09 dek 12:11siyaset

İsa Qəmbərlə Gültəkin Hacıbəyli arasında qalmaqal - "Bir şəxs ki, siyasi tacir statusu ala..."

İsa Qəmbərlə Gültəkin Hacıbəyli arasında qalmaqal - "Bir şəxs ki, siyasi tacir statusu ala..." Sabiq Müsavat başqanı İsa Qəmbərlə "Milli Şura"nın üzvü Gültəkin Hacıbəyli arasında “müavin” qalmaqalı yenidən alovlanıb.
Trend-in məlumatına görə, Gültəkin Hacıbəyli özünün "Facebook" səhifəsində yazıb:
"Hörmətli İsa Qəmbər bildirib ki, gərək mən onunla ikilikdə aramızda olan söhbəti ictimailəşdirməyəydim. Söhbət onun mənə 2013-cü ilin payızında Müsavat partiyasının Beynəlxalq məsələlər üzrə başqan müavini vəzifəsini təklif etməsindən gedir. İmtina etmişəm və hesab edirəm ki, düz etmişəm, lakin bu təklifdən imtina etməyim nə məni böyütməyib, nə İsa bəyi kiçiltməyib. Siyasətdə belə təkliflər də, imtinalar da çox olur və bu normal haldır. İkincisi, hər şeyə rəğmən İsa bəyin bu faktı etiraf etməsi onun səviyyəsinin göstəricisidir, çünki, təəssüf ki, Azərbaycan siyasətində heç də hamı bu keyfiyyətilə fərqlənmir, əksinə, vaxtilə məni öz təşkilatlarına dəvət edən bəziləri indi bunun əksini iddia edərək üzümə dururlar ki, guya mən hətta heç bir strukturu olmayan, ikinci kurs tələbələrinin belə qoşulmaqdan imtina etdiyi və 5-6 nəfər üzvü olan təşkilatda "sobesedovaniyadan" keçməmişəm. Heyf ki, çox şeyləri demək olmur... İsa bəy onda da haqlıdır ki, iki nəfər arasında olan söhbət ictimailəşməməlidir və mən həyatım boyu belə davranmışam. Düzdür, İsa bəyin təklifi şəxsi söhbət deyildi, ən böyük müxalifət partiyalarından birinin idarəetməsilə bağlı idi, amma mən yenə də bu söhbəti açmadım, ən doğma bildiyim insanlardan, məsələn, Cəmil müəllimdən başqa illərlə heç kimlə bölüşmədim. Hörmətli İsa bəy, mən bunu istəmirdim və etməzdim də, məni bu söhbəti ictimailəşdirməyə müsavatçılar məcbur etdi. Hər addımda məni keçmişimlə vuran, mənə qarşı ardıcıl kampaniyalar aparan, on ildir etdiyim fədakarlıqları, verdiyim qurbanları görməzdən gələn və bütün həyatı boyu etdiyim imtinaların bir faizini etməyəcək bəzi partiyadaşlarınız. Və mən məcburiyyət qarşısında, sadəcə, onların yadına salmalı oldum ki, mənim Milli Məclisin deputatı olduğum 2000-2010-cu illər təqvimdə başqan müavini vəzifəsi üçün təklif aldığım, həm də müsavatçıların yekdil səsilə Milli Şuranın komitə sədri seçildiyim 2013-cü ildən əvvəl gəlir...".
Ardınca G.Hacıbəyli daha da aqressiv şərh yazıb: "Bəzi müsavatçılar kütləvi şəkildə bu statusun altına mənim İlham Əliyevin təbliğat mitinqimdəki çıxışımı yükləyirlər. Onlara bu statusun mahiyyəti hələ də çatmayıb. Yaxşı, mən pis idimsə, niyə məni partiyanızın rəhbərliyinə dəvət edirdiniz, MŞ-ya komitə sədri seçirdiniz?! Bunu düşünmək əvəzinə zombi kimi bir ucdan yükləyirlər"
İsa Qəmbər isə elə bu statusun altından şərh yazaraq bildirib ki, Azərbaycan ictimai-siyasi arenasında ən çox tənqid olunan - haqlı ya haqsız, səmimi ya qərəzli- şəxslərdən biri Gültəkin Hacıbəylidir: "İradlar demokratik düşərgədən gələndə Gültəkin xanımın cavab üçün istifadə etdiyi əsas arqumentlərdən biri də təxminən belə olur: "Müsavat başqanı Isa Qəmbər mənə təkidlə partiyanın beynəlxalq siyasət üzrə başqan müavini postunu təklif edib 2013-cü ilin payızında, mən imtina etmişəm." Gültəkin xanım məram və niyyətlərin dəqiqləşdirilməsi üçün edilən söhbəti "təkidli təklif" kimi dəyərləndirirsə, mübahisə etməyəcəm. İki nəfər arasında söhbətin elə yalnız iki də şahidi var.
