12 dek 14:34siyaset

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ulu öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olundu

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ulu öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olundu Dekabrın 10-da YAP Səbail rayon təşkilatının və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə müasir Azərbaycan dövlətinin qurucusu və Yeni Azərbaycan Partiyasının yaradıcısı ulu öndər Heydər Əliyevin əbədiyaşar xatirəsinə həsr olunan anım tədbiri keçirildi.
Tədbirdə Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri, iqtisad elmləri doktoru, prof. Şəmsəddin Hacıyev və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov iştirak etdilər.
İlk öncə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Sonra ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətinə həsr olunun videofilm nümayiş olundu.
Tədbiri açıq elan edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoruakademik Urxan Ələkbərov ulu öndər Heydər Əliyevin Azərbaycanın müasir siyasi tarixindəki əvəzolunmaz xidmətlərindən danışdı. Müasir iqtisadi inkişafımızın əsasını təşkil edən Heydər Əliyev neft strategiyasının və “Əsrin müqaviləsi”nin imzalanmasının əhəmiyyətini xüsusi qeyd edən rektor bildirdi ki, Prezident İlham Əliyev ulu öndərin siyasətini və yolunu yeni müstəvidə uğurla davam etdirir. Bu gün Azərbaycan dünyada tanınan, beynəlxalq münasibətlərdə öz sözü və yeri olan, dinamik inkişaf edən modern və güclü dövlətə çevrilib. Rektor qeyd etdi ki, Azərbaycanın müasir tarixində ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərinin ictimai-siyasi mahiyyəti hələ uzun illər tədqiqatçıların diqqət mərkəzində olacaq. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsi daim xalqımızın yaddaşında, ürəklərdə yaşayacaq.
Çıxış edən professor Şəmsəddin Hacıyev bütün varlığı ilə müstəqil Azərbaycan dövlətçiliyinə bağlı olan ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki hakimiyyət dövründə taleyin hökmü ilə Azərbaycan xalqı və milli dövlətçiliyimiz üçün yerinə yetirdiyi böyük tarixi missiyalardan geniş danışdı. Ulu öndər Heydər Əliyevin sözün əsl mənasında müstəqil Azərbaycan dövlətinin qurucusu olduğunu qeyd edən deputat bildirdi ki, dinamik inkişaf edən və ildən-ilə siyasi, iqtisadi, beynəlxalq nüfuzu yüksələn müasir Azərbaycanın müstəqillik dövründə əldə etdiyi bütün uğurların bünövrəsi dahi siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyev amili və Heydər Əliyev şəxsiyyəti ilə bağlıdır. Ş.Hacıyev vurğuladı ki, zaman keçdikcə biz Heydər Əliyev dühasının əzəmətini, böyüklüyünü daha çox hiss edir, həyata keçirdiyi çoxşaxəli işlərin, xalqımız və müstəqil dövlətçiliyimiz üçün ən çətin, taleyüklü anlarda yerinə yetirdiyi xilaskarlıq missiyalarının nəhəngliyini daha dərindən dərk edirik. Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin əbədiyaşar xatirəsini ehtiramla yaşadır və hər bir Azərbaycan vətəndaşı böyük qürur və fərəh hissi ilə hər zaman qeyd edir ki, nə yaxşı ki, müstəqil dövlətçiliyimizin ən mürəkkəb, taleyüklü məsələlərinin həll olunduğu şəraitdə Azərbaycan xalqına Heydər Əliyev kimi böyük və cəsarətli lider olub.
Ulu öndər Heydər Əliyev zəngin dövlətçilik və idarəçilik irsi haqqında tədbir iştirakçılarına xronoloji ardıcıllıqla geniş və ətraflı məlumat verən Ş.Hacıyev Sovet dövründə Heydər Əliyevin yalnız şəxsi bacarığı, istedadı və işgüzarlığı ilə gənc yaşlarından etibarən dünyanı idarə edən iki nəhəng dövlətdən birinin ən yüksək rəhbər vəzifələrinə qədər yüksələn ilk müsəlman-türk, azərbaycanlı olmasını, 1969-cu ildə müttəfiq respublikalar arasında ən geridə qalmış aqrar-xammal ölkələrindən biri olan Azərbaycana rəhbər təyin olunmasından sonra cəmi 13 il ərzində Azərbaycan SSR-i Sovet respublikaları sırasında ən sürətlə inkişaf edən və özünü tam təmin edən sənaye respublikasına çevirməsini, SSRİ kimi fövqəldövlətdə yüksək məsuliyyət tələb edən elm, təhsil, mədəniyyət, nəqliyyat, maşınqayırma, dəmir yolları və digər mühüm strateji sahələrə məhz Heydər Əliyevin rəhbərlik etməsini və bu sahələrin inkişafında əhəmiyyətli nəticələrin əldə edilməsini xüsusi vurğuladı.
