21 okt 20:30siyaset

21 oktyabr 1987-ci il Heydər Əliyevin SSRİ rəhbərliyindən istefası və anti-Azərbaycan ssenarilərinin işə düşməsi

21 oktyabr 1987-ci il Heydər Əliyevin SSRİ rəhbərliyindən istefası və anti-Azərbaycan ssenarilərinin işə düşməsi Əli Həsənov
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi,
tarix elmləri doktoru, professor


1987-ci ilin bu günü SSRİ-də yaşayan ermənilər və digər anti-Azərbaycan qüvvələr xüsusi sevinc hissinə qərq olmuşdular. Çünki həmin gün görkəmli siyasi və dövlət xadimi, SSRİ-nin ən qüdrətli liderlərindən biri kimi tanınan Heydər Əliyev Mixail Qorbaçovun yürütdüyü yanlış xəttə, onun anti-Azərbaycan və anti-müsəlman siyasətinə etiraz əlaməti olaraq tutduğu bütün vəzifələrdən istefa vermişdi. Məlum olduğu kimi, Heydər Əliyev 1976-cı ilin mart ayında Sov. İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-ci ilin noyabrında isə Siyasi Büro üzvü seçilmiş, eyni zamanda, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdi. O, həmin yüksək vəzifədə çalışdığı dövrdə 60-dan çox ümumittifaq nazirliklərinin, komitə və digər mərkəzi idarələrin fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirmiş və bu sahələrin işinə əsl dinamizm gətirmişdir.
Heydər Əliyevin istefaya göndərilməsinin əsas səbəblərindən biri də SSRİ-nin siyasi rəhbərliyini o zaman ələ almış erməni lobbisinin təsiri və təzyiqi idi. Elə onun SSRİ rəhbərliyindən kənarlaşdırılmasından dərhal sonra ermənilər Mixail Qorbaçovun xeyir-duası ilə Qarabağ avantürasına start vermiş, qısa müddət sonra isə, 18 noyabr 1987-ci ildə Qorbaçovun müşavirlərindən olan akademik Abel Aqanbekyan Fransanın "Humanite" qəzetinə müsahibəsində Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsini qaldırmışdı.
zərbaycanın ərazi bütövlüyünün pozulması, ermənilərin respublikamızın ərazisinin bir hissəsini işğal etməsi planı xeyli əvvəllərdən hazırlanmışdı. Həm də bu plan təkcə Qorbaçovun yanında və Kremldə mərkəzi rəhbərlikdə oturan ermənilər və ermənipərəst qruplar tərəfindən deyil, bütün dünyadakı anti-Azərbaycan və anti-türk dairələr tərəfindən müdafiə edilirdi, onu həyata keçirmək üçün ciddi hazırlıq işləri görülürdü. Heydər Əliyevin Kremldə, SSRİ-nin əsas rəhbərlərindən biri olması qarşıda dayanan ən əsas maneə idi. Odur ki, Qorbaçov ermənilərin təhriki ilə, ilk növbədə Heydər Əliyevin Kremldən uzaqlaşdırılmasına çalışırdı və iki il müddətində bu istiqamətdə açıq-aşkar formada xüsusi canfəşanlıq göstərirdi. Təsadufi deyil ki, Qorbaçov Heydər Əliyeyə istefaya getməsini təklif edəndə, Ulu Öndər bu təklifə görə heç təəcüblənmədiyini bildirmiş, böyük mətanət hissi və soyuqqanlılıqla illərdir rəhbər şəxslərdən biri olduğu SSRİ rəhbərliyindən ayrılmışdı. SSRİ kimi böyük bir ölkədə vicdanla işləyən, işində heç vaxt ciddi qüsuru olmayan, bütün dünyada böyük siyasətçi və bacarıqlı təşkilatçı kimi tanınan, əhali arasında böyük siyasi nüfuza malik olan belə bir görkəmli siyasi və dövlət xadiminin istefaya göndərilməsi haqda məlumatlar ildırım sürətilə bütün dünyaya yayılmış və böyük təəssüf doğurmuşdu.
