15 yan 21:45siyaset, gundem

YAP Səbail rayon təşkilatının 2020-ci il üçün İş planı təsdiqləndi

YAP Səbail rayon təşkilatının 2020-ci il üçün İş planı təsdiqləndi Yanvarın 15-də YAP Səbail rayon təşkilatının Rayon Şurası və İdarə Heyətinin geniş tərkibdə iclası keçirildi.
İclasda çıxış edən YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev respublikamızın ictimai-siyasi həyatında baş verən mühüm hadisələr haqqında danışaraq, 2019-cu ilin ölkəmiz üçün uğurlu olduğunu və ötən ilin Azərbaycan xalqının tarixinə islahatlar ili kimi yazıldığını bildirdi. Ş.Hacıyev Prezident İlham Əliyevin ilin yekunları ilə bağlı müşavirədə çıxışına toxunaraq qeyd etdi ki, “Azərbaycan müstəqil siyasət yürütməklə dayanıqlı inkişaf yolunda inamla irəliləyir. Ötən il ölkəmiz üçün çox uğurlu olub. Sosial layihələr çərçivəsində insanların rifah halı əhəmiyyətli dərəcədə yaxşılaşıb. Eyni zamanda dərin, köklü islahatlar həyata keçirilib”. Vurğulandı ki, ölkəmizdə aparılan struktur və institusional dəyişikliklər, yeniləşmə və cəmiyyətimizdə gənclərin rolunun yüksəldilməsi, gənclərə geniş meydan verilməsi hər bir vətəndaş tərəfindən yüksək qiymətləndirilir və dəstəklənir. Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin “Könüllülər ili” elan olunması dövlətin gənclər siyasətinin daha bir parlaq təzahürüdür.
Bütün bu uğurların əldə olunmasında Yeni Azərbaycan Partiyasının mühüm rolunu xüsusi qeyd edən sədr bildirdi ki, ötən il Yeni Azərbaycan Partiyası, o cümlədən YAP Səbail rayon təşkilatı üçün uğurlu il olub, rayon təşkilatının sıraları daha da genişlənib və partiyanın yeni üzvləri arasında gənclər, qadınlar üstünlük təşkil edir. Ş.Hacıyev 2019-cu ildə YAP Səbail rayon təşkilatının siyasi-ideoloji, mədəni-kütləvi, sosial və s. istiqamətlərdəki fəaliyyəti haqqında yığıncaq iştirakçılarına ümumi məlumat verdi. Qeyd olundu ki, rayon partiya təşkilatı tərəfindən hər il ənənəvi olaraq keçirilən siyasi, rəsmi təqvim günlərinə həsr olunan tədbirlərdən başqa, ötən il “Nəsimi ili” və Yeni Azərbaycan Partiyası ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin “2019-2020-ci illər üzrə birgə Fəaliyyət Planı” çərçivəsində çoxsaylı mədəni, bədii-publisistik tədbirlər, görüşlər keçirilmiş, cəbhə bölgələrinə səfərlər təşkil olunmuş, gənclərlə iş istiqaməti daha da gücləndirilmiş, rayonun aztəminatlı sakinləri üçün xeyriyyə aksiyaları, iftar süfrələri təşkil olunmuş, rayon sakinlərinin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə Səbail rayon İcra Hakimiyyəti ilə birgə yerlərdə görüşlər keçirilmiş, kütləvi informasiya vasitələrində çoxsaylı çıxışlar edilmiş, məqalə və müsahibələr dərc olunmuşdur. Nəzərə çatdırıldı ki, YAP Səbail rayon təşkilatının illik geniş hesabatı fevral ayında rayon partiya təşkilatının yaranmasının növbəti ildönümü tədbirində təqdim olunacaqdır.
İclasda, həmçinin fevralın 9-da keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar Səbail rayonunda təbliğat-təşviqat kampaniyasının aparılması, seçicilərlə görüşlər, seçki qərargahının fəaliyyəti ilə bağlı qarşıda duran vəzifələr müzakirə olundu, 20 Yanvar faciəsinin ildönümünə hazırlıqlar barədə məlumat verildi.
Ş.Hacıyev YAP Səbail rayon təşkilatının 2020-ci il üçün hazırlanmış İş planı və Yeni Azərbaycan Partiyasının yaradıcısı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə əlaqədar tədbirlər planı haqqında ətraflı məlumat verdi. Qeyd olundu ki, geniş və əhatəli şəkildə hazırlanan İş planında ənənəvi ictimai-siyasi, mədəni-kütləvi tədbirlərin, həmçinin “Könüllülər ili” çərçivəsində keçirilməsi nəzərdə tutulan xüsusilə gənclər, yeniyetmələr üçün tərbiyəvi, maarifləndirici seminarların, “dəyirmi masa”ların təşkili, həmçinin hər il olduğu kimi bu il də cəbhə bölgələrinə səfərlərin təşkili, səngərdə əsgərlərlə görüşlərin keçirilməsi, Səbail rayonunda qeydə alınmış 300-ə yaxın aztəminatlı ailəyə, əlillərə, müharibə veteranlarına, şəhid yaxınlarına, kimsəsizlərə, tənha qocalara, yataq xəstələrinə mütəmadi olaraq maddi-mənəvi yardımların göstərilməsi üzrə işlər davam etdiriləcəkdir.
