09 dek 13:09siyaset

9 dekabr Beynəlxalq Soyqırımı Cinayəti Qurbanlarının Xatirəsini Anma Günüdür

9 dekabr Beynəlxalq Soyqırımı Cinayəti Qurbanlarının Xatirəsini Anma Günüdür 9 dekabr Beynəlxalq Soyqırımı Cinayəti Qurbanlarının Xatirəsini Anma Günüdür. Bu xatirə günü 1948-ci ildə "Soyqırımı cinayətinin xəbərdarlıq edilməsi və cəzalandırılması” haqqında Konvensiyanın qəbul edilməsi ilə bağlı seçilib. Onun keçirilməsindən məqsəd soyqırımı qurbanlarının xatirəsini anmaqla yanaşı, dünya ictimaiyyətinin diqqətini bu ağır cinayətin təqsirkarlarının cəzalandırılması və onların qarşısının alınması məsələlərinə cəlb etməkdir.
BMT Baş Assambleyasında bu qətnaməni səsvermə keçirilmədən qəbul edən 193 üzv ölkə bəyan edib ki, hər bir ayrıca dövlət öz əhalisini soyqırımından qorumaqla mükəlləf olmalıdır. Eyni zamanda, bu cinayətin qarşısının alınması və ona təhrik edənlərin cəzalandırılması da hakimiyyətlərin vəzifəsidir.
BMT-nin Baş katibi Antonio Quterreş soyqırımı cinayətləri ilə əlaqədar çıxışında deyib: "Antisemitizm, islamofobiya və nifrət zəminində irqçilik və ksenofobiya təzahürlərinin artması fonunda bütün insanların bərabərliyi və ləyaqətinin qorunmasının təmin edilməsi prinsiplərinə sədaqətimizi bir daha nümayiş eydirməliyik”.
Azərbaycan xalqı da son 200 ildə bir çox faciələr və soyqırımlarına məruz qalıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanıb. Birinci Dünya müharibəsindən sonra Rusiyada yaranmış vəziyyətdən istifadə edən ermənilər öz istəklərinə bolşevizm bayrağı altında nail olmağa cəhd ediblər. Daşnak-bolşevik tandemi 1918-ci ilin əvvəllərindən başlayaraq bütün Bakı quberniyasında yaşayan azərbaycanlıların çıxarılması məqsədlərini güdən cinayətkar planın reallaşdırılmasına başlayıb. 1918-ci ilin mart-aprel aylarında ermənilər tərəfindən törədilən cinayətlər Azərbaycan xalqının yaddaşında silinməz iz qoyub. Təkcə milli mənsubiyyətinə görə minlərlə dinc azərbaycanlı məhv edilib. Ermənilər evləri yandırır, insanları diri-diri oda atırdılar. Onlar tərəfindən milli memarliq abidələri məktəblər, xəstəxanalar, məscidlər və digər tikililər dağıdılıb. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın digər ərazilərində xüsusi qəddarlıqla həyata keçirilib. 1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 30 mindən çox azərbaycanlını qətlə yetirib, 10 minlərlə insanı öz torpaqlarından qovublar. Təkcə Bakıda 10 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülüb, Şamaxıda 58 kənd dağıdılıb, 7 min nəfər (1653 qadın, 965 uşaq) məhv edilib. Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə yeksan olunub; əhali üzərində yaş və cinsinə məhəl qoymadan qətliam həyata keçirılib.
Ulu öndər Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verib. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.
Ermənilərin törətdikləri digər dəhşətli cinayət - Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Xocalı faciəsi Xatın, Lidisa, Oradur soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı bir hadisədir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərini zəbt edərək, Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirib. Hücumdan əvvəl, fevralın 25-i axşamdan şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlayıb. Xocalı soyqırımı zamanı şəhərin 5379 nəfər əhalisi deportasiya olunub, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 8 ailə tam məhv edilib, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərdən hər ikisini itirib, 613 nəfər, o cümlədən 63 uşaq və 106 qadın işgəncə verilməklə vəhşicəsinə öldürülüb. Ermənistan silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar Azərbaycan dövlətinə və vətəndaşlarına 170 milyon ABŞ dollarından artıq ziyan vurulub.
Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində əksini tapıb. Dünyanın 13 ölkəsi parlament səviyyəsində, ABŞ-ın 22 ştatı parlament səviyyəsində, İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını rəsmən tanıyıb. Avropa İnsan Haqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını "müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər" kimi müəyyən edib.