Məncə aydın məsələdir ki, kiməsə vəzifə təklif etmək onu toxunulmaz etmir, tənqiddən təminat vermir. Bu mövzuda diskussiyalıq bir şey yoxdur. Başqa bir məqamı vurğulamaq istəyirəm. Hörmətli Gültəkin xanım, mən sizə Xarici Siyasət üzrə müavin vəzifəsini təklif etmişəmsə də, hər halda Daxili Siyasət üzrə müavin vəzifəsi təklif etməmişəm. İndi də düşünürəm ki, siz özünüzün bilavasitə funksiyalarınızı həyata keçirməklə yanaşı, daha toparlayıcı mövqe tutsanız təmsil etdiyiniz quruma və bütövlükdə demokratik düşərgəyə daha çox fayda gətirmiş olarsınız".
G.Hacıbəylinin bu statusuna yazılan şərhlərdə isə müsavatçılarla "Milli Şura" təmsilçiləri bir-birini təhqir atəşinə tutub.
Murad Əliyev adlı istifadəçi yazıb: "Gültəkin Hacıbəyli yenə də yuyulmamış çömçə kimi ortaya düşüb. Hər dəfə ölkəmizdə mühüm beynəlxalq yarış və ya tədbir keçiriləndə, sosial şəbəkələrin troll "madonnası" yenə də aktivləşir".
Pərvin Hacıyev isə belə yazıb: "İsa Qəmbər özünü daim gündəmdə saxlamağa çalışan, siyasi cəhətdən tükənmiş bir insandır. Həqiqətən onda çox neqativ aura var. Sifətini görəndə adam depresiyaya düşür... Bir şəxs ki, siyasi tacir statusu ala. Saxta sənəd alveri və sair. Biz onun üzünə vurmadıqca uşaq kimi sırtılır".
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
YAP-ın deputatlığa namizədi Aytən Hüseynova Səbail rayonu Bibiheybət qəsəbəsinin sakinləri ilə görüşüb 00:24Əfqan Quliyevin seçicilər ilə görüşü uğurla davam edir - FOTOLAR 00:17103 saylı dairənin qalibi Elmar Musayev olacaq 00:17Abşeron rayonu 45 saylı Dairə Seçki Komissiyası tərəfindən namizədliyi qeydə alınan Cəmil Zəbhulla oğlu Dadaşovun seçkiqabağı PLATFORMASI 00:16Azərbaycan gimnastı: Mən bütün gücümü Bakıdakı Dünya kubokuna yönəldəcəyəm 23:57Son 5 ildə 160-dək cinayətkar Azərbaycana ekstradisiya edilib 23:54Türkiyədə zəlzələdə ölənlərin sayı açıqlandı 23:50Heydər Əliyev Mərkəzində "Bakı və Moskvada onları sevirlər" fotosərgisi açılıb 23:46Bakıda təcili tibbi yardım avtomobili qəzaya uğrayıb, tibb işçiləri xəsarət alıb 23:35"Bakcell" və INNOLAND gənc developerləri investorlarla tanış edib 23:31Xırdalan qəbiristanlığı sökülür? - RƏSMİ AÇIQLAMA 21:47Çində yeni koronavirusa yoluxanların sayı 644-ə, ölənlərin sayı isə 18-ə çatıb 21:43Qubada körpələr evi yanıb 21:42Azər Paşa Nemətov: 2020-ci il üçün Akademik Milli Dram Teatrının planları böyükdür 21:33Prezident İlham Əliyev “Swiss Re” şirkətinin ictimaiyyətlə əlaqələr üzrə sədri Veronika Skotti ilə görüşüb 21:24Xalq artistləri Adil Əliyevi dəstəkləyiblər 11:07Yunanlar ölkələrinin miqrant axınına tab gətirə bilməyəcəklərindən qorxurlar 11:03Bu komandalar Türkiyə kubokunun dörddəbir final mərhələsinə yüksəlib 10:59Paytaxtda saxta pulla telefon alan şəxs saxlanıb 10:56Biləsuvarda İran vətəndaşlarından 16 kq narkotik və silah-sursat ələ keçirilib 10:52Bakıda növbəti 7 ildə 11 metrostansiya tikiləcək 10:47Hərbi liseylərə və Hərbi Tibb Məktəbinə tələbə qəbulu iyulun 