16 yan 14:03siyaset

20 YANVAR FACİƏSİ – TARİXİMİZİN QANLI VƏ ŞANLI SƏHİFƏSİ

20 YANVAR FACİƏSİ – TARİXİMİZİN QANLI VƏ ŞANLI SƏHİFƏSİ
COŞQUN MƏMMƏDOV
Azərbaycan Respublikasının Milli Məclisi,
Elm və təhsil komitəsinin eksperti


Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə salnaməsinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş, faciəli və eyni zamanda şərəfli tarixi günlərdən biri olan 20 Yanvar faciəsindən 30 il ötür.
1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna daxil olmuşdur.
Təcavüz nəticəsində ağır hərbi texnikadan və müxtəlif tipli iriçaplı silahlardan istifadə edilərək, müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan əliyalın, dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədilmiş, nəticədə yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış və itkin düşmüşdür.
Sovet rejiminin süqutu ərəfəsində törədilən bu cinayət xüsusi qəddarlıq və misli görünməmiş vəhşilikləri ilə seçilirdi.
Belə ki, rəsmi məlumatlara görə, Bakıya və digər yaşayış məntəqələrinə sovet ordusunun yeridilməsi nəticəsində 117 nəfəri azərbaycanlı, 6-sı rus, 3-ü yəhudi, 3-ü tatar olmaqla, ümumilikdə 131 nəfər vətəndaşımız vəhşicəsinə qətlə yetirilmiş, 744 nəfər yaralanmış, 841 nəfər həbs edilmiş və 4 nəfər isə itkin düşmüşdür. Həlak olanların arasında qadınlar, qocalar, uşaqlar, həmçinin öz xidməti vəzifələrini şərəflə yerinə yetirən təcili yardım və milis (polis) işçiləri olmuşdur.
Faciə nəticəsində insan hüquqlarına dair bir sıra beynəlxalq sənədlərin, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tələbləri kobudcasına pozulmuşdur.
Bu faciədə hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlaklar məhv edilmiş, şəhər təsərrüfatına və vətəndaşlara böyük maddi ziyan dəymişdir.
Əvvəlcədən düşünülmüş, məqsədyönlü şəkildə hazırlanan bu təcavüzkarlıq siyasətinin əsas məqsədi məhz xalqımızın demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, ona mənəvi və fiziki zərbə vurmaq idi.
Həmçinin Sovet rəhbərliyinin birbaşa dəstəyi və himayədarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, xalqımıza qarşı törədilən soyqırımlar, onların öz tarixi, əzəli doğma yurd-yuvalarından qovulması bu siyasətin tərkib hissələri idi.
Ən acınacaqlı və təəssüf hissi yaradan məqam isə 1990-cı ildə ölkəmizdə törədilən bu cür qanlı qırğına birbaşa əmr verən, şəxsən imza atan Mixail Qorbaçovun həmin il ali beynəlqxalq mükafat olan "Beynəlxalq Nobel Sülh mükafatı”na layiq görülməsi oldu. Sonralar 1995-ci ilin aprelin 27-də Türkiyədə səfərdə olan keçmiş SSRİ rəhbəri Mixail Qorbaçov İstanbulun Çırağan sarayında onun şərəfinə verilən ziyafətdə çıxış edərkən öz siyasi bioqrafiyasının bəzi məqamlarına toxunmuş, 1990-cı il 20 Yanvar hadisələrindən danışarkən öz günahını etiraf edərək “Bakıda fövqəladə vəziyyət elan etmək və oraya qoşun göndərmək mənim siyasi həyatımın ən böyük səhvi idi” demişdi.
20 Yanvar faciəsindən dərhal sonra yanvarın 21-də, hələ sovet imperiyasının mövcud olduğu bir dövrdə, bütün çətinliklərə rəğmən, böyük siyasi iradə nümayiş etdirən xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirmişdir. Ulu Öndər Heydər Əliyev çıxışında bu vəhşiliyi kəskin şəkildə pisləyərək, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata öz kəskin etirazını bildirmiş, həmin əməliyyata rəhbərlik edənləri isə ifşa edərək, doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirmişdi.
Ulu Öndər əliyalın xalqa qarşı törədilən bu cür terroru böyük cinayət adlandıraraq, törətdilən bu cinayətə görə SSRİ rəhbərliyini, şəxsən Mixail Qorbaçovu qətiyyətli şəkildə ittiham edərək demişdir: “Azərbaycanda baş vermiş hadisələri mən hüquqa, demokratiyaya, humanizmə və hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm... Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün zəmin də yaranmazdı ... Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır!”.
