən, seçkilərə qatılmaqda insanları narahat edən sosial, iqtisadi, siyasi, hüquqi, humanitar və digər aktual məsələləri qabardaraq, bu proseslərin həllində mühüm rol oyanmağı qarşıya əsas məqsəd kimi qoyuruq. Məhz, buna görə də irəli sürülən platformamda ayrı-ayrı sahələrdə inkişafın dinamikliyini yüksəltməyə xidmət edəcək təklif və ideyalar yer almışdır. Mən bütün istiqamətlər üzrə həyata keçirilən inkişaf strategiyasını təqdir edir və insanları bu inkişafın davam etdirilməsinə səs verməyə çağırıram.

Qarşıya qoyulan təklif və ideyalar
1. İnsan kapitalı;
2. Vətəndaş-məmur münasibətləri;
3. Təhsil;
4. Səhiyyə;
5. Ordu;
6. Valideynə olan münasibət;
7. Aqrar məsələlər;
8. Elmə və alimə olan münasibət;
9. Sosial problemləri.

İnsan kapitalı

İnsan kapitalı-insanın cəmiyyətdə özünü tam realizə edilməsinə, habelə təmsil olunduğu cəmiyyətin müxtəlif ehtiyaclarının ödənilməsinə yönəlmiş bilik, bacarıq və vərdişlərin cəminə deyilir. Qarşıya sürmüş olduğumuz addımlardan biri də məhz bu istiqamətdə çevik addımların atılmasından ibarətdir. Çünki Azərbaycanın gələcək inkişafı insan kapitalı təməli üzərində qurulacaqdır. Bu proses indi də gedir, sadəcə enerji və bunun üzərində qurulan maliyyə potensialı tükənməz deyil. Ona görə də biz fikirləşirik ki, bu potensiladan istifadənin məhz pik nöqtəsində insanın beyin potensialına və onun verə biləcəyi dəyərə diqqəti daha çox artırmaq lazımdır. Bu gün Azərbaycanda “Elm Fondu”nun yaradılması, habelə Azərbaycan gənclərinin xaricdə təhsil alması ilə bağlı dövlət proqramının icra edilməyə başlanması, digər tərəfdən gənclərlə bağlı dövlətin həyata keçirdiyi ölkəmiqyaslı tədbirlər və s. olduqca təqdiredici haldır. Biz əminik ki, bir neçə il sonra dövlətin insan kapitalına verdiyi dəyər və investisiya geri dönməyə, yəni dövləti gücləndirməyə və onun yeni sahələrdəki inkişafına yönələcək. Düşünürük ki ölkənin neft kapitalının sürətlə insan kapitalına çevrilməsi istiqamətində addımların atılması çox mühimdir. Çünki, gələcəkdə yaxşı hazırlıq keçmiş, mükəmməl təhsil almış gənc kadrlar, Azərbaycanın biliklərə və innovasiyalara əsaslanan, müasir dünyanın tələblərinə və çağırışlarına cavab verən siyasətinin özəyini təşkil edəcəklər. Bu istiqamətdə addımların atılması üçün aşağıdakı məsələləri daha çox ön plana çıxarırıq.
1. Azərbaycanda insan kapitalının yaradılması ilə bağlı dövlət səviyyəsində fəaliyyət planı hazırlanacaqdır. Bu fəaliyyət planı dövrü olacaq, konkret 3 və 5 illik addımları özündə ehtiva edəcək;
2. Azərbaycan Respublikasının Prezidenti Yanında İnsan Kapitalı Fondunun yaradılması reallaşacaq və bu istiqamətdə ciddi addımlar atılacaq;
3. Təhsildə aparılan ciddi və köklü islahatlar bir az da sürətlənəcək;
4. Elmi müəssisələrin effektlilik əmsalının artırılması üçün elmi sferada çalışan hər bir şəxsin sosial rifahının artırılması istiqamətində mühim addımlar atılacaq. Bu sırada maaşların davamlı artırılmasını, elmi işçilər üçün münasib şərtlər daxilində mənzillə təminatlar, müxtəlif sığorta haqlarından istifadə və s. kimi məsələlər ön sırada yer alır;
5. İntelektli, bilikli, bacarıqlı insanların “Kadr Bankı” yaradılacaq;
6. Xaricə axın edən beyin axınının qarşısı alınacaq və xaricdə yerləşərək fəaliyyət göstərən gənclərimizə, insanlarımıza müraciətlər ediləcək, onların ölkəmizdə fəalliyyət göstərməsi üçün yeni-yeni imkanlar yaradılacaq;
7. Xaricdə təhsil alıb ölkəyə dönmüş intelektli, bilikli, sağlam düçüncəli gənclərə dövlət strukturlarında yüksək vəzifələr təkilif olunaraq, onlar ölkənin siyasi, iqtisadi, hərbi, tibbi, habelə sosial problemlərinin həll olunmasına cəlb olunacaq;
8. Ali təhsil müəssisələrində təhsilin keyfiyyətinə nəzarət olunacaq, korrupsiya halları sıfra endiriləcək;
9. Universitetləriin maddi-texniki bazası, kitabxanaları, kompyuter mərkəzləri, yataqxanaları, istirahət mərkəzləri və idman komplekslərindən tutmuş, tələbələrin təqaüdlərinə qədər hər məsələ diqqət mərkəzində saxlanılacaqdır. Çünki biz düşünürük ki, tələbə universitetə daxil olarkən yalnız təhsil və elm barədə düşünməlidir;
10. Tələbə mübadilələrinin aparılması istiqamətində çox mühim addımlar atılacaq;
11. Azərbaycanda təhsil alan tələbələrin müasir iş təcrübəsinə sahiblənməsi üçün onlar dünyanın qabaqcıl ölkələrinə ezam olunacaqlar;
12. Təhsil və beyin mərkəzlərimizdə dünyaca məşhur savadlı şəxslərin mühazirələr oxuması üçün önəmli addımlar atılacaq;
13. Azərbaycanlı gənclərin tez-tez beynəlxalq elmi konfranslarda və olimpiadalarda iştirak edə bilmələri üçün lazımi şərait yaradılacaq;
14. Gənclərin elmə, biliyə marağının daha da artırılması üçün onlara həvəsləndirici mükafatlar təqdim olunacaq;
15. Gənclərdə texniki elmlərə həvəsin artırılması istiqamətində daha çox işlər görüləcək;
16. İdaman və mədəniyyət sahəsində fərqlənən gənclərə xüsusi önəm veriləcək;