Millət vəkili Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra Heydər Əliyevin xalqın istəyi və dəstəyi ilə 1993-cü ilin iyununda ölkəmizdə hakimiyyətə gəlməsini onun tarixi qurtuluş missiyasının başlanğıcı olduğunu diqqətə çatdırdı. 1992-ci ilin 21 noyabr tarixində Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının təsis olunmasını və qısa müddətdə xalqın dəstəyi ilə iqtidar partiyasına çevrilməsini Azərbaycanın siyasi tarixində mühüm hadisə kimi vurğulayan Ş.Hacıyev bildirdi ki, Azərbaycana rəhbərlik etdiyi 10 il ərzində ulu öndər ölkəmizi düşdüyü bəlalardan, tənəzzüldən, sözün əsl mənasında yox olmaq, məhv olmaq və dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas etdi. Heydər Əliyev son dərəcə mürəkkəb siyasi və iqtisadi şəraitdə Azərbaycanın müstəqilliyini qorudu, möhkəmləndirdi və ölkəmizi iqtisadi tənəzzüldən sürətli inkişaf və tərəqqi yoluna çıxartdı. Deputat Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətçiliyinin inkişafı üçün hazırladığı fundamental siyasi və iqtisadi bazanın tərkib elementlərini təhlil edərək, ulu öndərin misilsiz xidmətləri sırasında Onun şəxsi nüfuzu və siyasi iradəsi nəticəsində 1994-cü ildə Azərbaycanın iqtisadi müstəqilliyinin əsasını təmin edın “Əsrin Müqaviləsi”nin imzalanmasının, 1995-ci ildə sivil, demokratik və milli maraqlara cavab verən, ölkədə siyasi sistemin əsaslarını müəyyənləşdirən, bütün prosesləri və münasibətlər sistemini tənzimləyən mükəmməl qanunvericilik bazasının yaradılmasını təmin edən müstəqil Azərbaycanın yeni Konstitusiyasının hazırlanması və qəbulunun, ölkədə bazar iqtisadiyyatına keçid üçün zəruri olan institutların və infrastrukturun yaradılmasının, cəmiyyət həyatının bütün sahələrini əhatə edən geniş və sistemli islahatlar proqramının həyata keçirilməsinin, eləcə də həmin dövrdə Azərbaycanın milli və azərbaycançılıq ideologiyasının formalaşdırılması və bütün cəmiyyətin bu ideyalar ətrafında birləşdirilməsinin əhəmiyyətini xüsusi olaraq qeyd etdi.
Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı daha bir tarixi missiyasının – sağlığında özünün siyasi varisini müəyyənləşdirməsi olduğunu diqqətə çatdıran Ş.Hacıyev qeyd etdi ki, zaman bu seçimin nə dərəcədə düzgün, müdrik və uzaqgörən qərar olduğunu sübuta yetirdi. Azərbaycan xalqına firavan həyat və güclü dövlət bəxş etmiş Heydər Əliyev siyasəti bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən tamamilə yeni keyfiyyət müstəvisində dünyada gedən proseslər və yeni çağırışlar əsasında uğurla davam etdirilir. Ölkə başçısının rəhbərliyi ilə Azərbaycanda son 16 ildə möhtəşəm işlər görülmüş, ən böyük dəyərimiz olan ictimai-siyasi sabitliyimiz təmin olunmuş, iqtisadiyyatımız sürətlə inkişaf etmiş, beynəlxalq aləmdə Azərbaycan etibarlı tərəfdaş kimi nüfuzu xeyli yüksəlmişdir. 2018-ci ildən etibarən ölkəmizdə davamlı, tarazlı, şaxələndirilmiş inkişaf və cəmiyyət həyatının bütün sahələrini əhatə edən əsaslı islahatlar həyata keçirilir və müsbət nəticələr də göz önündədir. Azərbaycan öz inkişaf yolu ilə gedir, bu yol Heydər Əliyev yolu və İlham Əliyevin cəsarətli, müstəqil, uzaqgörən siyasət yoludur. Bu siyasət Azərbaycanı gələcəkdə də çox uğurlara aparacaq.
Ulu öndər Heydər Əliyevi bir daha qürurla və ehtiramla yad edən Ş.Hacıyev vurğuladı ki, Azərbaycan xalqının dahi oğlu Heydər Əliyev tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixin gedişatını dəyişən və Azərbaycanın yeni tarixini yaradan rəhbərdir. Nə qədər ki, Azərbaycan var, o qədər də Heydər Əliyev ideyaları yaşayacaq və Heydər Əliyevin qurub yaratdığı Azərbaycan vaxt gələcək dünyanın ən inkişaf etmiş ölkələrindən olacaq. Allah ümummilli liderimizə qəni-qəni rəhmət eləsin! Ruhu şad olsun!