Həmin ilin noyabr ayının 20-də Naxçıvan Muxtar Respublikasına qayıdan ümummilli lider Heydər Əliyev Naxçıvan Ali Məclisinin sessiyasında 20 Yanvar faciəsini Azərbaycan xalqının suveren hüquqlarına qəsd kimi qiymətləndirərək demişdir: “Mən belə hesab edirəm ki, 19-20 yanvarda baş vermiş bu faciə həm Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən Qorbaçovun böyük günahının nəticəsidir, onun diktatorluq meyillərindən əmələ gəlmiş bir haldır və eyni zamanda, Azərbaycan rəhbərlərinin xalqa xəyanəti və cinayətinin nəticəsidir“.
Faciəyə dövlət səviyyəsində ilk siyasi-hüquqi qiymət də məhz ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə yenidən qayıdışından sonra verilmişdir. Belə ki, Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirilmiş, müzakirələrin yekunu olaraq həmin ilin martında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edilmişdir.
Şəhidlərin adlarının əbədiləşdirilməsi, o cümlədən şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi dövlətimizin daim diqqət mərkəzindədir və bu istiqamətdə ardıcıl, mühüm tədbirlər həyata keçirilir.
Qədirbilən xalqımız isə hər il faciənin ildönümündə şəhidlik zirvəsini fəth edib, əbədiyaşarlıq hüququ qazanmış vətən övladlarının fədakarlığını yüksək qiymətləndirərək, paytaxtımızın ən yüksək ərazisində salınan Şəhidlər Xiyabanını izdihamlı yürüşlə ziyarət edir, onların əziz xatirəsini dərin hörmət və qürurla anır, bu faciəni törədənlərə isə öz nifrətini bildirir.
Əliyalın, dinc əhaliyə qarşı törədilən bu silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın xüsusi amansızlıqla qətlə yetirilməsi və yaralanması əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı törədilmiş ən ağır, dəhşətli terror aktı cinayətlərindən biri kimi insanlıq tarixində ən böyük ləkə olaraq qalacaqdır.
Qanlı Yanvar faciəsi ümumxalq hüzn günü olmaqla yanaşı, eyni zamanda xalqımızın öz suverenliyi, istiqlaliyyəti uğrunda apardığı haqlı mübarizənin şərəfli tarixi kimi milli birlik və vətənpərvərliyin simvolu olaraq da yaddaşlarda əbədi qalacaqdır.
Allah vətən uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin...
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
İqbal Ağazadə Tusi küçəsində sakinlərlə görüş keçirdi 20:52Salome Zurabişvili: Azərbaycan-Gürcüstan münasibətləri regionda sabitlik və inkişaf üçün etibarlı əsasdır 20:38Rusiyada deputat və həyat yoldaşı öldürülüb 20:34Koronavirus məşhur serialda 20:32Elxan Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ 20:27Yol polisinin sürücülərə tələ qurması ilə bağlı yayılmış görüntülərə - RƏSMİ MÜNASİBƏT 20:23Şəmkir və Hacıqabulda ağır yol qəzaları - 5 nəfər ölüb 20:14Kirayə evlərə müraciət nə vaxt başlanır? - AÇIQLAMA 20:08Bakcell növbəti dəfə Milli KSM mükafatının qalibidir 20:04YAP-ın deputatlığa namizədinin Səbail rayonunda sakinlərlə səyyar görüşləri davam edir 22:0844 saylı Sumqayıt-Xızı Seçki Dairəsindən Umid Partiyasından deputatlığa namizəd Taleh Əliyevin seçicilərlə görüşləri davam edir 21:59Parlamentə millətini, dövlətini, xalqını sevən İqbal Ağazadə kimi deputatlar gərəkdir 21:38Daşaltı əməliyyatından 28 il ötür 10:14Bakı-Salyan şosesində 2 avtomobil toqquşub, xəsarət alan var 10:10Daha bir vəzifəli şəxsə cinayət işi açıldı - Yeyintiyə görə 10:04Əfsanəvi basketbolçu qəzada öldü 09:59Ata iki