Vətəndaş-məmur münasibətləri

Azərbaycanda məmur-vətəndaş münasibətlərinin normallaşdırılmasına ehtiyac var. Siyasi və iqtisadi sahədə islahatların miqyası genişlənərkən, ölkənin qarşısında yeni hədəflər qoyularkən vətəndaş-məmur münasibətlərinin də keyfiyyətcə yeni mərhələyə qaldırılması vacibdir. Bu dövlətin inkişafında mühüm elementdir. Əgər məmur-vətəndaş münasibətlərində hansısa narazılıqlar mövcuddursa bu bir başa dövlətə, dövlətin yürütmüş olduğu siyasətə və bir qədər də irəli gedərək deyərdik ki, qəbul olunmuş siyasi kursa mənfi təsir göstərə bilər. Təəssüf doğuracaq haldır ki, bir çox hallarda məhz bu narazılıqlardan dövlətin inkişafını istəməyən, onun inkişafında maraqlı olmayan qüvvələr daha şox faydalanmağa çalışırlar. Buna görə də bu gün məmur-vətəndaş münasibətlərinin normallaşmasında əsas hədəf yüksək vəzifəli dövlət məmurlarının sıravi vətəndaşlara xidmət səviyyəsinin yüksəldilməsinə və vətəndaşların problemlərinin həll olunması istiqamətində effektliyin artılmasına nail olmaqdır. Dövlətin qarşısında duran bir nömrəli vəzifə də insanlara xidmət etmək, insanların problemlərinin həllinə maksimum səylər göstərməkdən ibarətdir. Məmur-vətəndaş münasibətlərinin tam normallaşdırılması üçün aşağıdakıların həyata keçirilməsi vacibdir:
• Qanunun aliliyinin təmin edilməsi məqsədi ilə bütün dövlət strukuturlarında icra intizam və nəzarət sisteminin gücləndirilməsi;
• Hüquq-mühafizə orqanlarının fəaliyyətinin müasir tələblərə uyğun qurulması, onların fəaliyyətində şəffaflıq və açıqlıq prinsiplərinin rəhbər tutulması;
• Korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin davamlı və mütəmadi olaraq aparılması;
• Savadlı kadr potensialına üstünlük verilməsi.
Ölkədə çevik idarəetmə sisteminin tətbiqi üçün bir sıra dövlət qurumlarının birləşdirilməsi, dövlət qulluqçularının sosial müdafiəsi və sosial təminatı sisteminin gücləndirilməsi, e-hökumət proqramının ən qısa müddət ərzində geniş şəkildə tətbiqi, qurumlararası əlaqələrin optimallaşdırılması və gərəksiz bürokratiyanın ləğv edilməsi üçün yeni sistemin işlənib hazırlanması, məhkəmə infrastrukturunun təkmilləşdirilməsi yolunda həyata keçirilən proqram layihələrin sürətləndirilməsi, həmçinin bələdiyyələrin potensialının gücləndirilməsi və bələdiyyə idarəçiliyi sahəsində ixtisaslaşmış kadrların hazırlanması da məmur-vətəndaş münasibətlərinin normal hala salınması baxımdan müstəsna əhəmiyyət kəsb edir. Bu gün dövlət strukturlarında xüsusi “kadr bankı”nın yaradılması da səmərəli dövlət idarəçiliyinin təmin olunması baxımdan müstəsna önəm kəsb edir.

Ordu quruculuğu

Son dövrlərdə ordu quruculuğu sahəsində görülən işlər olduqca təqdirəlayiqdir. Beləki, Azərbaycanda ordu quruculuğuna dair bütün mühüm tədbirlər ardıcıl surətdə, dünya təcrübəsi nəzərə alınmaqla həyata keçirilir. Təsadüfi deyildir ki, istər ordunun maddi texniki bazasının təkmilləşdirilməsi, istər peşəkar kadrların hazırlanması, istərsə də düyüş gücünün daim yüksək səviyyədə saxlanılması, habelə müdafiə sənayesi potensialının artırılması istiqamətində atılan bütün növ addımlar Azərbaycan ordusunu regionda ən güclü ordu kimi tanıtmışdır. Güclü və dayanıqlı iqtisadiyyata əsaslanan ordu quruculuğu sahəsində atılan hər bir addım ölkənin nüfuzunu hər keçən gün bir qədər də artırır. Ancaq bu gün Azərbaycan ordusunda hələ də bir qisim çatışmazlıqlar mövcuddur ki, bizlər bu çatışmazlıqları ortadan qaldırmasının zəruri olduğunu düşünürük. Digər tərəfdən ordunun NATO standartlarına uyğunlaşdırılması istiqamətində də vacib işlərin aparılması mühümdir. Azərbaycan ordusu NATO standartlarını mənimsəyərək, bu istiqamətdə irəliləməlidir. Çünki, bu standartlar əsasında qurulan ordu güclü, müasir və ən müasir texnika ilə təhciz olunmanı diqtə edir. Ordumuzun daha da gücləndirilməsi üçün biz aşağdakı məsələlərə daha çox diqqət ayırmağı nəzərdə tutumuşuq
1. Son dövrlərdə qardaş Azərbaycan və Türkiyə dövlətləri tərəfindən birgə strateji addımlar atılmaqdadır. Biz düşünürük ki, “Bir millət, iki dövlət” formasında deyil, “Bir millət, bir ordu” formulunun bərqərar olunması üçün addımlarımızı bir qədər də sürətləndirməliyik;
2. Vətəndaşların orduda xidmət keçməyə hazırlanması işinin yüksəldilməsi, orduda islahatların aparılması, rəhbər sahədə kollegial idarəçiliyin təmin edilməsi, bu məqsədlə dövlət proqramının qəbulu, beynəlxalq hərbi əlaqələrin, habelə silah-sursat təminatının gücləndirilməsi kimi məsələlər yenə də ordu qruculuğu prosesində priorietet məsələlər olacaq;
3. Azərbaycanda hərbi sahədə həyata keçirilən islahatlar davam etdirilərək miqyası daha da genişləndiriləcəkdir. Azərbaycan əsgərinə hərtərəfli qayğı ən yüksək səviyyədə təmin ediləcəkdir;
4. Azərbaycanda hərbi xidmətin səmərəliliyinin yüksəldilməsi, hərbçilərin xidmətə daha məsuliyyətlə yanaşması, sosial vəziyyətlərinin daha da yaxşılaşdırılması, düşmənə qarşı lazımi səviyyədə mübarizə aparma əzminin formalaşması üçün mərhələli şəkildə müqaviləli ordu sisteminə keçidə start veriləcəkdir;
5. Ordunun maddi-texniki bazasının gücləndirilməsi üçün hərbi sənaye müəssisələrimizin istehsal imkanları kəmiyyət və keyfiyyət əmsalı baxımdan bir qədər də gücləndiriləcək;
6. Orduda xidmət keçən zabitlərin alimlik dərəcəsinə sahiblənmələri üçün də mühim işlər gürüləcək;
7. Hərbi hosbitalların maddi-texnik bazasının, habelə kadr potensialının gücləndirilməsi istiqamətində görülən işlər bir qədər də sürətləndiriləcək;
8. Əsgər-zabit münasibətlərindəki bəzi neqativ halların tam şəkildə aradan qaldırılması üçün kadr seçimlərinə daha diqqətcil yanaşılaraq zabitlərin atestasiyası aparılacaqdır;
9. Zabitlərin imtiyazlarının artırılması istiqamətində mühim addımlar atılacaq.