SSRİ-yə rəhbərliyi dövründə Heydər Əliyev təkcə istedadlı idarəçiliyi və uzaqgörən siyasəti ilə bütün sovet vətəndaşlarının rəğbətini qazanmamışdı, o, həm də uzun müddət Kremldə bütün türk-müsəlman xalqlarının himayədarı, onlara qarşı mərkəzi hakimiyyət dəhlizlərində hazırlanan əksər məkrli planların qarşısına keçilməz sədd çəkən qətiyyətli və vətənpərvər bir insan kimi sevilirdi. Azərbaycana qarşı hazırlanan və həyata keçirilməsi üçün məqam gözlənilən bütün məkrli planların reallaşmasına da məhz Heydər Əliyev mane olurdu. Əlbəttə ki, onun belə qətiyyətli siyasi mövqeyi SSRİ rəhbərliyində təmsil olunan anti-Azərbaycan qüvvələrdə ciddi narahatlıq doğururdu. Qeyd etməliyəm ki, o dövrdə Sov.İKP MK Siyasi Bürosunun üzvü, siyasi rəhbərlikdə böyük nüfuz sahibi olan Heydər Əliyevin tez-tez dəyişilən SSRİ rəhbərliyində birinci şəxs olması ideyası da artıq xalq içərisində, yüksək dairələrdə müzakirə edilir və etiraf edilirdi. SSRİ-nin görkəmli siyasi xadimlərindən olan Andrey Qromıko öz oğlu ilə söhbətində qeyd edirdi ki, "Bizim Siyasi Büroda ancaq üç adam nisbətən cavandır: Romanov, Qorbaçov və Əliyev. Axırıncı mənə daha xoş gəlir. Onun vaxtında Azərbaycan, xüsusən onun kənd təsərrüfatı çox sürətlə inkişaf etmişdir. Əliyev gözəl təşkilatçıdır, təmiz və abırlı adamdır. Amma təəssüf ki, onun namizədliyi istisna olunur...”. Oğlunun "Nəyə görə, milliyyətinə görəmi?” - sualına cavabında A. M. Qromıko açıq şəkildə etiraf etmişdi: - "Bu məsələdə - hə. Milliyyətinə görə”.
Beləliklə, 21 oktyabr 1987-ci ildə Heydər Əliyevin istefaya məcbur edilməsi ilə həm onun dinamik sosial-iqtisadi rəhbər fəaliyyətindən bəhrələnən bütün sovet vətəndaşları, həm çoxmillətli SSRİ-nin ədalətli milli-dini siyasətinin əsas qarantlarından biri kimi çıxış etməsindən faydalanan müttəfiq və muxtar respublikaların qeyri-rus əhalisi, həm də, ilk növbədə canından çox sevdiyi doğma xalqı- Azərbaycan Respublikasnın vətəndaşları özlərinin əsl himayədarını itirdilər. Əlbəttə ki, Heydər Əliyevin istefası qeyd etdiyim bütün kateqoriyadan olan insanlar üçün böyük itki oldu. Lakin onun istefasından ən çox ziyan görən əlbəttə ki, doğma Azərbaycan oldu. İstefadan az keçməmiş xalqımız üçün heç də xoş olmayan məkrli ssenarilər dövriyyəyə buraxıldı və anti-Azərbaycan planlara start verildi. Amma, dahi şəxsiyyət və fenomenal siyasətçi kimi, Ulu Öndər geri çəkilmədi, ruhdan düşmədi, məğlub olmadı, xalqının ağır günlərində xilas meydanına atılaraq, öz tarixi missiyasını həyata keçirdi. Azərbaycanı bir dövlət olaraq parçalanma və məhvolmadan xilas etdi,müstəqil dövlət yaratdı, vətəndaş həmrəyliyinə və dövlətçilik ətrafında xalqın monolit birliyinə nail oldu.
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
Azərbaycan və Gürcüstanın dəmir yolları arasında görüş keçirilib 15:50Bakıda uşaq evində yaşayan 10-cu sinif şagirdi itkin düşüb 15:47Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi başa çatıb 12:46Mikayıl Cabbarov: Azərbaycanda “kölgə” iqtisadiyyatı ilə mübarizə sosial layihələrin maliyyələşməsinə imkan yaradıb 12:44Konstitusiyamız və milli ideologiyamız 12:42Prezident İlham Əliyev: Ölkəmizdə aparılan siyasət xalq tərəfindən dəstəklənir 12:40Almaniyada icazəsiz yaşayan 61 nəfər Azərbaycan vətəndaşı ölkəyə qaytarılıb 12:20Los Anceles sinaqoqunda erməni lobbisinin tədbirə mane olmaq cəhdləri uğursuz olub 12:13Bakıda DƏHŞƏT: 2 nəfər maşının altında qalıb öldü 12:09Rusiya ilə Səudiyyə Ərəbistanı arasında ŞOK RAZILAŞMA: İranın... 