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
İqbal Ağazadə Tusi küçəsində sakinlərlə görüş keçirdi 20:52Salome Zurabişvili: Azərbaycan-Gürcüstan münasibətləri regionda sabitlik və inkişaf üçün etibarlı əsasdır 20:38Rusiyada deputat və həyat yoldaşı öldürülüb 20:34Koronavirus məşhur serialda 20:32Elxan Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ 20:27Yol polisinin sürücülərə tələ qurması ilə bağlı yayılmış görüntülərə - RƏSMİ MÜNASİBƏT 20:23Şəmkir və Hacıqabulda ağır yol qəzaları - 5 nəfər ölüb 20:14Kirayə evlərə müraciət nə vaxt başlanır? - AÇIQLAMA 20:08Bakcell növbəti dəfə Milli KSM mükafatının qalibidir 20:04YAP-ın deputatlığa namizədinin Səbail rayonunda sakinlərlə səyyar görüşləri davam edir 22:0844 saylı Sumqayıt-Xızı Seçki Dairəsindən Umid Partiyasından deputatlığa namizəd Taleh Əliyevin seçicilərlə görüşləri davam edir 21:59Parlamentə millətini, dövlətini, xalqını sevən İqbal Ağazadə kimi deputatlar gərəkdir 21:38Daşaltı əməliyyatından 28 il ötür 10:14Bakı-Salyan şosesində 2 avtomobil toqquşub, xəsarət alan var 10:10Daha bir vəzifəli şəxsə cinayət işi açıldı - Yeyintiyə görə 10:04Əfsanəvi basketbolçu qəzada öldü 09:59Ata iki oğlunu hava limanında atıb gedib 09:55Arif Quliyev ilk dəfə xanımını göstərdi - EVİNDƏN VİDEO 09:52257 nəfər deputatlığa namizədliyini geri götürdü 21:28Araz Hüseynov namizədliyini Azay Quliyevin xeyrinə geri götürdü 21:25Bazarda hansı maşınlar bahalaşır? - AÇIQLAMA 21:22Ölümə təslim edilən “Supermario”: “Anamı bağışlaya bilmərəm” - SİRLİ ULDUZLAR 21:20Avtosalondan 5 yeni avtomobil oğurlayan dəstənin - VİDEOsu 21:16Məcburi köçkünlərin məskunlaşdığı poliklinikada yanğın olub 21:12Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb - YENİLƏNİB 21:08Çində koronavirusdan ölənlərin sayı 57 nəfərə çatıb - YENİLƏNİB 21:01Doktorantura və dissertanturaya xarici dil üzrə qəbul imtahanı başa çatdı 20:58XI Ramzesin rahibini "danışdırdılar" - İNANILMAZ 20:53"Mənim haqqım o insanların üzərində qalır” - Aysel 20:50DYP ilə bağlı sosial şəbəkədə sorğu keçirilib - Kimlər razıdır, kimlər razı deyil? 20:41Birinci vitse-prezident Mehriban Əliyevaya uşaqlarımız üçün gözəl şərait yaratdığı üçün sonsuz təşəkkürümüzü bildiririk - 11 saylı xüsusi təhsil məktəbindən reportaj 20:17Bakıda marşrut avtobusu ilə minik avtomobili toqquşub, 6 nəfər yaralanıb 20:13Marafon yarışlarında idmançılar niyə məhz 42 min 195 metr qaçırlar? 20:10Abşeronda iki məktəbli qızı vuran sürücü tutulub 20:07Cəriməsi olan sürücü və piyadalar sərhədi keçə bilməyəcəklər - YENİ TƏLƏB - VİDEO 20:04Ziyad Əliabbas oğlu Səmədzadə- ZƏNGİNLİK! 19:57YAP-ın deputatlığa namizədi Aytən Hüseynova Səbail rayonu Bibiheybət qəsəbəsinin sakinləri ilə görüşüb 00:24Əfqan Quliyevin seçicilər ilə görüşü uğurla davam edir - FOTOLAR 00:17103 saylı dairənin qalibi Elmar Musayev olacaq 00:17Abşeron rayonu 45 saylı Dairə Seçki Komissiyası tərəfindən namizədliyi qeydə alınan Cəmil Zəbhulla oğlu Dadaşovun seçkiqabağı PLATFORMASI 00:16Azərbaycan gimnastı: Mən bütün gücümü Bakıdakı Dünya kubokuna yönəldəcəyəm 23:57Son 5 ildə 160-dək cinayətkar Azərbaycana ekstradisiya edilib 23:54Türkiyədə zəlzələdə ölənlərin sayı açıqlandı 23:50Heydər Əliyev Mərkəzində "Bakı və Moskvada onları sevirlər" fotosərgisi açılıb 23:46Bakıda təcili tibbi yardım avtomobili qəzaya uğrayıb, tibb işçiləri xəsarət alıb 23:35"Bakcell" və INNOLAND gənc developerləri investorlarla tanış edib 23:31Xırdalan qəbiristanlığı sökülür? - RƏSMİ AÇIQLAMA 21:47Çində yeni koronavirusa yoluxanların sayı 644-ə, ölənlərin sayı isə 18-ə çatıb 21:43Qubada körpələr evi yanıb 21:42Azər Paşa Nemətov: 2020-ci il üçün Akademik Milli Dram Teatrının planları böyükdür 21:33Prezident İlham Əliyev “Swiss Re” şirkətinin ictimaiyyətlə əlaqələr üzrə sədri Veronika Skotti ilə görüşüb 21:24Xalq artistləri Adil Əliyevi dəstəkləyiblər 11:07Yunanlar ölkələrinin miqrant axınına tab gətirə bilməyəcəklərindən qorxurlar 11:03Bu komandalar Türkiyə kubokunun dörddəbir final mərhələsinə yüksəlib 10:59Paytaxtda saxta pulla telefon alan şəxs saxlanıb 10:56Biləsuvarda İran vətəndaşlarından 16 kq narkotik və silah-sursat ələ keçirilib 10:52Bakıda növbəti 7 ildə 11 metrostansiya tikiləcək 10:47Hərbi liseylərə və Hərbi Tibb Məktəbinə tələbə qəbulu iyulun 19-da aparılacaq 10:4329 saylı Səbail seçki dairəsindən YAP-ın deputatlığa namizədi Aytən Hüseynova Səbail rayon gəncləri ilə görüş keçirib 15:30“XOCALI - ŞƏHİD ŞƏHƏR” adlı respublika uşaq rəsm müsabiqəsi elan edilir 15:21