YAP Səbail rayon “İdarəedicilər” ərazi ilk partiya təşkilatının sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının fakültə dekanı, siyasi elmlər doktoru, professor Elçin Əhmədov bildirdi ki, otuz beş ilə yaxın bir müddətdə Azərbaycanın taleyi dahi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevlə bağlı olub. Ümummilli lider Heydər Əliyevin zəngin irsi müstəqil Azərbaycan dövlətinin inkişaf və tərəqqisi yolunda, indiki və gələcək nəsillər üçün əvəzsiz sərvət, böyük qürur və iftixar mənbəyidir. Bu irsi öyrənmək və təbliğ etmək bizim hər birimizin məsul və şərəfli borcudur. Ümummilli lider Heydər Əliyevin müdrik rəhbərliyi, həyata keçirdiyi düşünülmüş, məqsədyönlü tədbirləri hesabına 1969-1982-ci illər Azərbaycanın intibah dövrü kimi tarixə düşüb.
Professor qeyd etdi ki, 1993-cü ilin ikinci yarısında ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaradıb. Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illərdə respublikamız üçün həlledici illər olub. Məhz həmin illərdə dövlətçiliyimizin möhkəm təməli qoyulub. O illərdə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətlə bağlı strateji xətti müəyyən edilib, Azərbaycan dünya birliyinə qovuşub.
Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi kursun son 16 ildə Prezident İlham Əliyev tərəfindən dinamik şəkildə və novatorcasına inkişaf etdirilməsi nəticəsində Azərbaycanın çox böyük uğurlara imza atması ölkəmizin dünya birliyində mövqelərinin yüksəlməsini təmin edib. Həyata keçirilən qlobalmiqyaslı tədbirlər bu gün Azərbaycanın dünya miqyasında nüfuzunu xeyli artırıb, ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirib.
Çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Siyasi idarəetmə” fakültəsinin III kurs tələbəsi İlahə Balakişiyeva ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin gənclər üçün böyük nümunə təşkil etməsi, Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycanın hər bir Azərbaycanlı gənc üçün fəxr və qürur mənbəyi olması, ölkəmizdə Heydər Əliyevin banisi olduğu dövlət gənclər siyasəti və bu siyasətin ölkə Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirməsi haqqında danışdı. Bildirildi ki, bu gün vətənpərvərlik ruhunda formalaşan Azərbaycan gəncliyi ölkəmizin son 16 ildə əldə etdiyi misilsiz nailiyyətlərdən ruhlanır və onlara göstərilən yüksək etimada layiq olmağa çalışır.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunan Dövlət İdarəçilik Akademiyasının tələbələrinə partiya üzvlük vəsiqələri təqdim olundu.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ulu öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olunduAzərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ulu öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olunduAzərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ulu öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olunduAzərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ulu öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olunduAzərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ulu öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olunduAzərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ulu öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olunduAzərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ulu öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olunduAzərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ulu öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olunduAzərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ulu öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olunduAzərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ulu öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olundu
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