Aqrar məsələlər

Ölkədə dövlət siyasətinin mühüm istiqamətini aqrar siyasət təşkil edir. İqtisadi inkişafın Azərbaycan modeli aqrar sahəyə daha artıq dövlət qayğısının olmasını tələb edir. Aqrar sahənin inkişafı üçün dövlət tərəfindən kompleks tədbirlər həyata keçirilmişdir. Bununla yanaşı, biz düşünürük ki, bu sahənin stimulluğunun artırılması üçün bir sıra işlərin görülməsi, habelə diqqət və qayğının artırılması zəruridir. Bunun üçün biz aşağdakı məsələlərin üzərinə gedilməsini ön plana çıxarırıq.
1. Aqrar sahədə çoxşaxəli islahatların həyata keçirilməsinə diqqət daha da artırılacaqdır;
2. Aqrar bölmənin sahə strukturunun təkmilləşdirilməsi, sahibkarlığın daha qabaqcıl formada formalaşdırılması, habelə kəndlərimizin simasınının dəyişdirilməsi sahəsində qabaqcıl ölkələrin təcrübəsindən yararlanılaraq, irəliyə doğru mühim addımlar atılacaq;
3. Kənd təsərrüfatı məhsulları istehsalının bütün sahələrinin yüksək inkişafına nail olunması istiqamətində xüsusi tədbirlər planı həyata keçiriləcəkdir ki, bununla da, Azərbaycana kənd təsərrüfatı məhsullarının idxalının həcmini minimuma endirməklə yerli fermerlərin gəlirlərinin əhəmiyyətli dərəcədə artmasına nail olunacaqacaqdır;
4. Kənd təsərrüfatına yararlı torpaq sahələri, mal-qara, istehsal və qeyri-istehsal obyektləri, habelə kənd təsərrüfatı texnikası üzərində dövlət mülkiyyət formasının fərdi (şəxsi) mülkiyyətlə əvəz edilməsi istiqamətində görülən işlər bir qədər də sürətləndiriləcək;
5. Becərmə texnologiyaların və aqrotexniki qaydaların lazımi səviyyəyə çatdırılması istiqamətində genişmiqyaslı tədbirlər planı həyata keçiriləcək;
6. Çoxillik əkilməyən bağların bərpa olunması istiqamətində mühim addımlar atılacaq;
7. Fermer təsərrüfatlarının inkişafını stimullaşdıracaq xüsusi dövlət proqramları intensiv şəkildə həyata keçiriləcək.
8. Fermerlərin, avadanlıq, toxum, maye azot, xüsusi nəqliyyat vasitələri ilə mütəmadi olaraq təminatı istiqamətində mühim addımalar atılacaq;
9. Meliorasiya və su təsərrüfatı sahəsində istismar olunan magistral kanalların, kollektorların, su anbarlarının, hidroqovşaqların tələb olunan texniki səviyyədə saxlanılması, habelə köhnələrək sıradan çıxanların yeniləri ilə yenilənməsi üçün zəruri olan bütün addımlar atılacaq;
10. Yerlərdə kənd təsərrüfatının inkişafının sürətlənməsinə xidmət edən işlər- müvafiq texnika və mexanikləşdirilmiş anbarlarla təchizat məsələlərin həll istiqamətində atılan addımlar daha da sürətləndiriləcək;
11. Kənd təsərrüfatında dənli bitkilərlə yanaşı, texniki bitkilərin də əkilib becərilməsinə xüsusi önəm veriləcək. Çünki, “Qara qızıl”la yanaşı “ağ qızıl”ın da ölkənin iqtisadiyyatının gücləndirilməsində çox önəmli rolu vardır;
12. Heyvandarlıq məhsullarının istehsalı, emalı, tədarükü, idxalı üzərində ciddi baytarlıq nəzarətinin təmin olunması istiqamətində zəruri olan bütün addımlar atılaraq, ölkənin heyvandarlıq məhsullarına olan təlabatı daha yüksək səviyyəyə çatdırılacaq;
13. Quşçuluğun inkişafı məqsədilə özəl təsərrüfatların və quşçuluq fabriklərinin fəaliyyətlərinin yaxşılaşdırılmasına dair kompleks tədbirlər planı həyata keçiriləcək;
14. Kənd təsərrüfatı məhsullarının satışı sahəsindəki inhisarçılığa son qoyulması üçün qəti və sərt addımlar atılacaq;
15. Kənd təsərrüfatı məhsullarının satış qiymətinin inhisarçıların deyil, birbaşa istehsalçının müəyyənləşdirməsü üçün real imkan yaradılacaqdır ki, bu tədbirlərin həyata keçirilməsi nəticəsində də kənd təsərrüfatı məhsullarının bazarlarda satış qiyməti iki dəfə aşağı düşəcəkdir. Beləliklə, həm kənd təsərrüfatı məhsullarının istehsalçılarının, həm istehlakçılarının maraqları təmin edilmiş olacaq;
16. Kəndlinin, istehsalçının birbaşa bazara çıxışı və fəal iştirakı təmin olunacaqdır. Bununla da, şəhərlə kənd arasında kənd təsərrüfatı məhsullarının qiymətindəki kəskin fərqin aradan qaldırılmasına nail olunacaq;
17. Kənd təsərrüfatı məhsullarının bazara çatdırılması zamanı yollardakı mövcud maneələr aradan qaldırılacaq; 18. Məhsul istehsalı və emalı sahələri arasında əlaqələrin lazımı səviyyədə qurulması üçün mühim addımlar atılacaq;
19. Kəndlinin istehsal etdiyi məhsulların ekoloji təmizliyinə nəzarət daha da gücləndiriləcək.

