20 yan 21:23siyaset

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad ediblər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad ediblər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 20-də - Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad ediblər.
Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, dövlətimizin başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycan Respublikasının dövlət himni səsləndi.

x x x

Qanlı Yanvar hadisələrindən 30 il keçir. 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. Təpədən-dırnağadək silahlanmış keçmiş sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız azadlıq əzmini itirməmiş, əksinə, haqq səsini daha ucadan bəyan etmişdi. Doğma Vətəninin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları düz 30 il əvvəl həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur, öz vətəndaşlarına divan tutan sovet imperiyasının ovaxtkı rəhbərlərinə və onların Azərbaycandakı əlaltılarına dərin nifrətini bildirir.
Keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, əzəli torpaqlarımıza iddia edən Ermənistanın təcavüzkar siyasətinin açıq-aşkar dəstəklənməsinə və respublikanın ozamankı rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz əlaməti olaraq ayağa qalxmış geniş xalq kütlələrinin üzərinə sovet ordusunun iri hərbi birləşmələrinin yeridilməsi Azərbaycanda, xüsusilə Bakıda misli görünməmiş faciəyə gətirib çıxardı, böyük itkilərlə, günahsız insanların ölümü ilə nəticələndi. Buna baxmayaraq, Azərbaycanın ovaxtkı səriştəsiz, kölə psixologiyalı rəhbərlərinin yenə də xalqla bir olmağa cəsarəti çatmadı və onlar sovet rəhbərliyinin ətəyindən yapışmaqda davam etdilər.
Onlardan fərqli olaraq, həmin vaxt Moskvada yaşayan xalqımızın dahi oğlu Heydər Əliyev özünün və ailə üzvlərinin həyatının təhlükədə olmasına baxmayaraq, faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gəldi, Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdı. Bununla da Ulu Öndər cəsarətini, mərdliyini, xalqının sədaqətli oğlu olduğunu bir daha sübut etdi. Məhz ümummilli lider Heydər Əliyevin bu cəsarətli addımı sayəsində dünyanın mütərəqqi qüvvələri də Azərbaycan xalqının məruz qaldığı bu dəhşətli və amansız terroru qətiyyətlə pislədi.
Əlbəttə, ermənilərin fitvası ilə törədilmiş bu cinayət Azərbaycan xalqının iradəsini qıra, azadlıq eşqini söndürə bilmədi. Xalqımız qanı bahasına da olsa istəyinə - azadlıq və müstəqilliyinə qovuşdu və bu nailiyyəti heç vaxt əlindən verməyəcək.
Keçmiş sovet hərb maşınının Azərbaycanda törətdiyi qanlı qırğın mahiyyətinə görə dövlətin öz vətəndaşlarına qarşı tarixdə misli görünməmiş təcavüzü, qətliamı, SSRİ və Azərbaycan SSR konstitusiyalarının kobudcasına pozulması, ayaqlar altına atılması idi. Həmin gün keçmiş SSRİ dövləti dinc əhalinin üstünə qoşun yeritməklə BMT Nizamnaməsinə, beynəlxalq hüquq normalarına məhəl qoymamış, iştirakçısı olduğu Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın bir sıra müddəalarını cinayətkarcasına pozmuşdu.

Vaxtında dərindən araşdırılmayan və lazımi qiymətini almayan faciəyə yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışından sonra məhz Ulu Öndərin təşəbbüsü ilə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Azərbaycan Respublikası Prezidentinin “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” 1994-cü il 5 yanvar tarixli Fərmanında Azərbaycan Respublikasının Milli Məclisinə Qanlı Yanvar hadisələri ilə bağlı xüsusi sessiyanın keçirilməsi məsələsinə baxmaq tövsiyə edildi. Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. 20 Yanvar - Ümumxalq Hüzn Günü elan edildi.