19-da aparılacaq 10:4329 saylı Səbail seçki dairəsindən YAP-ın deputatlığa namizədi Aytən Hüseynova Səbail rayon gəncləri ilə görüş keçirib 15:30“XOCALI - ŞƏHİD ŞƏHƏR” adlı respublika uşaq rəsm müsabiqəsi elan edilir 15:21Ağac kəsən şirkət 26760 manat cərimələnib 12:33İngiltərə Premyer Liqasının 24-cü turuna başlanıb - NƏTİCƏLƏR 12:24Tahir Budaqov: "Əhalinin müəyyən faizinin siyahıyaalmadan kənarda qalması ola bilər" 12:19Badamdarda qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində reyd keçirilib 12:13Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib 12:09Məzahir Pənahov: Parlament seçkiləri ilə əlaqədar MSK-ya 32 müraciət daxil olub 12:05Ağalar Vəliyev Milli Qəhrəman və şəhid ailələri ilə görüşdü - FOTOLAR 23:27Saatlılar yenə də Əhliman Əmiraslanova səs verəcəklər 23:15Seçicilər Güloğlan Cabbarova söz verdi-SƏSİMİZ SƏNİNDİ 23:10Azərbaycan ictimaiyyəti 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsini yad edir 21:27Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad ediblər 21:23YAP Səbail rayon təşkilatı və 132-134 saylı Təhsil Kompleksinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan anım tədbiri keçirildi 21:04Bakıda istirahət mərkəzində yanğın olub 20:40Mübariz İbrahimovun şücaətindən bəhs edən və şəhidlərin xatirəsinə ithaf olunan “Mübariz” operasının premyerası keçirilib 20:33XİN: 20 Yanvar hadisələrinin sifarişçiləri və icraçıları cəzalandırılmalıdır 20:15Yol polisi niyə ləğv edilməlidir? - QƏRƏZLİ YANAŞMA 20:06Yağıntılı havada avtomobili necə idarə etməli? 20:03Vaqif Əsədovdan sürücülərə səs siqnalı ilə bağlı MÜRACİƏT 20:42Vaqif Əsədovdan sürücülərə səs siqnalı ilə bağlı MÜRACİƏT 20:42Azərbaycan Dilqəm Əsgərov və Şahbaz Quliyevin qanunsuz həbsi ilə bağlı BMT baş katibinə məktub göndərib 20:50Azərbaycanda qədim kəhrizlər bərpa ediləcək 20:45Tailandda yeni tip koronavirusa yoluxanların sayı artıb 20:30Bakıda narkoşəbəkə üzvləri polisə müqavimət göstərdi, qəza törətdi 20:23Xama və pendir qutularında narkotik və psixotrop maddələr tapıldı 20:1720 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş beynəlxalq karate turniri keçiriləcək 20:11Multikulturalizmin Azərbaycan modeli UNESKO-da müzakirə edilib 20:05Bakcell yeni “099” prefiksini istifadəyə verib 19:55Bakıda saxta spirtli içkilər hazırlayıb satan dəstə üzvləri saxlanılıblar 14:21Ötən gün yol qəzalarında 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb 14:18Dmitri Solonnikov: Avropa Parlamentinin qəbul etdiyi qətnamə Azərbaycanın ciddi diplomatik qələbəsidir 14:17Azərbaycanda vergi daxilolmalarının həcmi tarixi maksimuma çatıb 14:15Azərbaycana elektriklə işləyən 100 ədəd “London taksisi” gətiriləcək 14:13Bakıda “parklanma ödənişsizdir” lövhələri quraşdırıldı 14:12Türkiyə yenə Rusiyadan analoqu olmayan silah alır: 2 ay sonra... 14:10İranlı qadın aparıcılardan HÖKUMƏTƏ ETİRAZ - İstefa verdilər 14:09Gözlənilməz QƏRAR - Sergen Yalçın komandadan GÖNDƏRİLDİ 14:08