Valideynə qayğı

Gələcəyimizi sağlam təməllər üzərində qurmaq, onu inkişaf etdirib, cəmiyyətimizə xeyir vermək istəyiriksə biz ilk növbədə valideynlərə olan qayğı daha çox diqqət mərkəzində olmalıdır. Doğrudur dövlət bu istiqamətdə zəruri addımlar atır və bu addımların effektlilik əmsalının daha yüksək olmasında maraqlıdır. Ancaq nəzərə almaq lazımdır ki, bu sahədə bir sıra proqram layihələr gerçəkləşdirilsə də, hansısa addımlar atılsa da, bu istədiyimiz nəticəni almaq üçün yetərli deyil və bu yöndə sürətli addımların atılması bu gün üçün olduqca zəruri və mühimdir. Bizlər əgər dövlətimizdə demoqrafik artıma nail olmaq istəyiriksə ilk növbədə anaların imtiyazlarına diqqət yetirməli, bu istiqamətdə zəruri olan bütün addımları atmaqda yubanmamalıyıq. İrəli sürdüyümüz konkret atacağımız addımalar isə aşağıdakı kimidir.
1. Dövlətin ailə siyasətini stimulluğunu artırmaq üçün müvafiq addımlar atılacaq və buna olan nəzərət bir qədər də gücləndiriləcək. Belə ki, ailə institutunun möhkəmləndirilməsi və itirilməkdə olan dəyərlərin bərpa olunması, ailələrin dağılması tendensiyasının qarşısının alınması və s. üçün xüsusi strategiya həyata keçiriləcəkdir;
2. Ailə problemləri sahəsində normativ hüquqi aktların təhlilinin aparılması, ailə hüquqlarının təmin edilməsi, habelə qanunvericiliyin təkmilləşdirilməsini təmin etmək məqsədilə zəruri olan hər bir addım atılaraq, daha təkmil və daha mütərəqqi Ailə Məcəlləsinə nail olunacaqdır;
3. Gender bərabərliyinin praktiki olaraq təmin edilməsi üçün bölgələrimizdə xüsusi proqram layihələrin həyata keçirilməsinə start veriləcəkdir;
4. Çoxuşaqlı ailələrə dövlətin ciddi dəstəyi təmin ediləcəkdir;
5. Uşaq və qadın (ana) hüquqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısının alınması üçün atılan addımların səmərəliliyinə xüsusi önəm veriləcəkdir;
6. Hamiləlik dövründə anaların bütün tibbi problemləri dövlət tərəfindən qarşılanacaq. Çünki hər bir ananın məhz bu qayğıya ehtiyacı vardır;
7. Anaya analıq məzuniyyət dövründə ananın istəyi nəzərə alınaraq anaya birdəfəlik və ya hər ay üçün xüsusi müavinət ödəniləcək;
8. Yeni doğulmuş körpələrin 3 yaşınadək bütün növ problemləri istehlak səbətinə uyğun formada dövlət tərəfindən qarşılanacaq;
9. Körpə dünyaya gətirmiş hər bir anaya birdəfəlik olaraq 3000 manat məbləğində vəsit ayrılacaq;
10. Yeni doğulacaq hər bir uşağın adına dövlət tərəfindən xüsusi vəsait açılacaq və bu vəsait dövlət tərəfindən idarə olunacaq. Artan hesabla açılan vəsait yalnız 18 yaşına çatmış şəxslərə veriləcək. Qeyd edək ki, bu vəsait gələcəkdə insanlarımızın ev problemləri ilə üzləşməməsi üçün nəzərdə tutulur;
11. Valideyinlərin maarifləndirilməsi üçün mühim addımlar atılacaq. Regionlarda və şəhərlərimizdə anaların problemlərini eşidən, o problemlərin üzərinə gedən, xüsusi psixoloqlarla təmin olunan “Valideyn Qayğısı” deyilən qrumlar yaradılacaq. Digər tərəfdən biz düşünürük ki, sağlam valideyin, sağlam uşaq prinsiplərini həyata keçirmək, uşaqların hüquqlarının və qanuni mənafelərinin qorunması istiqamətində hüquqi biliklərin öyrənilməsi olduqca vacibdir;
12. Ölkənin cənub bölgəsində qadın problemləri ilə bağlı xüsusi proqram layihə işlənib hazırlanacaqdır;
13. Bu gün qadınlarımızın (analarımızın) siyasi həyatda rolu kifayət qədər yüksəkdir. Ancaq onların bu sahədəki rolları bir qədər də artırılacaq. Çünki, bu gün dünya üçün əsas problemlər təhlükəsizlik, qlobal iqtisadi böhran, ətraf mühitin qorunması və idarəçiliklə bağlıdır. Biz düşünürük ki, valideyinlərinbu problemlərin həllində iştirakı və fəallıqlarının artırılması çox vacibdir;
14. Dövlət regionlarda işsiz anaların qeydiyyatını apararaq onların işlə təmin olunması yolunda mühim addımlar atacaq. Qadınların müxtəlif yeni peşələrə yiyələnməsi və ixtisaslarının artırılması məqsədi ilə layihələrin hazırlanması və əlaqədar təşkilatlarla birgə tədbirlərin görülməsi də məhz bu fəaliyyətə daxildir. Yerli bələdiyyələrin bu istiqamətdə aktivliyinin təmin olunması, görə biləcəyimiz işlərdən ən mühimidir;
15. Ərsiz və işsiz anaların övladlarını böyütməklə bağlı bütün problemləri dövlət öz üzərinə götürəcəkdir. Ananın işlə təmin olunacağı günə kimi uşağın və ananın qayğılarına dövlət nəzarət edəcək;
16. Qaçqın və məcburi köçkün qadınların, uşaqların, aztəminatlı ailələrin sosial problemlərini öyrənmək və onların həlli üçün əlaqədar dövlət orqanları qarşısında mütəmadi şəkildə məsələlər qaldırılacaq;
17. Qadınlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi və bu yöndə fəaliyyətin bir qədər də artırılması üçün xüsusi addımlar atılacaq;
18. İstehsalatda işləyən qadınların hüquqlarının qorunması və onların imtiyazlarının artırılması üçün tədbirlər görüləcək.