Azərbaycan xalqı hər il 20 Yanvar şəhidlərinin xatirəsini dərin ehtiramla yad edir. Faciənin otuzuncu ildönümü ilə əlaqədar Azərbaycanda və dünyanın müxtəlif ölkələrində silsilə anım mərasimləri, sərgilər, konfranslar keçirilir, bu qanlı qırğın, eləcə də Azərbaycan xalqının müstəqillik əzminin sarsılmazlığı bütün dünyaya çatdırılır. Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu il dekabrın 13-də “20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında” Sərəncam imzalayıb. 20 Yanvar faciəsinin Azərbaycan xalqının müstəqillik mübarizəsində yeri və rolunun xüsusi vurğulandığı həmin Sərəncamda deyilir: “1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Lakin onun iradəsi sınmadı və milli ruhu sarsılmadı. Həmin qırğın zamanı ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar”.
Vətənin azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsi daim əziz tutulduğu kimi, onların ailə üzvləri, doğmaları da hər zaman dövlət qayğısı ilə əhatə olunub. Eləcə də 20 Yanvar hadisələrində sağlamlığını itirən əlillərin sosial müdafiəsi, pensiya təminatı həmişə dövlətimizin başçısının diqqətindədir. 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərin sosial müdafiəsinin təmin olunması istiqamətində mütəmadi tədbirlər həyata keçirilir. Şəhid ailələrinin pensiya təminatı, mənzil şəraitinin yaxşılaşdırılması, yaşayış səviyyəsinin yüksəldilməsi ilə bağlı mükəmməl qanunvericilik bazası yaradılıb. Dövlətimizin başçısı bu istiqamətdə sərəncamlar və fərmanlar verib. Bundan başqa, əlillərin reabilitasiyası üçün respublikada yeni sağlamlıq mərkəzləri inşa olunub. Ötən il əlil və şəhid ailələrinə yeni mənzillər verilib ki, onların arasında 20 Yanvar əlilləri və şəhidlərinin ailələri də var. 20 Yanvar faciəsində şəhid olan şəxslərin ailələrinə Prezident təqaüdü verilir. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da yaxşılaşdırılır.

