07 noy 21:51siyaset

Məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinə dair fərmanın icrası çərçivəsində hazırlanmış ikinci qanunvericilik paketi parlamentdə müzakirə olunur

Məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinə dair fərmanın icrası çərçivəsində hazırlanmış ikinci qanunvericilik paketi parlamentdə müzakirə olunur Məhkəmə-hüquq islahatları çərçivəsində Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilmiş ikinci qanun layihələri paketi müzakirəyə çıxarılıb.
Məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi çərçivəsində ilk qanunvericilik aktları paketi bu ilin iyul ayında qəbul edilmiş və islahatların institusional komponentini əhatə etmişdir. 2020-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək həmin dəyişikliklərə əsasən ixtisaslaşmış məhkəmələrin iki sisteminin – inzibati məhkəmələr və kommersiya məhkəmələrinin yaradılmasının hüquqi təməli qoyulmuşdur.
Hazırki sənədlər toplusuna daxil olan layihələr 12 normativ hüquqi akta, o cümlədən Mülki Prosessual, Cinayət-Prosessual, İnzibati Prosessual, İnzibati Xətalar məcəllələrinə, “Məhkəmələr və hakimlər haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında”, “Dövlət məhkəmə ekspertizası haqqında”, “İnzibati icraat haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və digər qanunlara dəyişikliklərin edilməsini nəzərdə tutur.
Qeyd edilən layihələrin hazırlanması ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndələrindən ibarət işçi qrupları yaradılmış, statistik məlumatlar və mövcud təcrübə təhlil edilmiş, qabaqcıl beynəlxalq təcrübə öyrənilmişdir. Həmçinin hüquq ictimaiyyətinin, akademik dairələrin, sahibkarların iştirakı ilə geniş ictimai dinləmələr keçirilmiş, Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Azərbaycanda Amerika Ticarət Palatasının, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təklifləri və rəyləri toplanmışdır.
Müzakirəyə çıxarılan layihələr vahid məhkəmə təcrübəsinin formalaşdırılması və məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar fəaliyyətin təkmilləşdirilməsi kimi iki əsas istiqaməti əhatə edir.
“Məhkəmələr və hakimlər haqqında” qanuna edilən dəyişikliyə əsasən vahid məhkəmə təcrübəsi yaradılmasının məqsədi ədalət mühakiməsi həyata keçirilərkən məhkəmələr tərəfindən hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etməkdir.
Layihəyə əsasən Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini həm baxdığı ayrı-ayrı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, həm də Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırmalıdır. Ali Məhkəmə izahların dövrün tələblərinə uyğunluğunu təmin etmək məqsədilə onları daim yeniləməlidir.
Qanun layihələrinə əsasən məhkəmələrin fəaliyyətində aşkar edilən nöqsanların aradan qaldırılması üçün Ali Məhkəmə tərəfindən monitorinqlərin təşkil edilməsi nəzərdə tutulur. Monitorinqin nəticələri hakimlərin fəaliyyətinin Məhkəmə-Hüquq Şurası tərəfindən qiymətləndirilməsi zamanı nəzərə alınacaqdır.
Qanun layihələri paketinə daxil olan ikinci mühüm istiqamət məhkəmə prosesi iştirakçılarının məhkəmə ekspertizasının aparılması ilə bağlı hüquqlarının genişləndirilməsidir. Təklif edilən dəyişikliklərə əsasən yeni bir hüquqi institut – özəl məhkəmə ekspertizası institutu yaradılır, özəl məhkəmə ekspertizası fəaliyyəti ilə məşğul olmaq üçün irəli sürülən tələblər müəyyən edilir.
Layihəyə əsasən mülki işlər, inzibati mübahisələr və inzibati xətalara dair işlər üzrə məhkəmə prosesinin iştirakçıları məhkəmə ekspertizası fəaliyyətini həyata keçirən dövlət orqanlarına və ya özəl məhkəmə ekspertlərinə öz təşəbbüsü ilə və öz hesabına ekspertizanın aparılmasını sifariş edə və həmin ekspertizanın nəticələrini məhkəməyə təqdim edə biləcəkdir.
Hazırda məhkəmə-hüquq islahatları çərçivəsində növbəti normativ hüquqi aktlar toplusu üzərində iş davam edir. Bu sənədlər toplusuna cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması, məhkəmələrdə baxılan işlər üzrə ödənilən dövlət rüsumunun dərəcələrinin verilən iddiaların qiymətinə müvafiq olaraq diferensiasiya edilməsi, mülki prosessual qanunvericiliyin kompleks şəkildə təhlili və təkmilləşdirilməsi, məhkəmə qərarlarının icrasının səmərəliliyinin artırılması ilə bağlı qanunvericilik aktlarının layihələri daxildir.
Bununla yanaşı, Məhkəmə-Hüquq Şurasından verilən məlumata əsasən 2020-ci il yanvarın 1-dən fəaliyyətə başlayacaq yeni inzibati və kommersiya məhkəmələrinin, habelə Ali Məhkəmənin və apellyasiya instansiyası məhkəmələrinin yeni məhkəmə kollegiyaları üçün hakim korpusunun formalaşdırılması işi davam etdirilir.