Sosial

Azərbaycanda əhalinin sosial təminatı məsələsi dövlətin daim diqqət mərkəzindədir və əhalinin sosial problemlərinin həll edilməsi yönündə çoxşaxəli fəaliyyət həyata keçirilməkdədir. Təsadüfi deyildir ki, insanların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər sahəsində əvvəlki illərlə müqayisədə xeyli fərqli mənzərə yaranmışdır. Ölkədə yoxsulluğun həddi 46%-dən 6%-ə qədər azalmışdır. Qeyd edək ki, əhalinin ocial təhlükəsizliyinin təmin olunması bizim fəaliyyətimizin də prioritet istiqaməti olacaqdır. Hər bir Azərbaycan vətəndaşı təhsil alma imkanının olacağına, işlə təmin olunacağına, ailəsini təmin edə biləcəyinə, sağlam övladlar yetişdirə biləcəyinə əmin olmalıdır. Mövcud social problemlərin aradan qaldırılması və social rifahın daha da yaxşılaşdırılması üçün biz aşağıdakı hədəfləri ön sıraya çəkirik:
1. Ünvanlı sosial yardımlar aztəminatlı ailələrin sosial rifahının təmin olunmasında əhəmiyyətli rol oynayır ki, biz bu sahədə bəzi zəruri addımların atılmasını labüd edəcəyik;
2. Əhalinin sosial təminatının daha da yaxşılaşdırılması istiqamətində əlavə tədbirlər həyata keçiriləcək;
3. Əmək qabiliyyəti olan hər bir kəsə iş yeri, əmək qabiliyyəti olmayan hər bir kəsə isə yüksək dövlət qayğısını təmin edəcəyik;
4. Səhiyyə, təhsil və mədəniyyət işçilərinin əmək haqqının istehlak bazarındakı mövcud qiymətlərə uyğun səviyyədə artırılması və onlara dövlət qulluqçusu statusunun verilməsi təmin ediləcək;
5. Azərbaycanda işləyən kasıb olmayacaq. Həkimlərin, müəllimlərin, mühəndislərin, ixtisaslı fəhlələrin hesabına formalaşacaq orta sinif sosial çoxluq səviyyəsinə çatdırılacaq;
6. Həmvətənlərimizin əməyinin yüksək qiymətləndirilməsini təmin edəcəyik. Ayrı-ayrı sahələr üzrə işçilərin peşəkarklıq səviyyəsinin müasir tələblər səviyyəsinə yüksəldilməsi istiqamətində xüsusi dövlət proqramları hazırlanaraq həyata keçiriləcəkdir. Bununla da, həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə Azərbaycanlı mütəxəssislərin əməyinin ən yüksək qiymətləndirilməsini təmin edəcəyik;
7. Hazırda regionların sosial-iqtisadi inkişafı sahəsində genişmiqyaslı dövlət siyasəti həyata keçirilməkdədir. Dövlətin regional siyasətinin səmərəliliyinin daha da artırılması istiqamətində kompleks tədbirlər həyata keçiriləcəkdir;
8. Regionların sosial-iqtisadi inkişafı siyasətinə uyğun olaraq, biz, regionlarda məşğulluq səviyyəsinin yüksəldilməsi, regional iqtisadiyyatın balanslaşdırılmış kompleks inkişafı, sosial infrastrukturların və əmək resurslarının yaradılmasını təmin edəcək müxtəlif formatlı proqramlar hazırlayaraq həyata keçirəcəyik;
9. Kəndlərdə sosial infrastrukturların yaradılması və inkişaf etdirilməsi üçün xüsusi olaraq dövlət düdcəsindən əlavə vəsaitlərin ayrılması təmin ediləckdir. Biz çalıçacağıq ki, insanlarımız könüllü olaraq kəndlərdə yaşamağa üstünlük versinlər;
10. Kəndlərdə əhalinin komunal ödənişləri minimuma endiriləcəkdir. Kənd əhalisi üçün komunal xidmətlərin xüsusi tarif cədvəli müəyyənləşdiriləcək;
11. Bütün kəndlərimizdə uşaq baxçalarının o cümlədən tibbi personalın və aptek məntəqələrinin fəaliyyəti təmin ediləcəkdir.