İclasda Yeni Azərbaycan Partiyasının yaradıcısı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə əlaqədar tədbirlər planı müzakirə edilərək təsdiq olundu.
Sonra rayon partiya təşkilatının İş planı, eləcə də YAP Səbail rayon Qadınlar Şurasının, Gənclər Təşkilatının və Nəzarət-təftiş Komissiyasının illik iş planları geniş müzakirə olundu, Rayon Şurası və İdarə Heyəti üzvlərinin rəy və təklifləri dinlənildi. Çıxışlardan sonra iş planları səsə qoyularaq yekdilliklə təsdiqləndi.
Ş.Hacıyev YAP Səbail rayon təşkilatı İdarə heyətinin üzvü, Azərbaycan Auditorlar Palatasının sədri Vahid Novruzovu 70 illik yubileyi və “Şöhrət” ordeni ilə təltif edilməsi münasibətilə Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının çoxminli üzvləri adından və şəxsən öz adından səmimi qəlbdən təbrik etdi, ona möhkəm cansağlığı, sağlam uzun ömür, şərəfli və məsuliyyətli fəaliyyətində yeni-yeni uğurlar arzuladı.
İclasda “Turizm işçiləri” (Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi) ərazi ilk partiya təşkilatının yeni üzvlərinə partiya üzvlük vəsiqələri təqdim olundu.

YAP Səbail rayon təşkilatının 2020-ci il üçün İş planı təsdiqləndiYAP Səbail rayon təşkilatının 2020-ci il üçün İş planı təsdiqləndiYAP Səbail rayon təşkilatının 2020-ci il üçün İş planı təsdiqləndiYAP Səbail rayon təşkilatının 2020-ci il üçün İş planı təsdiqləndiYAP Səbail rayon təşkilatının 2020-ci il üçün İş planı təsdiqləndiYAP Səbail rayon təşkilatının 2020-ci il üçün İş planı təsdiqləndiYAP Səbail rayon təşkilatının 2020-ci il üçün İş planı təsdiqləndiYAP Səbail rayon təşkilatının 2020-ci il üçün İş planı təsdiqləndiYAP Səbail rayon təşkilatının 2020-ci il üçün İş planı təsdiqləndiYAP Səbail rayon təşkilatının 2020-ci il üçün İş planı təsdiqləndiYAP Səbail rayon təşkilatının 2020-ci il üçün İş planı təsdiqləndiYAP Səbail rayon təşkilatının 2020-ci il üçün İş planı təsdiqləndiYAP Səbail rayon təşkilatının 2020-ci il üçün İş planı təsdiqləndiYAP Səbail rayon təşkilatının 2020-ci il üçün İş planı təsdiqləndiYAP Səbail rayon təşkilatının 2020-ci il üçün İş planı təsdiqləndiYAP Səbail rayon təşkilatının 2020-ci il üçün İş planı təsdiqləndiYAP Səbail rayon təşkilatının 2020-ci il üçün İş planı təsdiqləndiYAP Səbail rayon təşkilatının 2020-ci il üçün İş planı təsdiqləndiYAP Səbail rayon təşkilatının 2020-ci il üçün İş planı təsdiqləndi
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
Vergidən yayınanlara xəbərdarlıq: Sanksiyalar qaçılmazdır 21:52Azərbaycanda ŞOK OLAY: nənə ərinin dostu ilə QAÇDI 21:45Bakıda 7 evdən oğurluq edən xalaoğlular tutuldu - VİDEO 21:41Koronavirusla bağlı şok yenilik: Risk qrupu açıqlandı – Bu adamlar isə sağalır 21:37Yaya Ture Braziliya klubuna keçə bilər 21:32Summativ qiymətləndirmə ilə bağlı narazılığa SON 21:07Nazirlikdən restoran sahiblərinə XƏBƏRDARLIQ 21:01Dünyanın gözlədiyi görüş BAŞ TUTDU: Türk ordusu hərəkətə keçir? - Müharibə anonsu 20:57Ölkəmizə qeyri-qanuni yollarla qızıl gətirənlər var - Bəzi zərgərlər müştəriləri aldadır 20:53"Sədərək" Ticarət Mərkəzində 28 mağaza yanıb 20:48Binəqədi rayonunda silsilə oğurluqlar edən şəxslər saxlanılıblar 20:41Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində işçilərin sayı müəyyənləşib 20:37Bəzi namizədlər bilərəkdən xoşagəlməz hallara yol verir - Məzahir Pənahov 