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
Azərbaycan və Gürcüstanın dəmir yolları arasında görüş keçirilib 15:50Bakıda uşaq evində yaşayan 10-cu sinif şagirdi itkin düşüb 15:47Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi başa çatıb 12:46Mikayıl Cabbarov: Azərbaycanda “kölgə” iqtisadiyyatı ilə mübarizə sosial layihələrin maliyyələşməsinə imkan yaradıb 12:44Konstitusiyamız və milli ideologiyamız 12:42Prezident İlham Əliyev: Ölkəmizdə aparılan siyasət xalq tərəfindən dəstəklənir 12:40Almaniyada icazəsiz yaşayan 61 nəfər Azərbaycan vətəndaşı ölkəyə qaytarılıb 12:20Los Anceles sinaqoqunda erməni lobbisinin tədbirə mane olmaq cəhdləri uğursuz olub 12:13Bakıda DƏHŞƏT: 2 nəfər maşının altında qalıb öldü 12:09Rusiya ilə Səudiyyə Ərəbistanı arasında ŞOK RAZILAŞMA: İranın... 12:05Elmira Süleymanova istefa verdi? - AÇIQLAMA 12:02İnstitut direktoru: İndi eyni xəstəlikdən cavanlar yaşlılara nisbətən daha çox ölürlər 10:25Cəbhədə ERMƏNİ TƏXRİBATI - Snayper və pulemyotlarla... 10:20Azərbaycanda yaşayış binasında DƏHŞƏTLİ YANĞIN baş verdi, 10 nəfər... 10:17"Bakcell" Azərbaycanda ən sürətli mobil internet təqdim edir 10:12İbrahimoviç harda qərar tutacaq? - SON DURUM 10:072020-ci il ən çox kimləri SEVİNDİRƏCƏK? - Ağ Siçan ilinin bürclər üzrə PROQNOZU 10:04Rusiya Türkiyə sərhədində hərbi baza tikəcək 17:17Prezident İlham Əliyev: Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır 17:11Binalar niyə isinmir? - RƏSMİ CAVAB 17:07Cennifer Lopez təcavüz qurbanı olduğunu etiraf etdi 17:06Adam öldürüb Azərbaycana qaçdı, 10 il sonra tutuldu 17:01Xaçmazda DƏHŞƏT - Qatar 20 yaşlı gəncin üstündən keçdi, meyiti hissələrə bölündü 12:33Prezident və birinci xanım Dünya dini liderlərinin II Sammitində iştirak edir 12:31Heydər Əliyev Fondunun YENİ LAYİHƏSİ: şəkərli diabet xəstələri insulinlə təmin ediləcək 12:29Staloninin keçmiş xanımı: "Madonnanın əri ilə yatdım" 12:27Almaniyada azərbaycanlı radikallar həbs olunub 10:09Mikser oğlunun gözü qarşısında ananı öldürdü 10:06Meşədə kütləvi dava: 3 nəfər baltalandı, 1 nəfər bıçaqlandı - Təfərrüat 10:01Doktoranturaya qəbul qaydalarında dəyişiklik edildi 09:57Sumqayıtda 5 marketdən seyf oğurlayan şəxslər saxlanılıblar 09:53Azərbaycanda mövcud nəqliyyat problemləri və onların həll yolları 09:50Bu gün Dünya dini liderlərinin II Bakı Sammiti öz işinə başlayır 09:44Anyes özünü Boliviyanın lideri elan etdi – Bütün rəhbər şəxslərin istefasının nəticəsi 09:40Məşhur müğənni qumarda SƏRVƏT UDUZDU - ŞOK MƏBLƏĞ 09:37Bu futbolçular məşqə gecikdiklərinə görə 20 min funt sterlinq cərimə verəcəklər 09:31Hansı sevgili tipini daha tez tapmaq olar? KARMA SİRLƏRİ 09:27Nazirlikdən ƏHALİYƏ XƏBƏRDARLIQ: hava kəskin dəyişir, güclü yağış, külək gəlir 18:09Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədrini qəbul edib 17:17Prezident Administrasiyası: Azərbaycanın multikulturalizm ideyası onun xarici siyasətinin səmərəliliyini artırır 12:27“Günəşli” Nevroloji Sanatoriyası daim xəstələrin xidmətindədir 12:26Yevlaxda aztəminatlı ailələr üçün meyvə bağları salınıb 12:23Axtarışda olan 30 nəfər eyni gündə tutuldu 12:19Gələn ilin əvvəlindən pensiyalar bu qədər artacaq - Fond sədrindən AÇIQLAMA 12:16Xətai Sənət Mərkəzində “MƏNİM YAY TƏTİLİM-2019” Respublika uşaq rəsm müsabiqəsi başa çatmışdır 12:08Rusiyadan gələn Azərbaycan vətəndaşında beşbarmaq və bıçaqlar aşkarlandı 11:49“Ağ Evin şərti budur ki….” - Ərdoğan-Tramp görüşündən əvvəl sürpriz gəlişmə 11:46İlin futbolçusu seçildi - RONALDO GERİLƏDİ 11:42Bakıda 39 yaşlı kişi ilə 47 yaşlı qadın yoxa çıxdı - AXTARIŞ APARILIR 11:39Günün qoroskopu: Çoxlarını təəccübləndirəcəksiniz 11:355 yeni dartı yarımstansiyası tikilir 21:47Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi “Bir kəmər, bir yol” layihəsi çərçivəsində ölkənin əhəmiyyətinin artmasına səbəb oldu - Deputat 21:41Polis Bakıda ƏMƏLİYYAT KEÇİRDİ: saxlanılanlar var 21:35Çaylarda sululuq səviyyəsi dəyişib 21:26Merkel Avropanı yeni silah sistemlərini inkişaf etdirməyə çağırdı 21:22Evlənmək istəyən 39 nəfərdə sifilis, 19 şəxsdə isə QİÇS aşkarlanıb 21:16Xətai Sənət Mərkəzində “DOĞMA DİYAR ” Respublika uşaq rəsm müsabiqəsi elan olunur. 21:02DYP-dən piyadalara MÜRACİƏT: Vacib tövsiyyələr 20:43Ərdoğan: Moskva Ankara qarşısındakı öhdəlikləri yerinə yetirməyib 22:02"Barselona"da ciddi itki 21:57