x x x

Yanvarın 20-də - Ümumxalq Hüzn Günündə dövlət və hökumət rəsmiləri, respublikamızdakı dini icmaların başçıları, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri də şəhidlərin əziz xatirəsini yad etdilər.
Şəhidlər xiyabanının ziyarət olunması mərasimində Baş Nazir Əli Əsədov, Milli Məclisin Sədri Oqtay Əsədov və Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev iştirak ediblər.
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
Vergidən yayınanlara xəbərdarlıq: Sanksiyalar qaçılmazdır 21:52Azərbaycanda ŞOK OLAY: nənə ərinin dostu ilə QAÇDI 21:45Bakıda 7 evdən oğurluq edən xalaoğlular tutuldu - VİDEO 21:41Koronavirusla bağlı şok yenilik: Risk qrupu açıqlandı – Bu adamlar isə sağalır 21:37Yaya Ture Braziliya klubuna keçə bilər 21:32Summativ qiymətləndirmə ilə bağlı narazılığa SON 21:07Nazirlikdən restoran sahiblərinə XƏBƏRDARLIQ 21:01Dünyanın gözlədiyi görüş BAŞ TUTDU: Türk ordusu hərəkətə keçir? - Müharibə anonsu 20:57Ölkəmizə qeyri-qanuni yollarla qızıl gətirənlər var - Bəzi zərgərlər müştəriləri aldadır 20:53"Sədərək" Ticarət Mərkəzində 28 mağaza yanıb 20:48Binəqədi rayonunda silsilə oğurluqlar edən şəxslər saxlanılıblar 20:41Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində işçilərin sayı müəyyənləşib 20:37Bəzi namizədlər bilərəkdən xoşagəlməz hallara yol verir - Məzahir Pənahov 20:3279 saylı İmişli Seçki Dairəsində olan saxtakarlıqlar 20:29Bakcell beynəlxalq konfransın keçirilməsinə dəstək göstərib 20:24Peşə standartları əsasında metodik vəsaitlər hazırlanacaq 20:37Azərbaycanda marşrut avtobusu ağır qəza törətdi – ÖLƏN VAR 20:34Taksi sürücüsünü sükan arxasında bıçaqladılar – Bakı-Qazax yolunda 20:31Bakıda daha bir marşruta yeni avtobuslar verildi 20:26Tanınmış jurnalist Ümid Partiyasının Mətbuat Xidmətinin rəhbəri təyin olundu 20:22Dövlət Sosial Müdafiə Fondunun yeni idarələri yaradılıb 20:16XƏBƏRDARLIQ: Təzyiq dərmanlarını səhər saatlarında içmək olmaz 20:07Minlərlə vətəndaşa ŞAD XƏBƏR - İlham Əliyev SƏRƏNCAM İMZALADI 19:37Ölkə ŞOKDA: Qadının sosial şəbəkədə yayılan fotosu olay oldu 19:32“Mançester Siti”nin çempionluğu alına bilər 19:28İnşallah 2020-ci il Azərbaycan xalqının Qarabağımızı aldığı, millətimizin öz tarixi ata-baba yurdlarına qovuşduğu, bizim ZƏFƏR İLİMİZ olacaq 23:28Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin növbəti siyasi uğuru 22:2079 saylı İmişli DSK-nın 20 saylı Murğuzallı kənd məntəqəsində özbaşınalığın pik həddii 22:15Ucar sakini heyvanlarını satdığı adamdan pulunu ala bilmir - VİDEO 20:12İmişlidə turşudan zəhərlənən ailənin daha bir üzvü ölüb 20:03Prezident İlham Əliyevdən Paşinyana sərt sillə - VİDEO 19:59Rafael Ağayev Karate 1 Premyer Liqa turnirinin qızıl medalını qazanıb 19:56Yurd yanğısı 19:43Əliyev-Paşinyan görüşünə söz ardı. 19:37Mətbuat Şurası Nəsir müəllimin həyat və fəaliyyətindən bəhs edən "Mətbuat fədaisi" kitabını təqdim etdi 22:34Hərbi qulluqçumuz şəhid olub 22:2779 saylı İmişli rayon DSK-nın 14 saylı seçki dairəsində pərdəarxası olaylar 00:31"Bu qərar bizim üçün qələbədir" - İqbal Ağazadəni dəstəkləyənlər sevinc içində... 00:23Məktəbdə şagirddən izahat alındıqdan sonra onda qıcolma yaranıb - İDDİA VƏ RƏSMİ CAVAB - VİDEO 21:0243 yaşlı ana, 24 yaşlı qız: Hər kəs onları bacı zənn edir 20:53497 vəzifəli şəxs barəsində 310 cinayət işi məhkəmələrə göndərilib 20:51Prezident İlham Əliyev: Azərbaycan çox sabit neft təchizatçısı olaraq qalır 20:44Leyla Əliyeva onkoloji xəstəlikdən əziyyət çəkən uşaqlarla görüşüb 20:04Münxendə Azərbaycan və Qazaxıstan prezidentlərinin görüşü olub 20:00Rusiya Təhlükəsizlik Şurasının iclasında İdlib və koronavirus müzakirə edilib 19:58Minimum əmək haqqı artırılacaq, ictimai işlərin əhatəsi genişləndiriləcək 19:55Nəriman Nərimanovun 150 illik yubileyi qeyd olunacaq 19:51Azərbaycanın daha bir güləşçisi erməni rəqibinə qalib gəlib 19:48Kirayədə yaşadığı evdən 2 kq-a yaxın heroin aşkarlandı 19:45Bankomatdan pul çıxaran qadına qarşı soyğunçuluq etdi, yaxalandı - VİDEO 19:42Bakıda avtobus sürücüsü dispetçeri bıçaqlayıb 22:13Üç erməni idmançını məğlub edən Bakı məktəblisi 22:09Çindən bir sıra məhsulların idxalı qadağan edilib 21:5135 saylı Xətai üçüncü seçki dairəsində nəticələr ləğv olunub 21:4774 saylı Lənkəran kənd seçki dairəsində nəticələr ləğv olunub 21:4280 saylı İmişli-Beyləqan Seçki dairəsində seçkinin nəticələri ləğv olunub 20:5933 saylı Xətai birinci seçki dairəsində seçkilərin nəticələri ləğv olunub 20:54Bakıda qanunsuz fəaliyyət göstərən quş əti emalı müəssisəsi aşkarlanıb 20:21Azərbaycanda yeni quş növü aşkar edilib 20:17“YURDUMUZA BAHAR GƏLİR” adlı respublika uşaq rəsm müsabiqəsi elan edilir 20:09