Səhiyyə

Xalqın sağlamlığı cəmiyyətin inkişafının sütununu təşkil edir. Bu baxımdan səhiyyə həmişə dövlətin diqqət mərkəzindədir. Səhiyyənin inkişafı və müasir tələblərə cavab verə bilməsi üçün dövlət mühüm addımlar atmışdır. Bu addımların daha da səmərəli olması üçün əlavə tədbirlərin həyata keçirilməsi məqsədəuyğundur.
Biz bu məqsədlə aşağıdakı addımların atılmasın əsas olaraq görürük.
1. Səhiyyədə aparılan islahatların effektivliyini təmin etmək məqsədi ilə bu sahənin idarə olunması sistemində mühim addımlar atılacaq. Səhiyyə Nazirliyinin mərkəzi aparatının və tabe qurumların strukturunda dəyişikliklər edilərək rentabillik qabiliyyəti yüksək olan daha müasir qurumlar yaradılacaq;
2. Azərbaycan Respublikasının səhiyyə qanunvericiliyi təkmilləşdirilməsi istiqamətində yeni-yeni addımlar atılaraq, dövrün tələblərinə cavab verən qanunvericilik bazasının daha təkmil olunmasına çalışılacaq;
3. Səhiyyəyə ayrılan maliyyə vəsaitinin səmərəli istifadə edilməsinə dövlət nəzarəti bir qədər də artırılacaq;
4. Dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitlər bir qədər artırılacaq;
5. Səhiyyənin prioritet sahələri üzrə qəbul edilmiş 9 dövlət proqramının icrasına səmərəliliyinin artırılması istiqamətində mühüm işlər görüləcək;
6. Səhiyyədə elmi texniki tərəqqinin stimulluğunun artırılması üçün vacib addımlar atılacaq;
7. Savadlı həkim kadrların hazırlanmasına olan qayğı bir qədər də artırılacaq;
8. Səhiyyədə özəl sektorun inkişafına xüsusi diqqət yetiriləcək;
9. Tibb işçilərinin maaşları dövlət quluqçusu stasunun 3 kateqoriyası səviyyəsinə qaldırılacaq;
10. Tibb müəssisələrində xoşagəlməz korrupsiya halarının qarşısının alınması üçün önəmli addımlar atılacaq. Vətəndaşlara göstəriləcək xidmətlər ilə bağlı bütün səhiyyə müəssisələrinə göstərici tablolar asılacaq;
11. Əhalinin real, pulsuz keyfiyyətli tibbi xidmət alması təmin ediləcəkdir. Tibbi xidmətlərin və dərmanların keyfiyyətinə dövlət nəzarəti daha da gücləndiriləcək və ümumilkdə bu qəbildən olan məsələləri nəzarətdə saxlayacaq ayrıca müstəqil dövlət orqanı yaradılacaqdır;
12. Bütün vətəndaşlar məcburi tibbi sığorta olunacaq;
13. Hər bir vətəndaşın il ərzində bir dəfə çekap müayinəsi aparılacaq;
14. Dövlət müəssisələrində çalışan hər bir işçinin müayinəsi, onun sağlamlığının təmin olunması dövlət tərəfindən həyata keçiriləcək;
15. Ana və uşaqların sağlamlığının mühafizəsi sahəsində olan problemlərin kompleks şəkildə həllinə nail olunmağa çalışılacaq;
16. Bədxassəli şişlərdən yüksək ölüm göstəriciləri və bununla əlaqədar meydana çıxan böyük sosial-iqtisadi itkilər bu patologiyalarla mübarizə işinə prioritet dövlət problemlərindən biri kimi yanaşılaraq, bu sahədə atılan bütün addımların səmərəliliyinin yüksəldilməsinə nail olunmağa çalışılacaq;
17. Satışa çıxarılan bütün növ qida məhsullarına tibbi nəzarət daha da gücləndiriləcək;
18. Yeni ailə quran bütün vətəndaşların məcburi qaydada tibbi müayinədən keçməsi üçün mühim addımlar atılacaq.
Bilindiyi kimi hazırki dönəmdə ölkə qarşısında duran əsas vəzifə, əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsidir. Təsadüfi deyildir ki, cənab prezident İlham Əliyev Azərbaycan Diplomatik Akademiyasındakı çıxışı zamanı da məhz bu məsələyə xüsusi diqqət çəkərək göstərmişdir ki, bu problem təkcə bizim xarici siyasətdə deyil, ümumilikdə ölkə qarşısında duran əsas məsələdir. Və Azərbaycan bu məsələnin həlli üçün bütün imkanlardan istifadə edir və etməlidir. Diplomatik səylər gücləndirilməlidir və gücləndirilir. Digər amillər də bu məsələnin həlli üçün öz rolunu oynamalıdır və bu istiqamətdə önəmli addımlar atılır. Bəli məsələnin həlli artıq son mərhələyə yaxınlaşmaq üzrədir. Milli Məclisə deputat seçkilərindən dərhal sonra da biz bu məslənin həllində sülh və ya hərb variantının tətbiq olunacağının konkretliyini görəcəyik. Çünki 20 ildən artıq bir müddətdir ki, aparılan danışıqlar heç bir bəhrəsini vermir. Çünki, 20 ildən artıq bir müddətdir ki, Qarabağ problemi öz həllini tapmır və Qarabağ və ona bitişik ərazilərdən qaçqın düşmüş insanlarımız əziyyət çəkir, iqtisadiyyatımıza isə məhz bu səbəbdən hər il milyardlarla dollar dəyərində zərbə dəyir, ən başlıcası isə Azərbaycan hələ də öz ərazi bütövlüyünü təmin