20:3279 saylı İmişli Seçki Dairəsində olan saxtakarlıqlar 20:29Bakcell beynəlxalq konfransın keçirilməsinə dəstək göstərib 20:24Peşə standartları əsasında metodik vəsaitlər hazırlanacaq 20:37Azərbaycanda marşrut avtobusu ağır qəza törətdi – ÖLƏN VAR 20:34Taksi sürücüsünü sükan arxasında bıçaqladılar – Bakı-Qazax yolunda 20:31Bakıda daha bir marşruta yeni avtobuslar verildi 20:26Tanınmış jurnalist Ümid Partiyasının Mətbuat Xidmətinin rəhbəri təyin olundu 20:22Dövlət Sosial Müdafiə Fondunun yeni idarələri yaradılıb 20:16XƏBƏRDARLIQ: Təzyiq dərmanlarını səhər saatlarında içmək olmaz 20:07Minlərlə vətəndaşa ŞAD XƏBƏR - İlham Əliyev SƏRƏNCAM İMZALADI 19:37Ölkə ŞOKDA: Qadının sosial şəbəkədə yayılan fotosu olay oldu 19:32“Mançester Siti”nin çempionluğu alına bilər 19:28İnşallah 2020-ci il Azərbaycan xalqının Qarabağımızı aldığı, millətimizin öz tarixi ata-baba yurdlarına qovuşduğu, bizim ZƏFƏR İLİMİZ olacaq 23:28Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin növbəti siyasi uğuru 22:2079 saylı İmişli DSK-nın 20 saylı Murğuzallı kənd məntəqəsində özbaşınalığın pik həddii 22:15Ucar sakini heyvanlarını satdığı adamdan pulunu ala bilmir - VİDEO 20:12İmişlidə turşudan zəhərlənən ailənin daha bir üzvü ölüb 20:03Prezident İlham Əliyevdən Paşinyana sərt sillə - VİDEO 19:59Rafael Ağayev Karate 1 Premyer Liqa turnirinin qızıl medalını qazanıb 19:56Yurd yanğısı 19:43Əliyev-Paşinyan görüşünə söz ardı. 19:37Mətbuat Şurası Nəsir müəllimin həyat və fəaliyyətindən bəhs edən "Mətbuat fədaisi" kitabını təqdim etdi 22:34Hərbi qulluqçumuz şəhid olub 22:2779 saylı İmişli rayon DSK-nın 14 saylı seçki dairəsində pərdəarxası olaylar 00:31"Bu qərar bizim üçün qələbədir" - İqbal Ağazadəni dəstəkləyənlər sevinc içində... 00:23Məktəbdə şagirddən izahat alındıqdan sonra onda qıcolma yaranıb - İDDİA VƏ RƏSMİ CAVAB - VİDEO 21:0243 yaşlı ana, 24 yaşlı qız: Hər kəs onları bacı zənn edir 20:53497 vəzifəli şəxs barəsində 310 cinayət işi məhkəmələrə göndərilib 20:51Prezident İlham Əliyev: Azərbaycan çox sabit neft təchizatçısı olaraq qalır 20:44Leyla Əliyeva onkoloji xəstəlikdən əziyyət çəkən uşaqlarla görüşüb 20:04Münxendə Azərbaycan və Qazaxıstan prezidentlərinin görüşü olub 20:00Rusiya Təhlükəsizlik Şurasının iclasında İdlib və koronavirus müzakirə edilib 19:58Minimum əmək haqqı artırılacaq, ictimai işlərin əhatəsi genişləndiriləcək 19:55Nəriman Nərimanovun 150 illik yubileyi qeyd olunacaq 19:51Azərbaycanın daha bir güləşçisi erməni rəqibinə qalib gəlib 19:48Kirayədə yaşadığı evdən 2 kq-a yaxın heroin aşkarlandı 19:45Bankomatdan pul çıxaran qadına qarşı soyğunçuluq etdi, yaxalandı - VİDEO 19:42Bakıda avtobus sürücüsü dispetçeri bıçaqlayıb 22:13Üç erməni idmançını məğlub edən Bakı məktəblisi 22:09Çindən bir sıra məhsulların idxalı qadağan edilib 21:5135 saylı Xətai üçüncü seçki dairəsində nəticələr ləğv olunub 21:4774 saylı Lənkəran kənd seçki dairəsində nəticələr ləğv olunub 21:4280 saylı İmişli-Beyləqan Seçki dairəsində seçkinin nəticələri ləğv olunub 20:5933 saylı Xətai birinci seçki dairəsində seçkilərin nəticələri ləğv olunub 20:54Bakıda qanunsuz fəaliyyət göstərən quş əti emalı müəssisəsi aşkarlanıb 20:21Azərbaycanda yeni quş növü aşkar edilib 20:17“YURDUMUZA BAHAR GƏLİR” adlı respublika uşaq rəsm müsabiqəsi elan edilir 20:09