oğlunu hava limanında atıb gedib 09:55Arif Quliyev ilk dəfə xanımını göstərdi - EVİNDƏN VİDEO 09:52257 nəfər deputatlığa namizədliyini geri götürdü 21:28Araz Hüseynov namizədliyini Azay Quliyevin xeyrinə geri götürdü 21:25Bazarda hansı maşınlar bahalaşır? - AÇIQLAMA 21:22Ölümə təslim edilən “Supermario”: “Anamı bağışlaya bilmərəm” - SİRLİ ULDUZLAR 21:20Avtosalondan 5 yeni avtomobil oğurlayan dəstənin - VİDEOsu 21:16Məcburi köçkünlərin məskunlaşdığı poliklinikada yanğın olub 21:12Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb - YENİLƏNİB 21:08Çində koronavirusdan ölənlərin sayı 57 nəfərə çatıb - YENİLƏNİB 21:01Doktorantura və dissertanturaya xarici dil üzrə qəbul imtahanı başa çatdı 20:58XI Ramzesin rahibini "danışdırdılar" - İNANILMAZ 20:53"Mənim haqqım o insanların üzərində qalır” - Aysel 20:50DYP ilə bağlı sosial şəbəkədə sorğu keçirilib - Kimlər razıdır, kimlər razı deyil? 20:41Birinci vitse-prezident Mehriban Əliyevaya uşaqlarımız üçün gözəl şərait yaratdığı üçün sonsuz təşəkkürümüzü bildiririk - 11 saylı xüsusi təhsil məktəbindən reportaj 20:17Bakıda marşrut avtobusu ilə minik avtomobili toqquşub, 6 nəfər yaralanıb 20:13Marafon yarışlarında idmançılar niyə məhz 42 min 195 metr qaçırlar? 20:10Abşeronda iki məktəbli qızı vuran sürücü tutulub 20:07Cəriməsi olan sürücü və piyadalar sərhədi keçə bilməyəcəklər - YENİ TƏLƏB - VİDEO 20:04Ziyad Əliabbas oğlu Səmədzadə- ZƏNGİNLİK! 19:57YAP-ın deputatlığa namizədi Aytən Hüseynova Səbail rayonu Bibiheybət qəsəbəsinin sakinləri ilə görüşüb 00:24Əfqan Quliyevin seçicilər ilə görüşü uğurla davam edir - FOTOLAR 00:17103 saylı dairənin qalibi Elmar Musayev olacaq 00:17Abşeron rayonu 45 saylı Dairə Seçki Komissiyası tərəfindən namizədliyi qeydə alınan Cəmil Zəbhulla oğlu Dadaşovun seçkiqabağı PLATFORMASI 00:16Azərbaycan gimnastı: Mən bütün gücümü Bakıdakı Dünya kubokuna yönəldəcəyəm 23:57Son 5 ildə 160-dək cinayətkar Azərbaycana ekstradisiya edilib 23:54Türkiyədə zəlzələdə ölənlərin sayı açıqlandı 23:50Heydər Əliyev Mərkəzində "Bakı və Moskvada onları sevirlər" fotosərgisi açılıb 23:46Bakıda təcili tibbi yardım avtomobili qəzaya uğrayıb, tibb işçiləri xəsarət alıb 23:35"Bakcell" və INNOLAND gənc developerləri investorlarla tanış edib 23:31Xırdalan qəbiristanlığı sökülür? - RƏSMİ AÇIQLAMA 21:47Çində yeni koronavirusa yoluxanların sayı 644-ə, ölənlərin sayı isə 18-ə çatıb 21:43Qubada körpələr evi yanıb 21:42Azər Paşa Nemətov: 2020-ci il üçün Akademik Milli Dram Teatrının planları böyükdür 21:33Prezident İlham Əliyev “Swiss Re” şirkətinin ictimaiyyətlə əlaqələr üzrə sədri Veronika Skotti ilə görüşüb 21:24Xalq artistləri Adil Əliyevi dəstəkləyiblər 11:07Yunanlar ölkələrinin miqrant axınına tab gətirə bilməyəcəklərindən qorxurlar 11:03Bu komandalar Türkiyə kubokunun dörddəbir final mərhələsinə yüksəlib 10:59Paytaxtda saxta pulla telefon alan şəxs saxlanıb 10:56Biləsuvarda İran vətəndaşlarından 16 kq narkotik və silah-sursat ələ keçirilib 10:52Bakıda növbəti 7 ildə 11 metrostansiya tikiləcək 10:47Hərbi liseylərə və Hərbi Tibb Məktəbinə tələbə qəbulu iyulun 19-da aparılacaq 10:4329 saylı Səbail seçki dairəsindən YAP-ın deputatlığa namizədi Aytən Hüseynova Səbail rayon gəncləri ilə görüş keçirib 15:30“XOCALI - ŞƏHİD ŞƏHƏR” adlı respublika uşaq rəsm müsabiqəsi elan edilir 15:21