edə bilmir. Doğrudur bəziləri Azərbaycanın Qarabağla bağlı yürütmüş olduğu siyasəti bəyənmir və dövlətə bunu qəbahət olaraq görür və belə bir fikir səsləndirirlərlər ki, 20 ildən çox bir müddət ərzində ölkə rəhbərliyi 20 metr belə olsun torpaqlarımızı işğaldan azad edə bilməyibdir. Ancaq cavab olaraq bildirək ki, bu 20 ildən artıq bir müddət ərzində Azərbaycan olduqca böyük bir inkişaf yolu keçmiş, iqtisadiyatını yüksəltmiş, əhalisinin rifah halını yaxşılaşdırmış və bütün bunlara dayanaraq öz ordusunu dünyanın, o cümlədən regionun ən müasir ordusu kimi formalaşdıra bilmişdir. Təsadüfi deyildir ki, bu gün Azərbaycan ordusu istənilən əmrin yerinə yetirilməsinə hazır durumdadır. Təsadüfi deyildir ki, bu gün Azərbaycan ordusunun arsenalında ən müasir silahlar yer alıb və Azərbaycan əsgəri olduqca yüksək səviyyədə dövlətin qayğısını görür.
Problemin həllinə tez bir zamanda nail olmaq üçün biz qarşıdakı məsələləri hədəf olaraq görürük.
1. Məsələnin həllinə sülh yolu ilə nail olmaq istəyiriksə biz diplomatik səylərimizi bir qədər də artırmalıyıq. Çünki, məsələ o qədər də asan deyil ki, bunu ancaq hərb yolu ilə həll edək. Müharibə fəlakət, iqtisadiyyatın zəifləməsi, gənc nəslin isə ölümə sürüklənməsi deməkdir.
Bölgədə marağı olan qüvvələr var və məhz bu qüvvələrin çəkişməsinin nəticəsi olaraq Qarabağ problem bu günə qədər də öz həllini tapmamışdır. Bu gün Ermənistan Respublikasının işğalçı dövlət kimi tanınması istiqamətdə məqsədyönlü, ardıcıl və qərarlı siyasi-diplomatik fəaliyyətə start verilsə də, biz bu fəaliyyətin daha sürətli və planlı şəkildə aparılmasını istəyirik. Bu gün Xocalı soyqırımı faktının soyqırım aktı kimi tanıdılması istiqamətində atılan bütün addımlar həm də Qarabağ torpaqlarının işğalı faktını ortaya qoyur;
2. Azərbaycan bu gün eyni zamanda Ermənistanı beynəlxalq aləmdə təcridetmə siyasəti ilə sıxışdırır. Bu gizlədilmir və bu istiqamətə atılan addımlar bir qədər də sərtləşdirilir. Bu olduqca effektli addımdır. Təsadüfi deyildir ki, məhz bu siyasətin nəticəsi olaraq hər il on minlərlə erməni öz ölkəsini tərk edir ki, bu da birmənalı olaraq ölkənin iqtisadiyyatına, ordu qrucululuğuna köklü şəkildə təsir göstərir. Təkcə 2010-cu ildə ölkəni 28 min 960 nəfər tərk edib. 2012-ci ilin 11 ayı ərzində isə bu rəqəm 2 milyon 53 min nəfər təşkil etmişdir ki, onların da çox az bir qismi geri dönmüşdür. Erməni mətbuatına əsasən 2012-ci ildə işğalçı ölkəni tərk edərək geri dönməyənlərin sayı təqribən 1 792 147 nəfər olub;
3. Biz düşünürük ki, Azərbaycan Respublikası olaraq Qarabağda yaşayan ermənilərə mürciət ünvanlanmalı və bu müracitə uyğun olaraq konkret addımlar atılmalıdır. Misal üçün biz ilkin olaraq belə bir addımın atılmasına razıyıq ki, Qarabağda yaşayan erməni kökənli Azərbaycan vətəndaşlarının yeni doğulmuş körpələrinə Azərbaycan banklarında hesablar açılsın və bu hesablar dondurlmuş qaydada saxlanılsın. Sülh yolu ilə torpaqlar azad olunarsa bu vəsaitlər o zaman yeni doğulmuş erməni kökənli Azərbaycan vətəndaşlarına verilsin. Yox əgər müharibə başlayarsa o zaman dondurlmuş bu vəsaitlər işğaldan azad olunmuş ərazilərdəki qurucluq işlərinə sərf olunsun;
4. Bu gün Azərbaycan BMT TŞ-nin qeyri daimi üzvüdr. Və biz hesab edirik ki, bu hüququndan istifadə edərək biz mütəmadi şəkildə BMT TŞ-nın Ermənistan-Azərbaycan münaqişəsi haqqında qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrin icrası məsələsini qərarlılıqla və təkidlə qaldıra və onların qeyd-şərtsiz yerinə yetirilməsini tələb edə bilərik.;
5. Azərbaycan Respublikası, münaqişənin həlli üçün aparılan danışıqların gedişində yaranmış vəziyyətin və Minsk qrupunun 20 illik fəaliyyətinin nəticələrinin müzakirə olunması məqsədilə BMT-nin himayəsi altında yeni beynəlxalq konfransın çağırılmasını tələb edə və Minsk Qrupunun bu uzun dövr ərzindəki nəticəsiz fəaliyyətinə beynəlxalq birliyin obyektiv qiymət verməsinə nail ola bilər. Məhz bu addım bizim gələcək addımlarımızın atılması nöqteyi nəzərdə də çox mühümdür. Çünki, bölgədə Azərbaycanın haqlı mübarizəsinin başladılmasına qarşı çıxan qüvvələr vardır. Digər tərəfdən bu işğalçıya təzyiqlərin göstərilməsi və embarqoların tətbiq olunması nöqteyi-nəzərdən olduqca vacib və mühüm bir addımdır.