12:05Elmira Süleymanova istefa verdi? - AÇIQLAMA 12:02İnstitut direktoru: İndi eyni xəstəlikdən cavanlar yaşlılara nisbətən daha çox ölürlər 10:25Cəbhədə ERMƏNİ TƏXRİBATI - Snayper və pulemyotlarla... 10:20Azərbaycanda yaşayış binasında DƏHŞƏTLİ YANĞIN baş verdi, 10 nəfər... 10:17"Bakcell" Azərbaycanda ən sürətli mobil internet təqdim edir 10:12İbrahimoviç harda qərar tutacaq? - SON DURUM 10:072020-ci il ən çox kimləri SEVİNDİRƏCƏK? - Ağ Siçan ilinin bürclər üzrə PROQNOZU 10:04Rusiya Türkiyə sərhədində hərbi baza tikəcək 17:17Prezident İlham Əliyev: Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır 17:11Binalar niyə isinmir? - RƏSMİ CAVAB 17:07Cennifer Lopez təcavüz qurbanı olduğunu etiraf etdi 17:06Adam öldürüb Azərbaycana qaçdı, 10 il sonra tutuldu 17:01Xaçmazda DƏHŞƏT - Qatar 20 yaşlı gəncin üstündən keçdi, meyiti hissələrə bölündü 12:33Prezident və birinci xanım Dünya dini liderlərinin II Sammitində iştirak edir 12:31Heydər Əliyev Fondunun YENİ LAYİHƏSİ: şəkərli diabet xəstələri insulinlə təmin ediləcək 12:29Staloninin keçmiş xanımı: "Madonnanın əri ilə yatdım" 12:27Almaniyada azərbaycanlı radikallar həbs olunub 10:09Mikser oğlunun gözü qarşısında ananı öldürdü 10:06Meşədə kütləvi dava: 3 nəfər baltalandı, 1 nəfər bıçaqlandı - Təfərrüat 10:01Doktoranturaya qəbul qaydalarında dəyişiklik edildi 09:57Sumqayıtda 5 marketdən seyf oğurlayan şəxslər saxlanılıblar 09:53Azərbaycanda mövcud nəqliyyat problemləri və onların həll yolları 09:50Bu gün Dünya dini liderlərinin II Bakı Sammiti öz işinə başlayır 09:44Anyes özünü Boliviyanın lideri elan etdi – Bütün rəhbər şəxslərin istefasının nəticəsi 09:40Məşhur müğənni qumarda SƏRVƏT UDUZDU - ŞOK MƏBLƏĞ 09:37Bu futbolçular məşqə gecikdiklərinə görə 20 min funt sterlinq cərimə verəcəklər 09:31Hansı sevgili tipini daha tez tapmaq olar? KARMA SİRLƏRİ 09:27Nazirlikdən ƏHALİYƏ XƏBƏRDARLIQ: hava kəskin dəyişir, güclü yağış, külək gəlir 18:09Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədrini qəbul edib 17:17Prezident Administrasiyası: Azərbaycanın multikulturalizm ideyası onun xarici siyasətinin səmərəliliyini artırır 12:27“Günəşli” Nevroloji Sanatoriyası daim xəstələrin xidmətindədir 12:26Yevlaxda aztəminatlı ailələr üçün meyvə bağları salınıb 12:23Axtarışda olan 30 nəfər eyni gündə tutuldu 12:19Gələn ilin əvvəlindən pensiyalar bu qədər artacaq - Fond sədrindən AÇIQLAMA 12:16Xətai Sənət Mərkəzində “MƏNİM YAY TƏTİLİM-2019” Respublika uşaq rəsm müsabiqəsi başa çatmışdır 12:08Rusiyadan gələn Azərbaycan vətəndaşında beşbarmaq və bıçaqlar aşkarlandı 11:49“Ağ Evin şərti budur ki….” - Ərdoğan-Tramp görüşündən əvvəl sürpriz gəlişmə 11:46İlin futbolçusu seçildi - RONALDO GERİLƏDİ 11:42Bakıda 39 yaşlı kişi ilə 47 yaşlı qadın yoxa çıxdı - AXTARIŞ APARILIR 11:39Günün qoroskopu: Çoxlarını təəccübləndirəcəksiniz 11:355 yeni dartı yarımstansiyası tikilir 21:47Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi “Bir kəmər, bir yol” layihəsi çərçivəsində ölkənin əhəmiyyətinin artmasına səbəb oldu - Deputat 21:41Polis Bakıda ƏMƏLİYYAT KEÇİRDİ: saxlanılanlar var 21:35Çaylarda sululuq səviyyəsi dəyişib 21:26Merkel Avropanı yeni silah sistemlərini inkişaf etdirməyə çağırdı 21:22Evlənmək istəyən 39 nəfərdə sifilis, 19 şəxsdə isə QİÇS aşkarlanıb 21:16Xətai Sənət Mərkəzində “DOĞMA DİYAR ” Respublika uşaq rəsm müsabiqəsi elan olunur. 21:02DYP-dən piyadalara MÜRACİƏT: Vacib tövsiyyələr 20:43Ərdoğan: Moskva Ankara qarşısındakı öhdəlikləri yerinə yetirməyib 22:02"Barselona"da ciddi itki 21:57