YAP-ın deputatlığa namizədi Aytən Hüseynova Səbail rayonu Bibiheybət qəsəbəsinin sakinləri ilə görüşüb 00:24Əfqan Quliyevin seçicilər ilə görüşü uğurla davam edir - FOTOLAR 00:17103 saylı dairənin qalibi Elmar Musayev olacaq 00:17Abşeron rayonu 45 saylı Dairə Seçki Komissiyası tərəfindən namizədliyi qeydə alınan Cəmil Zəbhulla oğlu Dadaşovun seçkiqabağı PLATFORMASI 00:16Azərbaycan gimnastı: Mən bütün gücümü Bakıdakı Dünya kubokuna yönəldəcəyəm 23:57Son 5 ildə 160-dək cinayətkar Azərbaycana ekstradisiya edilib 23:54Türkiyədə zəlzələdə ölənlərin sayı açıqlandı 23:50Heydər Əliyev Mərkəzində "Bakı və Moskvada onları sevirlər" fotosərgisi açılıb 23:46Bakıda təcili tibbi yardım avtomobili qəzaya uğrayıb, tibb işçiləri xəsarət alıb 23:35"Bakcell" və INNOLAND gənc developerləri investorlarla tanış edib 23:31Xırdalan qəbiristanlığı sökülür? - RƏSMİ AÇIQLAMA 21:47Çində yeni koronavirusa yoluxanların sayı 644-ə, ölənlərin sayı isə 18-ə çatıb 21:43Qubada körpələr evi yanıb 21:42Azər Paşa Nemətov: 2020-ci il üçün Akademik Milli Dram Teatrının planları böyükdür 21:33Prezident İlham Əliyev “Swiss Re” şirkətinin ictimaiyyətlə əlaqələr üzrə sədri Veronika Skotti ilə görüşüb 21:24Xalq artistləri Adil Əliyevi dəstəkləyiblər 11:07Yunanlar ölkələrinin miqrant axınına tab gətirə bilməyəcəklərindən qorxurlar 11:03Bu komandalar Türkiyə kubokunun dörddəbir final mərhələsinə yüksəlib 10:59Paytaxtda saxta pulla telefon alan şəxs saxlanıb 10:56Biləsuvarda İran vətəndaşlarından 16 kq narkotik və silah-sursat ələ keçirilib 10:52Bakıda növbəti 7 ildə 11 metrostansiya tikiləcək 10:47Hərbi liseylərə və Hərbi Tibb Məktəbinə tələbə qəbulu iyulun 19-da aparılacaq 10:4329 saylı Səbail seçki dairəsindən YAP-ın deputatlığa namizədi Aytən Hüseynova Səbail rayon gəncləri ilə görüş keçirib 15:30“XOCALI - ŞƏHİD ŞƏHƏR” adlı respublika uşaq rəsm müsabiqəsi elan edilir 15:21Ağac kəsən şirkət 26760 manat cərimələnib 12:33İngiltərə Premyer Liqasının 24-cü turuna başlanıb - NƏTİCƏLƏR 12:24Tahir Budaqov: "Əhalinin müəyyən faizinin siyahıyaalmadan kənarda qalması ola bilər" 12:19Badamdarda qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində reyd keçirilib 12:13Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib 12:09Məzahir Pənahov: Parlament seçkiləri ilə əlaqədar MSK-ya 32 müraciət daxil olub 12:05Ağalar Vəliyev Milli Qəhrəman və şəhid ailələri ilə görüşdü - FOTOLAR 23:27Saatlılar yenə də Əhliman Əmiraslanova səs verəcəklər 23:15Seçicilər Güloğlan Cabbarova söz verdi-SƏSİMİZ SƏNİNDİ 23:10Azərbaycan ictimaiyyəti 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsini yad edir 21:27Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad ediblər 21:23YAP Səbail rayon təşkilatı və 132-134 saylı Təhsil Kompleksinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan anım tədbiri keçirildi 21:04Bakıda istirahət mərkəzində yanğın olub 20:40Mübariz İbrahimovun şücaətindən bəhs edən və şəhidlərin xatirəsinə ithaf olunan “Mübariz” operasının premyerası keçirilib 20:33XİN: 20 Yanvar hadisələrinin sifarişçiləri və icraçıları cəzalandırılmalıdır 20:15Yol polisi niyə ləğv edilməlidir? - QƏRƏZLİ YANAŞMA 20:06Yağıntılı havada avtomobili necə idarə etməli? 20:03Vaqif Əsədovdan sürücülərə səs siqnalı ilə bağlı MÜRACİƏT 20:42Vaqif Əsədovdan sürücülərə səs siqnalı ilə bağlı MÜRACİƏT 20:42Azərbaycan Dilqəm Əsgərov və Şahbaz Quliyevin qanunsuz həbsi ilə bağlı BMT baş katibinə məktub göndərib 20:50Azərbaycanda qədim kəhrizlər bərpa ediləcək 20:45Tailandda yeni tip koronavirusa yoluxanların sayı artıb 20:30Bakıda narkoşəbəkə üzvləri polisə müqavimət göstərdi, qəza törətdi 20:23Xama və pendir qutularında narkotik və psixotrop maddələr tapıldı 20:1720 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş beynəlxalq karate turniri keçiriləcək 20:11Multikulturalizmin Azərbaycan modeli UNESKO-da müzakirə edilib 20:05Bakcell yeni “099” prefiksini istifadəyə verib 19:55Bakıda saxta spirtli içkilər hazırlayıb satan dəstə üzvləri saxlanılıblar 14:21Ötən gün yol qəzalarında 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb 14:18Dmitri Solonnikov: Avropa Parlamentinin qəbul etdiyi qətnamə Azərbaycanın ciddi diplomatik qələbəsidir 14:17Azərbaycanda vergi daxilolmalarının həcmi tarixi maksimuma çatıb 14:15Azərbaycana elektriklə işləyən 100 ədəd “London taksisi” gətiriləcək 14:13Bakıda “parklanma ödənişsizdir” lövhələri quraşdırıldı 14:12Türkiyə yenə Rusiyadan analoqu olmayan silah alır: 2 ay sonra... 14:10İranlı qadın aparıcılardan HÖKUMƏTƏ ETİRAZ - İstefa verdilər 14:09Gözlənilməz QƏRAR - Sergen Yalçın komandadan GÖNDƏRİLDİ 14:08