Abşeron rayonu 45 saylı Dairə Seçki Komissiyası tərəfindən namizədliyi qeydə alınan Cəmil Zəbhulla oğlu Dadaşovun seçkiqabağı PLATFORMASIAbşeron rayonu 45 saylı Dairə Seçki Komissiyası tərəfindən namizədliyi qeydə alınan Cəmil Zəbhulla oğlu Dadaşovun seçkiqabağı PLATFORMASI
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
Vergidən yayınanlara xəbərdarlıq: Sanksiyalar qaçılmazdır 21:52Azərbaycanda ŞOK OLAY: nənə ərinin dostu ilə QAÇDI 21:45Bakıda 7 evdən oğurluq edən xalaoğlular tutuldu - VİDEO 21:41Koronavirusla bağlı şok yenilik: Risk qrupu açıqlandı – Bu adamlar isə sağalır 21:37Yaya Ture Braziliya klubuna keçə bilər 21:32Summativ qiymətləndirmə ilə bağlı narazılığa SON 21:07Nazirlikdən restoran sahiblərinə XƏBƏRDARLIQ 21:01Dünyanın gözlədiyi görüş BAŞ TUTDU: Türk ordusu hərəkətə keçir? - Müharibə anonsu 20:57Ölkəmizə qeyri-qanuni yollarla qızıl gətirənlər var - Bəzi zərgərlər müştəriləri aldadır 20:53"Sədərək" Ticarət Mərkəzində 28 mağaza yanıb 20:48Binəqədi rayonunda silsilə oğurluqlar edən şəxslər saxlanılıblar 20:41Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində işçilərin sayı müəyyənləşib 20:37Bəzi namizədlər bilərəkdən xoşagəlməz hallara yol verir - Məzahir Pənahov 20:3279 saylı İmişli Seçki Dairəsində olan saxtakarlıqlar 20:29Bakcell beynəlxalq konfransın keçirilməsinə dəstək göstərib 20:24Peşə standartları əsasında metodik vəsaitlər hazırlanacaq 20:37Azərbaycanda marşrut avtobusu ağır qəza törətdi – ÖLƏN VAR 20:34Taksi sürücüsünü sükan arxasında bıçaqladılar – Bakı-Qazax yolunda 20:31Bakıda daha bir marşruta yeni avtobuslar verildi 20:26Tanınmış jurnalist Ümid Partiyasının Mətbuat Xidmətinin rəhbəri təyin olundu 20:22Dövlət Sosial Müdafiə Fondunun yeni idarələri yaradılıb 20:16XƏBƏRDARLIQ: Təzyiq dərmanlarını səhər saatlarında içmək olmaz 20:07Minlərlə vətəndaşa ŞAD XƏBƏR - İlham Əliyev SƏRƏNCAM İMZALADI 19:37Ölkə ŞOKDA: Qadının sosial şəbəkədə yayılan fotosu olay oldu 19:32“Mançester Siti”nin çempionluğu alına bilər 19:28İnşallah 2020-ci il Azərbaycan xalqının Qarabağımızı aldığı, millətimizin öz tarixi ata-baba yurdlarına qovuşduğu, bizim ZƏFƏR İLİMİZ olacaq 23:28Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin növbəti siyasi uğuru 22:2079 saylı İmişli DSK-nın 20 saylı Murğuzallı kənd məntəqəsində özbaşınalığın pik həddii 22:15Ucar sakini heyvanlarını satdığı adamdan pulunu ala bilmir - VİDEO 20:12İmişlidə turşudan zəhərlənən ailənin daha bir üzvü ölüb 20:03Prezident İlham Əliyevdən Paşinyana sərt sillə - VİDEO 19:59Rafael Ağayev Karate 1 Premyer Liqa turnirinin qızıl medalını qazanıb 19:56Yurd yanğısı 19:43Əliyev-Paşinyan görüşünə söz ardı. 19:37Mətbuat Şurası Nəsir müəllimin həyat və fəaliyyətindən bəhs edən "Mətbuat fədaisi" kitabını təqdim etdi 22:34Hərbi qulluqçumuz şəhid olub 22:2779 saylı İmişli rayon DSK-nın 14 saylı seçki dairəsində pərdəarxası olaylar 00:31"Bu qərar bizim üçün qələbədir" - İqbal Ağazadəni dəstəkləyənlər sevinc içində... 00:23Məktəbdə şagirddən izahat alındıqdan sonra onda qıcolma yaranıb - İDDİA VƏ RƏSMİ CAVAB - VİDEO 21:0243 yaşlı ana, 24 yaşlı qız: Hər kəs onları bacı zənn edir 20:53497 vəzifəli şəxs barəsində 310 cinayət işi məhkəmələrə göndərilib 20:51Prezident İlham Əliyev: Azərbaycan çox sabit neft təchizatçısı olaraq qalır 20:44Leyla Əliyeva onkoloji xəstəlikdən əziyyət çəkən uşaqlarla görüşüb 20:04Münxendə Azərbaycan və Qazaxıstan prezidentlərinin görüşü olub 20:00Rusiya Təhlükəsizlik Şurasının iclasında İdlib və koronavirus müzakirə edilib 19:58Minimum əmək haqqı artırılacaq, ictimai işlərin əhatəsi genişləndiriləcək 19:55Nəriman Nərimanovun 150 illik yubileyi qeyd olunacaq 19:51Azərbaycanın daha bir güləşçisi erməni rəqibinə qalib gəlib 19:48Kirayədə yaşadığı evdən 2 kq-a yaxın heroin aşkarlandı 19:45Bankomatdan pul çıxaran qadına qarşı soyğunçuluq etdi, yaxalandı - VİDEO 19:42Bakıda avtobus sürücüsü dispetçeri bıçaqlayıb 22:13Üç erməni idmançını məğlub edən Bakı məktəblisi 22:09Çindən bir sıra məhsulların idxalı qadağan edilib 21:5135 saylı Xətai üçüncü seçki dairəsində nəticələr ləğv olunub 21:4774 saylı Lənkəran kənd seçki dairəsində nəticələr ləğv olunub 21:4280 saylı İmişli-Beyləqan Seçki dairəsində seçkinin nəticələri ləğv olunub 20:5933 saylı Xətai birinci seçki dairəsində seçkilərin nəticələri ləğv olunub 20:54Bakıda qanunsuz fəaliyyət göstərən quş əti emalı müəssisəsi aşkarlanıb 20:21Azərbaycanda yeni quş növü aşkar edilib 20:17“YURDUMUZA BAHAR GƏLİR” adlı respublika uşaq rəsm müsabiqəsi elan edilir 20:09